Məhkəmə qərarları › İş №2(102)-179/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-179/2023

07.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)5417/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) Abşeron r ayonu, Məmmədli kəndi ərazisində 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar olaraq cavabdehdən 20.000 manat pulun əvəzi olaraq 2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 manat bərabər olmasını nəzərə alaraq, 43.589,7 manat pulun, 21 sentyabr 2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozduğuna və 05 mart 2018-ci ildən 05 iyun 2021-ci il tarixədək, yəni 41 ay müddətində dəfələrlə tələb etməsinə baxmayaraq ona borclu olduğu 20.000 manat pulu indiyə kimi qaytarmadığı 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə həmin məbləğin illik 5 faiz miqdarını təşkil edən 6.833 manat pulun (20.000 manat x 5 faiz =100.000 manat: 12 ay = 83,34 manat x 41 ay = 6.833,88 manat), habelə onun 20.000 manat pulunu ələ keçirməklə ona vurduğu mənəvi zərərə görə 25.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin bacısı Məhbubə Hüseynova ilə 20 ildən çoxdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində çay fabrikində bir yerdə işləyir. 2014-cü ildə o, ailəsilə məsləhətləşəndən sonra gələcəkdə oğlanlarına ev tikmək üçün Bakı şəhərində münasib yerdən torpaq sahəsi almaq istəyib. Bu fikrini o, iş yoldaşı X bildirən zaman sonuncu ona qardaşı olan cavabdehin maklerlik etdiyini, torpaq, ev, mənzil alqı-satqısı ilə məşğul olduğunu bildirdi. Ona görə də o, torpaq sahəsi almaq üçün cavabdehə müraciət edib və sonuncu ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ona məxsus torpaq sahəsi olduğunu, nə qədər istəsə həmin torpaq sahəsini 1 sotunu 2.500 manat olmaqla sata biləcəyini bildirib. Bundan sonra o, X1 və cavabdehlə birgə sonuncunun Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ona məxsus olduğunu dediyi torpaq sahəsinə gedib baxıb, torpaq sahəsinin yerləşdiyi yer xoşlarına gəldiyinə görə həmin ərazidən 0,08 ha ölçüdə torpaq sahəsi almaq qərarına gəlib. Alqı-satqı müqaviləsi bağlamaq məqsədilə o, X1 və qaynı X cavabdehlə birlikdə 21 sentyabr 2014-ci il tarixdə Abşeron rayonunda yerləşən 1 saylı notariat kontoruna gediblər. Həmin gün 0,08 ha torpaq sahəsini almaq üçün cavabdehlə arasında 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanıb və sotu 2.500 manat olmaqla, cavabdehə cəmi 20.000 manat pul verib. Alqı-satqı müqaviləsindən sonra öz adına həmin 0,08 ha torpaq sahəsinə dair 21 no yabr 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, habelə 22 noyabr 2014-cü il tarixli Çıxarış alıb. 0,08 ha torpaq sahəsini cavabdehdən alandan sonra belə oranı hasara almağa qərara gəlib. Daha sonra cavabdeh ona satdığı torpaq sahəsinin sərhədlərini naturada göstərib və torpaq sahəsinin sərhədləri naturada göstəriləndən sonra elə 2014-cü ildə onlar cavabdehin onlara göstərdiyi sərhədlərə uyğun olaraq aldıqları torpaq sahəsini hasara almaq üçün lazım olan tikinti materiallarını (mişar daşı, qum və semet və s.) alıb usta çağırıb torpaq sahəsini daş hasara aldırmışlar və iki yerdən torpaq sahəsinə giriş üçün qapı yeri qoyulub. Tikinti materialları alıb hasarı hörməyə və usta puluna görə onların cəmi 3.000 manat və torpaq sahəsinin sənədləşməsinə görə isə onun 1.000 manat ə lavə xərc çəkib. 05 mart 2018-ci il tarixdə torpaq sahəsinə baxış keçirərkən, torpaq sahəsinə kiminsə daş tökdürdüyünü və həmin torpaq sahəsinin satılması barədə elan və elanda özünün telefon nömrəsini yazıb hasara vurduğunu görüb. Həmin telefon nömrəsi ilə əlaqə saxlayan zaman torpaq sahəsinə gəlib girən və oraya daş tökdürən və torpaq sahəsinin satılması barədə elan yazan adamın X adlı şəxs olduğu müəyyən edilib. Daha sonra X adlı şəxslə söhbətlər zamanı o, cavabdehin 2016-cı ildə Məmmədli kəndində ona da başqa yerdə torpaq sahəsi satdığını, cavabdehdən aldığı torpaq sahəsində iş görmək istəyəndə cavabdehin onu aldatdığını, həmin torpaq sahəsinin cavabdehə deyil, tamam başqa şəxsə məxsus olduğunu bildirib. Buna görə də torpağın sahibi onu həmin torpaq sahəsindən çıxarıb. Bundan sonra Cav idan cavabdehə müraciət edib vəziyyəti sonuncuya deyib pulunu və torpağını tələb etməyə başlayanda cavabdeh vəziyyətdən çıxmaq üçün onu gətirib hasara aldıqları 0,08 ha torpaq sahəsinə salıb. O, cavabdehin göstərişi ilə gəlib onların torpaq sahəsinə girib və daş alıb həmin torpaq sahəsinə töküb. X da cavabdehə torpaq sahəsi almaq üçün xeyli pul verib və cavabdeh onlara satdığı torpaq sahəsini ona verib. Cavabdeh ona başqa yerdən torpaq sahəsi verməyincə və ya pulunu qaytarmayınca onların hasara aldıqları 0,08 ha torpaq sahəsindən çıxmayacaq və bu torpaq sahəsində hər hansı iş görməyə imkan verməyəcək. Cavabdeh öz qanunsuz və dələduz hərəkətləri ilə onu 3 ildən çoxdur ki, X adlı şəxslə üz-üzə qoyub və onlar üçün ciddi problemlər yaradıb. Bu problemlər bu gün də davam edir. O və X1 vəziyyəti belə görəndə cavabdehdən aldıqları 0,08 ha torpaq sahəsinin koordinatlarının həqiqətən naturada düzgün müəyyən olunub-olunmaması məsələsini aydınlaşdırmaq üçün Reyestr Xidmətinə müraciət edib. Həmin Xidmətin əməkdaşlar gəlib 0,08 ha torpaq sahəsini ölçəndən və “plan və ölçüsü” barədə verilmiş sənədlə tutuşdurandan sonra bu işdə də cavabdehin onları aldatdığı və sərhədlərinin naturada düzgün müəyyən edilmədiyi müəyyən olunub. O, vəziyyəti belə görəndə 2018-ci ilin mart ayının əvvəllərində cavabdehə müraciət edib vəziyyəti ona deyib və aldadıldığını gördüyünə görə verdiyi pulu ondan tələb etməyə başlayıb. Cavabdeh isə tezliklə pulunu və ya başqa yerdən torpaq sahəsi verəcəyini desə də, bu ancaq söz olaraq qalıb və indiyə kimi bunun heç bir müsbət nəticəsi olmayıb. Cavabdeh 2018-ci ilin mart ayından indiyə kimi cürbəcür bəhanələrlə onu və ərini aldadır. Nə pulu qaytarır, nə X aralarında yaratdığı problemi həll edir, nə də başqa yerdən torpaq sahəsi verir. 2018-ci ilin mart ayından indiyə kimi cavabdehin onları aldadıb pullarını ələ keçirməsi, mənimsəməsi və etdiyi dələduzluq hərəkətləri ilə bağlı böyük münaqişə yaranıb və bu münaqişə günü-gündən artıb, kəskinləşib. X1 bu işdə onu günahkar hesab edir və onunla bərabər bütün ailə üzvləri psixoz vəziyyətinə düşüb. Əsəbləşməkdən əsəbləri tamam pozulub. X1 birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlildir. Müharibə vaxtı digər xəsarətlərlə bərabər ciddi kontuziya alıb. XX sol gözünə görə İİİ qrup əlildir. Cavabdehin onların etibarından sui-istifadə edərək onları aldatması ərinin səhhətində ciddi problemlər yaradıb. O nunla bərabər bütün ailə üzvləri cavabdehin etdiyi bu qanunsuz hərəkətlərindən dərin və ölçüyəgəlməz dərəcədə mənəvi sarsıntılara, əzab- əziyyətlərə, iztirablara məruz qalıb və qalmaqda davam edir. Cavabdehin bu qanunsuz hərəkətlərini gördükdən sonra ondan aldığı 0,08 ha torpaq sahəsinə görə verdiyi 20.000 manat pulu və əlavə olaraq sənədləşməyə və hasarı çəkməyə görə ödədiyi 4.000 manat pulu, cəmi 24.000 manat pulu geri almaq üçün 2019-cu ilin mart ayında polis orqanına müraciət edib və şikayəti üzrə araşdırma aparılıb və araşdırma zamanı hazırda iddia ərizəsində qeyd etdiyi bütün faktlar öz təsdiqini tapıb. Cavabdeh özü də 2014-cü ildə ona Məmmədli kəndi ərazisindən sotu 2.500 manat olmaqla 0,08 ha torpaq sahəsini satdığını və buna görə ondan 20.000 manat, torpağın sərhədlərini naturada müəyyən etmək üçün əlavə 200 manat pul aldığını, torpaq sahəsinin ətrafına daş hasar çəkdiyini, X adlı şəxsi 2018-ci ildə gətirib onların torpağına salmasını və X onların torpaq sahəsindən çıxmadığını tam etiraf edib. Abşeron rayon polis idarəsində araşdırma aparılan zaman cavabdeh 10 gün vaxt istəyib və 10 gün müddətində borcunu tam şəkildə ödəyəcəyinə söz verib. Ancaq cavabdeh verdiyi sözə əməl etməyib. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olub. Son üç ildə ona məlum olmuşdur ki,cavabdeh tək onu deyil, digər şəxsləri də aldadıb. Cavabdeh hazırki vaxtadək ona yalnız 2021-ci ilin iyun ayında 4.000 manat pul qaytarıb. O, cavabdehdən 2014-cü ildə Məmmədli kəndindən 0,08 ha torpaq sahəsi alarkən həmin kənddə torpaq sahəsinin bir sotu 2.500 manat olub. Hazır da Məmmədli kəndində 1 sot torpaq sahəsinin qiyməti 4.500 manatdır. Digər tərəfdən, 2015-ci ildə iki dəfə devalvasiya olub və nəticədə Azərbaycan manatı ABŞ dolları qarşısında dəyərini iki dəfədən çox itirib. Cavabdeh həmin pulu qaytarmamaqla ona külli miqdarda ziyan vurub. Cavabdeh onu aldadıb 20.000 manat pulunu ələ keçirməklə bağlı etdiyi qanunsuz və cinayətkar hərəkətləri ilə eyni zamanda ən azından ona 25.000 manat mənəvi zərər vurub. 21 sentyabr 2014-cü ildə ödədiyi 20.000 manat pulu 05 mart 2018-ci ildən başlayaraq dəfələrlə cavabdehən tələb etməsinə baxmayaraq sonuncu həmin pulu qaytarmayıb. Ona görə də cavabdehdən ona torpaq sahəsini almağa görə ödədiyi 20.000 manat puldan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmaqla 05 mart 2018-ci il tarixədək o lan dövr üçün tutulub ona ödənilməsini tələb edir. Cavabdeh onun hesabına ödədiyi həmin pulu qaytarmağı 05 mart 2018-ci ildən bu günə kimi, yəni 3 il 5 ay, başqa sözlə 41 ay gecikdirmişdir. 21 sentyabr 2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozub 41 ay müddətində dəfələrlə tələb etməsinə baxmayaraq borclu olduğu 20.000 manat pulu indiyə kimi qaytarmamışdır. 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə əlavə olaraq həmin məbləğin illik 5 faiz miqdarını təşkil edən 6.833,88 manat pul tutulub ona ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli rəyinə görə, 21 sentyabr 2014-cü ildən 11 oktyabr 2021-ci il tarixədək iddiaçıya ödənilməli 20.000 manat pul vəsaitinin Dövlət Statistika Komitəsinin X saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla 11 oktyabr 2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) müəyyən olunur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20.000 manat, həmin vəsaitə görə hesablanmış 11.860 manat stehlak qiymətləri indeksi faizi olmaqla, ümumilikdə 31.860 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə öhdəlik götürüb, lakin öhdəliyini yerinə yetirməyib Belə ki, o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsini iddiaçıya satsa da, faktiki razılaşdırılmış torpaq sahəsini ona verməyib, həmin torpaq sahəsinin yerinə verəcəyi torpaq sahəsi isə onun adına olmayıb. Daha sonra, iddiaçı sözügedən torpaq sahəsi üçün ödədiyi 20.000 manat pul vəsaitini cavabdehdən tələb etsə də, həmin məbləği qaytarmayıb. Məhkəmə hesab etmişdir ki, məhkəmədə müəyyən edilmiş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh alqı-satqı müqaviləsi ilə iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üz rə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında və 25 mart 2019-cu il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi” haqqında Qərarda iddiaçının ona Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsinin alınması üçün 20.000 manat pul verdiyini və onu qaytarmadığını etiraf edib və həmin məbləği iddiaçıya ödəməkdən imtina edib. Məhkəmə iddiaçının tələbinin “2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 manata bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 manat= 43.589,7 manat) pulun cavabdehdən tutulub ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişd ir ki, o, tələbində 2015-ci ildə baş verən devalvasiyanı nəzərə alsa da cavabdehə vəsait manatla verildiyindən, devalvasiya 20.000 manat vəsaitə aid edilmədiyindən devalvasiya hissəsi təmin edilməməli, lakin hazırda Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin sotu 4.500 manat olduğundan, inflyasiya prosesləri baş verdiyindən, manatın dəyəri 2015-ci ilə münasibətdə dəyişdiyindən iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 20.000 manat pul vəsaiti indeksləşdirilərək, müəyyən olunmuş ideksasiya məbləği İddiaçı ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında pulun qaytarılması öhdəli yi götürməsinə baxmayaraq məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı fayda əldə edəcəyinə dair dəlillər gətirilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edtmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 191.1, 442, 445.7, 449.1, 567, 646.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əs aslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan torpağı 13 nəfərə satmışdır. Həmin 13 nəfərin içində 2 nəfərə 8 sot torpaq satmış, onlardan biri də iddiaçı olmuşdur. O, alqı-satqını tam qanuni həyata keçirmiş, hər şeyi qanunla etmiş, reyester xidmətindən mütəxəsis çağırmış, hər kəsə öz koordinatları vurularaq torpaq sahələri verilmişdir. Bir müddət o, burada olmamış, qayıtdıqdan sonra belə bir mübahisənin olduğundan xəbər tutmuş və orada koordinat dəyişməsi olmasını öyrənmişdir. Reyestr xidmətinin məsuliyyətsi z bir əməkdaşı çertyoju tərsinə çevirən zaman koordinatlar yerini dəyişmişdir. O, iddiaçının torpağını satmamışdır. Bu problemi onlara törədən kadastr şöbəsindəki əməkdaşdır. O, sonradan araşdırmışdır ki, hamıya eyni sahə verilmədiyinə görə onun sahəsi başqasının sahəsinə, başqasının sahəsi da onun sahəsinə düşmüşdür. O, mütəxəssis çağıraraq iddiaçının torpaq sahəsinin koordinatlarını yerində düzgün vurulmasını xahiş etmiş, amma həmin vaxt iddiaçı mütəxəsisin şəkillərini telefonla çəkməyə başladığından mütəxəsis çıxıb getmişdir. Cavabdehin iddiaçıya 20.000 manat borcu qalıb. Polisdə araşdırma aparılarkən cavabdehin dediyi təsdiqini tapmış və cinayət işi rədd edilmiş, bacısı oğlunun adına torpağı onlara vermək istəmiş, çıxarış olmadığı üçun vaxt lazım olmuşdur. Sonradan iddiaçı torpağı istə məmiş, pulu geri verməsini demişdir. Sonra ondan çıxarışlı torpaq istəmiş və dostu oğlunun adına rəsmiləşdirdiyi torpağı ona vermək istəmiş, ancaq razılaşmamışdır. Eyni zamanda, öz torpağını satıb pulu vermək istəsə də torpağı satılmamışdır. Cavabdeh 20.000 manatı ödəməkdən imtina etmir və ya pulu, ya da torpağı verməyə razıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli rəyinə əsasən, 21 sentyabr 2014-cü ildən 11 oktyabr 2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixinə) iddiaçıya ödənilməli 20.000,00 manat pul vəsaitinin Dövlət Statistika Komitəsinin X saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla 11 oktyabr 2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiym ətləri indeksi faizi 11.860,00 manat olmaqla) müəyyən olunmuşdur. Qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istehlak qiymətləri indeksi faizi 11.860 manat məbləğində müəyyən olunsa da, bu mübahisəli məqam cavabdehin təqsiri və ya səhvi nəticəsində yaranmamışdır. Bu bilavasitə DƏDRX-nin sözügedən torpaq sahəsinə torpaqların koordinatlarının dəqiqləşdirməsindən ötrü dəvət olunmuş mütəxəssisin səhlənkarlığı və səhvi nəticəsində baş vermiş və nəticə etibarı ilə torpaq sahələrinin yerləri qarışmış, anlaşılmazlıq yaranmışdır. Bu anlaşılmazlığı aradan qaldırmaqdan ötrü cavabdehin cəhd göstərməyinə, X xanıma ağlabatan və onun mənafeyinə uyğun təkliflər etməyinə baxmayaraq, o cavabdehlə razılaşmamış və bəzən də razılaşaraq müəyyən müddətdən sonra isə öz fikrindən daşınaraq torpaq sah əsi deyil, məhz 20 min manat pulunu geriyə istəməyə başlamışdır. x xanımın mövqeyindəki belə qeyri-müəyyənlik hamını çaşdırmış və nəticə etibarı ilə belə anlaşılmazlıq yaranmışdır. Məhz istehlak qiymətləri indeksi faizi olan 11.860 manat cavabdehin səhvi nəticəsində deyil, mütəxəssisin səhvi və səhlənkarlığı və iddiaçı X xanımın mövqesizliyi, vahid pul və ya torpaq sahəsi istəməməsi, fikirlərində dəqiq olmaması ilə əlaqədar zaman vahidinin uzanması nəticəsində əmələ gəlmişdir. Məsələnin belə olduğu təqdirdə həmin məbləğin cavabdeh tərəfdən iddiaçıya ödənilməli olmasının qeyd olunması ədalətsizlik, məntiqsizlikdir. Ona görə də sözügedən qətnaməni qanuni, ədalətli və əsaslı hesab etmək olmaz, çünki işin İ instansiya məhkəməsində baxışı zamanı mənim gətirdiyim dəlillərinin heç biri nəzərə alı nmamış və mənim heç bir kəsi qətiyyən aldatmaq, kiminsə hansı məbləğdə pulunu mənimsəmək, ona torpaq sahəsi verməmək niyyət və məqsədi olmamışdır. Lakin işə baxıb xx.xx.2022-ci il tarixli qətnaməni çıxarmış Nizami rayon məhkəməsi bu məsələlərin heç birini araşdırmamış və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə cavabdehin hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev sədrlik edən, məruzəsiçi, İ.Şirinov və H.Həmidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Məhkəmə, mülki iş materiallarına, ekspert rəyinə, apellyasiya şikayətinin dəlilləri nə əsasən qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 20.000 manat, həmin vəsaitə görə hesablanmış 11.860 manat istehlak qiymətləri indeksi faizi olmaqla, ümumilikdə 31.860 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin əvəzinin tutulması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 191.1, 442, 445.7, 449.1, 567, 646.1-ci maddələrinə və digər maddi, prosessual hüquq normalarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətlərinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikay ətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya ödənilməmiş 20.000 manat borcu qalıb. Polis araşdırma aparılarkən onun dedikləri öz təsdiqini tapmışdır və cinayət işi rədd edilmişdir. Hazırda, iddiaçıya olan 20.000 manat pulu ödəməkdən imtina etmir, ya pulu, ya da torpağı verməyə razıdır. Məhkəməmühasibatlıq ekspertizasının rəyində istehlak qiymətləri indeksi faizi 11.860 manat müəyyən olunsa da, hazırki mübahisə onun təqsiri və ya səhvi nəticəsində yaranmamışdır. Bu, mütəxəssisin səhlənkarlığı və səhvi nəticəsi ndə baş vermişdir. Bu anlaşılmazlığı aradan qaldırmaqdan ötrü iddiaçıya təklif etməsinə baxmayaraq, o bununla razılaşmamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mad də

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum ol ur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 15 may 2014-cü il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 1.0163 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəs i daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 21 sentyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh həmin torpaq sahəsinin 0.08 ha hissəsini 5.200 manata iddiaçıya satıb. 22 noyabr 2014-cü il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və bu gün də həmin qeydiyyat qüvvədədir. Hazırda iddiaçı, cavabdehin sözügedən alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq öhdəliklərini yerinə yetirmədiyini göstərib, həmin müqavilə üzrə cavabdehin hesabına ödədiyi 20.000 manat pulun əvəzi olaraq 2015-ci ildə baş vermiş iki devalivasiyanı və ha zırda 1 ABŞ dollarının 1.70 manata bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat pulun; habelə müqavilənin şərtlərini kobud şəkildə pozduğuna, 05 mart 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək, yəni 41 ay müddətində dəfələrlə tələb edilməsinə baxmayaraq ona borclu olduğu 20.000 manat pulu indiyədək qaytarmadığı 3 il, 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faiz miqdarını təşkil edən 6.833,88 manat və mənəvi zərərə görə 25.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddianı qismən qəbul edərək göstərib ki, mübahisəli torpaq sahəsini qanuni əsaslarla iddiaçıya satıb, torpaq sahəsinə görə aldığı 24.000 manat pulu iddiaçıya qaytarmağa razıdır. Həmin pulun 4.000 manatını artıq iddiaçıya qaytarıb. R eyestr Xidmətinin əməkdaşının səhvi nəticəsində torpaq sahəsinin koordinatları səhv düşüb. Mübahisəli torpaq sahəsinin əvəzinə iddiaçıya başqa torpaq sahəsi vermək istəsə də sonuncu bununla razılaşmayıb. İddiaçıya 20.000 manat pulu ödəməkdən imtina etmir, ya pulu, ya da torpaq sahəsini ona verməyə razıdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığı və həmin müqavilə, habelə torpaq sahəsinə dair onun adına aparılmış reyestrdəki qeyd ləğv edilmədiyi halda, iddiaçı həmin müqavilə üzrə cavabdehə ödədiyi 24.000 manat pulu və sair geri tələb edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllədə və ya müqavilədə başqa qayda nəzərdə tutulmadıqda tərəflərin razılaşması ilə həyata keçirilir. Yuxarıda göstərilən maddələrdə nəzərdə tutulduğu kimi müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma Mülki Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən başqa qayda irəli gəlmirsə dəyişdirilməli və ya ləğv edilməli müqavilə ilə eyni formada bağlanır. Müqavilənin ləğv edilməsi isə tərəflərin öhdəliklərinə xitam verilməsi deməkdir. Müqavilə ləğv edilərkən onun xitamı anına qədər icra edilməmiş hissəsi qüvvədən düşür, özü isə bütövlükdə xitam olunmuş sayılır. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək ö hdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan maddələrin zəruri şərtlərindən biri ondan ibarətdir ki, Mülki Məcəllədə və ya tərəflərin qarşılıqlı razılaşmasında başqa qayda nəzərdə tutulmadığı halda tərəflər müqavilənin dəyəşdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qanunun bu müddəası hər şeydən əvvəl müqavilə intizamını möhkəmləndirməyə və tərəflərin müqavilə münasibətlərinə daxil olarkən məsuliyyət hisslərinin artırıl masına yönəlmişdir. Qeyd edilməlidir ki, bu norma müqavilə tərəflərdən heç birinin təqsiri olmadan dəyişdirildikdə və ya ləğv edildikdə tətbiq olunur. Lakin müqavilənin dəyişdirilməsinə və ya ləğvinə tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması əsas vermişsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tərfələrdən birinin müqaviləni pozmasının əhəmiyyətli dərəcədə olub-olmaması məsələsi Mülki Məcəllənin 421-ci maddəsində müəyyən edilmiş qaydada müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının 0,08 ha torpaq sahəsində dair cavabdehlə aralarında notarial qaydada bağlanmış 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmədən, həmin müqavilənin bağlanmasından 7 il sonra ləğv edilməmiş müqavilənin nəticəsində ona zərərin dəydiyini iddia etməsinə və həmin zərərin əvəzinin ödənilməsini cavabdehdən geri tələb etməsinə, halbuki, tərəflərdən birinin tələbi ilə müqavilənin yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilməsinə əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, onun iddianı qismən qəbul edərək mübahisəli torpaq sahəsinə görə cavabdehdən aldığı 24.000 manat pulu ona könüllü qaytarmağa razı olması, sözügedən alqı-satqı müqaviləsin in müvafiq surətdə ləğv edilmiş sayılması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin mənasına görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və dəyişdirilmiş sayılır. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi, habelə mübahisəli 0,08 ha torpaq sahəsində dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyat qüvvədə olduğu halda, ləğv edilməmiş həmin müqavilənin nəticələrinə istinad etməklə iddiaçının cavabdehdən hər hansı zərərin əvəzinin ödənilməsini tələb etməsi qanuni sayıla bilməz. Belə olan halda sözügedən müqavilə tərəflərin qarşılıqlı razılaşması ilə eyni formadan müqavilə bağlanmaqla ləğv edilməli idi və yalnız bundan sonra həmin müqavilənin ləğvinə onu tərəflərdən birinin, yəni cavabdehin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf kimi iddiaçı müqavilənin ləğv edilməsi nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsini cavabdehdən geri tələb edə bilərdi. Hazırki işdən qeyd olunan halların baş verməsini müəyyən etmək mümkün deyil və iddianın cavabdeh tərəfindən qismən etiraf edilməsi qanuna zidd olub və apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, həm mübahisəli 0,08 ha torpaq sahəsini iddiaçının mülkiyyətində saxlamaqla, həm də ləğv edilməmiş müqavilənin nəticəsi olaraq cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzinə görə 31.860 manat pul tutmaqla ziddiyyətli nəticəyə gəlib. Mü lki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün la zım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5417/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar