Məhkəmə qərarları › İş №2(102)-172/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-172/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-172/2021 08.02.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-172/21 (Açar sözlər: birgə nikah dövründə yaranmış borcun paylara uyğun bölünməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Məmişov Bəylər Sahib oğlunun, cavabdeh Abdullayeva (Yusifova)Təyminə Şamil qızının, onun vəkilləri Vəkil və Vəliyev Ramil Əmirxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə n ikah dövründə yaranmış borcun paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Abdullayeva (Yusifova)Təyminə Şamil qızının kassasiya şikayətinə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və onların birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü Neman adlı uşaqları var.

2. Səbail rayon Məhkəməsinin 2(009)-2386/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə yaranmış borca görə 212.500 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)3201/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 425.000 ABŞ dollarının 1/2 hissəsi) və 375.000 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 750.000 ABŞ dollarının 1/2 hissəsi), cəmi 587.500 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qeyd edilən pul məbləğinin ödənilməsinin Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4 İddia tə ləbi onunla əsaslandırılıb ki, Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi il İddiaçı adına rəsmiləşdirilmiş əmlakların, yəni Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159,78 kv.m. sahəli 4 otaqlı 23 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyriyaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182 saylı məhəllədə yerləşən qeyriy aşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su ambarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən 284,7 kv.m. sahəsi olan su ambarının yarımçıq tikilisi; «Cadillac CTS» markalı, ** LO *** dövlət nömrə nişanlı avtomobil və «Porsche Cayenne» markalı ** ZE *** dövlət nömrə nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-12438/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı A.Abdullayevlə Cavabdeh nikahda olduqları dövrdə ailənin borclanmasına və konkret olaraq Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən daşınmaz əmlakların alınmasına sərf edilmiş pul vəsaitləri ilə bağlı öhdəliklər yaranmışdır.

7. Belə ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı İmanov Rövşən Şəmsəddin oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 425.000 ABŞ dolları məbləğində pulun iddiaçı Rövşən İmanovun xeyrinə tutulması qət edilmişdir.

8. Bundan əlavə Nəsimi rayon Məhkə məsinin 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 750.000 ABŞ dolları məbləğində pulun Qasım Həsənağanın xeyrinə tutulması qət edilmişdir.

9. Qeyd edilən məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Artıq qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı adları qeyd edilən şəxslərdən borc aldığı məbləğləri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh pay hüququnun müəyyənləşdirildiyi əmlakların satınalınması və tikintisi üçün əldə etmiş və həmin əmlaklara xərcləmişdir. Məhz bunun nəticəsində ailənin ümumi borcu yaranmışdır.

10. H azırki vəziyyətdə Cavabdeh ilə iddiaçının arasında olan ümumi əmlak bölündüyündən, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə əsasən onların nikahda olduqları dövrdə yaranmış borclar da onların payına uyğun olaraq bölünməlidir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2 və 37.137.3-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh Şahin qızı iddiaya etiraz edərək göstərib İddiaçı iddia tələbinin əsaslandığı Səbail rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi şikayət verildiyi üçün qüvvəyə minməyib.

13. İddiaçı 750.000 ABŞ dolları pulun alınıb X3 verilməsi barədə Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh Şahin qızı maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti verib.

14. Borclar süni ya radılmış borc məbləğləridir. İddiaçı kifayət qədər maddi təminata malik olan şəxs olmuşdur, “Triumf” şirkətinin prezidenti olmuşdur, Bakı şəhərində bir neçə bina tikmişdir, həmin binalarda olan mənzillərin satışından əldə olunan pul vəsaiti hesabına əmlaklar alınmışdır.

15. İddiaçının borc aldığı kimi göstərdiyi şəxsləri tanıyır, iddiaçının yaxın dostlarıdır, onlardan biri Dubayda yaşayır. Həmin pulun Barata hansı yolla göndərilməsi məlum deyil. Ümumiyyətlə isə Barat həmin dostlarına əl tutub pul vermişdir. Əgər Barat borca pul götürürdüsə, onun da bundan məlumatı olmalı idi, lakin borc pulun alınmasında o iştirak etməmişdir. hazırki tələb hesab edir ki, ona görə qaldırılmışdır ki, əmlakların bir hissəsi onun əlindən alınsın.

16. Ümumiyyətlə, hazırda onun yaşayış yeri yoxdur, iddiaçı onu m ənzillərində yaşamasına imkan vermir

17. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(009)-1835/2019 nömrəli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin – 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şahin Abdullayev)

18. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış və onların bu nikahı Səbail rayon Məhkəməsinin 2(009)-2386/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)430/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahda əldə etdikləri və İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz və daşınar əmlaklar bölünmüş və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları tanınmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı İmanov Rövşən Şəmsəddin oğlunun xeyrinə 2012-ci il tarixdə götürülən borcun əvəzi kimi 425.000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Bu ndan başqa Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı X2 xeyrinə 2011-ci il tarixdə götürülmüş borcun əvəzi kimi 750.000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, məhkəmə qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan ayrı-ayrı şəxslərin xeyrinə tutulmuş pul məbləğləri tərəflərin birgə nikahda olduqları vaxt götürülən borc olduğundan, iddiaçı həmin borcun 1/2 hissəsinin cavabdehə aid edilməklə ondan tutulmasını tələb etməkdə tam haqlırdır.

20. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, iddiaçının götürdüyü borc pul birgə nikah dövründə əldə edilmiş daşınmaz və daşınar əmlakların alınmasına sərf olunduğu üçün (məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən göründüyü kimi tə rəflər birgə nikah dövründə çoxlu sayda daşınmaz və daşınar əmlaklar əldə etmişlər), götürülən borc pullar üzrə yaranmış öhdəliyin 1/2 hissəsinin cavabdehə aid edilməsi tam qanunidir.

21. Birinci instansiya məhkəməsi bu səbəbdən məhkəmə belə nəticəyə gəlib ki, iddiaçının cavabdehlə birgə nikahda olduğu vaxt dövründə götürdüyü ******* ABŞ dolları borcun 1/2 hissəsi, yəni 587500 ABŞ dolları cavabdehə aid edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. İddia tələbinin digər hissəsi – tutulacaq pul məbləğinin cavabdehin məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi – üzrə birinci instansiya məhkəməsi qeyd edib ki, məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarının müvafiq qeydiyyat orqanlarında rəsmiləşdirilməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin tələbin cavabdehin mülkiyyətində olan əmlaka yönəldilməsi icra mərhələsində həll olunmalı məsələ olduğundan, həmin hissədə tələb təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 37.1, 37.3 və 41.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh Abdullayeva (Yusifova) Təyminə Şamil qızı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

25. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə tərəfindən 450000 ABŞ dollarının və 750000 ABŞ dollarının ailənin hansı ehtiyaclarına yönəldilməsi, xərclənməsi və ya həmin borcların hansı qaydada və hansı şəraitdə İddiaçı verilməsi müəyyən edilməmişdir. Qətnamədə qeyd olunur ki, İdd iaçı həmin 450000 ABŞ dollarını NEMİ otelin tikintisini başa çatdırmaq üçün almışdır. Məhkəmə həmin otelin hansı tarixdə tikilib başa çatdığını və hansı tarixdə istismara qəbul edilməsini araşdırmamışdır.

26. Borcun alındığı iddia edilən xx.xx.2012-ci il tarixində həmin otel tikilib başa çatdırılmış, xx.xx.2012-ci il tarixində istimara qəbul edilmişdi. 2013-cü il tarixindən isə otel kimi fəaliyyət göstərir.

27. Məhkəmənin həmin qətnaməsində eyni zamanda göstərilir ki, otel binası tikilib qurtardıqdan sonra guya satılmalı və İmanov Rövşənin pulu qaytarılmalı idi. Lakin həmin bina tikilir və 2013-cü il tarixindən otel kimi tərəfindən işlədilərək qazanc əldə edilir.

28. Həmin tarixdən 2016-cı ilin əvvəllərinə kimi İddiaçı borc verdiyini iddia edən şəxslərin heç birinin səsi çıxmamış, yalnız i ddiaçı ilə onun arasında mübahisələr başladıqdan sonra onlar pullarını istəməyə başladılar.

29. Nəyə görəsə, obyekt otel kimi istifadə edilən zaman, təxminən 4 ildən çox bir müddətdə həmin şəxslər Barata pretenziya edərək onların vəsaiti hesabına tikildiyini iddia etdikləri obyektin satılmadığını soruşmamış, borc məbləğinin qaytarılmasını tələb edən borc verənlər borcun otelin satışı əsasında qaytarılmasını tələb etməmişlər.

30. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnəməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlakların heç biri 2012-ci ildə əldə edilməmiş, əmlakların hamısı 2012-ci ilə kimi əldə edilmişdi.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təm in edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Ülvi Mayılov, Valeh Ağayev)

32. Apellyasiya instansiyası məhkəməsi iddianın cavabdehə qarşı təmin olunmuş hissəsində (mübahisələndirilən hissədə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissə üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Apelyasiya instansiyasının mövqeyinə görə hazırki işdə iddiaçıdan məhkəmə qətnaməsi ilə ayrı-ayrı şəxslərin xeyrinə borcun əvəzi kimi tut ulmuş pul məbləğləri tərəflərin birgə nikahda olduqları vaxt götürülən borc olduğundan, həmin borcun ½ hissəsinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki ər-arvadın birgə nikahda əldə etdikləri əmlak bölünərkən, ümumi borclar da hər birinin əmlak üzərində hüququ tanınmış payına uyğun olaraq müəyyən edilir. Hazırki işdə məhkəmə qətnaməsi ilə iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində payları bərabər (hər birinin 1/2 pay hüququ) müəyyən edilmiş, bu barədə olan məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1762/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda birgə nikah dövründə götürülən borcun 1/2 hissəsi də qanunun tələbinə əsasən cavabdehə aid edilməlidir.

34. Apelyasiya instansiyası cavabdehin apellyasiya şikayətinin dəlilini – məhkəmə qətnaməsi ilə üzərində payları bərabər müəyyən edilmiş əmlakların iddiaçının məhkəmə qətnamələrinə əsasən borc götürdüyü pul vəsaiti hesabına əldə olunmaması – əsassız sayaraq bu barədə qeyd edib ki, iddiaçının bölünməsini tələb etdiyi borc məbləğlərinin tərəflərin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır və bu halı təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməyib.

35. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab edərək, əlavə olaraq Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32.1, və 32.2-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin apelyasiya instansiyası tərəfindən maddi hüquq normalarının pozuntusuna istinad edilib. 38.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmuşdur. 39 Etirazda borcun alındığı zaman tərəflərin nikahda olub, ümumi təsərrüfat aparmalarına istinad edilməklə, kassasiya şikayətinin dəlillərinin əssasız olması göstərilib. b) Məhkəmə icraatı iştirakçılarının izahatları 40.Məhkəmə kollegiyasının iclasında cavabdeh Abdullayeva (Yusifova)Təyminə Şamil qızı, onun vəkilləri Vəkil və Vəliyev Ramil Əmirxan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

41. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Məmişov Bəylər Sahib oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardı mın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə e htiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllə Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının (iddianın təmin olunan hissədə) ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni həmin hissədə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

45. Belə ki, nikah münasibətlərində olduqları vaxt aldığı borcun yarı hissəsinin cavabdehdən tutulması barədə iddianın faktiki əsası kimi iddiaçı ona istinad edib ki, məhkəmə qətnaməsi ilə cavabdehlə onun arasında payları ½ hissədə müəyyən edilən əmlakl arı birgə nikahda olduqları vaxt aldığı həmin borc məbləğləri müqabilində əldə edib. Əmlaklar üzərində payları bərabər müəyyən olunduğu üçün həmin əmlakların alınmasına görə məhkəmə qətnaməsi ilə qaytarmalı olduğu borcun yarısı da cavabdehdən tutulmalıdır.

46. Apelyasiya instansiyası da qeyd edib ki, hazırki işdə iddiaçıdan məhkəmə qətnaməsi ilə ayrı-ayrı şəxslərin xeyrinə tutulmuş pul məbləğləri tərəflərin birgə nikahda olduqları vaxt götürülən borcdur və həmin borc müqabilində iddiaçının cavabdehlə birgə nikah vaxtı əldə etdikləri əmlak onların arasında bərabər bölündüyündən, həmin əmlakların alınması üçün götürülən borcun yarısı da cavabdehdən alınıb iddiaçıya verilməlidir.

47. Məhkəmə kollegiyası gəlinən bu nəticə ilə razılaşmır.

48. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2( 006)-3201/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamələrindən görünür ki, hazırki işdə iddiaçı olan İddiaçı 425000 ABŞ dolları və 750000 ABŞ dolları məbləğində pulu borc kimi Bakı şəhəri, Mirzə İbrahimov küçəsində “Nemi” otelinin tikintisi üçün müvafiq olaraq İmanov Rövşən Şəmsəddin oğlu və X1 2012 və 2010-cu illərdə almışdır.

49. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin bərabər pay hüququ müəyyən edilmiş əmlaklar sırasında Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələri qeyd edils ə də, həmin qeyri-yaşayış sahələrinin otel olub-olmaması qeyd edilməyib.

50. Belə olan halda, iddiaçının 2010, 2012-ci illərdə “Nemi” otelinin tikintisi üçün aldığı borcun qətnamə ilə onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilmiş vəsait olması nəticəsinə gəlmək əsaslı sayıla bilməz. Çünki borc otel tikintisi üçün alınıb, tərəflərin payı bərabər müəyyən edilən əmlaklar içərisində isə həmin otelin olubolmaması müəyyən edilməyib.

51. İş materillarından görünür ki, hazırki iş üzrə iddiaçının 2010, 2012-ci illərdə “Nemi” otelinin tikintisi üçün aldığı borcun qətnamə ilə onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilmiş vəsait olması halı işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Halbuki iddianın təmin edilmə əsası kimi iddiaçı məhz bu hala istinad edib və bu hal müəyyən edilmədən iddia tələbini təmin edilməsi də istisna edilir.

52. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçıdan məhkəmə qətnamələri əsasında tutulan borc məbləğinin tərəflər arasında payları bərabər müəyyən edilən əmlakların alınmasına sərf edilib-edilməməsi məsələsinə qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı apelyasiya şikayətinin dəlilini araşdırmamış, eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir. Baxmayaraq ki, cavabdeh apellyasiya şikayətində iddiaçının aldığı borcun onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilən vəsait olmasını mübahisələndirmişdir.

53. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq e dilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddia tələbində göstərilən məbləğin tərəflərin üzərində payları müəyyən edilən əmlakların əldə edilməsinə sərf edilib-edilməsini və s. halları araşdırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 -421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Abdullayeva (Yusifova)Təyminə Şamil qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar