Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1773/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayonu x qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli, X nömrəli qərardadından X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübah isə miras payın bağışlanılması müqaviləsinin və onun əsasında aparılmış hüquqi əməliyyatların, mülkiyyət sənədlərinin ləğv edilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayonu x qarşı iddia qaldıraraq, Cavabdeh1 ilə aralarında bağlanılmış 17 mart 2018-ci il tarixli miras payın bağışlanılması müqaviləsinin və bunun əsasında aparılmış bütün əməliyyatların, mülkiyyət sənədlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 06 fevral 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran rayonu x qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
4. X4 birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir.
5. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 19 mart 2020-ci il tarixli, nömrəli qərardadı ilə X2 apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Məhkəmə MPM-nin 357-ci və Mülki Məcəllənin 421.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Belə olan halda, X1 Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qətnaməsi üzrə tərəf olmadığından onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur.
7. X4 həmin qərardaddan şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 28 sentyabr 2020-ci il tarixli, xnömrəli qərardadı ilə şikayət tə min edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. X1 Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli, x nömrəli qərardadı ilə X2 şikayəti təmin edilməmiş, Lənkəran Rayon Мəhkəməsinin 19 mart 2020-ci il tarixli, xsaylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticə və əsaslandırılması ilə razılaşaraq onu da qeyd etmişdir ki, şikayətçi X mübahisələndirilən bağışlama müqaviləsi üzrə tərəf olmamaqla yanaşı, bağışlanan əmlak üzrə mülkiyyətçi də deyil. Hazırkı qətnamə şikayətçinin hüquqlarına toxunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarını n izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. X4 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və ya işdə olan sübutlar əsasında ərizəçinin Lənkəran Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli qərardadından verdiyi şikayətinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ilə onunda maraqlarına toxunur. Belə ki, hazırda məhkəmə mübahisəsinin predmetini təşkil edən, Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X tərəfindən 17.03.2018-ci il tarixdə təsdiqlənmiş və “Miras payın bağışlanması Müqaviləsi” 3 nəfər şəxslər: 1) X3; 2) İddiaçı; 3) Cavabdeh1 tərəfindən bağlanmışdır. Həmin sazişin tərəflərin siyahısından tamamilə yanlış təsəvvür yaranır ki, güya 08.07.1969-cu il tarixdə vəfat etmiş Əzizağa Mirzəyevin (ondan miras qalmış əmlakın) qanun üzrə vərəsələri yalnız bu şəxslərdirlər. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən mərhum Əzizağa Mirzəyevin (ondan miras qalmış əmlakın) daha bir qanun üzrə vərəsəsi 09.02.2002-ci il təvəllüdlü Valiyə Mirzəzadə olan ərizəçi, (mərhum Əzizağa Mirzəyevin 17.07.2003-cü ildə vəfat etmiş oğlu Natiq Mirzəyevin və rəsmi nikahlı gəlini İddiaçı övladı) tamamilə qanunsuz və əsassız olaraq “Qanun üzrə Vərəsəçilik Şəhadətnaməsində” qeyd edilməklə miras əmlakın bölüşdürülməsindən kənarda saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh1 məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, Valiyə Mirzəzadə hazırkı iş üzrə tərəf deyil, qəbul edilmiş qətnamə onun maraqlarına toxunmur və qətnamədən şikayət verilməsi ilə əlaqədar subyektiv hüququ yoxdur. Başqa sözlə, ləğv edilməsi barədə tələb qoyulmuş müqavilədə Valiyə Mirzəzadə tərəf deyildir və müqavilənin bağlanmasında iştirak etməmişdir. Həmin müqavilənin bağlanmasında anası İddiaçı iştirak etməklə tərəf kimi çıxış etmişdir. Bu baxımından da o, qətnamədən apellyasiya və ya kassasiya şikayəti vermək hüququna məxsus deyil. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunun tələbinə görə apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (§ 16).
21. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytararkən ona əsaslanmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli saylı qətnaməsi X4 hüquqlarına toxunmur, çünki müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aiddir.
22. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd etmişdir ki, V.Mirzəzadə mübahisələndirilən bağışlama müqaviləsi üzrə tərəf olmamaqla yanaşı, bağışlanan əmlak üzrə mülkiyyətçi də deyil. Hazırkı qətnamə şikayətçinin hüquqlarına toxunmur.
23. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, V.Mirzəzadənin özünün vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı müvafiq vərəsəlik şəhadətnaməsinin və aidiyyəti əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş qaydada ayrıca iddia qaldırmaq hüququ istisna edilmir.
24. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli, qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli