Məhkəmə qərarları › İş №2(102)-1768/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1768/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1768/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, X34 X19 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): müqavilə münasibətlərindən irəli gələn mübahisələr; podrat müqaviləsi, muzdun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, X34 X19 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(105)-81/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış hüquqi şəxsdir və qanuni təmsilçisi Cavabdehdir.

2. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarxli çıxarışa, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, müvafiq olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi, Quba rayonu, Qaraçay kəndində yerl əşən 0.27 ha torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı bağ sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. 3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0.27 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixədək, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xx.xx.2037-ci il tarixədək və xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixədək Cavabdeh icarəyə vermişdir.

4. Sufarişçi Cavabdeh ilə podratçı X10 arasında bağlanmış 14 iyun 2017-ci il tarixli, 01 nömrəli podrat müqaviləsinə əsasən podratçı xx.xx.2017 -ci il tarixinə qədər, 12 gün müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.15 ha torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları da daxil olmaqla daş hasarını tikməyi (daxildir: fundamentin qazılması, fundamentin daş ilə tikilməsi, hasarın tikilməsi, işçi pulu, bütün materiallar, tikinti üçün istifadə edilən bütün ləvazimatlar) və torpağın düzəldilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

5. Həmin müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə görülən işlərə görə muzd haqqı hər kv.m. üçün 13.39 manat təşkil edir və ilkin olaraq 3.380 manat, qalanı ölçüldükdən sonra isə işlər təhvil verild ikdə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

6. Həmin müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları (3380 manat), 180 ABŞ dolları (304 manat), 500 ABŞ dolları (845 manat) (3380+304+845=4529 manat) olmaqla ümumilikdə 2.680 ABŞ dolları X8 verilmiş və sonuncu imza etməklə həmin məbləği təhvil almışdır. 1.000 (min) ABŞ dolları xx.xx.2017-ci ildə əlavə olaraq verilmiş və yenə imza edib həmin məbləği qəbul etmişdir.

7. X10 ilə Cavabdeh arasında bağlanmış 23 mart 2018-ci il tarixli, 02 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, podratçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 6 ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Abşeron rayonu, Saray qə səbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.15 ha torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları, bu materialların çatdırılma və daşınma xərcləri də daxil olmaqla fərdi yaşayış evini tikməyi və təmir etməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

8. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 118440 ABŞ dolları (201.171,65 manat) təşkil edir və ilkin olaraq 7000 ABŞ dollar, qalan 111440 ABŞ dolları isə 6 ay ödənilməlidir.

9. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 01 nömrəli qəbzdən görünür ki, X10 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 7.000 ABŞ dolları xidmət haqqı məbləğini almışdır.

10. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli qəbzdən görünür ki, X10 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 10.000 ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Əlavə xx.xx.2018-ci ildə 10.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 3.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 5.000 ABŞ dolları, metlaxların vurulması üçün xx.xx.2017-ci ildə 2.000 ABŞ dolları, metlaxların vurulması üçün 1.000 ABŞ dolları almışdır (xx.xx.2018-ci ildə 1.000 ABŞ dollarını kənar şəxsin imzası ilə qəbul edilmişdir).

11. X10 ilə Ca vabdeh arasında bağlanmış 30 iyun 2018-ci il tarixli, 05 №-li podrat müqaviləsindən müəyyən edilir ki, podratçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 3 ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini, sifarişçi isə podratçıya razılaşdırılmış mu zd ödəməyi öz öhdəsinə götürür.

12. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilədə görülən işlərə görə muzd haqqı 77.839 ABŞ dolları x 1.6900=131547,84 manat təşkil edir və hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

13. Tərəflər arasında bağlanan 30 iyun 2018-ci il tarixli 05 saylı podrat müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5.000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 10.000, xx.xx.2018-ci il tarixdə 5.000, xx.xx.2018-ci il tarixdə 6.500 və xx.xx.2018ci il tarixdə 10.000 ABŞ dolları olmaqla cəmisi 56.500 ABŞ dolları məbləğində pul cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçı Emil Abbasova verilmiş, həmin pul qəbzə imza edilməklə onun tərəfindən qəbul edilmişdir.

14. X10 ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli, 03 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, podratçı xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsini 2.4 metr hündürlüyündə, hər sütunun arası dörd metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma, daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

15. Həmin müqavilənin 3.1-ci bən dinə əsasən bu müqavilədə görülən işlərə görə muzd haqqı 5.516 ABŞ dolları (9365 AZN/1.6980=5516 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2.000 ABŞ dolları, qalan 3.516 ABŞ dolları isə xx.xx.2018-ci il tarixinədək hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

16. Həmin müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları xx.xx.2018ci il, 2.000 ABŞ dolları xx.xx.2018-ci il, 2.000 ABŞ dolları xx.xx.2018-ci il tarixlərdə, cəmi 6.000 ABŞ dolları X8 verilmiş və sonuncu imza etməklə həmin məbləğlərı almışdır.

17. X10 ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2018-ci il tarixli, 04 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, podratçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər 10 gün müddət ərzində (sifar işçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı sahədə yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsini 2.6 metr hündürlüyündə (bünövrəsi iki tərəfdən 20 sm., qalan iki yol tərəfdən isə 40 sm. olmaqla, hər sütunun arası iki metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

18. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilədə görülən işlərə görə muzd haqqı 4420 ABŞ dolları (7501 AZ/1.6980-4420 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2700 ABŞ dolları, qalan 1720 ABŞ dolları isə hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, X3 bağ sahəsinin hasarının tikilməsi üçün xx.xx.2018-ci ildə 2700 ABŞ dolları almışdır.

19. X10 ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 06 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, podratçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaql ardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

20. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 76000 ABŞ dolları (128.547,84 manat) təşkil edir və hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı X16 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30.000 ABŞ dolları mə bləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 ilə Cavabdeh arasında bağlanan 23 mart 2018-ci il tarixli, 02 saylı podrat müqaviləsinə əsasən iddiaçı cavabdehin istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus olan 0,15 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyi və təmir etməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı ilə sifarişçi arasında bağlanan 30 iyun 2018-ci il tarixli, 05 saylı podrat müqaviləsinə əsasən podratçı Quba rayonu, Qaraçay kəndində yerləşən sifarişçinin istifadəsində olan "xxxx" MMC-yə məxsus 0,27 ha torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razıl aşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, həmin tarixdə podratçı Sabunçu rayonu, Ləhiş bağları 297 saylı bağ massivində yerləşən sifarişçinin istifadəsində olan və "xxxx" MMC-yə məxsus torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən podrat müqavilələri üzrə sifarişçi podratçıya 271.279 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin sifarişçi ödənişləri gecikdirir, podratçı müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etdiyi halda, sifarişçidən ödənişləri vaxtında ala bilmir, sifarişçi tərəfindən iddiaçıya cəmi 160.000 ABŞ dolları ödənilmişdir. İşlər tam yekunlaşmasa da, sifarişçi tərəfindən ödənilən 160.000 ABŞ dolları məbləğində pul podratçının gördüyü işə mütənasib deyildir. Sifarişçi tərəfindən podratçıya gördüyü işlərin qarşılığında daha 30.000 ABŞ dolları məbləğində pul ödənilməli olduğu halda ödənilmir.

23. Cavabdeh X11 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçıdan onun xeyrinə 27.705 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında üç podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Saray qəsəbəsində tikiləcək fərdi yaşayış evi üçün 111.444 ABŞ dolları müəyyən edilmişdir. Tikintiyə tələb olunan material kafel, metlax və s. Dubay şəhərindən gətiriləcək. Bu səbəbdən evin təmirsiz inşa edilməsi, lakin divarların suvanması, iç və çöl qapılar ın alınması və quraşdırılması, elektrik, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinin neçəyə başa gəlməsi barədə cavabdehdən soruşduqda, 75.000 ABŞ dollarına başa gəlməsini bildirmişdir. Qabaqcadan müəyyən olunmuş smetalar əsasında həmin inşa-təmir işlərinə cavabdeh 67.269 ABŞ dolları sərf etmişdir. Bundan başqa: - 29 may 2018-ci il tarixli 03 saylı müqaviləyə əsasən Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarlanması üçün podrat müqaviləsi bağlanmış, muzd kimi 5.516 ABŞ dolları müəyyən edilmişdir. Bu hasar aşmışdır. Daha sonra, Ləhiş bağ sahəsində yerləşən 297 saylı bağ sahəsində hasarın tikintisi barədə podrat müqaviləsi bağlanmış, muzd haqqı kimi 4420 ABŞ dolları müəyyən edilmişdir. - Ləhişdə yerləşən torpaq sahəsində fərdi yaşayış evinin ti kintisi üçün 76.000 ABŞ dolları müqabilində 30 iyun 2018-ci il tarixli 04 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdehə 30.000 ABŞ dolları verilmiş, lakin bunun müqabilində ilkin iddiaçı tərəfindən 24.897 ABŞ dolları dəyərində iş görülmüşdür. - Quba rayonunun Qaraçay kəndində fərdi yaşayış evinin tikintisi isə 77.839 ABŞ dolları müqabilində tərəflər arasında 30 iyul 2018-ci il tarixli 05 saylı podrat müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdehə 56.500 ABŞ dolları verilmiş, lakin bunun müqabilində onun tərəfindən 46.112 ABŞ dolları dəyərində keyfiyyətsiz iş görülmüşdür. - Quba və Ləhişdə hasarın tikintisi işlərində azalmalar olduğundan ilkin iddiaçıya 8.700 ABŞ dolları ödəniş edilib. - Beləliklə, Sarayda inşa edilmiş ev üçün 70.000 ABŞ dolları, Ləhişdəki evin tikintisi üçün 30.000 ABŞ dolları, Quba rayonunun Qaraçay kəndindəki ev üçün 56.500 ABŞ dolları cavabdehin imzaladığı ödəniş cədvəlləri əsasında ona verilmişdir. Lakin cavabdeh heç bir əsas olmadan öhdəliklərinin icrasını dayandırmışdır. Cavabdehə ödənilmiş son 20.000 (iyirmi min) ABŞ dollarının qarşılığında o, heç bir iş görməmişdir. Cavabdehin Qubada tikdiyi hasarın bir hissəsinin aşması isə əlaqədar həmin tikililərin yoxlatdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən aparılan tikinti işlərinin mütəxəssis tərəfindən yoxlanılması zamanı isə həmin işlərdə bir çox qüsurlar aşkarlanmışdır. Belə ki, müqavilələrə əlavə olunmuş smetalarda “X36” müəssisəsinin istehsal etdiyi armaturlar və ona uyğun qiymətlər nəzərdə tutulsa da, faktiki olaraq, tikintidə ucuz və keyfiyyətsiz armatur və sementdən istifadə e dildiyi müəyyən edilmişdir. - Daha sonra, Qubada, Sarayda və Ləhişdə tikilən evlərin cavabdehin hesabladığı smeta üzrə gördüyü işlər mütəxəssislər tərəfindən hesablanmış, müəyyən edilmişdir ki, həmin iki ev üzrə cavabdehə ümumilikdə 22.883 ABŞ dolları məbləğində artıq pul ödənmişdir. Bu barədə cavabdehə məlumat verildikdə isə o, bu məbləği Sarayda bəzi əlavə xərclərə çəkdiyini bildirmişdir. Bu xərcləri təsdiqləyə biləcək hər hansı bir sənəd cavabdehdən tələb olunduqda isə, o, heç bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehə artıq olaraq ödənilmiş 22.883 ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində tikintilərin birində hər hansı bir işlərin görülməsini cavabdehə təklif etmişdir. Lakin cavabdeh ona artıq olaraq ödənilmiş 22.883 ABŞ dolları məbləğində pul vəsaitinin müqab ilində heç bir iş görməmişdir. Mütəxəssislərin hesablamaları əsasında müəyyən edilmişdir ki, Saray qəsəbəsində görülmüş işlər üzrə cavabdehə 2.731 ABŞ dolları məbləğində pul vəsaitinin əlavə olaraq ödənildiyinə baxmayaraq, onun tərəfindən işlər tamamlanmamışdır. Quba rayonunda hasarın tikilməsində cavabdeh tərəfindən yararsız sementdən istifadə edildiyi səbəbdən hasar demək olar ki, tam olaraq aşmış və bunun nəticəsində qonşuya 2.000 (iki min) ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Uçmuş hasarın yenidən tikilməsi nəticəsində əlavə olaraq 2.822 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir.

25. X30 X7rşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, 48.091 ABŞ dollarının ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan mə zənnəsinə uyğun olaraq manatla cavabdeh X9 alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə baxışı gedişində iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübutlara əsasən iddiaçıya məxsus Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin divarların suvanması, iç və çöl qapıların alınması və quraşdırılması, elektrik, su və kanalizasiya boruların çəkilməsi üçün cavabdehə 74.000 ABŞ dolları, yəni 125.000 manat məbləğində pul verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin ti kintisi üçün 92.585,35 sərf olunmuşdur; elektrik işlərinin görülməsi üçün 7.668,25 sərf olunmuşdur; santexnika işlərinin görülməsi üçün 5.179,95 sərf olunmuşdur. Ümumilikdə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmirsiz inşa edilməsinə, divarların suvanmasına, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla tikinti-təmir işlərinin dəyəri 114.205,85 müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 10.794,15 təşkil edir. İddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün cavabdehə müqavilə ilə 3.380 manat məbləğində pul verilmişdir. Həmin hasar bünövrəsiz, yəni düzgün olmayaraq tikildiyi üçün aşmış və həmin hasarın yenidən tikintisi üçün digər fiziki şəxs X12 8.000 manat məbləğində pul verilmişdir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 4.620 manat təşkil edir. Cavabdehin yarımçıq qoyduğu işlərlə əlaqədar Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə X17 ilə 53.109 manat dəyərində podrat müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl təmir işləri görülüb başa çatdırılmışdır. Həmin podrat müqaviləsi və görülmüş işlərin hesablanmasına dair akt hazırkı vəsatətə əlavə olunur. Daha sonra, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə "xxxx" MMC ilə 23.000 manat dəyərində işlərin (santexnika xidmətlərinin) yerinə yetirilməsi haqqında müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl santexnika işləri görülüb b aşa çatdırılmışdır. Həmin müqavilə və qiymətlərin razılaşdırılması protokolu hazırkı vəsatətə əlavə olunur. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün cavabdehə 4.420 ABŞ dolları, yəni 7.514 manat məbləğində pul verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarın tikilməsinə çəkilmiş xərclərin dəyəri 3.632,80 müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 3.094 manat təşkil edir. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün podrat müqaviləsi üzrə cavabdehə 30.000 ABŞ dolları, yəni 51.000 manat məbləğində pul verilmişdir. Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində tikilən fərdi yaşayış evi ümumiyyətlə təmir olunmayıb. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: iddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə çəkilən xərclər 32.642,90 müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 18.357,1 təşkil edir. Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün cavabdehlə podrat müqaviləsi üzrə muzd haqqı kimi, 6.000 ABŞ dolları, yəni 10.200 manat müəyyən edilmişdir. Bu hasar bünövrəsiz və az miqdarda sementdən istifadə olunduğu üçün aşmış və bunun nəticəsində qonşuya 2.000 ABŞ dolları, yəni 3.400 manat məbləğində maddi ziyan vurmuşdur. Hasarın bir hissəsi aşdığı üçün, gələcəkdə yenə də bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün iddiaçı tərəfindən hasarın bir çox hissəsi tamamilə s ökülüb bir hissəsi isə yarıya qədər sökülmüşdür. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarının tikintisinə çəkilmiş xərcin dəyəri 9.691,36 manat təşkil edir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 13.091,36 manat təşkil edir. Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün cavabdehə 56.500 ABŞ dolları, yəni 96.050 manat verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinin xərci 64.250,90 manat müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 31.799,1 manat təşkil edir. Lakin, Qubadakı evin rigelləri, yəni əsas yük daşıyı cıları keyfiyyətsiz armaturdan tikildiyi üçün əyilib çökmüş, bu halda tikilidən hər hansı bir məqsədlər üçün istifadə etmək həyat və sağlamlıq üçün təhlükəli olduğundan bu tikili tamamilə sökülüb yenidən tikilməlidir. Göründüyü kimi, həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübutlara əsasən iddiaçının xeyrinə olan ümumi fərq 81.755,71 manat, yəni 48.091 ABŞ dolları təşkil edir.

26. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində bildirmişdir ki, o, ərəb dili üzrə ali təhsili olduğundan əcnəbilərə bu dil üzrə xidmət göstərir. Cavabdeh tur təşkil edən Kənan adlı şəxsin vasitəsilə Emil Abbasovla tanış olmuşdur. X33 dayısıdır. "xxxx" MMC hazırda fəaliyyət göstərmir. İlk iddia üzrə cavabdeh "xxxx" MMC təsis edərək 3 yerdə torpaq sahəsi əldə etmişdir. İş üzrə tərəflər arasında bağlanmış podrat müqavilələrini o, hazırlamışdır. Emil Abbasov müqavilə üzrə pul təhvil aldıqda hər dəfə müvafiq olaraq qəbzə imza atmışdır. Emil Abbasov onun torpaq sahələrində tikinti işlərini, hasar çəkməyi görməyi öhdəsinə götürmüşdür. X37 müqavilədə nəzərdə tutulan qaydada işləri icra etmədi, hamısı keyfiyyətsiz, Qubadakı torpağın hasarı uçdu, cavabdeh-qarşılıqlı iddiaçı da məcbur olub Mehman adlı ustanı Saraydakı tikintiyə cəlb etdi, Saraydakı evin santexnika işlərini Mehman usta aparıb, müəyyən tikinti-təmir işləri əlavə xərc hesabına aparıldı.

27. Məhkəmə hər iki iddia tələbinin dəlillərini yoxlamaq üçün iş üzrə mütəxəssislərin iştirakının təmin edilməsi ilə məhkəmə inşaat-tikinti ekspertizası təyin edilməsi barədə qərardad qəbul etm işdir. 28. "xxxx" MMC tərəfindən verilən 21 yanvar 2021-ci il tarixli, 197/E №-li ekspert rəyi ilə müəyyən edilib ki, Saray qəsəbəsindəki evin elektrik xərcləri 15.300 manat, su kanalizasiya və boru xətlərinə 10.345 manat, evin tikilmə xərcləri 175318 manat pul vəsait xərclənmişdir. Saray qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 200.963 manat pul vəsaiti xərclənmişdir. Ləhişdəki fərdi yaşayış evinə hasarı ilə birlikdə tikinti xərcləri 30.000 manat vəsaiti xərclənmişdir. 29. "xxxx" MMC tərəfindən verilən 05 may 2021-ci il tarixli, 2-211/E №-li ekspert rəyində göstərilir ki, Quba rayonu Qaraçay kəndindəki tikiliyə 22.877 manat pul vəsait xərclənmişdir. Hasarın bir qismi (təxminən 70-100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 manat məbləğində vəsait tə ləb olunur.

30. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 10/4589 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:

1. Tədqiq olunan ünvanlarda aparılmış tikinti-təmir işləri tam başa çatmadığını nəzərə alaraq, podrat müqavilələri üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı müqavilələrdə nəzərdə tutulan tikinti materiallarınin istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda tikinti-təmir işləri zamanı istifadə olunmuş materialların keyfiyyətinin və armaturların standartlara cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir;

2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMCyə məxsus 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380 manat tələb olunmuş və baxış zamanı hasarın inşa edilməsində hər-hansı qüsurlar müəyyən olunmadı;

3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsində yerləşən evin təmirsiz inşa edilməsi, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 114.205,85 manat, o cümlədən fərdi yaşayış evinin tikintisinə 92585,35 manat, elektrik işlərinə çəkilmiş xərcin dəyəri 7668.25.84 manat, santexnika işlərinə çəkilmiş xərcin dəyəri 5170.95 manat və istifadə olunmuş materialların dəyəri 8781,3 manat məbləğində müəyyən olunur;

4. Quba rayon u Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsinin dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunduğunu müəyyən enmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan 0,27 ha torpaq sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 80656,12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9691,36 manat, fərdi yaşayış evinin tikintisinə 64250,9 manat və istifadə olunmuş materialların dəyəri 6713,86 manat məbləğində müəyyən olunur;

5. Bakı şəhəri, Kürdəxanı qəsəbəsi yerləşən "xxxx" MMC-yə məxsus olan Ləhiş bağ sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 42128,12 manat, o cümlədən h asarın tikintisinə çəkilmiş xərcin dəyəri 3632,80 manat, fərdi yaşayış evinin tikintisinə 32642,90 manat və istifadə olunmuş materialların dəyəri 5852,42 manat məbləğində müəyyən olunur.

31. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, X6 29.639,28 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun və 1000 manat ziyanın, dövlət rüsumuna görə 20 manat pulun tutulub Cavabdeh verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin X9 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

32. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-19/2022 nömrəli qərar dadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində ilkin iddiaçı X6 tutulub Cavabdeh veriləsi pul məbləğinin “29.639,28 ABŞ dolları” əvəzinə “28.639,29 ABŞ dolları” kimi qeyd edilməsi qərara alınmışdır.

33. Məhkəmə qeyd etmişdir ki, hər üç torpaq sahəsində hasarın çəkilməsi və evin tikilməsi üçün müqavilələrdə razılaşdırılan məbləğlər Saray qəsəbəsində 118.444 ABŞ dolları evin tikintisi üçün razılaşdırılmış həmin məbləğin 73000 ABŞ dolları və hasarına görə razılaşdırılmış məbləğin 3680 ABŞ dolları, cəmi 76.680 ABŞ dolları, Qubadakı ev üçün 77.839 ABŞ dollarına razılaşdırılmış məbləğin 56500 ABŞ dolları, hasarı üçün 6000 ABŞ dolları, cəmi 62500, Ləhişdə evin tikintisi üçün razılaşdırılmış 76.000 ABŞ dolları məbləğin 30.000 ABŞ d olları və hasarı üçün razılaşdırılmış muzd haqqı 4420 ABŞ dolları məbləğin 2.700 ABŞ dolları, cəmi 32700 ABŞ dolları olmaqla tərəflər arasında aparılan tikinti işləri ilə bağlı razılaşdırılmış ümumi məbləğ 285.559 ABŞ dolları olmuş, həmin məbləğdən cəmi 171880 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən X8 verilmişdir.

34. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, hər üç torpaq sahələrində evin hasarının və evin tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 117585,85+80656,12+42128,12=240.370,09 manat müəyyən olunur. 240.370,09 manatın ABŞ dollarına uyğun ödəniş aparılan vaxta (1.6980 m.) ekvivalenti isə 141.560,71 ABŞ dolları təşkil edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən X8 qeyd edilən işlərin görülməsi üçün 171.880 ABŞ dolları məbləğində pul verilmiş, həmin pul məbləğindən 141.560,71 ABŞ dolları tikinti işlərinə sərf olunmuş, 30.319,29 ABŞ dolları isə ilkin iddiaçıda qalmışdır.

35. Məhkəmə qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının dəlilləri iş materialları ilə qismən təsdiq olunur. Qarşılıqlı iddiaçı Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün cavabdehə müqavilə ilə 3.380 manat (yəni 2000 ABŞ dolları) məbləğində pul verilməsini bildirsə də, iş materiallarından göründüyü kimi bu məqsədlə ilkin iddiaçıya 3.680 ABŞ dolları və həmin torpaq sahəsində evin tikintisi və s. üçün 73.000 ABŞ dolları məbləğində pul verilmişdir.

36. Cavabdehin yarımçıq qoyduğu işlərlə əlaqədar Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün əlavə olaraq xx.xx.2019 tarixdə X17 ilə 53.109 manat dəyərində podrat müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl təmir işləri görülüb başa çatdırılması və Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə "xxxx" MMC ilə 23.000 manat dəyərində işləri (santexnika xidmətləri) barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu barədə hər hansı mötəbər sübut olmadığından, qeyd edilən tikintilərdə əlavə tikinti-bərpa işlərinin aparılması barədə qarşılıqlı iddiaçının bu dəlilləri əsassız hesab edilməlidir.

37. Qarşılıqlı iddiaçının Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün cavabdehə 4.420 ABŞ dolları, yəni 7.514 manat məbləğində pul verilməsi dəlilinə münasibətd ə, məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi bu məqsədlə ilkin iddiaçıya həmin razılaşdırılan məbləğdən 2.700 ABŞ dolları verilmişdir.

38. Qarşılıqlı iddiaçının “Quba rayonu Qaraçay kəndindəki torpaq sahəsindəki hasarın bir hissəsi aşdığı üçün, gələcəkdə yenə də bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün iddiaçı tərəfindən hasarın bir çox hissəsi tamamilə sökülüb bir hissəsi isə yarıya qədər sökülmüşdür, hasarının tikintisinə çəkilmiş xərcin dəyəri 9.691,36 təşkil edir” dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin torpaq sahəsində hasarın uçmuş hissəsinin bərpasına 1000 manat xərc tələb olunması mütəxəssisin rəyi ilə müəyyən edildiyindən iddia həmin hissədə qismən əsaslı olmaqla, ziyan məbləği 1000 manat müəyyən edilməlidir.

39. Məhkəmə bildirmiş dir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində ilkin iddiaçıya verdikləri pul məbləği ilə vurulan ziyan olaraq fərqi tələb edir. Baxmayaraq ki, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi 171880 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən X8 verildiyi təsdiq olunduğu halda, qarşılıqlı iddiaçının hesabına görə qeyd edilən podrat müqavilələri üzrə (Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün 2000 ABŞ dolları, həmin torpaq sahəsində evin tikintisi və s. üçün 74000 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün 4.420 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 30.000 ABŞ dolları, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçü n 6.000 ABŞ dolları, fərdi yaşayış evinin tikintisi üçün 56.500 ABŞ dolları olmaqla) cavabdehə cəmisi 172420 ABŞ dolları məbləğində pul verilmişdir. Bundan əlavə, ziyanın aradan qaldırılması üçün qarşılıqlı iddiaçı əlavə xərclər də çəkmişdir ki, ziyan olaraq onları da tələb edir.

40. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün 3680 ABŞ dolları verildiyi halda, cavabdeh 3380 manat, müqavilə bağlanan vaxtın manata olan kursla 2000 ABŞ dolları məbləğində, həmin torpaq sahəsində evin tikintisi və s. üçün 73 000 ABŞ dolları verildiyi halda, 74000 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün 2700 ABŞ dollarının ilkin iddiaçıya verildiyi halda, 4.420 ABŞ dolları verildiyini, Ləh iş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 30.000 ABŞ dolları, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün 6.000 ABŞ dolları, fərdi yaşayış evinin tikintisi üçün 56.500 ABŞ dolları olmaqla cavabdehə cəmisi 2000+73000+2700+30000+6000+56500=170.200 ABŞ dolları məbləğində pul verildiyi təsdiq olunur. xx.xx.2018-ci ildə 1000 ABŞ dolları kənar şəxsin imzası ilə qəbul edilmişdir. Məhkəmə MPM-nin 218-ci maddəsinin tələblərinə əsasən verilmiş tələblər üzrə qətnamə qəbul etdiyindən qarşılıqlı iddiaçının ilkin iddiaçıya vermiş olduğunu iddia etdiyi və məhkəmədə sübut olunan 170 200 ABŞ dolları məbləğində puldan ilkin iddiaçı tərəfindən tikinti-təmir işlərinə sərf olunmuş, 141.560,71 ABŞ dolları çıxılmalı, qalan 28,639, 29 ABŞ dolları məbləğində pul ziyan kimi hesablanmalıdır.

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, mütəxəssis rəyindən göründüyü kimi Quba rayonu Qaraçay kəndindəki torpaq sahəsinin hasarın bir qismi (təxminən 70-100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 manat məbləğində vəsait tələb olunur. Bu hissədə cavabdehin dəlilləri əsaslı olduğundan iddia həmin hissədə də qismən təmin edilməli, 1000 manat ilkin iddiaçı tərəfindən vurulan ziyan kimi qiymətləndirilməlidir.

42. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.2, 421.1, 421.2, 421.3, 424.5, 752.1, 752.2, 769, 770-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat

43. İlkin iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin təmin edilən hissədə ləğv edilməsinə və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Apellyasiya şikayəti ilk iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) 2(105)-81/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsinin - X6 28.639,29 ABŞ dolları məbləğində pulun tutularaq qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi, X6 28.613,13 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manatın qarşılıqlı iddia üzrə cavabdeh X6 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

46. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasında uyğunsuzluq olduğunu nəzərə alaraq, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert q arşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti tələb olunub? 2) Saray qəsəbəsində yerləşən evin təmirsiz inşa edilməsinə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə nə qədər məbləğ sərf edilmişdir? 3) Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarın bərpasına nə qədər məbləğdə pul vəsaiti tələb olunur? 4) Quba rayonu, Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur? 5) Ləhişdə yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur? 6) Ləhişdə yerləşən torpaq sahəsinin üzərində fərdi yaşa yış evinin inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur?

47. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4674 nömrəli, 27 noyabr 2023cü il tarixli rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsu 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380 manat məbləğində müəyyən olunur. Saray qəsəbəsində yerləşən evin təmirsiz inşa edilməsinə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 114205,85 manat məbləğində müəyyən olunur. Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsini n dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən etmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 70828,28 manat məbləğində müəyyən olunur. Eyni zamanda hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9675,25 manat məbləğində müəyyən olunur. Ləhişdə yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 3632,81 manat məbləğində müəyyən olunur. Ləhişdə yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 38692,32 manat məbləğində müəyyən olunur.

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci ins tansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad edərək düzgün hüquqi nəticəyə gəlsə də, istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasındakı uyğunsuzluğu yenidən ekspertiza keçirməklə aradan qaldırmamışdır.

49. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, ilk iddia tələbi ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə isə sonuncu ekspert rəyi ilə müəyyən olunmu ş məbləğlər əsas götürülməli və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 170.200 ABŞ dolları məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən tikinti-təmir işlərinə ümumilikdə sərf olunmuş 240.414,51 manat (həmin dövrdə olan manata məzənnədə (1 ABŞ dolları=1.6980 manat) 141.586,87 ABŞ dolları) çıxılmaqla qalan 28.613,13 ABŞ dolları (170.200-141.586,87=28.613,13) məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş zərər kimi nəzərə alınmalıdır. Odur ki, həmin hissədə qətnamə dəyişdirilməli, X6 tutularaq Cavabdeh verilməli olan pul vəsaitinin məbləği 28.613,13 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

50. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 385.2, 442, 425.1, 425.2, 752.1, 752.2, 759.1, 759.2, 760.1, 760.2, 764.1, 764.2, 765, 769, 770-ci maddələr inə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən öhdəliyin icrası ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş normalar nəzərə alınmamışdır. İşin hallarından görünür ki, cavabdeh 23 mart 2018-ci il tarixli, 02 saylı podrat müqaviləsi və 30 iyun 2018-ci il tarixli, 05 saylı podrat müqaviləsindən irəli gələn muzd ödənilməsi öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Təd qiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasındakı uyğunsuzluqlar olmuş, lakin həmin uyğunsuzluqlar yenidən ekspertiza keçirməklə aradan qaldırılmamışdır. Bütün bunlar apellyasiya məhkəməsi tərəfindən qətnamədə qeyd edilməyinə baxmayaraq əlavə araşdırılma aparılmamış, yenə həmin rəylərə əsasən qətnamə çıxarılmışdır. Bütün bu uyğunsuzluqlara baxmayaraq ilkin iddiaçı X6 28.613,13 ABŞ dolları məbləğində pul vəsaitinin alınması barədə qərar çıxarılması tamamilə qanunsuzdur. Belə ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən ekspert rəyindəki bütün bu boşluqlar nəz ərə alınmamış, yalnız həmin ekspert rəyinə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən mühüm diqqətəlayiq hallar nəzərə alınmamış, ekspert rəyləri obyektiv qiymətləndirilməmiş, ekspert rəylərindəki uyğunsuzluqlar nəzərə alınmamış maddi və prosessual pozuntulara yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

55. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa d a, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

58. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiy i tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

59. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

60. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

61. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podra tçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

62. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

63. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

64. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri n əticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

65. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

66. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imti na etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

67. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

68. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

69. Maddə

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

70. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsa sən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı o lmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Avropa İnsan H üquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

84. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə ra zılaşır.

85. Kassatorun dəlilləri (apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdıma aparmaması, gəlinən nəticənin iş materiallarına uyğun olmaması, ilkin ekspertiza rəyinin nəzərə alınmaması və s.) işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

86. Kassatorun «Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasındakı uyğunsuzluqlar olmuş, lakin həmin uyğunsu zluqlar yenidən ekspertiza keçirməklə aradan qaldırılmamışdır» dəlili əsasszıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi, Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasında uyğunsuzluq olduğunu nəzərə alaraq, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-10/4674 nömrəli, 27 noyabr 2023-cü il tarixli rəyini məhkəmə kollegiyası təhlil etmiş və sübut kimi qəbul etmişdir.

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual norma lara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-81/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar