Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər X3 və X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdehlər X3 və X7 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-90/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadından iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2024-cü il tarixdə Azər baycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X5 ilə X11 arasındakı nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)4753/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)1636/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X8 qarşı cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsü tələbinə dair iddiası təmin edilərək iddiaçının cehiz gətirdiyi əşyalar yataq dəsti (qoşa yataq, hündür iki qapılı dolab, tumhoçka - 2 ədəd, tremo (güzgülü), tremo üçün stul), “Embavvood” markalı olan qorka, komod güzgülü)-televizor qoymağada imkanı olan, 6 ədəd oturacaq stulu, şüşəli jurnal masa, Türkiyə isteh salı olan xalça (qırmızı-sarı- 3 mX2 m), Türkiyə istehsalı olan xalça (göy-sarı 3mX 2m), 2 ədəd çilçıraq, iri divar saatı. “LG” markalı (6kq-lıq) paltaryuyan maşın, 1 ədəd güldan (böyük), soyuducu (ağ rəngdə) cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək, göstərilən əmlakların cavabdehin evində olduğunu və onları iddiaçıya təhvil verməyə hazır olduğunu bildirmişdir.
3. İcra vərəqəsi xx.xx.2017-cı il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. 4. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən həmin icra sənədi "İcra haqqında” Qanunun 23.1.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə q aytarılmışdır.
5. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1636/2017 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. 6. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərinə təyin edilmiş icra tədbirləri tələbkar iştirak etmədiyindən baş tutmamış və bu barədə müvafiq tarixli aktlar tərtib edilmişdir.
7. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636 saylı. xx.xx.2017-ci il tarixli icra vərəqəsi “İcra haqqında" Qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır.
8. Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru H.Ə.İsrəfilov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2 017-ci il il tarixli, 2(007)-1636/2017 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozu ünvanında yerləşən evdə olan, tələbkara məxsus əşyalara baxış keçirilmiş, soyuducu və paltayuyan maşının həyətdə qutunun içində bağlı vəziyyətdə, digər əşyaların həyətdə inşa edilmiş otaqda saxlanıldığı, işlənmiş və istifadəyə yararlı vəziyyətdə olduqları müəyyəm edilmişdir. Tələbkara əşyaları qəbul etmək təklif olunsa da, o, əşyaların yararsız vəziyyətdə olduğunu əsas gətirərək, onları götürməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X5 cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək ona məxsus xarab edilmiş əşyaların dəyəri olan 12090 pulun və 10 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2010-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. 2011-ci il tarixində keçmiş qaynatası Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Südçülük savxozu ünvanında yerləşən evə gəlin köçmüş və digər Cavabdeh2 ilə birlikdə yaşamışdır. Yetkinlik yaşına çatmayan uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sonradan cavabdehin təzyiqi və təkidi ilə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nizami rayon Məhkəməsinin 2(007)-4753/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aralarınında bağlanmış nikah pozulmuşdur. Cavabdeh2, atası Fərman və anasının ona və azyaşlı uşaqlarına etdiyi təhqir və təzyiqlərə tab gətirə bilməyərək, yaşadığı evdən çıxıb getmişdir və uzun müddətdir kirayələrdə yaşayır. Bəzən kirayədə qaldığı evin kirayə haqqını ödəyə bilmədiyi üçün qış aylarında belə azyaşlı uşaqları ilə birlikdə kirayə qaldığı mənzilən çıxarılmış, məcbur qalaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və uzun məhkəmə çəkişmələrindən sonra həmin evə xx.xx.2019-cu il tarixdə icra vasitəsi ilə köçürülmüşdür. xx.xx.2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qətnaməsi ilə cehiz əşyalarının tələbinə dair iddia ərzəsi təmin ol unaraq, ona məxsus olan, "Yataq dəsti - (Qoşa yataq, hündür iki qapılı şifaner, tumbuçka -2 ədəd, termo güzgülü, termo üçün stul) - 4000 manat,
2. Qorka (Embavood)-dan - 3000 manat,
3. Kamot (güzgülü) - televizor qoymağa da imkanı olan - 3000 manat
4. Oturacaq stulu-(6-ədəd) 25 manat = 150 manat,
5. Jurnal stolu (Şüşəli) - (1 ədəd) - 100 manat,
6. Xalça, Türk istehsalı (qırmızı- sarı rəng) (3 m x 2 m) - 250 manat,
7. Xalça, Türk istehsalı (göy-sarı) ( 3 m x 2 m) - 250 manat,
8. Çilçıraq (2 ədəd) x 50 manat = 100 manat,
9. İri divar saatı - (1 ədəd) = 40 manat,
10. Güldan (böyük) - (1-ədəd) = 50 manat,
11. Paltar yuyan maşın LG (6 kq) - 500 manat,
12. Soyuducu (ağ rəngdə) - 600 manat cavabdehdən alınaraq ona verilinəsi qət edilmişdir
11. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan alınaraq X4 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və qanuna müvafiq qaydada icraya yönəldilmiş, zəruri icra tədbirləri görülmüşdür. Lakin, Sevinc Feyzullayeva cehiz əmlakını götürməkdən imtina etmiş və onun ərizəsinə əsasən xx.xx.2017-ci il tarixində icra sənədi ‘'İcra haqqında qanunun 23.1.1-ci maddəsi ilə həmin məhkəməyə geri qaytarılmışdır. Cavabdeh2 həmin icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və xx.xx.2018-ci il tarixində həmin icra sənədi icra olunması üçün yenidən icraya yönəldilmişdir. Bundan sonra icra məmuru icra sənədinin icrası ilə bağlı iddiaçıya şəxsən bildiriş təqdim etmiş, buna baxmayar aq Sevinc Feyzullayeva üzrsüz səbəbdən (qərəzli olaraq) icra tədbirində iştirak etməmişdir. Bu barədə icra məmuru xx.xx.2018-ci il tarixində akt tərtib etmişdir. İcra məmuru yenidən icra tədbiri təyin etmiş, lakin, iddiaçı icra tədbirində yenə də üzrlü səbəb olmadan (qərəzli olaraq) iştirak etməmişdir. Bu barədə icra məmuru xx.xx.2018-ci il tarixində akt tərtib elmişdir. Yenidən icra tədbirləri görülmüş, X10 cehiz əmlakını götürmək istəməmiş, icra sənədinin icrasına mane olmuşdur. Belə olan halda icra məmuru “İcra haqqında” qanunun 23.1.5-ci maddəsinin tələbinə əsasən icra sənədini icra olunmadan məhkəməyə geri qaytarmışdır. Cavabdeh2 şikayət ərizəsi ilə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etmiş, Sevinc Feyzullayevin məhkəmə qətnaməsinin icrasına mane olduğunu, cehiz əşyalarının götür ülməsi üçün göstəriş verməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 sözü gedən icra sənədinin təkrarən icraya yönəldilməsini xahiş etmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın qızıl-zinət əşyalarının geri qaytarılması və özünə uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat aliment tutulması hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında cavabdeh X12 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13. 02.06.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının əşyaları səliqəli yığılmışdır. Ümumiyyətlə iddi açı cehiz gətirməmiş, hər şey tərəflin nikahda olduqları dövrdə alınmışdır. Oğlu 2018-ci idə yenidən evlənmiş və o vaxtdan da bu məsələlər başlamışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbinin rədd edilməsi və ödənilmiş 77 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X8 qarşı “cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunm uş əmlakının bölgüsü tələbinə dair” iddiası təmin edilərək, iddiaçının cehiz gəlirdiyi əşyaların cavabdehdən alınanıq ona qaytarılması qət edilmişdir. Qətnamə qanun qüvvəsini almış və icra sənədi verilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən icra sənədi "İcra haqqında” qanunun 23.1.1-ci maddəsi ilə Nizami rayon məhkəməsinə qaytarılmışdır. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon icra şöbəsinə icra olunması üçün göndərilmiş, xx.xx.2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə təyin olunmuş icra tədbirlərində bildiriş şəxsən təqdim olunmasına baxmayaraq, tələbkar iştirak etməmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi “İcra haqqında" qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə ger i qaytarılmışdır. Son olaraq, xx.xx.2021-ci il tarixdə icra məmurunun, icra işi üzrə tərəflərin və hal şahidlərinin iştirakı ilə borclunun evində olan tələbkara məxsus əşyalara baxış keçirilmiş, əşyaların istifadəyə yararlı olduğu müəyyən edilərək, tələbkara onları götürməsi təklif olunmuş, lakin tələbkar əşyaları götürməkdən imtina etmişdir. Məntiqi olaraq tələbkar icra işində maraqlı olmasına baxmayaraq, bir dəfə icra sənədinin məhkəmə qaytarrılmasını xahiş etmiş, iki halda isə icra tədbirlərində iştirak etməmiş,son olaraq, əşyalarını götürməkdən imtina etmişdir. X1 isə dəfələrlə müvafiq icra qurumlarına müraciət edərək, icra işinin vəziyyəti ilə maraqlanmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, tələbkar icra sənədinin icrasında maraqlı olmamış, onun əsas niyyəti müəyyən vaxt ke çdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək olmuşdur.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Mülki Məcəllənin 5, 14, 16, 425, 152, 560, 385 və 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxan birinci insransiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, öz qətnaməsini MPMnin 217-ci maddəsinə uyğun əsaslandırmamışdır. Məhkəmə qətnamə qəbul edərkən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarında olan sübutlara və şahid ifadələrinə qiymət verməmiş, tərəflərin hansı hüquqi münasibətdə olduğunu müəyyənləşdirməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-91/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.S.Şirinov) apellyasiya şikayəti qi smən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və hazırki tələbə mülki məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması mülki prosessual qanunvericiliyin və “İcra haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.
21. Belə ki, iddiaçı özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı forma da istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada, yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasa da, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər.
23. Belə ki, hazırki iş üzrə tələbin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsi ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunan cehiz əşyalarının dəyəri olan 12090(on iki min doxsan)manatın alınması ilə bağlı olduğu işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçı bu tələbi iddia icraatı qaydasında irəli sürməsinin səbəbi kimi, ca vabdeh tərəfindən həmin əşyaların xarab edilməsini göstərib.
24. İşdən o da bəlli olur ki, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən dəfələrlə icra tədbirləri həyata keçirilmiş, lakin hazırki işdə iddiaçı olan tələbkar bu tədbirlərdə üzrlü səbəb olmadan iştirak etməmiş, sonuncu məcburi icra tədbirləri zamanı isə cehiz əşyalarını götürməkdən imtina etmişdir.
25. Hazırki tələbində isə qətnamə ilə ona qaytarılmalı olan cehiz əşyalarını qəbul etmədən, onlardan hansınınsa yararsız olub-olmadığını, yararsız olduğu halda isə bunun səbəbini(istismar nəticəsində, yaxud kənar fiziki təsir nəticəsində və.s) müəyyən etmədən birbaşa iddia icraatı qaydasında onların dəyərini tələb edir. Bu tələbin nə qədər əsaslı olub-olmaması üzrə hüquqi dəyərləndirmə aparılmazdan əvvəl ilk növbədə ona iddia icraatı qaydasında baxılmalı olmasının mümkünlüyü yoxanılmalı idi, ancaq birinci instansiya məhkəməsi bunu yoxlamadan tələbə iddia icraatı qaydasında baxıb qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir.
26. Çünki artıq məhkəmə qətnaməsinə əsasən qaytarılması qət olunan cehiz əşyalarının mövcud olmadığı yaxud borclu tərəfindən bilərəkdən yararsız vəziyyətə salındığı təsdiq olunduğu halda belə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməsinə zərurət və lüzum yox idi. Bu qayda, həm icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərəliliyini təmin etmiş olur, həm də prosessual qənaət prinsipinə əməl edilməklə çoxsaylı yeni lüzumsuz iddiaların ortaya çıxmasının qarşısını alır.
27. Demək, yaranmış hazırki mübahisə də icra icraatı çərçivəsində verilmiş ə rizə qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Çünki fərqli vaxtlarda çıxarılmış əvvəlki qətnamənin icrasının nəticəsi ilə, hazırki iddia üzrə çıxarılacaq qətnamənin icrasının nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məzmunlu məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir.
28. Beləliklə, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq hazırki işin predmeti olan tələbin icrasının təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququ var və onun bu ərizəsinə həmin məhkəmə tərəfindən icra qaydasında baxıla və müvafiq məhkəmə aktı qəbul edilə bilər.
29. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Prosessual Məcəllənin 261, 384 və 387-ci maddələrinə, M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 30. ddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin iş üzrə icraata xitam verilməsi üçün çıxış etdiyi mövqe tamamilə əsassız olmuşdur. Çünki, apellyasiya məhkəməsi öz qərardadında göstərmiş dir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-1636/2017 saylı qətnaməsi ilə cavabdehdən alınaraq iddiacıya verilməsi qət olunan cehiz əşyalarının dəyəri olan 12090 manatın alınması ilə bağlı olduğu mübahisəsiz haldır. İddiaçının tələbi təmin olunmalıdır. Belə ki, cavabdeh qərəzli olaraq özbaşınalıq edərək, iddiaçının cehiz əşyalarını sökərək bərbad hala salıb. Belə olan halda cavabdeh tam məsuliyətli olaraq iddiaçıya dəymiş ziyanı ödəməlidir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halların heç birinə hüquqi qiymət verməmişdir. Halbuki, iş üzrə göstərilən halların ayrıca iddia icraatı qaydasında araşdırılmasına zərurət vardır. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, həqiqətə nail o lmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə
16. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
36. Maddə 52.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam v erir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Ka ssasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş mateiallarını kassasiya şikayətinin dəlillərini araşdıraqaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə haq lı olaraq hesab etmişdir ki, iddiaçının hazırki iş üzrə tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll olunmuşdur, həmin qətnamə ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunan cehiz əşyalarının dəyəri müəyən edilmiş, əşyalara olmadıqda onların dəyəri olan 12090 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin əşyaların xarab edilməsi, yararsız hala salınması, yaxud yerində olmaması həmin əşyaların dəyərinin yenidən iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmaqla tələb olunması üçün deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsinin icrası qaydasında tələb irəli sürülməsi üçün əsas ola bi lər.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-90/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.