Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1773/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1773/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2018-ci il tarixli 2(103)7601/2018 nömrəli qətnaməsindən üçüncü şəxs X4 və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Razyev) 24 oktyabr 2 016cı il tarixli, 2(001)-9045/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, ********************* yerləşməklə ümumi sahəsi 123,99 kvadrat metr, yaşayış sahəsi 71,36 kvadrat metr olmaqla 2 otaqdan ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmiş, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov F.Talışinski) 27 dekabr 2017-ci il tarixli, 2(103)-7816/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuş, qətnamə ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin olunmamış, «xxxx» MTK-nın iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, ************ ünvanında yerləşə n binanın 2-ci blok 6-cı mərtəbəsində sahəsi 123,99 kvadrat metr olan mənzilə dair bağlanmış 28 oktyabr 2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş; müqavilənin etibarsızlığı ilə bağlı Cavabdeh MMC-dən 72000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) 11 may 2018-ci iltarixli, 2(102)-3434/18 saylı qərarı ilə İddiaçı və Cavabdeh MMC-nin kassasiya şikayətləri təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, S.Hacıyev, A.İmanov) 07.08.2018-ci il tarixli 2(1 03)-7601/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli, 2(001)-9045/2016 saylı qətnaməsindən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər (üçüncü şəxslər) X4 və «xxxx» MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X5 və vəkil Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2018-ci il tarixli 2(103)-7601/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı şəhəri, ********* ünvanında yerləşən binanın 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 123.99 kvadrat metr mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 oktyabr 2008-cü il tarixdə Cavabdeh MMC ilə müqavilə bağlayaraq ünvan 2 ünvanında tikintisi həyata keçirilən 3 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 2-ci blokun 6-cı mərtəbəsində yerləşən 123.99 kvadrat metrlik mənzili 100000 manat ödəyərək almışdır. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək mənzili ona təhvil verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Apellyasiya icraatı zamanı qətnamə hüquq və vəzifələrinə toxunan şəxs «xxxx» MTK cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, cavabdehlər arasında Bakı şəhəri, ************** ünvanında yerləşən binanın 2-ci blok 6-cı mərtəbəsində sahəsi 123,99 kvadrat metr olan mənzilə dair bağlanmış 28 oktyabr 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X4 və «xxxx» MTK üçüncü şəxslər kimi icraata cəlb olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-7601/2018 saylı qərardadı ilə «xxxx» MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qətnamə çıxararkən İddiaçı qeyri-səmimiliyini, yəni iddia ərizəsində guya 100000 manat ödədiyini göstərdiyi halda məhkəməyə 52380 və 16000 manatlıq çek təqdim etməsini nəzərə almamışdır. İşdə olan “xxxx” MTK tərəfindən təqdim edilmiş sənədlərə görə 01 iyul 2003-cü il və 02 aprel 2005-ci il tarixlərində podrat müqavilələri imzalanmış, həmin müqavilələrə görə (podratçı) Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 33 ünvanında 16 mərtəbəli binanın ikintisini həyata keçirməyi (sifarişçi) “xxxx” MTK qarşısında öhdəsinə götürmüş, görülmüş işlərin həcminə uyğun olaraq isə Cavabdeh MMC mənzillərin 50%-lə əvəzləşdirmək və həmin mən zilləri satmaq hüququ əldə etmişdir. Məhkəmə is materiallarında olan və “xxxx” MTK ilə Cavabdeh MMC arasında müqavilə əsasında “xxxx” MMC-nin əldə etdiyi 50% mənzilin siyahısında İddiaçı əldə etdiyi mənzilin olmamasına əhəmiyyət verməmişdir.Məhkəmə nəzərə almamışdır Cavabdeh MMC mənzil satmaq səlahiyyəti olmamışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2018-ci il tarixli 2(103)7601/2018 nömrəli qətnaməsi ləğv eddilməli və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı, cavabdeh, maraqlı şəxs “xxxx” MTK və üçüncü şəxs T.Nəbiyevin vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs X4 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin səhhəti ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MM C arasında bağlanmış 28 oktyabr 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ************ ünvanda tikintisini həyata keçirdiyi 3 bloklu, 16 mərtəbəli yaşayış binası, İİ blok, 6-cı mərtəbəsində yerləşməklə ümumi sahəsi 123,99 kvadrat metr, yaşayış sahəsi 71,36 kvadrat metr olmaqla 2 otaqdan ibarət mənzilin hər kvadrat metrinin dəyəri 560 manat olmaqla İddiaçı satılmışdır. Cavabdeh MMC tərəfindən verilmiş 23 aprel 2010-cu il tarixli, 4 may 2010-cu il kassa mədaxil orderi qəbzlərindən görünür ki, İddiaçı mənzil üçün MMC-nin hesabına 52320 manat və 1600 manat ödənişlər etmişdir. «xxxx» MTK tərəfindən təqdim edilmiş sənədlərə görə, 01 iyul 2003-cü il və 02 aprel 2005-ci il tarixlərində podrat müqavilələri imzalanmış, həmin müqavilələrə görə (podratçı) Cavabdeh MMC Bakı şəhəri, ************ ünvanında 16 mərtəbəli binanın tikintisini həyata keçirməyi (sifarişçi) «xxxx» MTK qarşısında öhdəsinə götürmüş, görülmüş işlərin həcminə uyğun olaraq isə Cavabdeh MMC mənzillərin 50%-lə əvəzləşdirmək və həmin mənzilləri satmaq hüququ əldə etmişdir. «xxxx» MTK ilə X4 arasında daşınmaz əmlakların qarşılıqlı özgəninkiləşdirilməsi barədə 27.02.2006-cı il tarixli müqaviləyə müvafiq olaraq, T1 Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı əsasında istifadəsində və sahibliyində olan Bakı şəhəri, S.Rəhman küçəsi, 30 saylı evin 5 saylı mənzilini 175 000 ABŞ dollarının ekvivalenti olan 161 000 manata MTK-ya satmağı, MTK isə həmin ünvanda inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində sahəsi 144 kvadrat metr olan yaşayış sahəsini və əlavə olaraq 103 000 ABŞ dollarının ekvivalenti ola n 94 760 manatı nəğd formada T.Nəbiyevə ödəməyi öhdəsinə götürmüşdür. X4 ilə «xxxx» MTK arasında bağlanmış 05.04.2011-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, MTK Bakı şəhəri, ************ ünvanında yerləşən binanın 2-ci blok 6-cı mərtəbəsində sahəsi 117 kvadrat metr olan mənzili T1 satmış, T1 tərəfindən isə mənzilin dəyəri MTK-ya ödənilmişdir. «xxxx» MTK ilə Cavabdeh MMC arasında 14 aprel 2009-cu ildə müqavilə bağlanaraq tərəflər arasında 02.04.2005-ci il tarixində bağlanmış podrat müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən «xxxx» MTK-ya məxsus Bakı şəhəri,************ ünvanında yerləşən binanın tikintisi ilə bağlı çəkilən xərclərə görə Cavabdeh MMC tərəfindən «xxxx» MTK-nın adından satılmış mənzillər müəyyən edilmiş və «xxxx» MTK həmin mənzillərin Cavabdeh MMC tərəfindən satılm asını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin fakiti hallarını araşdıraraq müəyyən etmişdir «xxxx» MTK ilə Cavabdeh MMC arasında 01 iyul 2003-ci və 02 aprel 2005-ci il tarixlərində podrat müqavilələri bağlanmış, həmin müqavilələrə görə (podratçı) Cavabdeh MMC Bakı şəhəri,********* ünvanında 16 mərtəbəli binanın tikintisini həyata keçirməyi sifarişçi «xxxx» MTK qarşısında öhdəsinə götürmüş, görülmüş işlərin həcminə uyğun olaraq isə Cavabdeh MMC mənzillərin 50%-lə əvəzləşdirmək və həmin mənzilləri satmaq hüququ əldə atmiş, həqiqətən də Cavabdeh MMC tərəfindən bəzi mənzillər satılmış və «xxxx» MTK bu halları təsdiq etmişdir. İddiaçı hazırki iddia tələbində Cavabdeh MMC ilə bağladığı 28 oktyabr 2008-ci il arixli müqaviləyə əsasən aldığı Bakı şəhəri, *********** invanda yerlə şən 16 mərtəbəli yaşayış binasının, İİ blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,99 kvadrat metr, yaşayış sahəsi 71,36 kvadrat metr olmaqla 2 otaqdan ibarət mənzilin ona təhvil verilməsini tələb etmişdir. Üçüncü şəxslər isə etirazlarının əsası kimi, Cavabdeh MMC-nin mübahisəli mənzili iddiaçıya satmaq hüququnun olmamasını, mənzilin «xxxx» MTK tərəfindən məhz X1, Cavabdeh MMC ilə «xxxx» MTK rasında yaşayış binasının inşası ilə bağlı müvafiq podrat müqaviləsinin bağlanmasını, müqavilənin şərtinə görə Cavabdeh MMC tərəifndən bəzi mənzillərin vətəndaşlara satılmasını, iddiaçının adının razılaşdırılmış siyahıda olmamasını, iddiaçı ilə bağlanmış müqavilənin sonradan tərtib olunmasını göstərmişlər. Göründüyü kimi, Cavabdeh MMC ilə «xxxx» MTK arasında bağlanmış podrat müqaviləsində Cavabde h MMC-yə mənzilləri 50%-lə əvəzləşdirmək və həmin mənzilləri satmaq hüququ verilmişdir. Məhz bu istiqamətdə Cavabdeh MMC tərəifndən bəzi mənzillər vətəndaşlara satılmış, eləcə də iddiaçı ilə Bakı şəhəri, ************** yerləşməklə ümumi sahəsi 123,99 kvadrat metr, yaşayış sahəsi 71,36 kvadrat metr olmaqla 2 otaqdan ibarət mənzilə dair 28 oktyabr 2008-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçının adının Cavabdeh MMC ilə «xxxx» MTK arasında təsdiq olunmuş müvafiq siyahıda olmaması faktı isə müqavilənin qanuniliyini təkzib etmir. Qeyd edildiyi kimi, Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasından müəyyən mənzilləri satmaq hüququ, sonuncunun «xxxx» MTK ilə bağladığı yuxarıda sadalanan müvafiq müqavilələrdə birbaşa təsbit olunmuşdur. Bundan başqa işə təkrar baxan apellyasiya instansiyası məhk əməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq müəyyən etmişdir ki, üçüncü şəxslər iddiaçının əldə etdiyi mənzilin X1 iddia etsələr də, işdə olan sənədlərdən mənzillərin eyni olmamışdır. Eyni zamanda, X2 müqaviləsi iddiaçının müqaviləsindən 3 il sonra bağlanmışdır. Belə olan halda hətta söhbət eyni mənzildən getsə belə, iddiaçının mübahisəli mənzilə əmlak hüquqları yarandıqdan sonra, onun digər şəxsə satılması qanunsuz olmaqla, qanunvericliyin tələbləri ilə uzlaşmır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Üçüncü şəxslər isə apellyasiya şikayətinin dəlillərini əsalandıra və etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmiş lər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35- ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətində göstərilən dəlillər işə apellyasiya instansiyası məhkəməsində baxılan zamanda irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfində həmin dəlillər tam, hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respubl ikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 və vəkil Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.08.2018-ci il tarixli 2(103)-7601/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1773/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1773/2019
18.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver