Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)4446/2024 saylı qətnaməsindən iddiaçı X10 X tərəfindən verilmiş kassasiya şikayəti üzrə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X tərəfindən X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 və 29 nömrəli mənzilləri ipoteka ilə yüklü edilmişdir.
2. Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsi ilə X2 ünvan 1 ünvanda yerləşən 7 saylı (133.2 kv.m) mənzilinə dair ünvan 2ağlanmış 4Ə-949 reyestr nömrəli, 24 noyabr 2016-cı il tarixli və ünvan 3 ünvanında yerləşən 16 saylı (109.9 kv.m) mənzilinə dair ünvan 2ağlanmış 4Ə-957 reyestr nömrəli, 24 noyabr 2016-cı il taxili bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi qət edilmişdir.
3. Həmin qətnamə icraya yönəldildiyi zaman sözügedən mənzillərin hazırkı iş üzrə İddiaçı adına keçirilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 4471/M saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 və 16 nömrəli mənzillərinin ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlaqə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il t arixli, e2(005)-4132/2022 saylı qətnaməsi icraya yönəldilən zaman Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeyd olunan mənzillər ipoteka ilə yüklü olduğundan onları X10 X adına keçirməkdən imtina etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin e-2(006)-1586/2024 saylı, 8 may 2024-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilən və hazırkı iş üzrə iddianın predmetini təşkil edən mənzillər cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi zaman iddiaçının həmin mənzillər üzərində ümumiyyətlə sərəncam vermək hüququ olmamışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında sözügedən mənzillərin iddiaçı tərəfindən X4 bağışlanması barədə müqa vilələr etibarsız hesab edilmiş və onların hüquqi nəticələri ləğv edilmişdir. Göründüyü kimi, əslində hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan mənzillərə dair bağlanan ipoteka müqaviləsi etibarsız əqd olduğundan və bunun nəticəsində də həmin mənzillərin hazırda ipoteka ilə yüklü edilməsinin hüquqi əsası olmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Bundan başqa, əvvəlki məhkəmə iclasında izahatı alınan Xoğlu bildirmişdir ki, o, kredit müqaviləsi üzrə cavabdeh Bank qarşısında bütün öhdəliklərini icra etmişdir. Ona görə də, cavabdeh qanunsuz olaraq əmlakı ipoteka ilə yüklü vəziyyətdə saxlamışdır.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 31.1, 32.3, 48.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instans iyası məhkəməsindəicraat
10. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə X arasında 447/M saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik 6% dərəcəsi ilə 1.110.812 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən kreditin 574.240 ABŞ dolları məbləğində olan qalıq borcunun müddəti xx.xx.2021-cü il tarixə qədər uzadılmışdır. Kreditin təminatı kimi X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Yermeyonko küçəsi evin 7 və 29 saylı mənzilləri ipoteka ilə yüklü edi lmişdir. Həmçinin Cavabdeh1 ASC ilə X arasında bağlanmış 448/M saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik 6% dərəcəsi ilə 370.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli əlavəyə əsasən kreditin 370.000 ABŞ dolları məbləğində qalıq borcunun müddəti xx.xx.2021-cü il tarixə qədər uzadılmışdır. Kreditin təminatı kimi X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Yermeyonko küçəsi 29 saylı evin 16 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. 447/M saylı kredit müqaviləsi üzrə borcalan X xx.xx.2023-cü il tarixə banka əsas borcu üzrə 244.845,34 ABŞ dolları, faiz borcu 27.912,42 ABŞ dolları olmaqla cəmi 272.757,77 ABŞ dolları məbləğində borcu mövcuddur. 448/M saylı kredit müqaviləsi üzrə borcalan X xx.xx.2023-c ü il tarixə banka əsas borcu üzrə 140.869,52 ABŞ dolları, faiz borcu 12.420,02 ABŞ dolları olmaqla cəmi 153.289,54 ABŞ dolları məbləğində borcu mövcuddur. İşə baxan birinci instansiya məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsini əsas gətirərək qeyd etmişdir ki, mübahisəli mənzillərə dair bağışlama müqaviləsi etibarsız hesab edilmişdir, sonrakı mərhələdə qətnamənin icrası mümkün olmadığı üçün İddiaçı sözügedən mənzillərə dair ipoteka yüklülüyünə xitam verilməsini xahiş edir. Halbukiiddiaçı tərəfindən verilmiş bu cür iddiaları onun əsas, yəni həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi niyyətini ortaya qoyur. Belə ki, iddiaçı vaxtı ilə adına olan əmlakları bacısı X3 adına bağışlama müqavilələri əsasında rəsm iləşdirmiş, X isə öz növbəsində adına rəsmiləşən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, ev 29 ünvanında yerləşən 7 və 16 saylı mənzillərə dair sərəncam vermək hüquqlarını digər qardaşına etibarnamə əsasında verərək qeyd edilən mənzilləri Xn kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa hazırkı iddiaçı Nəsimi Rayon Məhkəməsində uydurma iddia tələbi ilə iddiaçı X1 iddiası üzrə cavabdeh kimi çıxış etmiş və işin mahiyyəti bundan ibarət olmuşdur ki, X 7 saylı mənzili qeyri-rəsmi olaraq iddiaçıya satmışdır. Daha sonra cavabdeh olaraq iddianı etiraf etmiş, tərəflər barışıq sazişi bağlamışlar və mülki işə xitam verilmişdir. Banka rəsmi olaraq qərardad təqdim edildikdən sonra həmin xitam qərardadından şikayət verilmiş və şikayəti təmin e dilmişdir. Bundan sonra, iddiaçı işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin e-2(006)-1512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmə banka olan öhdəliyin yerinə yetirildiyi qənaətinə gəlməklə işə ədalətli və obyektiv baxılmaması əsasını yaradır. Halbuki kredit alan öhdəliklərini icra etdiyi təqdirdə “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə bank ipoteka predmeti olan əmlakların yüklülükdən azad edilməsi üçün təşəbbüs göstərərdi. Əsas öhdəlik mövcud olduğu halda ipotekaya xitam verilməsi ipoteka saxlayanın hüquqlarını pozur. Həmçinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ipoteka müqavaviləsin xitam olunması üçün əsas ola bilməz.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov və İkramŞirinov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsası, yəni ipotekaya xitam verilməsinin əsası “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, iddiaçı tərəf həm iddia ərizəsində, həm də apellyasiya baxışında həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edən, həmin Qanunun 32.3-cü maddəsinə istinad etmişdir. Həmin normada göstərilir ki, ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Əlbətdə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirdikləri halda qeyd olunan əsasla da ipotekaya xitam verilməsi istisna oluna bilməz. Ancaq bu hal mülki hüquqlar hüquqa uyğun həyata keçirildiyi tərzdə mümkün ola bilər. Çünki hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin iddiaçı hazırkı iş üzrə öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, hüquqdan açıq-aşkar sui-istifadə etmişdir. Belə ki, ipotekaya xitam verilməsi tələb edilən mənzillərin bugünədək bank qarşısında ipoteka ilə yüklü olması işin tam mübah isəsiz halıdır və işdə iştirak edənşəxslər tərəfindən bu fakt mübahisələndirilmir, əksinə həm işdə iştirak edən iddiaçı və üçüncü şəxslər, həm də işdə iştirak etməyən digər şəxslər(işdə olan məhkəmə qərarlarından bəlli olur) tərəfindən mənzillərin ipoteka yüklülüyündən azad olunmasına cəhdlər edilir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsinin tam icra olunmadığına istinad edərək, mənzillər üzərində yenidən mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq istədiyini əsas gətirib hazırkı iddianı irəli sürdüyünü bəyan edir. Ancaq nə qədər qəribə olsa da, həmin iş üzrə (e2(005)-4132/2022 saylı) özü iddiaçı olmamış, yəni bağışlanan mənzillərə dair müqavilənin etibarsızlığını özü deyil, mənzilləri bağışladığı bacısı X irəli sürm üş, üstəlik onu da cavabdeh kimi göstərmişdir. Düzdü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsinin yoxlanılması hazırkı icraatın predmeti olmasa da, həmin işdə və qətnamədə göstərilənlərin bu iş üzrə aparılan hüquqi dəyərləndirmələr zamanı əhəmiyyəti vardır. Çünki birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)- 4132/2022 saylı qətnaməsi ilə müəyyən edilənlərə köklənərək, sanki onun icra olunmasının hazırkı işdən asılılığını aradan qaldırmaq məqsədilə bu iddianı təmin etməklə hüquqdan başqalarına zərər vurmaq məqsədilə suiistifadə etməyə çalışan iddiaçıya və üçüncü şəxslər X və X münbit şərait yaratmışdır. Əks halda bu iş üzrə cavabdeh kimi göstərdiyi bankın iddiaya münasibətin i və mövqeyini tam, hərtərəfli və obyektiv öyrənilməsi üçün lazımı şərait yaratmalı idi. Çünki bunu ondan MPMin 14.1-ci maddəsinin göstərişləri tələb edirdi. Ancaq birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normasının tələbini də pozmaqla ona riayət etməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə Xn kredit müqaviləsi üzrə cavabdeh bank qarşısında bütün öhdəliklərini də icra etdiyi, cavabdehin qanunsuz olaraq əmlakı ipoteka ilə yüklü vəziyyətdə saxladığı barədə izahatını qeyd etsə də, həmin məlumatın həqiqi olub-olmaması barədə hər hansı bir araşdırma aparılmasına şərait yaratmamış, bu izahatın doğru olduğu qənaətinə gəlməklə də iddianı təmin etmişdir. Ancaq cavabdeh bankın apellyasiya şikayətindən və əlavə edilmiş sənədlərdən də b əlli olur ki, X da borcalan kimi bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Demək ki, öhdəlik icra olunmadığına görə də ipotekaya xitam verilə bilməzdi. Bu hal iddianın təmin edilməməsi üçün müstəqil əsas sayılırdı. Ancaq birinci instansiya məhkəməsi bu hallara da əhəmiyyət verməmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 560.1, 560.2 və 560.3-cü, İpoteka haqqında Qanunun 10.1, 15.1, 32.2, 32.3, 48.1 və 48.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4446/2024 nömrəli, xx.xx.2024-cü il ta rixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
21. Maddə 16.1.Fiziki və hüq uqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
22. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
24. Maddə 560.3. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zid d hüququn həyata keçirilməsihüquqdan sui-istifadədir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsininetibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
26. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
27. Maddə 32.2. İpoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.
28. Maddə 32.3 İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.
29. Maddə 48.1. İpoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallardaipotekaya xitam verilir.
30. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
39. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslalığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tə tbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsası, yəni ipotekaya xitam verilməsinin əsası “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, iddiaçı tərəf həm iddia ərizəsi ndə, həm də apellyasiya baxışında həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edən, həmin Qanunun 32.3-cü maddəsinə istinad etmişdir.
45. Həmin normada göstərilir ki, ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Əlbətdə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirdikləri halda qeyd olunan əsasla da ipotekaya xitam verilməsi istisna oluna bilməz. Ancaq bu hal mülki hüquqlar hüquqa uyğun həyata keçirildiyi tərzdə mümkün ola bilər. Çünki hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin iddiaçı hazırkı iş üzrə öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, hüquqdan açıq-aşkar sui-istifadə etmişdir.
46. Belə ki, ipotekaya xitam verilməsi tələb edilən mənzillərin bugünədək bank qarşısında ipoteka ilə yüklü olması işin tam mübahisəsiz halıdır və işdə iştirak edən şəxslər tərəfindən bu fakt mübahisələndirilmir, əksinə həm işdə iştirak edən iddiaçı və üçüncü şəxslər, həm də işdə iştirak etməyən digər şəxslər (işdə olan məhkəmə qərarlarından bəlli olur) tərəfindən mənzillərin ipoteka yüklülüyündən azad olunmasına cəhdlər edilir.
47. İddiaçı, Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsinin tam icra olunmadığına istinad edərək, mənzillər üzərində yenidən mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq istədiyini əsas gətirib hazırkı iddianı irəli sürdüyünü bəyan edir. Ancaq nə qədər qəribə olsa da, həmin iş üzrə özü iddiaçı olmamış, yəni bağışlanan mənzillərə dair müqavilənin etibarsızlığını özü deyil, mənzilləri bağışladığı bacısı X irəli sürmüş, üstəlik onu da cavabdeh kimi göstərmişdir.
48. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)4132/2022 saylı qətnaməsinin yoxlanılması hazırkı icraatın predmeti olmasa da, həmin işdə və qətnamədə göstərilənlərin bu iş üzrə aparılan hüquqi dəyərləndirmələr zamanı əhəmiyyəti vardır. Çünki həmin qətnamə ilə müəyyən edilənlərə köklənərək, sanki onun icra olunmasının hazırkı işdən asılılığını aradan qaldırmaq məqsədilə bu iddianı təmin etməklə hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etməyə çalışan iddiaçıya və üçüncü şəxslər X və X münbit şərait yaratmışdır. Əks halda bu iş üzrə cavabdeh kimi göstərdiyi bankın iddiaya münasibətini və mövqeyini tam, hərtərəfli və obyektiv öyrənilməsi üçün lazımı şərait yaratmalı idi. Çünki bunu ondan MPM-in 14.1-ci maddəsinin göstərişləri tələb edirdi. Ancaq birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normasının tələbini də pozmaqla ona riayət etməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə X kredit müqaviləsi üzrə cavabdeh bank qarşısında bütün öhdəliklərini də icra etdiyi, cavabdehin qanunsuz olaraq əmlakı ipoteka ilə yüklü vəziyyətdə saxladığı barədə izahatını qeyd etsə də, həmin məlumatın həqiqi olubolmaması barədə hər hansı bir araşdırma aparılmasına şərait yaratmamış, bu izahatın do ğru olduğu qənaətinə gəlməklə də iddianı təmin etmişdir. Ancaq cavabdeh bankın apellyasiya şikayətindən və əlavə edilmiş sənədlərdən də bəlli olur ki, X da borcalan kimi bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Demək ki, öhdəlik icra olunmadığına görə də ipotekaya xitam verilə bilməzdi. Bu hal iddianın təmin edilməməsi üçün müstəqil əsas sayılırdı. Ancaq birinci instansiya məhkəməsi bu hallara da əhəmiyyət verməmişdir.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdu r. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-4446/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.