Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1700/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi) 26.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8277/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 26 aprel 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəm ədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncu ilə aralarında notarial qaydada bağlanmış 19 may 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Eyni zamanda X2 məhkəmədə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, sonuncudan maddi zərərə görə 14.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı 19 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14.000 manat pulun tutulub Cavabdeh ödənilməsi qət edilib. Birinci instansiyası məh kəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 19 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, Cavabdeh 31 iyul 2020ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat kredit verib. 23 fevral 2021-ci il tarixdə İddiaçı Sevinc Hümmətovya yazılı pretenziya məktubu göndərərək, 19 may 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə razılıq verilməsini təklif edib. Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki işdə sözügedən maddədə göstərilən əsaslar yoxdur. Belə ki, İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər yazılı sübut əlavə etməyib. Əksinə, tərəflər arasında notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı 31 iyul 2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 20.000 manat kredit alıb və həmin kredit müqaviləsi üzrə sonuncuya 6.000 manat qaytarsa da, qalan 14.000 manatı qaytarmamaqla öhdəliyini pozub. Ona görə də ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Sevin Hümmətova apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mənə vi zərərə görə 5.000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəld iyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya ş ikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf mü qaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hall arını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 19 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, Cavabdeh 31 iyul 2020-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat kredit verib. 23 fevral 2021-ci il tarixdə İddiaçı Sevinc Hümmətovya yazılı pretenziya məktubu göndərərək, 19 may 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə razılıq verilməsini təklif edib. Hazırki işdə sözügedən maddədə göstərilən əsaslar yoxdur. Belə ki, İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər yazılı sübut əlavə etməyib. Əksinə, tərəflər arasında notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı 31 iyul 2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 20.000 manat kredit alıb və həmin kredit müqaviləsi üzrə sonuncuya 6.000 manat qaytarsa da, qalan 14.000 manatı qaytarmamaqla öhdəliyini pozub. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 445.1-ci ma ddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh 19 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavil əsinə əsasən 31 iyul 2020-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000 manat kredit verməsi və sonuncunun həmin kredit müqaviləsi üzrə Cavabdeh 6.000 manat qaytarması və qalan 14.000 manat borcu bu günədək qaytarmamaqla öhdəliyini pozması mülki iş materialları ilə istisna edilmədiyindən, ilk iddianı rədd, qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırılmasına lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1700/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1700/2022
26.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver