Məhkəmə qərarları › İş №2(102)-1726/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1726/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1726/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Tərtər rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Astara Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (açar sözlər): atalığın müəyyən edilməsi, uşağın atanın yanında qalması, məhkəmə xərclərinin bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tər kibdə, İddiaçı Cavabdeh (Tərtər Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Astara Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “atalıq hüququnun tanınması, uşağın cavabdehdən alınaraq onun himayəsinə verilməsi və pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(106)-116/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X4 xx.xx.2019-cu ildə anadan olmuşdur. 242753 nömrəli Doğu m haqqında şəhadətnaməyə görə, onun atası X6, anası Cavabdehdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşadığı dövrdə doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun oğlu olması, ona münasibətdə onun atalıq hüququnun tanınması və uşağın cavabdehdən alınaraq onun himayəsinə verilməsi, DNT analizi üçün çəkdiyi xərcin əvəzi olaraq 1200 manat pulun, mediasiya xərci olaraq ödədiyi 55 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə təxminən 2018-ci ilin əvvəllərində “Bolmart” market də iş yoldaşı olaraq tanış olmuş və cavabdeh ona xalası oğlu X6 adlı bir şəxslə evli olduğunu, lakin övladları olmadığı üçün ayrıldığını bildirmişdir. Bir müddət sonra iddiaçı həmin iş yerindən uzaqlaşmış, lakin cavabdeh iddiaçının telefon nömrəsini iş yoldaşlarından alaraq ona zəng etmiş və onunla yeni ailə qurmaq istədiyini bildirmişdir. İddiaçı həmin təkliflə razılaşmış və onlar bir müddət ailə kimi birlikdə yaşamışlar. Cavabdeh ondan hamilə olduğunu bildirmiş və çıxıb getmişdir. Aylar sonra bilmişdir ki, cavabdeh keçmiş əri X11 oglu ilə birgə yaşayır və onun xx.xx.2019-cu il təvəllüdlü X7 oglu adlı adlı bir uşağı var. İddiaçı bunu bildikdə müəyyən etmişdir ki, həmin uşaq onundur, bu DNT analizi ilə sübut edilmişdir. Cavabdeh məqsədli şəkildə onunla yaxınlıq edərək həmin uşağı ondan övl adı olmayan Ərşad İbrahimovla ailəsini davam etdirmək üçün qazanmışdır. Mübahisəni barışıqla həll etmək üçün Mediasya təşkilatına müraciət edərək valideynlik hüququnun tanınması və uşağın onun himayəsinə verilməsi üçün yazılı saziş bağlamağı təklif etmişdir. Lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş, bununla da onun təklifindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 4. “X12” tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarxli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 Kamilə Kamran qızı və İddiaçı 99,9 faiz uşağıdır.

5. Astara Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəməyə ünvanlandığı 22 noyabr 2023-cü il tarixli 311 nömrəli məktubunda ana Cavabdeh Kamran qızının keçirilən komissiya iclasında iştirak etmədiy ini, bu halın da, məsələnin obyektiv şəkildə araşdırılmasına mənfi təsir göstərdiyini nəzərə alaraq, məsələ ilə bağlı rəy vermədiyini qeyd etmişdir.

6. Astara Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(018)-59/2024 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia rədd edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iş üzrə DNT ekspertizasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş rəy isə mötəbər sübut kimi qəbul olunmamalıdır. İddiaçsı atalıq faktının müəyyən edilməsi üçün kifayət qədər sübutlar təqdim edə bilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1, 44.3, 44.5, 45.1, 46.2 və 46.3-cü, Mülki Prosessual Məcəllənin 1 4.2, 77, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd olunması nəticəsinə gələrkən bunu qətnamənin əsaslandırıcı hissəsində heç bir dəlil və hüquq norması ilə əsaslandırmamış, yalnız “X13” tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməməsini göstərmişdir. Halbuki “X12” tərəfindən verilmiş ekspert rəyi mötəbər, təkzibedilməz sübutdur və iş materiallarında həmin rəyi təkzib edəcək hər hansı bir sübut və ya dəlil olmamışdır. Bundan əlavə, iddiaçı məhkəməyə əvvəl “valideynlik hüququnun tanınm ası və uşagın atanın himayəsinə verilməsi” tələbi barədə iddia ərizəsi, daha sonra “atalıq hüququnun tanınması və uşağın atanın himayəsinə verilməsi” tələbi barədə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə isə iddianın dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alsa da, sonda həmin dəqiqləşmə barədə deyil, ilkin tələbi müzakirə etmiş və təmin edilməməsi barədə qətnamə çıxartmışdır. Halbuki məhkəmə iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilən tələbi müzakirə etməli və həmin tələbin təmin edilməsi və ya rədd olunması barədə qətnamə çıxartmalı idi. Məhkəmə isə bu xüsusata diqqət yetirməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilən hallar isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

11. Apell yasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ekspertizalarda iştirak etmir, lakin özünün könüllü olaraq özəl klinikada verdiyi analizə əsasən o, X2 bioloji atasıdır. Hazırda cavabdehlə heç bir əlaqəsi yoxdu, harda yaşamasından xəbərsizdir. Cavabdeh ilə münasibəti 2 ay davam etmiş, sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. 7 ay sonra bilmişdir ki, cavabdeh başqa şəxslə nikahdadır. İddiası təmin olunduğu halda da, cavabdehlə ailə kimi yaşamaq niyyəti yoxdur.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(106)-116/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “X12” verilmiş rəy yalnız sübut vasitəsidir və məhkəmə digər sübutlarla birgə araşdırmalıdır. Bundan əlavə keçirilmiş ekspetizanın metodu, ekspert təşkilatının statusu və həmin rəyin mötəbər sübut kimi hesab olunmaması da nəzərə alınmalıdır. İddiaçı apellyasiya baxışında öz izahatında bildirmişdir ki, onların münasibətləri yalnız qısa müddətli olmuş, uzunmüddətli ailə münasibətləri mövcud olmamışdır və bu, digər təqdim olunan sübutlarla birlikdə nəzərə alınmışdır. Buna baxmayaraq, iddiaçı uşağın atası olduğunu iddia etsə də, təqdim etdiyi sübutlar yetərli olmadığından, qısa müddətli münasibət faktı da onun atalıq iddiasının etibarlılığını zəiflədərək, iddianın uğurluluğuna mənfi təsir göstərir.

14. İs tər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı məhkəmə tibbi-genetik ekspertizası təyin olunsa da, Cavabdeh ekspertiza mərkəzinə getməməsi, uşağı təqdim etməməsi səbəbindən rəy alınması mümkün olmamışdır.

15. Məhkəmə hesab etmişdir ki, bu hal Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin təsiri altına düşmür, belə ki, Cavabdeh ekspertiza mərkəzinə getməkdən imtina etməsi, onun başqa şəxslə rəsmi nikahda olması səbəbindən ailənin bütövlüyünün qorunması və ailə münasibətlərinin korlanması riskindən qorunmaq kimi atılmış addım olaraq dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hisləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

16. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübuta, verdiyi izahatlara əsasən belə qənaətə gəlmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının oğlu olması sübut olunmur, iddiaçı iş üzrə cavabeh ilə faktiki ailə münasibətlərində olmasını əsaslandıra bilməmişdir. İş üzrə Cavabdeh Ərşad İbrahimovla rəsmi nikahdadır, uşağın atası olaraq cavabdehin ərinin göstərilməsini, onun uşağın atası olmasını istisna edən hallar olmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddə sinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43, 44.1, 44.3, 44.5, 45.1, 46.2, 46.3, 47.1 və 48-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 372.1, 372.7 və 384.0.1-ci, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi mövqeyinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 11.2-ci hissəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil Nəriman qızı) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-116/2025 nömrəli qətnaməsini - atalığın müəyyən olunması tələbinə dair iddianın təmin olunmaması hissəsində ləğv edilərək, işdə olan sübutlar və əlavə sübutlara əsasən yeni qərar çıxarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, DNK üzrə təhlil aparılması üçün cavabdeh yazılı razılığını Lerik Rayon Məhkəməsinə vermişdir. Hazırda cavabdehin məhkəmələrə gəlməməsi “susmaq – razılıq əlamətidir” prinsipi üzrə iddianı təsdiq etməsi deməkdir. Lakin məhkəmə buna önəm verməmiş və əsassız olaraq təmin etməmişdir. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 34 ( 4-cü hissə). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə

43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır;

23. Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

24. Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələr i ilə müəyyən olunur.

25. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

26. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

27. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə val ideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

28. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

29. Maddə

48. Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onları n qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqi qat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

43. Belə ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənati ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 20 fevral 2019cu ildə anadan olmuş Ərşad oğlu uşağın atasının iddiaçı X10 olmasının müəyyən edilməsi üçün iddiaçı tərəfindən yetərli sübutlar təqdim olunmamış, iddiaçı həmin halı sübuta yetirə bilməmiş, təqdim olunan "xxxx" verilmiş rəy mötəbər deyildir, tərəflər arasında münasibətlərin qısa müddətli olması da iddiaçının atalıq iddiasının əsaslığını mənfi təsir göstərir. Cav abdeh məhkəmə tərəfindən təyin edilmiş tibbi-genetik ekspertizası ekspertiza mərkəzinə getməməsi, uşağı təqdim etməməsi isə onun ekspertiza keçirilməsindən imtina etməsi kimi deyil, başqa şəxslə rəsmi nikahda olması səbəbindən ailənin qorunması və ailənin dağılması riskindən qorunma kimi atılmış addım olaraq dəyərləndirilir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara tam, hərtərəfi və obyektiv baxmamış, iddianın rədd edilməsi üçün sübutların kifayət etməməsi barədə qənaətə gələrkən bu kateqoriya işlərə qanuni və əsaslı nəticə vermək üçün tibbi-genetik ekspertizası rəyinin mühüm əhəmiyyət kəsb etməsini, Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş tibbi-genetik ekspertizası keçirilməsi üçün ekspertiza mərkəzinə getməməsi, uşağı ekspe rtizaya təqdim etməməsi, ümumiyyətlə məhkəmə iclaslarında üzrlü səbəblər olmadan iştrak etməməsini nəzərə almamış, onun bu hərəkətlərini başqa şəxslə rəsmi nikahda olması səbəbindən ailənin qorunması kimi və ailənin dağılması riskindən qorunma kimi atılmış addım olaraq dəyərləndirərkən valideynlərinin hüquqlarını və qanuni mənafelərini deyil, məhdud fəaliyyət qabiliyyətli uşaq hüquqlarını və qanuni mənafelərini müdafiəsini təmin etmənin məhkəmənin vəzifəsi olmasını diqqətdən qaçırmışdır.

45. Hər bir uşaq öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq, öz valideynləri tərəfindən tərbiyə olunmaq, valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.

46. İşdən görünür ki, "xxxx" MMC tərəfindən 19 oktyabr 2022-ci il tarixli rəyin verilməsi üçün həm Cavabd eh, həm də onun əri X9 İbrahimov adlı uşaqlarının atalıq testi olunmasına 4 oktyabr 2022-ci il tarixli yazılı razılıq vermiş, onların və İddiaçı iştirakı ilə test aparılmışdır. Bundan başqa dəfələrlə ər-arvad Ərşad İbrahimov və Cavabdeh yaşadıqları ünvana məhkəmə bildirişləri göndərilmiş, telefonla onlara və valideynlərinə Səhiyyə Nazirliyi MTE və PA birliyində ekspertiza keçrilməsində, habelə məhkəmə iclaslarında iştirak etmələri barədə xəbərdarlıq edilmişdir. Bu hallar əsas verir ki, ər-arvad Ərşad İbrahimov və Cavabdeh İddiaçı uşağın atası olması barədə tələb irəli sürməsi barədə tam məlumatlı olmuşlar. Bu faktlar mövcud olduğu halda Cavabdeh hərəkətlərinin rəsmi nikahda olduğu ailənin dağılması riskindən qorunması kimi dəyərləndirməklə, mübahisənin qannui və əsaslı həlli üçün Mülki Pro sessual Məcəllənin 97.5-ci maddəsini tətbiqində məhkəmə səhvə yol vermişdir.

47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin və həmin Məcəllənin məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə normaların tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-116/2025 nömrəli mülki iş üzrə 12 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar