Məhkəmə qərarları › İş №2(102)-1749/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1749/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1749/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) 27.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6807/2021 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 xx.xx.2010-cu il tarixdə dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür.

2. X3 xx.xx.2010-cu il tarixdə yanıq xəstəliyi səbəbindən ölmüşdür.

3. X12 xx.xx.2010-cu il tarixdə dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür.

4. X3 aldığı termiki yanıq xəsarətləri ilə əlaqədar baş vermiş intoksikasiya nəticəsində ölmüşdür.

5. Binəqədi Rayon Məhkəməsinin 1(001)-75/2021 saylı, 29 may 2011-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)6950/2018 nömrəli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh İB-nə qarşı iddiası qismən təmin edilərək, cavabdeh dən mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1378/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)6950/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3347/2019 saylı, 13 may 2019-cu il tarixli qərarı ilə iddiaçı X1 şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1378/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işçisinin öz xidməti vəzifələrini lazı mi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi ilə ağır nəticələrin baş verməsinə - dörd nəfərdən ibarət bir ailənin bütün üzvlərinin həlak olması nəticəsində dəymiş mənəvi ziyan olaraq 100.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X4 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının övladı X2, iddiaçının iki körpə, yəni X6 və yeni doğulmuş adı qoyulmamış nəvələrinin və iddiaçının kürəkəni olan X7 ölümlərinə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onların faciəli şəkildə ölmələrinə səbəb olmuşdur. Baş vermiş hadisə nəticəsində ona bir ana və nənə kimi mənəvi zərər vurulmuşdur

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının övladının ölümündə Rasif Məmmədovun təqsirli bilinməsini nəzərə alıb, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3308/2022 nömrəli iş üzrə 4 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının, kürəkəninin və iki körpə nəvəsinin həlak olmaları ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehdən dəymiş mənəvi ziyanın iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlı ğı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci, 2-ci və 8-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1097.1, 1099.1-ci madd ələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hansı iztirablar keçirməsini və zərərin qiymətləndirmə metodunu aydınlaşdırmağa borclu olduğu halda bunları araşdırmamışdır. Beləliklə, məhkəmə iddianın təmin edilməsi barədə iddiaçının özünün subyektiv mülahizəsinə əsasən gəldiyi nəticə ilə razılaşaraq qeyd olunan məsələlərə düzgün qiymət verməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6807/22 nömr əli iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X9 məxsus olan, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, yeni yaşayış massivində yerləşən evə təbii qaz dolmuş və xx.xx.2010-cu il tarixdə, saat 7 radələrində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində 4 nəfər - X11, arvadı X3, azyaşlı övladı X12 və yeni doğulmuş oğlu (adı qoyulmamış) ölmüşlər. Anar Rzayev və övladları dəm qazından zəhərlənərək və yanaraq, arvadı isə aldığı termiki yanıq xəsarətləri səbəbindən baş vermiş intoksikasiya nəticəsində ölmüşdür. Hadisənin baş ve rməsinə səbəb həmin evin altından keçən və abonentlərə qaz nəql edən 40 mm diametrlik borulardan ibarət qaz xəttinin korroziyaya uğrayaraq tamlığının pozulması və evə qaz dolması olmuşdur. Habelə müəyyən olunur ki, həmin qaz xətti yerin üstü ilə çəkilməli olduğu halda yerin altı ilə çəkilmişdir. Fakta görə cinayət işi başlanmış və Cavabdeh İB X14 Sahəsinin Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləyən X4 (inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs) Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X4 onun vəzifə fəal iyyətini tənzimləyən normativ tələbləri pozmuş, yəni təbii qazla əlaqədar xətaların baş verməməsi üçün qabaqcadan görməli olduğu tədbirləri yerinə yetirməmiş, xidməti ərazisi hesab edilən həmin ərazidə, aşağı təzyiqli olduğu üçün yerüstü çəkilməli olan qaz xəttinin yeraltı olaraq X9 məxsus evin altından keçməsini aşkar etmək üçün real imkanı olmasına baxmayaraq, bunu vaxtında etməmiş, nəticədə isə qeyd olunan hadisə baş vermişdir. Hadisə nəticəsində ölmüş X3 iddiaçının övladı, X11 iddiaçının kürəkəni, iki uşaq isə iddiaçının nəvələridir. Qızının, kürəkəninin və nəvələrinin ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, hadisə ilə bağlı X7 (ölən şəxslərdən birinin) atası X8 mənəvi zərərə görə Cavabdeh İB tərəfindən 100.000 manat təzminat ödənilməsi barədə məhkəmə qətnaməsi var. Bu qətnamə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilib. Həmin işə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılıb, nəticə dəyişdirilmədən saxlanılıb. Ölən şəxslərdən birinin valideyninə təzminat verilməsi iddiaçını (ölən şəxslərdən digərinin valideynini) mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarı n təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək təzminatın məbləği də 100.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki mənəvi zərərə görə təzminat məsələsində ölmüş iki ayrı-ayrı şəxsin valideynləri bir-birinə bərabər tutulmalıdır. Cavabdeh İB-nin maliyyə imkanları iddiaçıya da eyni məbləğdə təzminat ödəməyə imkan verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə si barədə qərar qəbul edilməsini xahiş etmişlər.

21. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmiş və şikayətin təmin olunmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozul masaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin ə vəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2020ci il tarixli qərarına əsasən ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasibllik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. MPM

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbin ə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6807/2022 nömrəli mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar