Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1125/2023 23.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı barışıq sazişinin qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(060)-382/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı barışıq sazişinin qismən etibarsız hsab edilməsi barədə iddia tələbinin təmin edilməsi, X3, Cavabdeh, X8, X6 və X1 arasında bağlanmış 31 iyul 2019-cu il tarixli “Barışıq Sazişi” qismən, yəni “AB seriyalı, № 929142 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DH-*** qeydiyyat nişanlı “Ford Tranzit” markalı mikroavtobusun mülkiyyətçisi Cavabdeh tərəfindən İddiaçı bağışlanma müqaviləsi əsasında sənədləşdirməyi vəd edir” hissəsində etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddiaçı yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və cavabdeh apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə cavabdehin iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1125/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1125/2023
23.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver