Məhkəmə qərarları › İş №2(102)-171/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-171/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-171/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ləğv prosesində olan sığortaçıya qarşı iddialar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 Xanoğlan oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7110/2021 saylı qətnaməsindən cavabdeh İcbari Sığo rta Bürosu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 165B saylı fərdi yaşayış evi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 01.01.2020-ci il tarixdən 31.12.2020-ci ilədək icbari sığorta edilmişdir. İddiaçının mülkiyyətində olan evin divarlarında çatlar yaranmışdır. İddiaçının sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən verilmiş 13.11.2020-ci il tarixli rəydə iddiaçının evində sanitar qovşaq otağının alt hissəsindən keçən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş boru xəttinin zədələnməsi səbəbindən sızan suların torpaq qatını yuması, nəticədə tikintinin alt hissəsində boşalmalar əmələ gəlməsi, bu səbəbdən tikilinin divarlarında çatlar yaranması müəyyən edilmişdir. Rəylə həmçinin divarların, tavan hissəsinin yenidən suvanaraq təmir olunması, kanalizasiya xəttinin dəyişdirilməsi, fasad hissədən kəmər atılması üçün çəkilməli xərclər 7.447 manat məbləğdə müəyyən edilmişdir.

2. İddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və bildirmişdir ki, hadisənin araşdırılması məqsədi ilə müvafiq qurumlara sorğular göndərilmiş və əmlaka dəymiş zərərin səbəblərini və dəyərini müəyyənləşdirmək üçün ekspert dəvət edilmişdi r. Sorğulara cavab olaraq Corat Bələdiyyəsinin təqdim etdiyi rəyə əsasən evin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadı, mətbəx və hamamının divarları çat verərək aralanmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Maliyyə Palatasının reyestrinə daxil olmuş X1 rəyinə əsasən zərərin uzun müddət sanitar qovşağında su sızması nəticəsində və mətbəxin konstruksiyasının (divarların) standartlara uyğun tikilməməsi nəticəsində baş verməsi müəyyən olunmuşdir. Həmin ekspertin təqdim etdiyi 806 saylı rəyə əsasən əmlaka dəyən zərər 4500 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 36.3.5-ci madd əsinə əsasən, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan, müstəqil sığorta şirkətinin əməkdaşlarının da təyin etdiyi cəmi 7447 manat pulun, eyni zamanda dövlət rüsumu və müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 manat və buna uzun müddətdə ödənişi etməkdən yayındığı üçün 0.1 faizinin d ə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.07.2020-ci il tarixdə iddiaçının evini kanalizasiya borusunun deşilməsi nəticəsində su basmış və nəticədə evin aboyları o cümlədən divarlarda çatlar əmələ gəlmişdir. Əmlakı sığortalı olduğundan vurulan ziyanı təsbit etmək ücün sığorta şirkətinin mütəxəssisi və Sumqayıt Şəhər İcra Nümayəndəliyinin nümayəndəsi evə baxış keçirərək sığorta şirkətinə öz rəylərini yazılı surətdə bildirmişlər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi bərpa təmir işləri aparılması tələb olunur. Lakin sığorta şirkətinin mütəxəssisi əmlaka baxış keçirərək, iddiaçıya dəymiş ziyanın 3500 manat təşkil etdiyini bildirmiş və ödənilməsi üçün 30.11.2020-ci ildə iddiaçıya baş ofisə yaxınlaşmasını bildirmişlər. İddiaçı buna etiraz edərək, sığorta şirkətinin də bilgisi nəticəsində müstəqil sığorta mütəxəssisi ilə müqavilə bağlayaraq əmlakını qiymətləndirmiş və mütəxəssis vurulmuş ziyanı 7.447 manat müəyyən etmişdir.

5. Cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, sığorta müqaviləsinin tərəfi "xxxx" Sığorta Şirkətidir və İcbari Sığorta Bürosunun müvafiq müqavilə üzrə hər hansı bir cavabdehliyi yoxdur. İcbari Sığorta Bürosu sadəcə sığorta şirkəti ləğv olunarsa, o zaman məhkəmə qərarı əsasında kreditorların reyestri təsdiq olunduqdan sonra “İcbari sığorta haqqında” qanunun 32.1.1-ci maddəsinin tələblərinə əsasən reyestrdə olan kreditorlara kompensasiya ödənişlərini həyata keçirir. Hal-hazırda iddiaçı sığorta şirkətinə kreditorların reyestrində qe ydiyyata alınması barədə müraciət etməli idi. Əgər rədd cavabı verilərdisə, müvafiq qərarı məhkəmədə mübahisələndirməli idi. Hazırkı vəziyyətdə İcbari Sığorta Bürosunun hər hansı bir öhdəliyi yoxdur. 6.Yasamal Rayon Məhkəməsinin 2(004)-2577/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia ərizəsi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İcbari Sığorta Bürosu İddiaçı sığorta ödənişinin hesablanaraq ödənilməsi ilə bağlı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məh kəmədə baxılır. 8. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanununun 45.3-cü maddəsinə əsasən kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir.

9. İcbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə məsul olan "xxxx" Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv edilmiş və şirkətin müflis elan edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir.

10. Həmç inin Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadında İddiaçı sığorta şirkətlərinin ləğvi ilə əlaqədar müflis elan olunmuş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılmalı olduğu izah olunmuşdur.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələr indən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

12. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir.

13. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisəni n qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.

14. Birinci instansiya məhkəməsi qətnaməsini “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18.2, 45.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 48, 50.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7110/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talı şinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, İcbari Sığorta Bürosundan 7.447 manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, qiymətləndirilmə xərci 120 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edimişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə bağlı mövqeyini cavabdeh İcbari Sığorta Bürosunun həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımaması və hazırkı iş üzrə əsl cavabdeh olmaması ilə əsaslandırsa da, bu mövqe “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci, 32.1-ci və 32.1.1-ci maddələrinə zidd olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, sığortaçı (ASC "xxxx" Sığorta Şirkəti) müvafiq icbari sığorta müqavilələri üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilməmişdir, odur ki, həmin Qanunun 32.1-ci maddəsinə əsasən iddiaçıya 7.447 manat sığorta ödənişi İcbari Sığorta Bürosu tərəfindən verilməlidir.

18. Məəhəkəmə gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci, 32.1-ci və 32.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin nümayəndəsi kassasiya şikayə ti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 20.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi vermiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadı ilə həmin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Məhkəmə həmin qərardadında bildirmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır.

21. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ “sığorta ödənişini” tələb etməsinə baxmayaraq, İcbari Sığorta Bürosu həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Belə ki, ASC "xxxx" Sığorta Şirkəti ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)-6321/2020 saylı qərardadından da görünür ki, müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. 22. “Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun 45.3-cü maddəsinə əsasən kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bil ər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Məhz bu səbəbdən də, İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət etməli idi. Lakin heç bir hüquqi əsası olmadan tələblərini cavabdehə qarşı irəli sürmüşdür.

23. Həmin Qanunun 18.2-ci maddəsinin “b” bəndinin tələblərinə əsasən borclunun müflis elan olunması məqamından etibarən borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən ş ərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

25. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

26. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respubl ikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

29. İddiaçı və onun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatları dinlənilmədi. Tət biq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

59. Hüquqi şəxsin ləğvi 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğv etmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılm ası, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası HYPERLİNK "http://eqanun.az/framework/46944" \l "_edn62" 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilm əsi yolu ilə bağlanan müqavilədir. Maddə

9. İcbari sığorta şəhadətnaməsi 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Maddə

13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun“Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə

15. Əmlaka dəyən zərər 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə

27. İcbari Sığorta Bürosu “27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi“təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Maddə

32. Kompensasiya ödənişlərinin təyinatı 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda“və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda“nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilmə si aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə. 32.2. Bu Qanunun“Xüsusi bölməsinin“2-ci fəsli“üzrə sığorta olunan,“3-cü və 4-cü fəsilləri üzrə sığorta olunan və ya zərərçəkən üçüncü şəxs,“5-ci fəsli“üzrə isə sığortalı və ya sığorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər. Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, təd ricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. 32. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri 115.1. Məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində“maliyyə bazarlarına nəzarət orqanına göndərir. 115.2.“Maliyyə bazarlarına nəzarət orqanı“bu Qanunun 114.2-ci maddəsinə əsasən sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı tarixdən, könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının səlahiyyətləri həmin orqanın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya keçir. 115.3. Məcburi qaydada ləğv edilən sığortaçının kredit orlarının siyahısı“maliyyə bazarlarına nəzarət orqanının“təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir. 115.4. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 33. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.“İflas prosesinə başlanmasının ümumi qaydaları 1.“İflas haqqında işlərə“başlanması“və“həmin işlərə“baxılması“qaydası“bu Qanunun spesifik tələbləri nəzərə“alınmaqla, qüvvədə“olan prosessual qanunvericiliklə tənzimlənir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müfl is elan edilir. Maddə 43.““Müflis elanetmə və borc tələblərin irəli sürülməsi qaydası 1.“Kreditorların ilkin yığıncağı barəsində“əmlak inzibatçısı“və“ya borclu tərəfindən göndərilən bildirişdə“borclunun müflis olması“zamanı“öz tələblərini vermək istəyən kreditorlar üçün müvafiq qaydalar müəyyən edilir. 3.“Kreditorların bu maddənin 2-ci bəndinə“müvafiq surətdə“verdiyi hər hansı tələbə əmlak inzibatçısı“həmin tələbi aldığı“vaxtdan“10 iş günü müddətində baxır. Əmlak inzibatçısı bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir. Maddə

45. Kreditorların irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi

1. Əmlak inzibatçısı“borc tələbini tamamilə“və“ya qismən qəbul və“ya rədd edə“bilər. 2.“Əmlak inzibatçısı“tələbi tamamilə və ya qismən rədd etdi kdə bunun üçün əsaslandığı səbəblərin yazılı“izahını“hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. 3.“Kreditor“öz tələbi barəsində“əmlak inzibatçısının qərarı“ilə“razı“olmadıqda həmin qərarın ləğvi və“ya dəyişdirilməsi barədə“məhkəməyə“müraciət edə“bilər. Bu barədə“ərizə“bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Maddə

4. Borc tələblərinin reyestri 1.“Əmlak inzibatçısı“kreditorların tələblərinin verilməsi“üçün ayrılmış“60 günlük müddət qurtardıqdan sonra“7“gündən gec olmayaraq tələblərin reyestrini tərtib edir. 3.“Əmlak inzibatçısı“reyestrin məhkəmə“tərəfindən təsdiqindən sonra“3“gündən gec olmayaraq lazımi qaydada və“bu Qanunun 43-cü“maddəsində“müəyyən edilmiş müddətdə tələb vermiş hər bir kreditora onun tələbinə b axılmanın nəticələri barəsində yazılı bildiriş göndərməlidir. Maddə 52.Borcların ödənilməsi növbəliyinin ümumi qaydaları 1.“Əmlak inzibtçısı“kreditorların tələblərini aşağıdakı“üsullarla“ödəyə“bilər: a)“ya borcluya“çatası“borcları“tutmaq və“ya borclunun“əmlakını“təşkil edən aktivləri bu Qanunun V fəslinə“müvafiq surətdə“satmaq və““satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə; b)“ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə“vermək yolu ilə.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn t ətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (maddə 416).

36. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, cavabdeh tərəfindən iddiaya qarşı irəli sürülmüş etirazların əsasları yoxlanmamış, maddi hüquq normasının tətbiqini əsaslandırmamışdır.

40. Belə ki, kassasiya şikayətində irəli sürülən dəlil – cavabdehin iddia tələbinə cavab verməli olmaması, iddiaçı qarşısında öhdəlik daşımaması barədədir. Kassator bu mövqeyini “Müflisləşmə və iflas haqqında” Qanunun 18.2 və 45.3-cü maddələrinə istinadən əsaslandırmışdır (bax: qərarın 19-25-ci paraqrafları).

41. Kassatorun bu dəlilləri, cavabdehin verilmiş t ələb üzrə cavabdeh olmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etməsinə baxmayaraq, həmin dəlilləri ətraflı araşdırmamış, gəldiyi nəticəni yalnız “İcbari sığortalar haqqında” Qanunun 32.1 və 32.1.1-ci maddələrinə istinadla onunla əsaslandırmışdır ki, sığortaçı ASC "xxxx" Sığorta Şirkətinin müvafiq icbari sığorta müqavilələri üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilməmişdir, odur ki, həmin Qanunun 32.1-ci maddəsinə əsasən iddiaçıya 7.447 manat sığorta ödənişi İcbari Sığorta Bürosu tərəfindən verilməlidir. 42.Lakin kassasiya şikayətində qeyd olunduğu kimi, sığortaçının ödəmə qabili yyətinin olmamasının hüquqi nəticələri qanunvericiliklə tənzimlənir.

43. Sığortaçının öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması müflisləşmə adlanır və sığortaçının iflas proseduruna başlanmasına səbəb olur.

44. İflas proseduru ilə bağlı hüquqi mənbə olan Mülki Məcəllənin müddəalarına görə hüquqi şəxsin müflis olması onun ləğv olunması üçün əsaslardan biridir. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər (Mülki Məcəllənin 59.4 və 59.5-ci maddələri).

45. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır (Mülki Məcəllənin 59.6, 60.1 və 60.2-ci maddələri).

46. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir (Mülki Məcəllənin 60.3-cü maddəsi).

47. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin“hüquqi və iqtisadi əsasları “Sığorta fəaliyyəti haqqında” Qanunla tənzimlənir.

48. Həmin Qanunda sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri müəyyən edilərək göstərilir ki, məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində“maliyyə bazarlarına nəzarət orqanına“göndərir. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi“Azə rbaycan Respublikasının Mülki Məcəlləsinə və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa“uyğun olaraq həyata keçirilir (115.1, 115.3,“115.4-cü maddələri). 49. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunu iflas prosesinə başlanmasının ümumi qaydaları kimi müəyyən edir ki, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 50. “Müflisləşmə və iflas haqqında” Qanunun müflis elan etmə və borc tələblərinin irəli sürülm əsinə dair müəyyən etdiyi ümumi prinsiplərə görə təminatsız kreditorların borc tələbləri, o cümlədən iflas işinin məhkəmədə baxılması nəticəsində yaranan tələbləri (yerinə yetirilməmiş müqavilələr barəsində“tələblər və“s.) və“təminatlı“kreditorların tələbləri (əgər bu tələblər onların təminatı məbləğindən“çox olan məbləğlərə aid deyilsə)“əmlak inzibatçısı tərəfindən yalnız o halda təsdiq edilir ki, həmin tələblər bu fəslin müddəalarına müvafiq surətdə“verilmiş“olsun (42-ci maddə).

51. Qanunun 43-cü maddəsində müəyyən olunmuş müflis elanetmə ilə bağlı borc tələblərin irəli sürülməsi qaydasına görə, kreditorlar borcluya öz tələblərini Qanunun tələblərinə“müvafiq surətdə“borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Əml ak inzibatçısı həmin tələblərə yalnız o halda baxır ki, bunlara aşağıdakı“məlumatlar daxil edilmiş“olsun: a)“kreditorun adı“(adı, atasının adı, soyadı) və“ünvanı; b) iflas prosesinə başlanılması məqamınadək olan tələbin ümumi məbləği; c)“tələbin məbləğinə“ödənilməmiş“faizlərin daxil olması; ç)“tələbin məbləğinə“hər hansı“cərimələr və“ya vergilər daxil edilməsi; d)“borclunun necə“və“nə“vaxt borca düşdüyü“barədə“məlumat; e)“hər hansı“mövcud təminat barəsində“məlumat, bu cür təminatın verilməsi tarixi və“təminat zamanı“kreditorun nəzərdə“tutduğu məbləğ; ə)“tələbi imzalamış şəxsin soyadı, ünvanı və səlahiyyəti (əgər həmin şəxs kreditorun özü deyildirsə); f)“tələbin hüquqi etibarlığını“sübut edən sənədlər (əgər bu cür sənədlər varsa).

52. Kreditorların bu şərtlərə müvafiq surətdə“verdiyi hər ha nsı tələbə əmlak inzibatçısı həmin tələbi aldığı“vaxtdan 10 iş günü“müddətində“baxır.“Əmlak inzibatçısı“bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir.

53. Kreditorların irəli sürdüyü borc tələbləri əmlak inzibatçısı tərəfindən tamamilə“və“ya qismən qəbul və“ya rədd edilə“bilər. Əmlak inzibatçısı“tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı“səbəblərin yazılı“izahını“hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər.

54. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər: a) “ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə“müvafiq surətdə“satmaq və““satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə; b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə“vermək yolu ilə.

55. Göründüyü kimi sığortaçının müflis elan olunması ilə əlaqədar kreditorların tələblərinin həlli qaydası müəyyən olunmuşdur və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “İcbari sığortalar haqqında” Qanunun 32.1-ci maddəsi də həmin qaydalar nəzərə alınmaqla tətbiq olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara aydınlıq gətirməmişdir.

56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi İcbari Sığorta Bürosunun cavabdehlik daşıdığı barədə qəti nəticəyə gəlmiş olsa belə, iddianın təmin olunması üçün digər şərtin mövcudluğunu - sığor ta hadisəsi olub-olmamasını müəyyən etməlidir. Bu baxımdan mübahisəyə nəzər salındıqda görünür ki, iddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və imtinanın əsası kimi ona istinad etmişdir ki, araşdırma zamanı iddiaçının evinin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadının, mətbəx və hamamının divarları çat verərək aralanmışdır.

57. Sığorta şirkəti bu faktı “İcba ri sığortalar haqqında” Qanunun 36.3.5-ci maddəsinə əsasən sığorta hadisəsi hesab etməkdən imtina etmişdir.

58. İstinad olunan “İcbari sığortalar haqqında” Qanunun 36-cı maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə məhz hansı hadisələrin sığorta hadisəsi sayıldığı və hansı hadisələrin sığorta hadisəsi kimi tanınmaması müəyyən edilmişdir.

59. Qanunun 36.3.5-ci maddəsinə görə suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması səbəbindən əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur.

60. İddiaçının özünün sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən verilmiş 13.11.2020-ci il tarixli rəyində də göstərilir ki, iddiaçının evində sanitar qovşaq otağının alt hissəsindən keçən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş boru xəttinin zədələnməsi səbəbindən sızan suların torpaq qatını yuması, nəticədə tikintinin alt hissəsində boşalmalar əmələ gəlməsi, bu səbəbdən tikilinin divarlarında çatlar yaranması müəyyən edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmiş, iddia olunan hadisənin sığorta hadisəsi hesab olunub olunmadığını araşdırmamış, gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə uyğun əsaslandırmamışdır.

62. Bundan başqa, "xxxx" Sığorta Şirkətinin müflis elan olunması barədə məhkəmənin qərarı olmasından bəhs etməsinə baxmayaraq, həmin qərarı işə əlavə etməmiş, qərar əsasında kimin ləğvedici (inzibatçı) təy in edildiyini müəyyən etməmiş, işin hallarına əsasən ləğvedicinin (inzibatçının) işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir.

63. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsi qətnamənin qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq“ işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyy ət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

65. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.

66. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

67. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPMnin 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7110/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar