Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1771/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1117/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı məxsus “Subaru WRX İMPREZA” markalı avtomobillə Cavabdeh2 məxsus “OPEL ASTRA” markalı avtomobilin toqquşm ası nəticəsində iddiaçıya məxsus avtomobil əzilərək ona maddi ziyan dəymişdir. Cavabdeh2 baş vermiş qəzanı törətməkdə təqsirli bilinərək Zaqatala rayon Polis Şöbəsinin xx xxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən 60 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 təqsiri nəticəsində baş vermiş qəza ilə əlaqədar ona 2856 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə ona dəymiş ziyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033 )-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov) iddia təmin edilərək cavabdehdən maddi ziyana görə 2856 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 2886 manatın tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 avtomobilinin “xxxx” ASC tərəfindən sığorta olunması ilə əlaqədar dəymiş ziyanın onun tərəfindən ödənilməli olmasını, bundan başqa ekspertiza keçirilməklə ziyanın məbləğinin müəyyən olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1117/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A. Mahmudov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-68/2020 saylı qətnaməsi dəyişdirilib dəymiş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 2176 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” sözləri “iddia qismən təmin edilsin” sözləri ilə əvəz edilmişdir. İş üzrə digər cavabdeh “xxxx” ASC–nin nümayəndəsi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsi və dəymiş ziyanın məbləğini təşkil edən 2206 manat “xxxx” şirkətindən tutularaq İddiaçı ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx”ASC–nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olmaması əsası ilə geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh “xxxx” ASC–nin nümayəndəsi qərardaddan kassasiya şikayəti verərək onlarla Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən sonuncunun mülki məsuliyyətinin sığortalanması ilə əlaqədar dəymiş ziyanın sığorta şirkətindən tutulmalı olmasını, belə olduqda ASC-nin məhkəmə qətnaməsindən şikayət vermək hüququna malik olmasını əsas göstərməklə qərardadın ləğv edilməsini və işə kassasiya qaydasında baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Ma ddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddia ərizəsində ziyanın ödənilməsi barədə tələb həm Cavabdeh2 həm də “xxxx” ASC-yə qarşı yönəldilmiş, iddia qismən – yalnız Cavabdeh2 münasibətdə təmin edilmiş, ASC-yə münasibətdə isə təmin edilməmişdir. Həmin qətnamədən ASC tərəfindən apellyasiya şikayəti verilməmiş, işə yalnız Cavabdeh2 apellyasiya şikayəti əsasında baxılmışdır. ASC, qeyd olunduğu kimi, qətnamədən apellyasiya şikayəti vermədiyi halda apellyasiya instansiya sı məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinin tələbinə zidd olaraq kassasiya şikayəti vermişdir. Qanunun həmin normasına görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya şikayəti MPM-nin 403.1-ci maddəsinin tələbinə uyğun olmadığından kollegiya şikayətin geri qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1117/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1771/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1771/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver