Məhkəmə qərarları › İş №2(102)-1704/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1704/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1704/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbləri barədə (3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti) iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin qanuni əsası, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X3 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin, Cavabdeh "xxxx" Mənzil Tikinti Koopera tivinə qarşı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat vəsaitin və mənzilin təmirinə xərclənən pulun hesablanıb ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5994/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – iddiaçı və ya MTK) ilə Qafarlı (Budaqova) Arzu Rahib qızı (bundan sonra – cavabdeh) arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili (bundan sonra - mübahisəli mənzil) tikib cavabdehə təhvil verməyi, cavabdeh isə mənzilin dəyəri olan 130115 manat məbləğində pulu MTK və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) arasında bağlanacaq üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.2 və 2.4-cü bəndləri).

2. Müqavilənin şərtlərinə görə “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Bankla aralarında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, Bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda MTK Bank və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir (bənd 4.2.7).

3. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ «Payçı»ya qaytarılır (bənd 8.1).

4. «Payçı» tərəfindən “Bank ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda «Payçı» qeyd olunan müqaviləni n predmeti olan mənzili boşaltmalıdır (bənd 8.11).

5. Bank 31 avqust 2016-cı il tarixli Təminatlı kredit müqaviləsi ilə cavabdehlə iddiaçı arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün cavabdehə 240 ay müddətinə, illik 10%-lə, aylıq ödəniş 1255,70 manat olmaqla 130115 manat məbləğində kredit vermişdir.

6. Eyni tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bank qarşısında birgə cavabdehliyi öhdəsinə götürmüşdür.

7. Cavabdeh 31 avqust 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və aylıq ödənişləri gecikdirilmiş, nəticədə onun Banka borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiliyyətində olmadığını bildirmiş, həmçinin Bank tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka haqqında qanunun normalarına əsasən mübahisəli mənzilin hərracda satılma sı, satışdan əldə edilən 25000 manat və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, COVİD-19 pandemiyası səbəbindən kredit müqaviləsi üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mənzilə onun tərəfindən təmir xərcləri çəkilmişdir. Onun yaşamağa başqa yeri yoxdur və himayəsində azyaşlı uşağı vardır.

12. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdırılaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm ölçüdə plastmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamamayaqyolunda havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-35/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (h akim L.Talıbova) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcun qaytarılmasına dair öhdəliyi cavabdeh Bank qarşısında götürmüş və həmin mənzilə dair ödənişləri Bankın hesabına ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Bank ilə iddiaçı arasında isə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımışdır.

15. İddiaçı cavabdehin Bank qarşısında yaranmış öhdəliyinə əsasən, cavabdehlə aralarında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh iddiaçı qarşısında başqa öhdəlik, Bank qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz.

16. Qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə və 3-cü şəxsə qarşı ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş edir.

17. Məhkəmə hesab etmişdir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 324.1, 331.1, 385.1, 433.1, 448. 1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 59.1, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, Bankın təminatlı kredit müqaviləsi üzrə cavabdehə verdiyi kredit məbləğinə görə MTK-nın külli miqdarda əmlakı və pul vəsaitləri bankın girovunda olduğunu nəzərə almamışdır. Bundan başqa, MTK-nın həmin kre dit məbləğinə görə bank qarşısında zaminliyi də vardır. Bank cavabdehə həmin krediti məhz MTK-nın bu təminatlarına görə vermişdir. MTK isə bu təminatı Banka payçı müqaviləsi üzrə cavabdehin MTK qarşısında üzərinə götürdüyü, yuxarıda qeyd edilmiş öhdəliyi nəzərə alaraq vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işi lazımi səviyyədə araşdırmamış və qətnamədə mübahisəli mənzili yanlış olaraq Bankın girovunda olan mənzil kimi qiymətləndirmişdir.

21. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, payçı müqaviləsinin ləğvi barədə MTK-nın cavabdehə qarşı iddia qaldırmaq hüququ vardır. Lakin məhkəmə bu halları və müqavilə şərtlərini nəzərə almamış, nəticədə tamamilə qanunsuz və əsassız olan qətnamə çıxarmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

23. Qətnamədə qeyd olunmuşdur ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil, yalnız ilk iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən apel lyasiya baxışının predmetini ilkin iddianın təmin edilməyən hissəsi təşkil edir.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borclu cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir və hazırda həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlik qalmamışdır. Cavabdeh tərəfindən ümumilikdə 18169,79 manat ödəniş aparılmış, habelə onun tərəfindən mübahisəli mənzildə 2514 manat dəyərində müəyyən təmir işləri həyata keçirmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, cavabdeh ilə aralarında bağlanmış 30 avqust 2016-cı il tarixli “Payçı müqaviləsi”nin ləğv edilməsini, habelə cavabdehin mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, MTK cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

26. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir.

27. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

28. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianı n rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı və Bank qarşısında üzərinə müxtəlif öhdəliklər götürmüşdür. Bank qarşısında götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Ona müqavilənin ləğvi ilə bağlı bildiriş gəlməmiş, ödəniş gecikdirilən ərəfədə maliyyə çətinliyi olmuşdur. Həmçinin iddiaçı özü müqavilənin şərtlərini pozmuş, mənzili müqavilədə müəyyən olunmuş müddətdə təhvil verməmiş, mənzilin təmiri natamam olmuş, mərkəzi istilik sistemi quraşdırılmamışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3144/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər E. Şamayev (məruzəçi), E. Vəliyeva və A. Abbasov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

31. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “Payçı müqaviləsi”nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, MTK zamin olaraq cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, onun 30 avqust 2016-cı il tarixli müqavilənin ləğv edilməsini, habelə mübahisəli mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmış və iddiası haqlı olmuşdur. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

32. Bununla belə Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddia ilə faktiki olaraq ilk iddianın təmin ediləcəyi təqdirdə, mənzilə çəkilmiş xərclərin ona ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə araşdırma aparılaraq müvafiq ekspertiza keçirilmiş, son nəticədə hər iki iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı yalnız o əsasla rədd etmişdir ki, mənzilin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia təmin olunmadığından, qarşılıq lı iddia da təmin oluna bilməz. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldilmiş və hər iki iddia təmin olunmadığı üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ondan apellyasiya şikayəti verməmişdir

33. Lakin iddiaçının apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq, apellyasiya baxışının predmetini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın təmin edilməyən hissəsini yoxlamış və müvafiq qərar qəbul etmişdir. Qarşılıqlı tələbin ilk tələbin ödənilməsinə yönəldilməsi, yəni mübahisənin predmetinin bölünməz olduğu nəzərə alınmamış və qarşılıqlı iddia apellyasiya qaydasında yoxlamadan kənarda qalmaqla, qarşılıqlı iddiaçı həmin tələbi təkrarən irəli sürmək hüq uqundan da məhrum olunmuşdur.

34. Apellyasiya instansiya məhkəməsi apellyasiya baxışının həddini yalnız ilk iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırdığını müəyyən etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv etməklə iddianı təmin etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamaqla, ziddiyyətli nəticəyə gəlmişdir. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

35. Apellyasiya instansiyası məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(103)5994/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasi ya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia qismən təmin edilmiş, mübahisəli mənzil iddiaçı tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilin alınmasına görə ödənilmiş 25000 manat, mənzildə istilik sisteminin quraşdırılmasına və təmir işlərinə sərf olunmuş 3909,5 manat pulun iddiaçıdan tutulub cavabdehə ödənilməsi qət edilmişdir.

36. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim olunmuş 15 oktyabr 2022-ci il tarixli, 157 saylı arayışa əsasən, cavabdeh tərəfindən mənzilə görə 26435 manat ödəniş edildiyi müəyyən edilmişdir

37. Məhkəmə tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 4.2.7-ci, 8.1-ci və 8.11-ci bəndlərinə istinad edərək b elə qənaətə gəlmişdir ki, mübahisəli mənzil hərrac yolu ilə deyil, məhz MTK tərəfindən istənilən qaydada satılması nəzərdə tutulmuşdur. Buna görə də mənzilin hərracda satılması tələbi əsassızdır.

38. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçı tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat (iddia tələbi həcmində) və ekspert rəyi ilə müəyyən olunmuş, mənzilin təmirinə sərf olunmuş 2514,5 manat və mənzildə istilik sisteminin çəkilməsinə sərf olunmuş 1395 manat, cəmi 3909,5 manat pul iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddia tələbl ərinin təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələblərinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş rəsmi arayışlardan göründüyü kimi mübahisəli mənzilə görə Banka ümumilikdə 188.881,29 qəpik məbləğində pul vəsaiti ödənilmiş, bundan 130.115 manat əsas borc, 58.766,29 manat isə faiz borcudur. Qeyd olunan mənzilə görə MTK tərəfindən Banka cəmi 163.881,29 manat pul ödənilmişdir, cavabdehin mənzilinə görə MTK zamin olaraq 60.842 manat kredit ödəmişdir. Həmin ödənişin 9510 manatı əsas borca hesablanmış, 51332 manat isə faizə silinmişdir. Mənzilin qalıq 103.039,29 manat krediti MTK tərəfindən zaminlik müqaviləsinin şərtlərinə əsasən tam bağlanmışdır. Bununla da, cavabdeh öh dəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60.842 manat ziyan vurmuşdur. Bununla da, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60.842 manat ziyan vurmuşdur. Yəni, payçı Banka ümumi olaraq 25.000 manat ödədikdən sonra, qalan məbləği banka ödəyə bilmədiyi üçün, yəni öhdəliyini vaxtında və lazım qaydada icra edə bilmədiyinə görə, müqavilə şərtlərinə uyğun olaraq mənzili vaxtında MTK-ya təhvil versə idi, MTK da həmin vaxt Banka cəmi 103.039,29 manat ödəmiş olardı.

41. Hazırkı halda isə məhz payçının müqavilə öhdəliklərini icra etməməsi, eləcə də bu halı qəsdən uzatması nəticəsində onun təqsirindən MTK-ya əlavə 60.842 manat ziyan dəymişdir. Göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi payçı tərəfindən Banka ödənilmiş faiz borcunu da MTK-dan tutmaqla kobud qanun pozuntusuna yol vermişdir. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış payçı müqaviləsinin 8.1-ci bəndinə istinad edərək “mənzil MTK tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat ödənilməsini” qeyd etsə də, görünür diqqətsizlikdən həmin istinad etdiyi, payçı müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulan digər şərtə, yəni “mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğin Payçıya qaytarılmalı olmasını” əsassız və qanunsuz olaraq nəzərə almamışdır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə bildiriş göndərilməsinə və onunla danışıq aparılmasına baxmayaraq, bildirmişdir ki, onun mənzili qaytarmaq fikri yoxdur, pulu ödəyəcək. Məhz bu səbəbdən də, müxtəlif əsassız bəhanələrlə məhkəmə prosesinin uzadılmasına və mənzilə görə Banka olan faiz borclarının artmasına səbəb cavabdeh özü olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

45. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

46. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

47. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

48. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

49. Maddə 9.2. Bu Mə cəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

50. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait y aradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

58. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilmə si və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 59. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 60....392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.

61. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədl əri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin baxış predmeti qarşılıqlı iddianın rədd olunması hissəsi ilə məhdudlaşdığından həmin məhkəmə aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. B axılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia qismən təmin olunmuşdur.

69. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

70. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad et diyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).

71. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır.

72. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, qətnamədə ümumiyyətlə hər hansı maddi hüquq normasına istina d edilməmişdir.

73. Qarşılıqlı iddia ərizəsində cavabdeh mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

74. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, cavabdeh Bankdan aldığı vəsait hesabına mübahisəli mənzilin dəyərini iddiaçıya tam ödəmiş, sonradan Banka olan kredit borcunun 25000 manat hissəsini qaytarmışdır. Qarşılıqlı iddia ərizəsində iddiaçının tələb etdiyi həmin 25000 manat vəsaitin bir hissəsi əsas borca, bir hissəsi isə faiz borcuna ödənilmişdir.

75. İşə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi (25000 manatı) və mübahisəli mənzilin təmirinə xərclənmiş 3909,5 manatı iddiaçıdan cavabdehin xeyrinə hansı qanuni əsasla tutduğunu, habelə iddianı qalan hissədə təmin etmədiyini qətnamədə əsaslandırmamışdır.

76. Halbuki Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

77. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüquq una malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır.

78. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

79. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

80. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cü mlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

82. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsip i gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şika yəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5994/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar