Məhkəmə qərarları › İş №2(102)-1723/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1723/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1723/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin məbləğinin müəyyənləşdirilməsi 06.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2551/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları - 04.11.2016-cı il təvəllüdlü X2 və 27.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər 2015-ci ilin iyul ayında faktiki nikaha daxil olmaqla ailə qurmuş və nikahlarını 22 oktyabr 2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan tərəflərin 04.11.2016-cı ildə X və 27.02.2018-ci ildə X adlı övladları anadan olmuşd ur. Sonradan aralarındakı münasibət pozulduğundan nikahları ləğv edilmişdir.

3. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, cavabdehə “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar cavabdehə 01.04.2019-cu ildən ömürlük İİİ qrup əlillik və əlilliyə görə 110 manat pensiya təyin edilmişdir.

4. İddiaçı bildirir ki, 2015-ci ilin iyul ayında Cavabdeh ilə evlənmişlər, lakin nikahlarını 22 oktyabr 2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 04 noyabr 2016-cı il tarixdə X və X adlı iki uşaqları anadan olmuşdur. 20 sentyabr 2019-cu ilədək X birlikdə ərarvad kimi yaşamışlar, lakin münasibətləri pozulduğundan həmin tarixdə evdən çıxmış və uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. X onlara heç bir maddi köm əklik göstərmir. Uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün maddi yardıma ehtiyacı var.

5. Cavabdeh bildirir ki, iddiaçı ilə 2015-ci ilin iyul ayında ailə həyatı qurmuşdur. Nikahlarını 22.10.2018-ci il tarixdə rəsmi qaydada qeydə aldırmışıq. Birgə nikahdan 04.11.2016-cu il tarixdə X8 və 27.02.2018-ci ıl tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Əvvəllər münasibətlərimiz nisbətən normal olmuşdur, sonradan bu münasibətlər korlanmağa başlamışdır. Özü ağır xəstədir, həkimlər tərəfindən ona “Sizofreniya, paranoid forma,fasiləsiz gedişli psixi qüsur halı diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq 01,04.2019-cu il tarixdən İİİ qrup əlillik təyin edilmiş və əlilliyə görə hər ay 110 manat sosial pensiya alır. Bundan başqa əvvəllər X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan olmuş 25.05.2005-ci ıl təvəllüdlü X6, 31.08.2006-cı il təvəllüdlü X7 onun himayəsindədir. Ona görə də iddiaçının iddia etdiyi alimenti ödəmək iqtidarında deyildir və hər uşağa görə 55 manat olmaqla cəmi 110 manat aliment ödəyə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(056)-1108/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək 04.11,2016-ci il təvəllüdlü X2 və 27 fevral 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat hesabı ilə, ümumilikdə isə iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində ali mentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməsi əsaslıdır.

8. Eyni zamanda alimentin tələb olunan məbləğdən bir az aşağı həddə tutulması cavabdehin məhdud maddi imkanı baxımından daha məqsədəuyğundur.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci, “Uşaq hüquqları” haqqında Qanunun 19-cu, Mülki Prossesual Məcəllənin 216-220, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(106)-2551/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev-sədrlik edən və məruzəçi, Q.Kərimov və Z.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(056)-1108/2020 saylı qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilərək İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 04.11,2016-ci il təvəllüdlü X2 və 27 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, iki nəfər uşağın saxlanması üçün ayda cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışd ır ki, uşaqların maddi-məişət tələbatının ödənilməsi, onların tərbiyə olunmasında və saxlanılmasında hər iki valideynin eyni hüquq və vəzifələrə malik olması barədə ailə və digər qanunvericilik aktlarının mövcud münasibətlərə tətbiqi valideynlərdən mülki iş üzrə Cavabdeh maddi imkanın aşağı olması onu iddiaçı ilə birgə nikahlarından doğulmuş X və X adlı uşaqlarını saxlamaq, yəni onların artan maddi- məişət tələbatının ödənilməsi üçün uşaqların digər valideyni İddiaçı aliment ödəmək vəzifəsindən azad edə, yaxud həmin vəzifənin yerinə yetirilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Lakin işin diqqətəlayiq halları, yəni Cavabdeh apelyasiya şikayətində göstərdiyi və iş materiallarna lavə edilmiş sənədlərdən göründüyü kimi özünün xəstə olması, həkimlər tərəfindən ona “Şizofreniya, para noid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozunun qoyulması və xəstəliyi ilə əlaqədar olaraq 01.04.2019-cu il tarixdən ona İİİ qrup əlilliyin təyin edilməsi və əlilliyə görə hər ay 110 manat sosial pensiya alması nəzərə alınmadan azyaşlı uşaqların ehtiyaclarının ödənilməsi üçün məhkəmə qətnaməsi ilə raıüLəyyən edilmiş cavabdehdən hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarına uyğun hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. 15.

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi X5 və vəkili Vəkil izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Mə hkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1)

24. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik t örətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (maddə 78.1)

25. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2) Mülki Prosessual Məcəllə

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

29. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

30. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyy ən edir. (maddə 218.1)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. (maddə 417.1.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tutulmalı alimentin məbləği hissəsində dəyişdirilməli, hər uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 90 manat müəyyən edilməlidir.

33. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatm ayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir.

39. Həmçinin nəzərə alınmalıdır ki, uşaqların maddi-məişət tələbatının ödənilməsi, onların tərbiyə olunmasında və saxlanılmasında hər iki valideynin eyni hüquq və vəzifələrə malik olması barədə ailə və digər qanunvericilik aktlarının mövcud münasibətlərə tətbiqi valideynlərdən mülki iş üzrə Cavabdeh maddi imkanın aşağı olması onu iddiaçı ilə birgə nikahlarından doğulmuş X və X adlı uşaqlarını saxlamaq, yəni onların artan maddi- məişət tələbatının ödənilməsi üçün uşaqların digər valideyni İddiaçı aliment ödəmək vəzifəsindən azad edə, yaxud həmin vəzifənin yerinə yetirilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz.

40. Ona görə də işin diqqətəlayiq hallarını, yəni Cavabdeh xəstə olmasını, həkimlər tərəfindən ona “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozunun qoyulmasını və xəstəliyi ilə əlaqədar olaraq 01.04.2019-cu il tarixdən ona III qrup əlilliyin təyin edilməsini və əlilliyə görə hər ay 110 manat sosial pensiya almasını, eyni zamanda uşaqların üstün mənafeyini nəzərə alaraq məhkəmə kollegiaysı hesab edir ki, cavabdehdən iddiaçı ilə birgə nikahından anadan olmuş iki uşağının saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutulması ədalətlidir.

41. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2551/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi tutulmalı alimentin məbləği hissəsində dəyişdirilsin. Hər uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 90 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar