Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1706/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X iş saatlarından artıq, bayram və istirahət günləri işlədiyi vaxtlar üçün ödənilməmiş əmək haqqına əlavələrin - 500.000 manatın, qeyd edilən əlavələrin cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının, mənəvi ziyanın əvəzi 50.000 manatın, əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin X onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarına görə İddiaçı 12.11.2016-ci ildən 12.11.2021ci ilədək İİ qr up əlillik təyin edilmişdir.
3. Həmçinin o da mübahisə edilmir ki, iddiaçı 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək X aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir.
4. İddiaçı bildirir ki, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək X aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir. 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik iş saatlarından artıq işləmişdir. Belə ki, X ləğv prosesində olan bankların ləğvedicisidir. İşlədiyi dövrlərdə ləğv pr osesində olan bankların çoxluğu iş yükünün həddən artıq artmasına səbəb olmuşdur. Bununla əlaqədar, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixlərədək həftənin 6-cı günlərində və gündəlik olaraq iş saatından artıq vaxtlarda vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmçinin, İİ qrup əlil olduğu üçün onun iş saatı həftəlik 36 saat olmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, ödənilmiş son haqq-hesab zamanı iş vaxtından artıq işlədiyi saatlar nəzərə alınmadığı, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş həftəlik 36 saat normasından artıq işləməsini əlavə iş saatı kimi nəzərə alaraq, ona hesablanması və ödənilməsi barədə müraciətləri fond tərəfindən icra edilmir. İş vaxtından artıq işləməsinin təsdiqi Fondun elektron sənəd dövriyyəsi (Aurora pro qramı) üzərindən onun icraatına verilmiş sənədlər üzrə müəyyən etmək olur. Həmin proqramda sənədə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd məlumatları bölməsində əks edilir. Bəzən iş çoxluğu zərurətindən hətta bayram və bazar günləri də işləmişdir. İş vaxtlarından artıq işləmələri elektron sənəd dövriyyəsi proqramından hər icraatına daxil olmuş sənədlərin tərəfindən icra edildiyi vaxt sənəd məlumatlarında qeyd edilir. Təqribi hesablamalara görə 650 saat bilavasitə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməlidir. Həmçinin iş günləri ərzində əlavə işlədiyi saatlar üzrə ortalama 3-4 saat gündəlik üçün 3.000 saatın, 6-cı və bayram günləri üçün 2.000 saatın haqqı ona əlavə iş saatları sonuncu əmək haqqı üzrə hesablanaraq ödənilməlidir. 500.000 manat ona ödənilməlidir. Onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh X ödənişin hər gecikdirilmiş günü üçün ona əlavə kompensasiya verilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə şifahi müraciət edilmiş, cavab alınmadıqda 2 dəfə onun tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba fond tərəfindən ona iş saatından artıq hesablanmış kompensasiyanın cəmi 7 gün üçün verilməsi qeyd edilsə də, bu cavab, onun tələbi üzrə imtina hesab edilməlidir.
5. Cavabdeh bildirir ki, iddia tələbi tam əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən iş saatından artıq iş anlayışı geniş anlayışdır və bu halın baş verməsi üçün həm işəgötürənin artıq işə cəlbetmə ilə bağlı əmri, həmçinin işçi ilə müvafiq razılıq əldə olunmalıdır. Lakin qeyd edilən halların heç birini özündə əks etdirən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı, mötəbər sübut hesab etdiyi və məhkəməyə təqdim etdiyi «dırnaqarası sənəd» məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilməli deyil. Cavabdehdən tutulub iddiaçıya ödənilməsi xahiş edilən digər hissə isə əldən çıxmış faydadır. İddiaçı isə bununla bağlı hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə bir sübut isə faktiki mövcud deyildir. Həmçinin iddia tələbində iddiaçının əlil olması qeyd edilmiş və bu səbəbdən əlavə iş saatlarına cəlb edildiyi də bildirilmişdir. Lakin bu halın özünü sübut edən sənədlər belə iddia ərizəsinə əlavə edilməmişdir. Sübutetmə isə qanunvericiliyə uyğun ola raq iddiaçı tərəfin üzərindədir. İş materialına belə bir sübut əlavə edilsə idi belə tələb əsassızdır. Belə ki, işəgötürənlə işçi arasında tənzimlənən iş saatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürənin əmri əsasında müəyyən edilir. Bundan başqa mübahisə predmeti olan iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə tərəflərin razılığı, iradə ifadəsi öz əksini tapmışdır. Hazırda bəllidir ki, əlillik statusu almış şəxslərin həqiqiliyi şübhə altına alınmış və əlil olmayan şəxslərin əlil statusları ləğv edilir. İddiaçıya verilmiş həmin status isə müddətlidir və müddətinin bitməyinə az qalmışdır. Eyni zamanda statusun hansı formada ləğv edilməsi hazırda nə onlara, nə məhkəməyə bəlli deyildir. Belə ki, sözügedən status Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq idarəs i (orqan) tərəfindən statusun verildiyi andan ləğv edilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 28.09.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir..
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı rəhbər vəzifədə işləmiş və onun işlədiyi təşkilatın fəaliyyəti ilə bağlı iş yükünün çox olmasına dair göstərdiklərini şübhə altına alınmasına da zərurət yoxdur. Lakin bununla bağlı məhkəmə baxışı zamanı iddiaçının iş saatından artıq işləməsi ilə bağlı onun müvafiq razılığı əsasında işəgötürənin əmrinin olmaması müəyyən edilmişdir.
8. Məhkəmə iddiaçının iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdehdən tutulmasına dair iddiası ilə bağlı həm izahatını, həm də təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirməmiş və hesab etmişdir ki, o, rəhbər vəzifəli şəxs olmaqla bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə təlimatı əsasında öhdəsinə düşən işləri iş vaxtı ərzində yerinə yetirib-yetirməməsi onun məsuliyyətidir və onun iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirilməsinə məcbur edilməsi halı müəyyən edilməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı iş vaxtından artıq işləməyə məcbur edilməmişdir, işəgötürənlə işçi arasında bununla bağlı hər hansı razılıq yoxdur, işəgötürən bu barədə hər hansı əmr, sərəncam, qərar verməmişdir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, bu barədə işəgötürənin əmri olmadan öz təşəbbüsü ilə, könüllü surətdə iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirməsi faktı mövcud olsa da belə, o, bununla əlaqədar həmin günlər üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdehdən tələb edilməsinə dair hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, əmək müqaviləsinin şərtlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək iddiaçının işçi kimi vəzifələrindən biri olmuşdur.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağladığı əmək müqaviləsinin şərtləri ilə razılaşmış, onu imzalamış, qanuniliyini mübahisələndirmədiyi bu müqavilənin şərtləri əsasında da, 01.09.2021-ci il tarixədək tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilənə kimi fəaliyyət göstərərək müvafiq əmək haqqını da almışdır. İddiaçının əmək müqaviləsi bağlananda ona 2016-cı ildən müddətli İİ qrup əlillik təyin edilməsinə dair müvafiq sənədi işəgötürənə təqdim etməklə sözügedən müqavilədə iş saatının həftəlik 36 saat olmalı olmasının qeyd edilməsini tələb etməməsini tutarlı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə iddiaçının bununla bağlı verdiyi izahatlarına (əgər İİ qrup əlil olduğunu bildirsə idi, onunla əmək müqaviləsi bağlanmayacaqdı) tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçı hüquqşünas ixtisasına malik şəxs olmaqla özünün qanunvericiliklə təsbit edilmiş hüquqlarını bildiyi halda, müqavilə bağlanarkən billə-bilə əlil statusuna malik olmasını cavabdehdən gizlətmiş, bağladığı əmək müqavilə sində iş saatının həftəlik 40 saat müəyyən edilməsi ilə razılaşmış, əmək müqaviləsinə xitam verildikdən sonra əlil olması əsası ilə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtların iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməli olmasına dair iddia tələbini irəli sürmüşdür ki, məhkəmə də bunu hüquqdan sui-istifadə kimi qiymətləndirir.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh X qarşı X iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh X onun xeyrinə tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassızdır. Buna görə də digər, yəni, X iş saatlarından artıq, bayram və istirahə t günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının, qeyd edilən halların ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın, əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin X onun xeyrinə tutulmasına dair iddia tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3(5), 42(1), 42(2), 46(1), 91(2), 95(1), 99(1), 102-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 88, 106.1, 217.4, 218.1-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya m əhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi) E.Həsənov və F.Babayev) 2(103)-10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmiş və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
16. Belə ki, iddiaçı İİ qrup müddətli əlil olsa da, o, əmək müqaviləsi bağlanan zaman bununla bağlı işəgötürəni məlumatlandırmamışdır. Belə olan halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayan zaman 40 saatlıq iş həftəsi müəyyən edərkən öz hüquqlarından vicdanla istifadə etmiş, lakin, iddiaçı qanunla ona verilmiş hüquqlardan suiistifadə etmişdir. İddiaçı müqaviləni imzalayarkən, müqavilə şərtləri ilə tanış olmuş və qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normaların ın tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hü quqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətlərində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş et diyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
25. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
26. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
27. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
28. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tə rəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
29. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (maddə 220.4)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
31. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdir.
33. Belə ki, apelyasiya insansiya sı məhkəməsinin qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (26-27)
34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində onunla əsaslandırmışdır ki, iddiaçı II qrup müddətli əlil olsa da, o, əmək müqaviləsi bağlanan zaman bununla bağlı işəgötürəni məlumatlandırmamışdır. Belə olan halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayan zaman 40 saatlıq iş həftəsi müəyyən edərkən öz hüquqlarından vicdanla istifadə etmiş, lakin, iddiaçı qanunla ona verilmiş hüquqlardan suiistifadə etmişdir. İddiaçı müqavilə ni imzalayarkən, müqavilə şərtləri ilə tanış olmuş və qəbul etmişdir.
35. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, əlilliklə bağlı sənədlər cavabdehə təqdim edilmiş və buna görə də cavabdeh tərəfindən hər ay əmək haqqı hesablanarkən əlilliklə bağlı vergidən azadolma tətbiq edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün cavabdehin iddiaçıya hər ay əmək haqqı hesablayarkən əlilliklə bağlı vergidən azadolma tətbiq edib-etməməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət verməmişdir.
37. Halbuki cavabdeh tərəfindən iddiaçıya əlilliklə bağlı vergidən azadolmanın tətbiq edilib-edilməməsinin müəyyənləşdirilməsi, cavabdehin iddiaçının əlil olmasından məlu matlı olub-olmamasının aydınlaşdırılmasına və son nəticədə cavabdehin məlumatlı olduğunun müəyyən edilməsi iddianın təmin edilməsinə əsas ola bilər.
38. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
39. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edil mədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalı dır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
43. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
44. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
45. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.