Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1748/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1748/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)1581/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 5 saylı binanın arxasında yerləşən sahəsi 38.4 kv.metr olan qaraja mülkiyyət hüququndan məhrum edildiyinə görə cavabdehdən 192.000 manat, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış faydaya) görə 6.000 manat maddi, 50.000 manat mənəvi zərərin əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia rədd edilib. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, mübahisəli qaraj sahəsinin iddiaçıya məxsus olması mülki iş materialları ilə təsdiq olunmur. Qiymətləndiricinin rəyinə görə iddiaçıya məxsus qarajın orta bazar dəyəri 38.000 manat təşkil edir. Tərəflər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin olunmalı, iddiaçıya məxsus qarajın dəyəri 38000 manat müəyyən olunmalı, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu baxımdan iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.1, 178.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən və məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, cavabdehdən 38.000 manat kompensasiyanın və 500 manat mənəvi ziyanın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qə t edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçıya məxsus olması mülki iş materialları ilə istisna olunmur. Həmin qarajın qanuni əsaslarla iddiaçıya məxsus olması faktı tərəflər arasında əvvəl yaranmış və barışıq sazişi ilə yekunlaşmış digər mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə də təsdiq olunur. İşin faktiki hallarını və pozuntunun xarakterini və sair işin digər diqqətəlayiq hallarını nəzərə alıb apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsi qanuni və ədalətlidir. Bu səbəbdən də, iddia qeyd olunan hissədə qismən təmin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23, 157-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi iddianı təmin olunmayan hissədə rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştira kçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Fazil Əliyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və cavabdeh “xxxx” MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin ol unmayan hissəsində ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən m addi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, sahəsi 38,4 kv.metr olan qaraja dair iddiaçının adına X2 rayon İcra Hakimiyyətinin xx xxxxxx 1993-cü il tarixli, 2070 saylı Sərəncamına əsasən tərtib edilib. Bakı şəhər İHB-nın xx xxxxxxxx 2017-ci il tarixli, 439 saylı Sərəncamı ilə cavabdehə ünvan 1 ünvanda binanın arxasında yerləşən, iddiaçıya məxsus daş qarajın yaxınlığında çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilib. Cavabdehin adına 13313 saylı İnşaat Pasportu tərtib edilib. Bu səbəbdən də aparılmış qazıntı işləri nəticəsində qar aja giriş-çıxışın qarşısı bağlanıb. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı “xxxx” MMC qarşı “tikilinin sökülməsi və qeyriyaşayış sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi” barədə iddiasına dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması əsasına görə (barışıq sazişinin şərtinə görə- cavabdeh iddiaçıya məxsus qaraja gedən avtomobil yolunu 10 gün müddətinə tam bərpa edib, avtomobilin daxil olması üçün həmin qarajın qapısını avtomatik jalüz qapı ilə dəyişdirməyi öz öhdəsinə götürüb) xitam verilib. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb qeyd etmişdir ki, iddiaçının bildirdiyinə görə barışıq sazişinin şərt lərinə cavabdeh tərəfindən əməl edilməyib və yaşayış binası qarajın yaxınlığında elə inşa edilib ki, artıq qaraja avtomobilin giriş-çıxışı mümkün deyil. Bu səbəbdən də barışıq sazişi artıq öz əhəmiyyətini itirib və o, mülkiyyətindən faktiki olaraq tam məhrum olub. Ona görə də cavabdehdən mülkiyyətinin dəyərini və zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının əmlaka (qaraja) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığını və qarajın sökülmədiyini və sair əsas gətirib iddia tələblərinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb ilkin olaraq qeyd etmişdir ki, işdə olan sübutlara (iddiaçının adına olan texniki pasport və sair) əsasən mübahisəli qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçıya məxsus olması öz təsd iqini tapır. İddiaçının adına olan texniki pasportdan da görünür ki, o rayon icra hakimiyyətinin xx xxxxxx 1993-cü il tarixli sərəncamına əsasən tərtib edilib və dövlət qeydiyyatına alınıb. Eyni zamanda, qaraşın qanuni əsaslarla iddiaçıya məxsus olması faktı tərəflər arasında əvvəl yaranmış və barışıq sazişi ilə yekunlaşmış digər mülki iş üzrə qəbul edilmiş məhkəmə aktından da görünür. Göründüyü kimi, cavabdeh qarajın qanuni əsaslarla iddiaçıya məxsus olduğunu qəbul edib və tərəflər arasında müvafiq şərtlərlə barışıq sazişi başlanaraq məhkəmə tərəfindən təsdiq edilib. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara və işin faktiki hallarına əsaslanaraq düzgün olaraq qeyd etmişdir ki, iddiaçı qanuni əsaslarla və mülkiyyətçi hüquqları ilə mübahisə predmeti olan qaraja sahibl ik edir və həmin əmlakla bağlı tələb (subyektiv) hüququ mövcuddur. Yəni, iddiaçı əmlakı ilə bağlı üçüncü şəxslərə qarşı müvafiq iddia tələblərini (vindikasiya, neqator, zərər və s.tələblər) irəli sürməkdə haqlıdır. Belə olan halda, hazırki iş üzrə araşdırılmalı olan növbəti hal iddiaçının öz əmlakından təyinatı üzrə istifadə etmək imkanının mövcudluğu, yəni bu imkandan cavabdehin hərəkəti nəticəsindən məhrum olub-olmaması, ona zərər dəyib-dəyməməsi məsələsidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əmlaka yerində baxış (müayinə) keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yaşayış binasının tikintisi ilə əlaqədar qazıntı işləri aparıldığına görə qaraja giriş yol bağlanmış və həmin yoldan istifadə etmək mümkün deyildir, bina garaja bitişik tikilmişdir. Göründüy ü kimi, hətta birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının inşası nəticəsində iddiaçının öz əmlakından istifadə etməsinin mümkün olmaması müəyyən edilmişdir. Buna baxmayaraq, apelyasiya icraatı zamanı cavabdehin də etirazlarını (cavabdehin nümayəndəsi inşa edilmiş yaşayış binasının iddiaçıya məxsus qarajdan təyinatı üzrə istifadəyə maneə yaratmamasını bildirirdi) tam, hər tərəfli və obyektiv yoxlanılması istiqamətində məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cəbiyev küçəsi, 5 saylı yaşayış binasının həyətyanı torpaq sahəsi daxilində “xxxx-19” MTK aid olan hündürmərtəbəli yaşayış binası iddiaçıy a məxsus qaraj tikilisinə yaxın məsafədə (darvazanın orta xəttindən 2,60 metr məsafədə) inşa edildiyindən hazırki vaxtda avtomaşının giriş-çıxış (qarajdan təyinatı üzrə istifadə) mümkün hesab edilmir. Göründüyü kimi, ekspertiza rəyi ilə də cavabdehin inşa etdiyi hündür mərtəbəli yaşayış binasının yaxın məsafədə olması nəticəsində iddiaçının ona məxsus qarajdan təyinatı üzrə istifadəsinin mümkün olması müəyyən edilməmişdir (cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya məxsu s tikilinin təyinatı qeyri-yaşayış sahəsi olmaqla, oradan avtomobilin saxlanılması üçün istifadəni nəzərdə tutur. Əmlakdan maneəsiz istifadə hüququ isə mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Əks hal, yəni müdaxilənin həmin tikilinin maneəsiz istifadəsini mümkünsüz etməsi mülkiyyətdən de faktı məhrum edilmə ilə nəticələnir. Belə olan halda, cavabdeh ya əvvəlki vəziyyəti bərpa etməli, ya da əmlakın ədalətli əvəzini ödəməlidir. İşin hallarına əsasən isə əvvəlki vəziyyətin bərpası (inşa edilmiş hündürmərtəbəli yaşayış evinin sökülərək, qarajdan istifadənin bərpası) mümkün deyil. Bu səbəbdən də cavabdeh əmlakın ədalətli əvəzini (dəyərini) iddiaçıya ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qarajın dəyərini qiymətləndiricinin rəyinə əsasən 38.000 manat məbləğin də müəyyən edib və həmin pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsini qət edib. İddiaçı kasasiya şikayətində bu hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq həmin hissədən ümumiyyətlə kasasiya şikayəti verməyib və kasasiya şikayətində qətnaməni əldən çıxmış faydaya görə 6.000 manat, mənəvi zərərə görə 50.000 manat pulun tutulmaması hissəsində mübahisələndirmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 200 2-ci il tarixli Qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri– inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbə b olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını və pozuntunun xarakterini və sair işin digər diqqətəlayiq hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsiri üzündən ona 50.000 manat məbləğində mənəvi zərər dəydiyini və 6.000 manat dəyərində gəlirdən, qazancdan məhrum olduğunu iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərəri 500 manat məbləğində qiymətləndirmiş və əldən çıxmış fa yda tələbinə aid hissədə iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları fakt ların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası m əhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-1581/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1748/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1748/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver