Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1768/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr; pul tələbi, işəgötürənin işçiyə vurduğu maddi ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı Culfa rayon X7 MMC) qarşı “istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin və artıq iş saatlarına görə haqqın tutulması” tələbinə dair Naxçı van Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(108)-27/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 17 oktyabr 2007-ci il tarixli, 03 nömrəli əmrlə Culfa rayon X7 MMC-də "maşinist” vəzifəsinə təyin edilmiş, 27 oktyabr 2023-cü il tarixli, 49 nömrəli əmr əsasında öz ərizəsi ilə 01 noyabr 2023-cü il tarixdən həmin vəzifədən azad edilmişdir. 2. 27 oktyabr 2023-cü il tarixli, 49 nömrəli əmrdə 17 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək olan istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyasının ödənilməsi qeyd edilmişdir.
3. İddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə 8372.08 manat kompensasiya hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə ödəncin, artıq iş saatlarına görə haqqın cavabdehdən tutulması tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehdən istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 3064.56 manat məbləğində pul əvəzinin, vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat ödəncin, artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının, hüquqi yardıma görə 300 manat və ödənilmiş 81.01 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 oktyab r 2007-ci il tarixli, 03 nömrəli əmrlə Culfa rayon X7 MMC-də "maşinist,, vəzifəsinə təyin edilmiş, 27 oktyabr 2023-cü il tarixli, 49 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi və 69.1-ci maddələrinə əsasən həmin vəzifədən azad edilmişdir. Culfa rayon X7 MMC-də işə başladığı 17 oktyabr 2007-ci il tarixdən işdən azad olunduğu 01 noyabr 2023cü il tarixədək, yəni 16 illik əmək fəaliyyəti dövründə əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən azad olunarkən istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmiş kompensasiya düzgün hesablanmamış, ona 8372.08 manat son haqq-hesab ödənilmişdir. Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması və ödənilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş müddəalar düzgün tətbiq edilməmişdir. Cul fa rayon X7 MMC-də son 12 təqvim ayı ərzində aldığı əmək haqqı məbləği və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə ödənc miqdarı aşağıdakı cədvəldə əks olunmuş məlumatlardan ibarət olmuşdur: 2022-ci ilin noyabr ayı 300 manat, əmsal 1,33, əmsalla birlikdə əməkhaqqı 400 manat, 2022-ci ilin dekabr ayı 300 manat, əmsal 1,33, əmsalla birlikdə əməkhaqqı 400 manat, 2023-cü ilin yanvar ayı 400 manat, əmsal 2.23, əmsalla birlikdə əməkhaqqı 890 manat, 2023-cü ilin fevral ayı 400 manat, 2.23 əmsal,əmsalla birlikdə əməkhaqqı 890 manat, 2023-cü ilin mart ayı 400 manat, əmsal 2.23, əmsalla birlikdə əməkhaqqı 890 manat 2023-cü ilin aprel ayı 400 manat, əmsal 2.23, əmsalla birlikdə əməkhaqqı 890 manat 2023-cü ilin may ayı 400 manat, əmsal 2. 23, əmsalla birlikdə əməkhaqqı 890 manat 2023-cü ilin iyun ayı 400 manat, əmsal 2.23, əmsalla birlikdə əməkhaqqı 890 manat 2023-cü ilin iyul ayı 890 manat, əmsal 0, əməkhaqqı 890 manat 2023-cü ilin avqust ayı 929 manat, əmsal 0, əməkhaqqı 929 manat 2023-cü ilin sentyabr ayı 890 manat, əmsal 0, əməkhaqqı 890 manat 2023-cü ilin oktyabr ayı 890 manat, əmsal 0, əməkhaqqı 890 manat-cəmi 9739 manat məzuniyyətə görə kompensasiya məbləği.9739 / 12 ay = 811.58 manat Orta aylıq əmək haqqı 811.58 manat/ 30,4 * 30 gün = 800.90 manat,800.90 manat- (DSMF 6 manat + 10% 60.09 = 66.09 manat) -(icbari tibbi sığorta 2 % = 16.02 manat) (İşsizlikdən sığorta 0.5% =4 manat) cəmi tutqu 86.11 manat (Orta aylıq ə/h) 800.9 manat86.11 manat=aylıq alacaq məbləğ 714.79 manat. Aylıq alacaq məbləğ 714.79 manat * istifa də olunmamış məzuniyyət illərinin sayı 16 il = cəmi kompensasiya məbləği 11437 manat -Cəmi Kompensasiya məbləği 11436.64 manat- xx.xx.2023 tarixdə ödənilən məbləğ 83 manat =ödənilməmiş kompensasiya məbləği 3064.56 manat. Cavabdeh tərəfindən ödənilməyən kompensasiyanın hər günü üçün 1 faiz məbləğində pul tələbi ilə bağlı bildirir ki, cəmi kompensasiyanın məbləği 11436.64 * 12 gün 12% = 1372.40 manat, 3064.56 * 65 % (Noyabr 18 gün + Dekabr 31 gün + Yanvar 16 gün = 65 gün) = 1991.96 manat. Cəmi ödənilməyən kompensasiyanın hər günü üçün 1 faiz məbləğində pul3364.36 manat. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasib ətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Həmçinin bildirir ki, Culfa rayon X7 MMC-də əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtından sonra müəssisədə istehsal prosesinin davam etdirilməsi üçün işəgötürənin təklifi-razılaşmaları əsasında bir il ərzində hər gün 4-saat artıq işləmiş və iş vaxtından artıq işlədiyi saatlara-gördüyü işlərə görə ona əmək haqqı ödənilməmişdir. Əlavə əmək haqqı aşağıdakı kimi hesablanmalıdır. Əlavə əmək haqqı-artıq işlənən saatlar x işçinin 1 saatlıq tarif (vəzifə) maaşı x 2. 1 saatlıq tarif (vəzifə) maaşı = aylıq əmək haqqı / ayda iş saatlarının miqdarı. İşlədiyi bir illik əmək haqqı göstəriciləri aşağıdakı kimidir. 2022-ci ilin noyabr, dekabr ayları üzrə əmək haqqı 300+300=600 manat, 2023-cü ilin yanvar-iyun ayları üzrə 6 ay x 400 manat=2400 manat, 2023-cü ilin iyul, sentyabr, oktyabr ayları üzrə əmək haqqı 3 ay x 890 manat=2670 manat, 2023-cü ilin avqust ayı üzrə 1 ay x 929 manat=929 manat, 12 aylıq əmək haqqı cəmi 6599 manat / 1920 (12 ay x 160 saat- 1 aydakı iş saatı)=3.34 (1 saatlıq tarif, vəzifə maaşı), 3.34 (1 saatlıq vəzifə maaşı) x 2 (tarif, vəzifə maaşının 2 misli)=6.86 manat, İş vaxtından artıq iş saatları 12 ay x 22 gün= 264 gün,264 gün x 4 saat=1056 saat 1056 saat x 6.86 manat =7244 manat.
6. Məhkəmə iclasında iştirak etm iş cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı 16 illik əmək fəaliyyəti ərzində əmək məzuniyyətindən istifadə etməmiş, işdən azad edilərkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 8372.08 manat kompensasiya ödənilmişdir. Bildirir ki, iddiaçı 01 noyabr 2023-cü il tarixədək Culfa rayon X7 MMC-də işləmiş, hazırda əsassız olaraq iddia müddəti keçmiş dövrlər üçün məzuniyyət haqqının hesablanmasını və ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçının tələbi Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bir il üçün əsaslı ola bilər ki, həmin müddət üçün də cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulu tam ödənilmişdir. İddiaçı iddia ərizəsində istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya məbləğinin əmsallaşdırma aparılmaqla ödənilməsin i tələb edir. Culfa rayon “X7” MMC büdcədən maliyyələşən müəssisə deyil, təsərrüfat hesabı müəssisədir. Təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. “X7” MMC-də isə işçilərlə kollektiv müqavilə bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şər tlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. Bundan əlavə, iddiaçının gecikdirilmiş ödənişə görə hər gün üçün 1 faiz ödənilməsi tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi hazırkı mübahisənin predmeti əmək haqqı deyil, istifadə edilməmiş məzuniyyət gün ləri üçün kompensasiya tələbidir. Hesab edir ki, iddiaçı ödənişlərin gecikdirilməsinə görə faiz tələb edə bilməz. İddiaçı artıq iş saatları işlədiyini, buna görə cavabdehdən 7244,16 manat əmək haqqı tələb etdiyini bildirsə də bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid isə eyni mahiyyətli başqa mülki iş üzrə iddiaçıdır ki, şahid qismində verdiyi ifadə sübut kimi qəbul edilməməlidir.
7. Culfa Rayon Məhkəməsinin (hakim M. F. Məmmədov) 21 noyabr 2024cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsi ilə iddiaçının Culfa Rayon X7 MMC-yə qarşı “istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi, vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin, artıq iş saatlarına görə haqqın tutulması” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 81.01 manatın ona qaytarılması, 120 manat məhkəmə ekspertizası xərci Culfa rayon X7 MMC-dən tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 1984-cü ildən 01 noyabr 2023-cü il tarixədək Culfa rayon X5 işləmişdir. İddiaçı isə 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək onunla birlikdə zavodda işləmişdir. Bağlanmış əmək müqaviləsində gündəlik iş saatı 8 saat qeyd edilsə də, özü 24 saat işdə 48 saat evdə olsa da, iddiaçı 48 saat işdə, 24 saat evdə olmuşdur. Artıq iş saatlarına görə rəhbərlikdən dəfələrlə onlara haqq ödənilməsi tələb edilmiş, lakin onlara artıq iş saatlarına görə haqq ödənilməmişdir.
9. Naxçıvan MR Ədliyyə Naz irliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 17 oktyabr 2007ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək X7 MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı əmsallaşdırmaqla 10588.54 manat, əmsallaşdırmamaqla 7454.44 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmaqla 659.78 manat olar ki, belə olduğu halda iddiaçıya həmin il üçün 686.32 manat məzuniyyət pulu ödənilmişdir ki, məzuniyyət qalığı olması müəyyən edilmədi.
10. Məhkəmə işin araşdırılan hallarından iddiaçının 17 oktyabr 2007-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X7 MMC-də işlədiyi iş illərinə görə istif adə edilməyən məzuniyyət günlərinə görə kompensasiya tələbi ilə bağlı belə nəticəyə gəlib ki, həmin hissədə iddia təmin edilməməlidir.
11. Belə ki, iddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X7 MMC-də işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya məbləğini əmsallaşdırma aparılmaqla hesablanmalı olmasını, əmsallaşdırma aparılmaqla ona ödənilməli olan kompensasiyanın 3064.56 manat olmasını müəyyən etmişdir.
12. Məhkəmə hesab edib ki, iddiaçının 17 oktyabr 2007-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X7 MMC-də işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya məbləği əmsallaşdırma aparılmamaqla hesablanmalı, ona ödənilməli olan kompensasiyanın məbləği Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 1000 nömrəli ekspert rəyində qeyd edildiyi kimi 7454.44 manat müəyyən edilməli, iddiaçıya 13 noyabr 2023-cü il tarixdə 8372.08 manat ödənilməsi nəzərə alınmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydasına əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil apa rılır.
14. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Culfa rayon X7 MMC təsərrüfat hesabı müəssisədir və müəssisədə tarif maaşları kollektiv müqavilənin şərtlərinə əsasən artırılmamışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən də müəyyən olunur ki, İddiaçıla fərdi qaydada əmək müqaviləsi bağlanmış, əmək haqqı kollektiv müqavilənin şərtlərinə əsasən kütləvi şəkildə artırılmamışdır.
15. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin, yəni 3364.36 manat məbləğində pulun verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlib ki, həmin hissədə də iddia təmin edilməməlidir.
16. Məhkəmə ilk öncə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə ba ğlı təqdim edilmiş ərizəsi ilə bağlı aşağıdakıları qeyd edib ki, iddiaçının nümayəndəsi 29 mart 2024-cü il tarixdə iddia müddətinin tətbiqi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
18. Məhkəmə qeyd edilənlərədən belə nəticəyə gəlib ki, iddiaçı 17 oktyabr 2007ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək Culfa rayon X7 MMC-də maşinist vəzifəsində işləmiş, hüququnun pozulduğunu bildiyi halda məhkəməyə müraciət etməmişdir.
19. Məhkəmə hesab edib ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncinin alınması ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edilməli, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 1000 nömrəli ekspert rəyində qeyd edildiyi kimi məzuniyyət qalığının olmaması nəzərə alınmalıdır.
20. Məhkəmə iddiaçının artıq işlədiyi iş saatları üçün 7244,16 manat məbləğində əmək haqqı tələbi ilə bağlı belə nəticəyə gəlib ki, həmin hissədə də iddia təmin edilməməlidir.
21. Belə ki, iddiaçı iddia ərizəsində, izahatında bildir mişdir ki, Culfa rayon X7 MMC-də doldurucu vəzifəsində işlədiyi müddətdə bir il ərzində hər gün 4 saat artıq işləmiş, lakin artıq işlədiyi iş saatları üçün ona əmək haqqı ödənilməmişdir.
22. İddiaçı Culfa rayon X7 MMC-də doldurucu vəzifəsində işlədiyi müddətdə bir il ərzində hər gün 4 saat artıq işlədiyini bildirsə də bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş 07 saylı, 05 yanvar 2023-cü il tarixli əmək müqavilənin 4-cü maddəsində işçinin gün ərzində iş saatlarının 8 saat, həftə ərzində 40 saat olması, iş vaxtının isə saat 09:00-dan 18:00-dək olması müəyyən edilmişdir.
23. Məhkəmə şahidin ifadəsini sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, həmin şahidin tələbi üzrə Culfa rayon Məhkəməsinin icraatında eyni mahiyyətli başqa mülki iş vardı r ki, həmin şahid mülki iş üzrə artıq iş saatlarına görə haqqın ödənilməsində maraqlıdır.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü madəsinin 4-1-ci hissəsinə, 69-cu maddəsinin 2-ci hissəsinə, 83-cü maddəsinin 1 və 2-ci hissəsinə, 131-ci maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 139-cu maddəsinin 2-ci hissəsinə, 143-cü maddəsinin 2-ci hissəsinə, 144-cü maddəsinin 2-ci hissəsinə, 172-ci maddəsinin 4 və 5-ci hissəsinə,288-ci maddəsinin 2-ci hissəsinə, 295, 296-cı maddəsinin 4-cü maddəsinə, 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarix li Qərarına, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2, 121.1, 124.2, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
25. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)88/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və onun istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 3064.56 manat məbləğində pul əvəzinin, vaxtında ödənilməmiş məbləğə görə 3364.36 manat ödəncin, artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının Culfa rayon X7 MMC- dən alınaraq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xa hiş etmişdir.
26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş tarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. İddiaçı işdən azad olunduğu gündən son bir ildə vəzifə maaşına edilən artımlar-əmək haqqında artımlar ardıcıl və mütəmadi olaraq ödənilmişdir. İddiaçı ilə işəgötür ən arasında vəzifə və öhdəliklər müəyyən edən kollektiv müqavilənin mövcud olmaması məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmamasının əsası kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı əmək haqqına edilən artım Culfa rayon X7 MMC-nin bütün işçilərinə münasibətdə əmək haqqının artırılması zamanı tətbiq edilmişdir. Məhkəmənin İddiaçı istifadə olunmamış əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmaması yönündə hüquqi mövqeyi əsaslı hesab edilə bilməz. İddiaçı ərizəsində tələbinin maddi hüquqi əsası olaraq istinad etmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir" müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Bundan başqa məhkəmə qətnaməsində iddiaçının artıq işlədiyi iş saatları üçün 7244,16 manat məbləğində əmək haqqı tələbinə dair iddianın təmin edilməyən digər hissəsi ilə bağlı əsaslandırma belə olmuşdur ki, iddiaçının əmək müqaviləsi üzrə gün ərzində 8 saat, həftə ərzində 40 saat əmək fəaliyyətində olma öhdəliyi olmuşdur. Halbuki, məhkəmə araşd ırması zamanı müəyyən olunur ki, iddiaçı əmək müqaviləsi üzrə müəyyən edilmiş iş saatlarından artıq işləmişdir. Belə ki, İddiaçı 1-sutka işdə olmaqla 2-gün istirahətdə olmuşdur. Belə olan halda iddiaçının aylıq 240-saat əmək fəaliyyətində olduğu müəyyən edilir ki, bu fakt da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139, 165-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına, apellyasiya şikayətinin prosessual əsası kimi isə Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.4, 372.7, 384.0.2-ci maddələrinə istinad etmişdi.
27. Apellyasiya şikayətinə baxılması zamanı kollegiyaya "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə təqdim edilmiş və 14 dekabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh “Culfa Rayon X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
28. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(108)-27/2025 nömrəli (hakimlər V.G.Kuimova (sədrlik edən və məruzəçi), M.D.Allahverdiyev, Z.X.Əliyev ibarət tərkibdə) qətnam əsi ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2(089)-88/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. İşin mübahisəsiz hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət illərinə görə 8372,08 manat pul əvəzi hesablanmış və həmin məbləğ ona 13 noyabr 2023-cü ildə ödənilmişdir. İddiaçı isə həmin məbləğin az olduğunu hesab edərək, ona 3064.56 manat məbləğində pul əvəzinin, ümumilikdə 11436, 64 manat ödənilməli olduğunu qeyd etmiş və bununla bağlı Culfa Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ona 8372,08 manat məbləğin də pulun ödənilməsini qeyd edərək iddianı bu hissədə rədd etmişdir. Məhkəmə bu nəticəyə gəlməsini məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılma aparılmadan hesablanmalı olması ilə əsaslandırmışdı. İddiaçı birinci instansiya məhkəməsinin bu əsasını qəbul etməyərək ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməli olan pul məbləğinin əmsallaşdırılma tətbiq edilməklə hesablanmalı olmasını hesab edir.
30. Bununla bağlı kollegiya qeyd edib ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdir.
31. Kollegiya qeyd etmişdir ki, ilkin məsələ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin büdcədən maliyyələşdirilən və ya təsərrüfat hesabı müəssisə olubolmamasını müəyyən etmək, əgər cavabdeh təsərrüfat hesabı müəssisədirsə tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunu yoxlamaqdır.
32. Bununla bağlı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 4 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, **********730500 nömrəli məktubun məzmunundan görünür ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********1) xx.xx.2004cü il tarixdən vergi ödəyicisi olmaqla, “qaz məhsullarının topdan satışı” fəaliyyəti ilə məşğuldur. Bu fakt isə onu deməyə imkan verir ki, cavabdeh büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilat hesab olunmur.
33. İddiaçı “Culfa Rayon X7” Məhdud Məsuliyyətli Cəmiyyətində kollektiv müqav ilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi.
34. Beləliklə kollegiya belə nəticəyə gəlmişdir ki, istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə iddiaçıya ödənilməli kompensasiyanın hesablanması zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilməsinə dair apellyasiya şikayəti verən tərəfin hüquqi mövqeyi əsaslı sayıla bilməz.
35. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 1000 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək X7 MMCdə işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı əmsallaşdırmaqla 10588.54 manat, əmsallaşdırmamaqla 7454.44 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmaqla 659.78 manat olar ki, belə olduğu halda İddiaçı həmin il üçün 686.32 manat məzuniyyət pulu ödənilmişdir ki, məzuniyyət qalığı olması müəyyən edilməmişdir.
36. Cavabdehin son haqq-hesab aparılması ilə bağlı iddiaçıya ödədiyi məbləğ ekspertin rəyində göstərdiyi əmsallaşdırmanın tətbiq edilməməsi ilə bağlı məbləğdən artıq olduğundan kollegiya iddiaçının tələbini bu hissədə əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab etmişdir.
37. İddia tələbinin artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının verilməsi barədə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində MMCdə dol durucu vəzifəsində işlədiyi müddətdə, Culfa rayon X7 MMC-də əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtından sonra müəssisədə istehsal prosesinin davam etdirilməsi üçün işəgötürənin təklifi razılaşmaları əsasında bir il ərzində, hər gün 4 saat artıq işlədiyini və iş vaxtından artıq işlədiyi saatlara gördüyü işlərə görə ona əmək haqqı ödənilməməsini göstərsə də bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində 1984-cü ildən 01 noyabr 2023-cü il tarixədək Culfa rayon X5 işlədiyini, iddiaçının isə 17 oktyabr 2007-ci ildən 01 noyabr 2023-cü ilədək onunla birlikdə zavodda işlədiyini, onunla eyni vaxtda növbədə olduğunu, bağlanmış əmək müqaviləsində gündəlik iş saatı 8 saat qeyd edilsə də özünün 24 saat işdə, 4 8 saat evdə olduğunu, İddiaçı isə 48 saat işdə, 24 saat evdə olmasını göstərmişdir. Göründüyü kimi şahidin ifadəsində qeyd olunanlar iddiaçının izahatında göstərilənlərlə ziddiyət təşkil edir.
39. Məhkəmə öz mövqeyini maddələrinə Azərbaycan Respublikası Konstitusiyasının 35, 37 -ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin 1 və 2-ci hissələrinə, 3-cü maddəsinin 4-1, 6, 16-cı hissələrinə, 7-ci maddənin 3-cü hissəsinə, 9, 16, 18, 32-ci maddə 1-ci hissəsinə, 34-cü maddəsinin 1-ci hissəsinə, 110-cu maddəsinin 1 və 3-cü hissələrinə,113, 131, 135, 154-cü maddəsinin 1-ci hissəsinə,165, 288, 292, 294, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375.1 və 375.2-ci maddələrinə, “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına, “Ödənişli illik məzuniyyətlər haqqında” X1 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyasına, Vətəndaşların istirahət hüququ həmçinin «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 24-cü maddəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4.1, 5.1, 9.1, 372.1, 37 2.6, 372.7-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
40. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(108)-20/2025 nömrəli mülki iş üzrə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 139-cu maddəsinin təfsirində səhvə yol verilmişdir. Bundan əlavə üzrə təyin edilmiş ekspertizanın -Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 1000 nömrəli ekspert rəyində İddiaçı oğlunun 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023- c ü il tarixədək X7 MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı üçün əmsallaşdırma təbiq edilməklə hesablanmış məbləğin iddia tələbinə münasibətdə qiymətləndirilməsi aparılmamışdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində cavabdeh tərəfin nümayəndəsi İddiaçı əmək müqaviləsində göstərilən 08saatlıq iş saatından artıq işlədiyini göstərmiş, etiraf etmişdir. Cavabdeh tərəfin nümayəndəsinin qeyd edilən ifadəsinin-İddiaçı artıq iş saatı işlədiyini, atıq iş saatlarının işəgötürənin və işçinin qarşılıqlı razılaşması əsasında həyata keçirildiyini bildirmişdir. Bundan əlavə, istifadə edilməmiş əmək məzuniyyətinə görə orta əmək haqqının hesablanması zamanı əmsallaşdırmanın tətbiqinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən məhkəmə aktına rast gəli nmədi.
42. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 102, 139., 165-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarına, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 220.4-cü maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
43. Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, hər iki instansiya məhkəməsinin iddia tələbinə düzgün qiymət verərək təmin etməsini bildirmiş və iddiaçının kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(108)-20/2025 nömrəli qətnaməsinin dəyişdirlmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
44. Maddə
35. Hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
45. Maddə
37. Hər kəsin istirahət hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
46. Maddə 372 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır;
47. Maddələr 375.1 və 375.2 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
48. Maddə 131 İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Ona altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər;
49. Maddə
135. Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir
50. Maddə
139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hiss əsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
51. Maddə
140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
52. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarın a — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 53. 140-cı maddənin 7-ci hissəsi-Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
54. Maddə 154 hissə 1 Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur;
55. Maddə 165. 1.İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağ ıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqia; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əməyin vaxtamıuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
56. Maddə 172 hissələr 1, 2 və 4 Aylıq əmək haqqı işçilərə, bir qayd a olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qayd ada müvafiq məsuliyyətə cəlb edilməlidir.
57. Maddə 296 hissə 1-4 Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barə də işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə
58. Qaydalara əsasən qanunvericilikdə müəyyən o lunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyasının mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. İlk öncə kollegiya qeyd edir ki, iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə işəgötürən tərəfindən ödənil miş kompensasiyanın düzgün hesablanmadığına dair dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
69. Məhkəmə işdəki sübutlara əsasən müəyyən etmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti büdcədən maliyyələşən müəssisə deyil. Eyni zamanda İddiaçı tərəfindən cavabdeh MMC-də kollektiv müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə istinad edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, məzuniyyət vaxtı üçün iddiaçının orta əmək haqqının hesablanmasında həmin qaydalara uyğun əmsallaşdırmanın tətbiq ed ilməsi üçün qanuni əsas olmamışdır.
70. Kollegiya bu mövqe ilə razılaşaraq qeyd edir ki, qaydalarda məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanmasının düsturu qeyd edilmiş və bu düstura aşağıdakı kimi izah verilmişdir: Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi; ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi; Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları; N məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı. Qeyd edilən izaha əsasən müəyyən olunur ki, qaydalarda əmsallaşdırma tarif (vəzifə) maaşlarında kütləv i artım olduğu hallar üçün nəzərdə tutulmuşdur.
71. İddia tələbinin artıq işlənən iş saatlarına görə 7244.16 manat əmək haqqının verilməsi barədə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu tələbin əsaslı olması ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Kassasiya şikayətində işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən bu faktın etiraf edildiyi qeyd edilsə də, iş materialları araşdırılarkən cavabdehin iddiaya etirazında və nümayəndəsinin izahatlarında qeyd edilən faktın etiraf edildiyi müəyyən edilməmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq ol unmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(108)-27/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.