Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: İkram Sabir oğlu Şirinov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və onun vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbi, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Əlibala oğlunun mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Y/Günəşlı qəsəbəsi “AB” Y/S ev 16 mənzil 171 -də İddiaçı payı 1/2 hissədə müəyyən edilməsi, daşınmaz əmlakın hərraca çıxarılması, hərracda əldə edilən pulun paylara mütənasib bölünərək 1/2 hissəsinin İddiaçı ödənilməsi, xx xxxxx 2018-ci il tarixdə Cavabdeh2 Əlibala oğlu ilə Cavabdeh1 Əlibala oğlu arasında bağlanan, “X12 Prado” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair “Nəqliyyat vastəsinin alqı-satqı” Müqaviləsinin etibarsız hesab edilməsi və “X12 Prado” minik markalı, B/ili 2013, rəngi ağ, mühərrik: 2TR1354795, Ban- JTEBX9FJ7EK154091, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, nəqliyyat vasitəsinin hərraca çıxarılması, hərracda əldə edilən pulun paylara mütənasib bölünərək 1/2 hissəsinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh2 Əlibala oğlu ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi “AB” Y/S ev 16 mənzil əldə olunmuşdur. Həmçinin birgə nikah dövründə əldə etdikləri avtomobil onun razılığı olmadan Cavabdeh1 Əlibala oğlunun adına özgəninkiləşdirmişdir. Buna görə həmin müavilə etibarsız hesab edilməli və avtomobilin pulunun ½ hissəsi ona ödənilməlidir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Avtomaşının Cavabdeh2 adından qardaşı olan digər Cavabdeh1 adına keçirilməsinin səbəbi onu payından məhrum etməkdir. Çünki artıq onunla Cavabdeh2 arasındakı nikah münasibətləri faktiki olaraq pozulmuş və İddiaçı ərinin evini məcbur tərk edərək valideynlərinin evinə getmişdir.Cavabdeh2 da nikah münasibətlərinin pozulduğunu görüb avtomobili xx.xx.2018-ci il tarixdə qardaşının adına keçirmişdir. Nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınan daşınar əmlak olduğundan mübahisəli nəqliyyat vasitəsini satan Cavabdeh2 arvadı İddiaçı notariat qaydasında təsdiq olunmuş razılığını almalı idi. Tərəflərdən birinin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadığına görə əqd etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, ona uyğun izahat vermiş və bildirmişdir ki, cavabdeh ilə nikahından 3 uşağı var. Oğlu hazırda atası ilə qalır. Digər uşağı isə onunla qalır. 3-cü uşaq olan qızı isə 2017-ci ilin noyabr ayında ailə qurmuşdur. Cavabdeh əri ilə münasibətləri 2018-ci ilin aprel ayından pozulmuşdur. Boşanmağı yoldaşı istəmişdir. Münasibətləri pozulduğu üçün xx.xx.2018-ci il tarixdə yaşadıqları evi tərk edərək atasının evinə getmişdir. Bundan sonra yoldaşı xx.xx.2018-ci il tarixdə boşanmaq üçün məhkəməyə müraicət etmişdir. Həmin vaxtdan evə qayıtmamışdır. Oğlu ilə münasibəti yaxşı deyil, böyük qızı ilə ünisyyət saxlayır. Kiçik qızı isə onunla qalır. Qızlarına toy edəndən sonra bir müddət birgə yaşamış, münasibətləri normal olmuşdur. Münasibətləri sonradan pozulmuş, səbəb isə üstünə oğurluq şəri atılması olmuşdur. 23 il evli olmuşlar. Cavabdeh Vəfa yaşadıqları evi satmaq istəyirdi, o razılıq vermədiyi üçün üstünə şər ataraq onu evdən çıxarmaq istəmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X3 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, hazırda mübahisə ancaq avtomobillə bağlıdır. Mənzillə bağlı hissədə qətnaməni mübahisələndirmirlər. Avtomobil birgə nikah dövründə alınıb, iddiaçının icazəsi olmadan satıldığı üçün müqavilə etibarsız hesab edilməli, ona tərəflərin payı müəyyən edilməli və satılaraq paylara uyğun bölünməlidir. Çünki iddiaçı 04 apreldə yaşadıqları mənzili tərk etmiş, bir neçə gün sonra keçmiş əri avtomaşını qardaşının adına keçirmiş və bundan sonra nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, 23 il evli olmuşlar. İddiaçının evdən, qohumlardan oğurluq etmək adəti var. Həmin illər ərzində iddiaçı eyni əməlləri dəfələrlə təkrarlamışdır. Buna görə kənddə yaşaya bilməmişlər. Sonra Bakıya köçmüş, qardaşının evinə gəlmişlər. Qardaşı öz evində onlara yaşamağa icazə vermişdir. Bir gün bütün qohumları birlikdə olarkən, ağır xəstə olan qohumlarına baş çəkməyə yığışarkən iddiaçı onun bacısının paltosunun cibindən onun mənzilinin açarını götürmüş, onun mənzilinə gedərək bütün qiymətli əşyalarını, qızıl-zinət əşyalarını oğurlamışdır. Kasıb bacısının ömrü boyu yığdığı qızılları oğurlamışdır. Utandıqlarından bu barədə polisə də şikayət etməmişlər. Bacısının qonşuluğunda olan kamera ilə bütün görüntülər əks olunmuşdur. Video görüntülərdə oğurluq edənin kimliyi açıq-aydın görünür. Rüsvayçılıq olmasın deyə polisə şikayət etməmişlər. Mübahisəli avtomobili qardaşına borc əvəzi vermişdir. Çünki noyabırda qızına toy edəndən sonra qardaşına külli miqdarda borcu yaranmışdı. Təqribən 20.000 manat borc əvəzi olaraq avtomaşını qardaşına vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, qardaşı uzun müddətdir ki, işləmir. Onun ailəsinin maddi təlabatının bir hissəsini qarşılamışdır. Belə ki, qardaşının oğlunun 4 illik təhsil haqqını ödəmiş, qızının toy xərcini də o çəkmişdir. Lakin bütün bunları qardaşından xəbərsiz borc alaraq etmişdir. Qardaşının borcdan xəbəri olduqdan sonra borcları qaytara bilmədiyi üçün maşını ona vermişdir. Qardaşının ona 30 000-35.000 manat borcu yaranmışdı. İddiaçı bütün qohumlardan oğurluq etməklə onları rüsvay etmişdir. İşin faktiki halları bunlardır: İddiaçı Cavabdeh2 Əlibala oğlu ilə xx xxxxxxxx 1997-ci il tarixdə rəsmi nikah qeydiyatından keçməklə ailə həyatı qurmuşlar. Saatlı Rayon Məhkəməsinin xx xxxx 21019-cu il tarixli qətnaməsinə əsasən, aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu Y/Günəşli qəsəbəsi “AB” Y/S ev 16 mənzil 171 saylı mənzil və “X12 Prado” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə alınmış əmlaklar olduğu üçün payını tələb edir. Məhkəmə baxışı zamanı müəyyən edilmidir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş əmlak deyil. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli məktubundan görünür ki, sözügedən mənzil xx xxxx 2019-cu tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. “X12 Prado” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 Əlibala oğlunun adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adından çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Cavabdeh1 adına təkrar dövlət qeydiyyatından keçmişdir. İddiaçı qətnaməni avtomobillə bağlı hissədə mübahisələndirir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6. maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini rəhbər tutaraq qeyd edir ki, məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə yoxlayır. İddiaçı qətnaməni “X12 Prado” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə tələbinin təmin olunmayan hissəsində mübahisələndirir. İşə baxan məhkəmə həmin hissədə tələbi rədd edərkən, gəldiyi nəticəni onunla formalaşdırmışdır ki, avtomobilin alqı-satqısından əldə edilmiş pul vəsaiti ailə ehtiyacları üçün xərcləndiyindən, ümumi birgə əmlak kimi ər-arvad arasında bölünməməlidir. “X12 Prado” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ər-arvadın birgə mülkiyyəti olması, birgə nikah dövründə digər Cavabdeh1 satılması işin mübahisəsiz halıdır. İddiaçı alqı-satqı zamanı onun razılığı olmadığı üçün alqı-satqı müqaviləsinin etibarlılığını mübahisələndirir və həmin əmlakdan payını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak birgə nikah dövründə satıldığı və əldə olunmuş vəsait ailə ehtiyyaclarına xərcləndiyi üçün iddiaçının tələbi təmin oluna bilməz. Belə ki, avtomobilin satışından əldə olunmuş vəsaitin ailə ehtiyyaclarına xərcləndiyi öz təsdiqini tapır. Cavabdeh2 Əlibala oğlu həmin avtomobili digər cavabdeh qardaşı Cavabdeh1 olan borcunun müqabilində satdığını bildirmiş, borcun yaranmasının səbəbini isə oğlunun təhsil haqqının ödənilməsi, qızının nikaha daxil olması ilə əlaqədar zəruri xərclərlə bağlı izah edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qardaşına borcunun yaranması və həmin avtomobilin yaranmış borcun əvəzi olaraq satılması barədə dəlillər inandırıcıdır. Avtomobil cavabdehin qızının toy mərasimindən 5 ay sonra satılmışdır. Həmçinin tərəflərin ümumi nikahından olan X7 və X9 məhkəməyə yazılı ərizə təqdim edərək, borcun yaranmasının səbəbinin onların təhsil haqqının və toy xərclərinin ödənilməsi ilə izah etmiş, borcun əvəzi olaraq da avtomobilin satıldığını bildirmişlər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, avtomobilin satışından əldə olunan vəsaitin ailə ehtiyyaclarına sərf olunduğu öz təsdiqini tapır və iddiaçı bunun əksini təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-1216/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1216/2020
25.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver