Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəyişmə müqavilə, müqaviləsini ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəyişdirmə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-252/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 03 sentyabr 2022-ci il tarixli, notariat qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsi ilə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsi dəyişdirilmişdir. 2. 6 oktyabr 2022-ci il tarixdə iddiaçı cavabdehə dəyişmə müqaviləsinin ləğv olunması barədə təklif göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 3 sentyabr 2022-ci il tarix li dəyişdirmə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçının mülkiyyətinə verməli olduğu yaşayış evinə külli miqdarda vəsait qoyulmasına ehtiyac olduğundan cavabdeh dəyişdirmədən sonra həmin təmiri həyata keçirmək üçün əlavə olaraq ona 15.000 manat məbləğində pul da verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında əldə olunan razılığı notariusda baş tutan müqaviləyə əlavə etmək mümkün olmadığından şifahi razılaşmaya əsasən, cavabdeh pulu müqavilə bağlandıqdan 3-4 gün ərzində iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin pul məbləğini iddiaçıya verməyi öhdəsinə götürməsəydi, o, cavabdehin mülkiyyətinə verdiyi evin dəyərindən a şağı olan mülklə dəyişməz və həmin müqaviləni imzalamazdı.
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, dəyişmə müqaviləsi imzalanmazdan öncə, iddiaçı cavabdehin mülkiyyətində olan evə baxan zaman həmin evin tam təmirli olmamasını demiş, əlavə olaraq həmin evin təmiri üçün 15.000 manat lazım olduğunu bildirmiş, cavabdeh də bununla razılaşmışdır. Çünki cavabdehin evində təmir tam yekunlaşmamışdır. O, ailəsi ilə həmin evə köçəndən sonra ona məlum olmuşdur ki, evin normal vəziyyətinə salınması üçün 15.000 manatdan artıq pul vəsait lazımdır. Cavabdeh problemləri bilmiş və onlara 15.000 manat əlavə pul verəcəyini vəd etmişdir. Bu hal müqaviləyə əlavə edilməmişdir. Cavabdeh, iddiaçı və ərinin yaşlı və İİ qrup xəstə olmasından istifadə etmişdir. Evi dəyişəndən sonra cavabdehdən 15.000 manat pulu istədikdə cavabdeh ona heç nə verməyəcəyini bildirmişdir. İddiaçının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 60.000 manat olub. Ev yerdən 6 daş pilləkən çıxmaqla kürsülü və tam təmirli olmuşdur. Cavabdeh özünə məxsus evi iddiaçıya və ailəsinə göstərmək istəyən zaman bəhanələr gətirərək, həmin evə baxmağı axşam saatlarına salmışdır ki, evin küçə tərəfinin, arxa tərəfin və otağın bir hissəsinin tək daşla tikilməsini və çirkab suların həyətə axmasını bilməsin.
6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, öz evini 55 min manata satışa qoymuşdur. Arenda.az saytında ev satıldığını görmüş və gedib evə baxmışdır. Ona bildirmişlər ki, Gəncədə ev olsa onunla barter edərlər. O da Gəncədəki evi sat ıb, ev almaq istədiyini demişdir. Gəncədəki ev təzə təmirdən çıxmış, çox bahalı materiallarla təmir olunmuşdur. Gəncədəki evə baxıb bəyəndikdən sonra evlərin əvəzləşdirilməsi barədə notarial müqavilə bağlamışlar. Sentyabr ayının 17-i iddiaçının qızı ona mesaj yazaraq, evə mətbəx mebeli yığdıqları üçün evin dizayn qrafikini istəmişdir. Ona verilən evin otaqları bərbad vəziyyətdə olmuşdur. Evə köçənə kimi evdə təmir işi aparmışdır. Sonra cavabdehə bəlli olmuşdur ki, radiatorların hamısında problem var və onu təmir etdirmiş, 2 min manat xərc çəkmişdir. Üzərindən bir ay keçdikdən sonra, oktyabr ayının axırlarında iddiaçının oğlu bildirmişdir ki, onun atası və anasının Gəncədə qalmasını istəmir, ona görə də evi qaytarmaq istəyir. O isə bildirmişdir ki, bir otağı təmir etdirmiş, kombini təzədə n çəkdirmiş və 600 manat notariusa xərc çəkərək, evi sığortalamışdır. Həmçinin evə bahalı elektrik əşyaları da almışdır. İddiaçının oğlu isə 10 min manat istəmişdir ki, Gəncədəki evi satıb, üzərinə də 10 min manat əlavə edib, atası və anasına yeni ev alsınlar. 2 gün sonra iddiaçının əri gəlib 10 min manatı nə vaxt verəcəyini soruşmuşdur. Cavabdeh onlarla belə danışmadıqlarını bildirmiş və dəymiş ziyanı tələb etmişdir. Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli rəyində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə ye tirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikintitexnologiyalarına uyğun yerinə yetirilmədiyi qeyd olunmuşdur.
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-689/2023 nömrəli iş üzrə 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı dəyişdirilmiş evin inşasını tikinti texnologiyalarına uyğun yerinə yetirilmədiyindən dəyişmə müqaviləsindən imtina edərək, evinin qaytarılması hüququna malikdir və bu baxımdan iddia əsaslıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 587.2 və 662-c i maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-252/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmayaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi və müvafiq qeydiyyata alınmayan yaşayış evini 55 min manata satışa qoymuş, həmin civarda evlərə baxarkən iddiaçının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsinin 55.000 manata satılması, Gəncə şəhərində evlə barter edilməsi barədə elanı görmüş, sonra evlərə baxaraq, aralarında dəyişdirilmə barədə razılığa gəlmiş, notariat qaydada xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsini imzalamışlar.
16. Tərəflər arasında dəyişdirmə (əvəzləşdirmə) müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini qəbul edərək, əvəzinə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini sonuncuya verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının Bakı şəhərindəki fərdi yaşayış evinin əvəzində Gəncə səhərindəki torpaq sahəsinin verilməsi barədə müqavilə ilə razılaşdırılmışdır.
17. Məhk əmə qeyd etmişdir ki, iddiaçı tərəf müqavilədən öncə dəyişdirmə müqaviləsinin predmeti olan torpaq sahəsinə baxıb bəyənmiş, evdə aparılmış təmir işlərini görmüş və dəyişdirmə ilə razılaşaraq, heç bir etirazı olmamışdır. Həmçinin ona 15000 manat əlavə pul verilməsinə dair razılaşmanın olmasına dair dəlili öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş və bu hal tərəflər arasında bağlanmış müqavilənin şərti kimi nəzərdə tutulmamışdır.
18. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış dəyişdirmə müqaviləsi qanuni əsaslarla bağlanmış və onun ləğv edilməsinə hüquqi əsaslar olmamışdır.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 390.5, 404.1, 404.2, 425.1, 425.2, 442, 662-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinə etirazın dəlilərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əvvəllər cavabdehə məxsus olmuş evdə hansı qüsurların olduğunu araşdırmamış və ekspert rəyini nəzərə almamış, müqavilənin ləğvi üçün qanuni əsasların olmasına baxmayaraq, iddianı təmin etməmişdir.
22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 385.1, 387.2, 390.1, 404.1, 386.1-ci maddələrinə istinadla əsaslandırmışdı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. göndərərək, qətnamənin Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdi rilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əh əmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkət lərdən çəkinməlidirlər.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla vəya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
34. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
35. Maddə 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
36. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüqu qi məsələlərə apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
46. İddiaçı öz tələbini dəyişdirmə müqaviləsi bağlanarkən şifahi razılaşma əsasında cavabdehin ona əlavə 15000 manat ödəməyi öhdəsinə götürdüyü ilə əsaslandırmış, lakin məhkəmə baxışı zamanı aralarında belə bir razılaşmanın olduğunu sübuta yetirə bilməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tədqiq etmiş, işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmişdir.
48. Nəzərə alınmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il ta rixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət v erilmir.
51. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-252/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.