Məhkəmə qərarları › İş №2(102)-1754/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1754/2019

15.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1754/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı mənəvi ziyanın ödəniməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 iyul 2018-cı il tarixli qətnaməsi il ə (hakim R.Quliyev) İddiaçı Cavabdeh-yə qarşı mənəvi ziyanın ödəniməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh-dən 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Nərimanov rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki p rosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh-yə qarşı iddia verərək, Cavabdeh-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində pul vəsaitinin və 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə kredit müqaviləsi imzalamış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən ona 500 manat məb ləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəlikləri onun tərəfindən hazıradək yerinə yetirilir. Buna baxmayaraq, cavabdeh qanunvericiliyin tələblərini pozaraq onun işlədiyi müəssisəyə, yəni “xxxx" MMC-yə 05.02.2018-ci il tarixli PK-M N-353 nömrəli qanunsuz müraciət ünvanlamışdır. Cavabdeh bank ilə müqavilə imzaladığı zaman banka hansı müəssisədə işləməsi barədə məlumat verməmişdir. Ümumiyətlə “xxxx” MMC ilə bir neçə ay bundan öncə əmək müqaviləsi imzalamışdır. Cavabdeh müstəqil olaraq onun razılığı olmadan barəsində qanunsuz olaraq məlumat toplayıb əmək müqaviləsi bağladığı şirkətə qanunsuz müraciət göndərərək onu hələ yetəri qədər tanımayan iş yoldaşları arasında nüfuzdan salmış, onlarda onun haqqında mənfi rəy formalaşdırmışdır İş üzrə mübahisə apellyasiya instansiyası m əhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı 30 iyun 2016-cı il tarixədək bankın «Bolkart layihəsi»nə əsasən nağdsız hesablaşmalar aparmaq məqsədilə maksimal məbləği 5,000 (beş min) manat olan bərpa olunan kredit xətti açmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etmədiyini əsas tutaraq 05.02.2018-ci il tarixdə İddiaçı iş yeri olan “xxxx” MMC-yə məktub göndərməklə, İddiaçı Bank qarşısında olan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini icra etməsinə dəvət etmələrini, borclu kimi üzərinə düşən öhdəlikləri icra etməyəcəyi halda borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə bank tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunlarını rəhbər tutaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə və eyni zamanda kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulması barədə məlumatlandırmasını xahiş etmiş və əməkdaşlığa görə öncədən təşəkkürlərini bildirmişlər. 27 iyul 2013-cü il tarixli plastik kartı üzrə kredit xətti müqaviləsinin 8.2-ci bəndində “Kredit alan”ın bu müqavilə üzrə Bank xidmətlərinin təşkili, tələb hüquqlarının ötürülməsi, borcun alınmasının təmin edilməsi, kredit müqaviləsi üzrə hər hansı bi r pozuntnun aşkar olması zamanı və “Bankın” zəruri hesab etdiyi digər hallarda bank sirrini təşkil edən məlumatların bankın əməkdaşlarına, “kredit alanın” iş yerinə, “Bank”ın əməkdaşlıq etdiyi aidiyyəti üzrə şəxslərə, müvafiq dövlət orqanlarına və “Bank”ın zəruri hesab etdiyi digər şəxslərə verilməsinə etiraz etmədiyi göstərilsə də, müqavilədə bu cür şərtin qeyd olunması “Azərbaycan Respublikasının Banklar Haqqında” qanununun tələblərinə ziddir. Ona görə də İddiaçı barəsində iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərilən məktubdakı məlumatlar iddiaçınınşərəf və ləyaqətini, bank sirrini təşkil edən, şəxsi həyatının sirrini və şəxsi toxunulmazlığını pozan məlumatlar kimi qiymətləndirilməlidir. Qeyd olunan müraciət Qanunvericiliyin tələblərinə uyğun olmadığından, müştəri haqqında bank sirrini tə şkil edən məlumatların yayılmasına səbəb olduğundan və buna nəzarət edilmədiyindən həmin hərəkətlərə görə Cavabdeh-nin əməkdaşları məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin ş ərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. M ənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin pres edentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı tör ədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həm in qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Qeyd olunan müraciətin göndərilməsi nəticəsində İddiaçı fiziki və mənəvi iztirablara düçar olduğu və bu səbəbdən mənəvi və fiziki sarsıntılar keçirdiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyasımənəvi ziyanının ödənilməsinə dair tələbin qismən - 500 (beş yüz) manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar