Məhkəmə qərarları › İş №2(102)-1738/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1738/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1738/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1738/21 (Açar sözlər: borc tələbi, zaminin məsuliyyətinin ağırlaşması) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1875/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2013-cü il tarixli 20L000004383 saylı Kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılıb. 23.09.2014-cü il tarixli 40R000001764 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə, illik 25,00 faizlə 10000 (on min) manat məbləğində kredit verilib.

2. Həmçinin 05.11.2014-cü il tarixli 040KK**********4 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 12 ay müddətinə aylıq 2.16667 faizlə plastik kart vasitəsi ilə 500 (beş yüz) manat məbləğində kredit alıb.

3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanıb. Zaminlik müqavilələrinə görə zaminlər və borclu kredit razılaşması üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 4. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Masallı rayonu, Sığdaş kəndində xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edib. a) Birinci instansiya məhkəməsində icraat

5. İddia çı “xxxx” QSC iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 04R000001764 saylı kredit razılaşması üzrə 4605.80 ABŞ manat əsas, 2389.53 manat faiz, 3470.14 manat cərimə borcu olmaqla, ümumilikdə 10465.47 manat məbləğində kredit borcunun, 040KK**********4 saylı kredit müqaviləsi üzrə 499.67 manat əsas, 51.48 manat faiz, 459.5 manat cərimə borcu olmaqla, ümumilikdə 1010.65 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Masallı rayonu Sığdaş kəndində xüsusi mü lkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması və 10465.47 manat və 1010.65 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması və ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X5, X3 və Cavabdeh3 həmin əmlaka istifadə hüq uqlarının itirilməsi, onların həmin əmlakdan çıxardılması, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmir.

7. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icra edilməsindən yayınırlar.

8. Hər iki müqavilə üzrə borc məbləği 23 aprel 2018-ci il tarixinə hesablanıb.

9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 317.1 442, 445.2.1, 448.1, 465.2, 472.1,472.2, 501, “İpoteka haqqında” Qanunun 4, 39.1, 39.3, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

10. Cavabdeh1 iddiaya etiraz edib göstərib ki, borcun məbləği düz hesablanmayıb, buna görə də ekpsertiza olmalıdır.

11. Cavab deh2 qarşılıqlı iddia ərizəsi verərək, “xxxx” QSC ilə 23.09.2014-cü il tarixdə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, zaminlik müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur.

13. Qarşılıqlı iddiaçı Cavabdeh2 23.09.2014-cü il tarixdə balanmış zaminlik müqaviləsini imzalasa da, daha sonra 2015 və 2016-cı illərdə bağlanmış zaminlik müqavilələrinə imza etməmişdir. Həmçinin hər iki razılaşma, yəni 23.09.2014-cü il tarixli və 05.11.2014-cü il tarixli razılaşmalar üzrə öhdəliyin icrası müddətləri bir ildən artıq vaxtdır ki bitmişdir. Belə ki, birinci razılaşma 24 ay müddətinə, yəni 23.09.2016-cı il tarixədək, ikinci razılaşma isə 12 ay müd dətinə, yəni 05.11.2015-ci il tarixədək bağlanmışdır. Belə olan halda artıq bank öhdəliyin icrası müddəti bitdiyi vaxtdan, yəni 05.11.2015-ci il və 23.09.2016-cı il tarixlərindən sonra bir il ərzində zamin kimi ona qarşı məhkəməyə müraciət etməli idi. Lakin bank bunu etməmiş, məhkəməyə 06.06.2018-ci il tarixdə müraciət etmişdir.

14. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 477-ci maddəsinə istinad etmişdir.

15. Masallı Rayon Məhkəməsinin 13 iyul 2018-ci il və 17 dekabr 2019-cu il tarixli qərardadları ilə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında müqavilə müddətinin sonuna borcun məbləği və ipoteka predmetinin qiyməti barədə suallar qoyulmuşdur.

16. Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2019-cu il tarixli, 20522 saylı mühas ibatlıq ekspertizasının rəyində qeyd edilib ki, 23.09.2014-cü il tarixli 40R000001764 saylı kredit razılaşması üzrə Cavabdeh1 4605.80 manat əsas, 2389.53 manat faiz borcu var. Həmçinin, 05.11.2014-cü il tarixli 040KK**********4 saylı kredit razılaşması üzrə Cavabdeh1 «xxxx» QSC-yə 499.67 manat əsas, 51.48 manat faiz borcu vardır. 17. “xxxx” MMC-nin 21 fevral 2020-ci tarixli G-02/20-066 saylı qiymətləndirmə hesabatında Masallı rayonu, Sığdaş kəndində Cavabdeh1 xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 28000 manat qiymətləndirilib.

18. Masallı Rayon Məhkəməsinin 2(050)-37/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 04R000001764 saylı kredit razılaşması üzrə 4605.80 manat əsas borc, 2389.53 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 7195.33 manat məbləğində kredit borcunun, 040KK**********4 saylı kredit müqaviləsi üzrə 499.67 manat əsas borc, 51.48 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 561.15 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, ümumilikdə 7817.48 (yeddi min səkkiz yüz on yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat müəyyən edilərək, tutulacaq məbləğin ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyətində olan Masallı rayonu Sığdaş kəndində yerləşən 0.07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin “xxxx” QSC-yə olan kredit borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 145 manatın X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22) və əmlakın qiymətləndirilməsi dəyəri qismində 300 manat “xxxx” MMC-nin (kod:503314, VÖEN **********, “Amrahbank“ ASC Əməliyyat filialı, VÖEN **********, M/H AZ89NABZ********************, SVİFT BİC AMRAAZ22, H/h AZ40AMRA********************) hesabına tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17.09.2013-cü il tarixli 20S000006697 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 zamin kimi öhdəliyinə xitam verilməsi qət edilmişdir. (hakim Ayaz Səlimov)

19. Məhkəmə toplanmış sübutlara qiymət verərək, müəyyən etmişdir ki, Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyi vardır. Həmin öhdəliyin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan evi bankın xeyrinə ipoteka ilə yüklü edib.

20. İşin müəyyən edilmiş bu hallarına əsasən birinci instansiya məhkəməsi borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilərək, ipoteka predmetinin ilkin satış q iyməti 28000 manat müəyyən edilməklə, həmin əmlakın açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməli olması nəticəsinə gəlmişdir.

21. Birinci instansiya məhkəməsi dəbbə pulunu azaldarkən dəbbənin tənasübsüz surətdə çox hesablanmasına istinad etmişdir.

22. İpoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X5, X3 və Cavabdeh3 həmin əmlaka istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxardılması, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsi iddianı əsaslı saymamış, bunu onunla əssaslandırmışdır ki, əmlak satıldıqdan sonra ipoteka qoyan və ailə üzvləri oranı tərk etməzsə, bu halda məhkəmə qərarı tələb edilir. Hazırki işdə isə belə hal yoxdur.

23. Eyni zamanda birinci instansiya məhkəm əsi işdəki sübutlara əsasən müəyyən edib ki, Cavabdeh3 ilə 17 sentyabr 2013-cü il tarixdə, Cavabdeh2 ilə 19 sentyabr 2013-ci ıl tarixdə və X6 ilə isə 23 noyabr 2015-ci ıl tarixlərdə zaminlik müqavilələri bağlansa da, bankla əsas borclu olan Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsinə dair sazişlərdə zaminlərin buna razılıqları alınmamışdır.

24. Birinci instansiya məhkəməsi kredit razılaşmaları, kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsini zaminlərin məsuliyyətinin artması kimi qiymətləndirib, zaminliyə xitam verilməsi nəticəsinə gəlmiş və bu əsasla da zaminlərə qarşı hissədə iddianı təmin etməmişdir

25. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 445.7, 467, 739.2-c i, “İpoteka haqqında” Qanunun 34, 39, 41.1, 59.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamə nin xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. ləğv edilməsi və onun

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun üzərində həddindən artıq cərimə və faizlər saxlamışdır. Həm də ekspertiza onun evinə aşağı həddə qiymət qoymuşdur. Ona görə də qətnamə ləğv edilməlidir. Məhkəmə iş üzrə nəticəyə gələrkən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələbinə zidd qətnamə qəbul etmişdir. Bu da o deməkdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur.

28. İddiaçı “xxxx” QSC apellyasiya şikayəti verib, qətnamənin iddianını təmin edilməyən hissəsində ləğv və iddianın tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yön əldikdən və o satıldıqdan 1 ay sonra ipoteka qoyanını və ailə üzvlərinin həmin əmlaka istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsinin təmin olunmaması hissəsində məhkəmə səhvə yol verib, “İpoteka haqqında” Qanunun tələblərini pozub.

30. Məhkəmə hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edir. Hazırkı iş üzrə zaminlik müqaviləs ində zaminliyin 17.09.2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Faiz məbləği azaldılıb, bununla da zaminlərin vəziyyəti yüngülləşib.

31. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1875/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə ik iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-37/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi iddia tələbinin Masallı rayonu, Sığdaş kəndində xüsusi mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi ndə yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh1, X4, X2, Cavabdeh3 həmin əmlaka istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması hissəsinin təmin olunmaması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilərək, Masallı rayonu, Sığdaş kəndində xüsusi mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh1, X4, X2 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi, onlar həmin əmlakdan çıxarılmaqla evin boşaldılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Fuad Soltanov)

32. Apellya siya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə üzrə sonradan bağlanmış razılaşmalar əsasında cavabdehə kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsindən ötrü zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Lakin kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Həmin kredit xətti müqaviləsinə istinad edilərək bağlanan kredit razılaşmalarında zaminlərin faiz dərəcəsi barədə və sonradan bağlanmış kredit razılaşması və ödəniş planına dəyişi klik edilməsi haqqındakı əlavə sazişlərdə (həmin sazişlərlə kreditin qaytarılma müddəti uzadılmışdır) həmin şəxslərin razılığının alınması zəruridir. Buna baxmayaraq, zaminlərdən belə bir razılaşma əldə edilməmişdir. Belə olan halda, həmin kredit xətti müqaviləsinə əsasən bağlanmış razılaşmalar üzrə borclu şəxsin öhdəliklərinin icra olunmamasına görə zaminlərin hər hansı öhdəliyinin olması istisna edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərlə kreditin qaytarılma müddətinin uzadılması zaminlərə münasibətdə onların məsuliyyətinin artması və digər əlverişsiz nəticələrə səbəb olması kimi qiymətləndirilməlidir. Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsu liyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, yalnız zaminlərdən iki nəfərin (Cavabdeh3 və Cavabdeh2) ödəniş cədvəlinə imza etmələri, kredit müqaviləsi üzrə bağlanmış razılaşmanın şərtlərinin qəbul edilməsi anlamına gəlmir. Çünki ödəniş cədvəli kredit razılaşmasının əsasında qəbul edilir. Ödəniş cədvəli üzrə müəyyən edilmiş aylığın ödənilməməsi kredit razılaşması üzrə məsuliyyət yaratsa da, faizlərin və dəbbə pulunun hesablanması ödəniş cədvəli üzrə deyil, kredit razılaşması üzrə realizə edilir. Bu səbəbdən də ödəniş cədvəli zaminin razılaşma müqaviləsinin imzalanması kimi qəbul oluna bilməz. Çünki müqavilə tərəflərin iradə ifadəsi ilə bağlanılmaqla, müqavilədə tərəfl ərin öhdəlikləri, onların yaranma və xitam əsasları aydın və anlaşılan formada göstərildiyi halda, ödəniş cədvəlində belə bir xüsusat ehtiva olunmur.

35. Bununla belə, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin boşaldılması barədə iddianın təmin edilməyən hissəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edib ki, kredit müqaviləsinin təminatı kimi bağlanan ipoteka müqaviləsi kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə həmin ipoteka predmetinin hesabına kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsini ehtiva edir. İpoteka predmetinə tutma yönəldikdə ipoteka qoyan və ailə üzvləri ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürürlər. Bu, ipoteka predmetini əldə edən şəxslərin sonradan əsassız məhkəmə çəkişmələrinə cəlb edilmələrindən qorunması və ipoteka predmetini əldə edən şəxsin hər hansı bir maneə olmadan həmin əmlakı qəbul etməsi üçün zəruridir.

36. Apellyasiya instansiyası cavabdehin apellyasiya şikayəti üzrə isə qeyd edib ki, faiz və cərimənin hesablanması müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranır. Kredit müqaviləsi üzrə hesablanmış əsas borc, əsas borca hesablanmış faiz məbləğinin əsaslılığının müəyyən edilməsindən ötrü birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası keçirilmiş, əsas borc və faiz məbləğinin düzgün hesablandığı müəyyən ekspert rəyi ilə müəyyən edilmişdir.

37. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya məhkəməsi qeyd edib k i, “xxxx” MMC-nin 21 fevral 2020-ci tarixli G-02/20-066 saylı hesabatına əsasən ipoteka predmetinin qiyməti bazar qiyməti 28000 manat müəyyən edilib, cavabdeh həmin əmlakın daha artıq qiymətdə olmasını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı “xxxx” QSC (vəkil Ələkbərov Nicat Ələkbər oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın zaminlərə qarşı hissədə də təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayət inə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

42. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuli yyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması“ zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktını iddianın zaminlərə qarşı təmin edilməyən hissədə mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məh kəməsinin qətnaməsini yalnız mübahisələndirilən həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

47. Məhkəmə kol legiyası iddianın zaminlərə qarşı təmin edilməyən hissədə apellyasiya məhkəməsinin dəyərləndirməsini işin müəyyən edilmiş hallarına, tətbiq edilən qanunvericilik normalarına və hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun hesab edir və hazırki qərarın 32-34-cü bəndlərində qeyd edilənləri təkrar etməyə lüzum görmür.

48. Məhkəmə kollegiyası iddiaçı təşkilatın dəlillərini – əlavə razılaşmalarla faiz məbləğlərinin azaldılması, bununla da zaminlərin vəziyyətinin yüngülləşməsi – əsaslı saymır. Əvvəla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına görə kredit xətti müqaviləsində faiz göstərilməyibsə, bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Bir halda ki, hazırki işdə kredit xətti müqaviləsin də faiz dərəcəsi nəzərdə tutulmayıb və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmasında da faiz dərəcəsi barədə zaminlərin razılığının alınması müəyyən edilməyib, belə olan halda, əlavə razılaşmalarla faiz məbləğinin aşağı salınmasının zaminlərin vəziyyətini yüngülləşdirlməsi hal kimi nəzərdən keçirilməsinə, ümumiyyətlə, zərurət qalmır.

49. Bundan başqa, əlavə razılaşmalarla faiz dərəcəsinin azalması paralel olaraq kreditin qaytarılma müddətinin uzadılmasına səbəb olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında kreditin qaytarılma müddətinin uzadılması da zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı kimi qiymətləndirilmişdir.

50. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərini əsasız sayır.

51. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1875/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar