Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1783/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 14 mart 2019-ci il İş 2(102)-1783/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Vəkil iştirakları ilə, cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kas sasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Səmədov, iş 2(006)-2574/18) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ləğv prosesində olan QSC “X” Kommersiya Bankına və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması fonduna qarşı depozit əmanətlərin və ona hesablanmış faizlərin alınması, sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməsi, cavabdehlər ləğv prosesində olan QSC “X” KB və Əmanətlərin Sığortalanması fondu tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adına olan 30.04.2015-ci il tarixli illik 12 %-lə 1212 ABŞ dolları, 30.04.2015-ci il tarixli illik 12%-lə 1000 ABŞ dolları və 30.04.2015-ci il tarixli 1000 ABŞ dolları üzrə depozit əmanətləri və ona hesablan mış faizlərin iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş 2(103)-9289/18) Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsinin cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankına münasibətdə ləğv edilməsi, ona münasibətdə iddia tələbinin rədd edilməsi, qətnamənin ləğv prosesində olan QSC “X”KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondu və vəkili Vəkil kassasiya ş ikayəti verib qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən kassasiya kollegiyası işə onların izahatının dinlənilmədən, cavabdeh ləğv prosesində olan QSC “X” KB-na və onun ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edib tə min olunmasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC “X”KB-na və onun ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı depozit əmanətlərin və ona hesablanmış faizlərin alınması, sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib iddiaçılar İddiaçı1 və İddiaçı2 adına olan 30.04.2015-ci il tarixli illik 12 %-lə 1212 ABŞ dolları, 30.04.2015-ci il tarixli illik 12%-lə 1000 ABŞ dolları və 30.04.2015-ci il tarixli 1000 ABŞ dolları üzrə depozit əmanətləri və ona hesablanmış faizlərin cavabdehlər ləğv prosesində olan QSC “X”KB və Əmanətlərin Sığortalanması fondu tərəfindən onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslan dırmışlar ki, cavabdeh ləğv prosesində olan QSC “X”KB-na 30.04.2015-ci il tarixli illik 12 %-lə 1212 ABŞ dolları, 30.04.2015-ci il tarixli illik 12%-lə 1000 ABŞ dolları və 30.04.2015-ci il tarixli 1000 ABŞ dolları və 30.04.2015-ci il tarixli 1000 ABŞ dolları birgə hesabla əmanət qoyduqları vəsaitin alınması ilə bağlı müraciətlərinə Əmanətlərin Sığortalanması fondu tərəfindən müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina cavabı verilmişdir. Halbuki, vəsaitin alınması ilə bağlı xəstəlikləri ilə əlaqədar olaraq vaxtında müraciət edə bilməmişlər. Hesab edirlər ki, sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi üçün buraxılmış müddət üzrlü hesab edilib bərpa edilməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKA YƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ləğv prosesində olan QSC “X” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondu və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıların kompensasiyanın ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Haqqında Qanunda göstərilən vaxt ərzində müraciət etməmələrinə və müddəti ötürmələrinə görə əmanətlərinin müvafiq olaraq qorunmayan əmanət sayılmasına, həmçinin müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün müvafiq əsas verən sənəd təqdim etməmələrinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələblərinin təmin olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, QSC “X” Kommersiy a Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya in stansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə iddia tələblərinin cavabdeh ləğv prosesində olan QSC “X” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna münasibətdə təmin olunması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini QSC “X” KB-nin müflis elan edilməsi səbəbi ilə mübahisələndirilən əmanətlərə münasibətdə sığorta hadisəsinin baş verməsi kimi qiymətləndirilməli olması və buna görə də iddiaçıların bir il müddətində müraciət etməmələrinin onları sığorta hadisəsinə görə kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməməsinə, QSC “X” KB müflis elan edildiyindən onun hazırkı iş üzrə cavabdeh ola bilməməsinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. QSC “X”KB ilə əmanətçilər İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 30.04.2015-ci il tarixli, LD ********** saylı, LD ********** saylı, LD ********** saylı, LD ********** saylı “Qrant” bank əmanəti müqavilələrindən görünür k i, Bank əmanətçilərindən daxil olmuş pul məbləğlərini (əmanətləri) (cəmi 4.212 ABŞ dolları) qəbul edərək, bu müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçilərə qaytarmağı və onun üçün faiz ödəməyi, həmçinin Bank həmin pulu əmanətçilərdən qəbul edib müqavilənin şərtlərinə uyğun qaydada əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçilərin tələblərinə əsasən banka depozitə qoyulan pulların onlara qaytarılmasını təmin etməyi öhdəsinə götürmüş, 1.3-cü bənddə müqavilənin müddətinin 12 (on iki ) ay, əmanət üzrə faizlərin 12% olduğu nəzərdə tutulmuşdur. “xxxx” MMC-nin 10.02.2018-ci il tarixli arayışında 21.09.2017-ci il tarixdə müraciət etmiş pasient X1 müayinələri zamanı onun vəziyyətinin orta-ağır dəyərləndirildiyi və valideyn nəzarətində olması tövs iyə olunmuşdur. Əmanətlərin Sığortalanması fondunun iddiaçılara ünvanladığı 05.12.2017-ci il tarixli məktubunda “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən fondun əmanətçilərin ərazilərini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdiyi, həmin Qanunun 28.4cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddətin əmanətçinin ərizəsinə əsasən uzadıla bildiyi, sığorta hadisəsi baş vermiş QSC “X”KBnin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə 10 oktyabr 2016-cı il tarixdə dərc edildiyi nəzərə alınmaqla Qanunun tələbləri əsasında kompensasiya alınması üçün əmanətçilərdən ərizələrin qəbulunun 11 oktyabr 2017-ci il tarixdən etibarən dayandırıldığı, ərizədə kompensasiya almaq üçün müraciət müddətinin ötürülməsi səbəbinin qeyd edilmədiyi və göstərilənlər nəzərə alınaraq qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından kompensasiya almaq üçün müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı onun üçün faizlər ödəməyi öhdəsinə götür ür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət-sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir.Cəlb edildiyi günə bu Qanun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanun un 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya –sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Re spublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman QSC “X” KB müflis elan olunması ilə mübahisələndirilən əmanətlərə münasibətdə sığorta hadisəsinin baş verdiyi QSC “X”KB-nin əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildirişin 10.10.2016-cı il tarixdə dərc edilməsinə, əmanətçilər - hazırki iş üzrə iddiaçılar nə İddiaçı1, nə də İddiaçı2 k ompensasiya alınması üçün ərizələrin qəbulunun dayandırıldığı 11 oktyabr 2017-ci il tarixinədək kompensasiya alınması üçün ərizə verməməklə qeyd olunan hərəkətlərin edilməsi üçün “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürmələrinə, 31 oktyabr 2017-ci il tarixli ərizələrinə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən hər-hansı sənəd əlavə etməmələrinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, “xxxx” MMC-nin 10.02.2018-ci il tarixli arayışında 21.09.2017-ci il tarixdə müraciət etmiş pasient iddiaçıların övladı X1 vəziyyətinin orta-ağır dəyərləndirilməsinə və valideyn nəzarətində olmasının tövsiyə ediməsinə istinad olunub iddiaçıların hər ikisinin kompensasiya alınmas ı üçün müraciət etmə müddətini üzrlü səbəbdən ötürmələri kimi səhv nəticəyə gəlinib, iddia tələbinin təmin olunması barədə əsassız qərar qəbul edilmişdir ki, bununla da, maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman “xxxx” MMCnin 10.02.2018-ci il tarixli arayışında iddiaçıların övladları Leylanın hər iki valideynin deyil onlardan hər-hansı birinin nəzarət etməsinin tövsiyyə olunmasına və belə olduğu halda iddiaçıların hər ikisinin kompensasiya alınması üçün müraciət etməsi imkanının qeyri-mümkün olması halının aradan qalxmasına dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin hər iki iddiaçıya münasibətdə təmin olunması barədə qərar qəbul edilmişdir. Şərh olunanları nəzərə al an kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının hazırki iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 19 oktyabr 2018-ci il tarixli 2(103)-9289/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1783/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1783/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver