Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5417/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə bağladığı AN-1- ******* saylı “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən cavabdehin hesabına ödədiyi 20.000 (iyirmi min) manat məbləğində pulun əvəzi olaraq 2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 AZN bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat məbləğində (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 AZN= 43.589,7 manat) pulun, xx.xx.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozduğuna və xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə kimi, yəni 41 ay müddətində dəfələrlə tələb etməyinə baxmayaraq ona borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamış 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat məbləğində pulun (20.000 manat x 5% = 100.000 manat: 12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat), habelə onun 20.000 manat məbləğində pulunu ələ keçirməklə ona vurduğu mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, o, Cavabdeh bacısı Məhbubə Hüseynova ilə 20 ildən çoxdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki çay fabrikində bir yerdə işləyir. 2014-cü ildə o, ailəsilə məsləhətləşəndən sonra gələcəkdə oğlanlarına ev tikmək üçün Bakı şəhərində münasib yerdən torpaq sahəsi almağı qərara gəlmişdir. Bu fikrini o, iş yoldaşı Məhbubə Hüseynovaya bildirən zaman iş yoldaşı ona qardaşı Cavabdeh maklerlik etdiyini, torpaq, ev, mənzil alqı-satqısı işləri ilə məşğul olduğunu bildirdi və onu ona yönləndirdi. Ona görə də o, torpaq sahəsi almaq üçün Cavabdeh müraciət etmiş və Cavabdeh ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ona məxsus torpaq sahəsi olduğunu, nə qədər istəsə həmin torpaq sahəsindən 1 (bir) sotu 2500 (iki min beş yüz) manat olmaqla sata biləcəyini bildirmişdir. Ondan sonra o, həyat yoldaşı X1 və Cavabdehla birgə sonuncunun Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ona məxsus olduğunu dediyi torpaq sahəsinə gedib baxmış, torpaq sahəsinin yerləşdiyi yer xoşlarına gəldiyinə görə həmin ərazidən 0,08 ha ölçüdə torpaq sahəsi almaq qərarına gəlmişlər. Alqısatqı müqaviləsi bağlamaq məqsədilə o, həyat yoldaşı Elxan Əbdülkərimov və qaynı X2 Cavabdehla bərabər xx.xx.2014-ci ildə Abşeron rayonununda yerləşən 1 saylı notariat kontoruna getmişlər. Həmin gün Cavabdeh 0,08 ha torpaq sahəsi almaları ilə əlaqədar Cavabdehla arasında xx.xx.2014-cü il tarixli, AN-1-0456571 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış və sotu 2500 (iki min beş yüz) manatdan olmaqla cəmi Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulu həyat yoldaşı onun və qaynı Rahim Əbdülkərimovun yanında cavabdehə vermişdir. Alqısatqı müqaviləsindən sonra öz adına həmin 0,08 ha torpaq sahəsinə xx.xx.2014-cü ildə AR ƏMDKY DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən reyestr nömrəsi **********08, seriya nömrəsi AA-030214 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədini, xx.xx.2014-cü ildə isə 4 saylı Ərazi İdarəsindən Seriya RX olan, ******* nömrəli Çıxarış almışdır. 0,08 ha torpaq sahəsini cavabdehdən alandan sonra belə oranı hasara almağa qərara gəlmişlər. Bu məqsədlə Cavabdeh müraciət edib gələcəkdə hər hansı problemlə üzləşməmək üçün ona satdığı torpaq sahəsinin sərhədlərini naturada, yerində dəqiq göstərməsini xahiş etmiş, Cavabdeh isə bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlməli, satdığı 0,08 ha torpağın sərhədlərini müəyyən etməli olduğunu bildirmişdir. Bunun üçün o, əlavə olaraq 200 (iki yüz) manat pul istəmiş, o da razılaşaraq ona istədiyi 200 manat pulu vermişdir. Aradan bir az keçəndən sonra Cavabdeh bu məsələni həll edib-etməməsini soruşan zaman satdığı 0,08 ha torpağın sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlib yerində ölçdüyünü və sərhədlərini dəqiq müəyyənləşdirdiklərini bildirmiş, onlar da cavabdehin dediklərinə inanmışlar. Daha sonra Cavabdeh ona satdığı torpaq sahəsinin sərhədlərini naturada göstərmiş, torpaq sahəsinin sərhədlərini naturada göstəriləndən sonra elə 2014-cü ildə onlar cavabdehin onlara göstərdiyi sərhədlərə uyğun olaraq aldıqları torpaq sahəsini hasara almaq üçün lazım olan tikinti materiallarını (mişar daşı, qum və semet və s.) alıb usta çağırıb torpaq sahəsini daş hasara aldırmış və iki yerdən torpaq sahəsinə giriş üçün qapı yeri qoydurmuşlar. Onlar gələcəkdə həmin torpaq sahəsini bərabər şəkildə iki yerə bölməklə hər iki oğullarına həmin torpaq sahəsində evlər tikdirmək fikrində olmuşlar. Tikinti materialları alıb hasarı hörməyə və usta puluna görə onların cəmi 3000 (üç min) manat və torpaq sahəsinin sənədləşməsinə görə isə onun 1000 (min) manat əlavə xərci çıxmışdır. O və ailə üzvləri cavabdehdən aldıqları torpaq sahəsini tez-tez baş çəkir və ona baxırdılar. 2018-ci ilin mart ayının 5-də növbəti dəfə torpaq sahələrinə baxmağa gedən zaman aldıqları torpaq sahəsinə kiminsə daş tökdürdüyünü və həmin torpaq sahəsinin satılması barədə elan və elanda özünün telefon nömrəsini yazıb hasara vurduğunu görmüş, həmin telefon nömrəsi ilə əlaqə saxlayan zaman torpaqlarına gəlib girən və oraya daş tökdürən və torpağın satılması barədə elan yazan adamın Cavidan adında bir nəfər olduğu müəyyən olunmuşdur. Daha sonra Cavidanla etdikləri söhbətlər zamanı o, cavabdehin 2016-cı ildə Məmmədli kəndində ona da başqa yerdə torpaq sahəsi satdığını, cavabdehdən aldığı torpaq sahəsində iş görmək istəyəndə Cavabdeh onu aldatdığını, həmin torpaq sahəsinin Cavabdeh deyil, tamam başqa adama məxsus olduğunu bildirmişdir. Buna görə də torpağın sahibi onu həmin torpaq sahəsindən çıxarmışdır. Ondan sonra Cavidan Cavabdeh müraciət edib vəziyyəti sonuncuya deyib pulunu və torpağını tələb etməyə başlayanda Cavabdeh vəziyyətdən çıxmaq üçün onu gətirib hasara aldıqları 0,08 ha torpaq sahəsinə salmışdır. O, Cavabdeh göstərişi ilə gəlib onların torpaq sahəsinə girmiş və daş alıb həmin bu torpaq sahəsinə tökmüşdür. Cavabdeh hasara aldıqları 0,08 ha torpaq sahəsi barədə soruşanda cavabdeh ona bildirmişdir ki, bu torpağın sahibi, yəni onlar Rusiyada yaşayırlar. Hətta daha sonra Cavidanı inandırmaq üçün cavabdeh ona məxsus torpaq sahəsinin xeyir-duasmı Cavidana vermək üçün cavan bir oğlanı onun oğlu olması adı ilə həmin torpaq sahəsinə gətirmiş və həmin oğlan cavabdehlə bir yerdə ona məxsus 0,08 ha torpaq sahəsinin xeyir-duasını Cavidana vermişdir. Cavidan da cavabdehə torpaq sahəsi almaq üçün xeyli pul vermiş və cavabdeh onlara satdığı torpaq sahəsini ona vermişdir. Cavabdeh ona başqa yerdən torpaq sahəsi verməyincə və ya pulunu qaytarmayınca onların hasara aldıqları 0,08 ha torpaq sahəsindən çıxmayacaq və bu torpaq sahəsində hər hansı iş görməyə imkan verməyəcək. Cavabdeh öz qanunsuz və dələduz hərəkətləri ilə onu 3 (üç) ildən çoxdur ki, Cavidan adlı şəxslə üz-üzə qoymuş və onlara ciddi problemlər yaratmışdır. Bu problemlər bu gün də davam edir. O və həyat yoldaşı Elxan Əbdülkərimov vəziyyəti belə görəndə cavabdehdən aldıqları 0,08 ha torpaq sahəsinin koordinatlarının həqiqətən naturada düzgün müəyyən olunub-olunmaması məsələsini aydınlaşdırmaq üçün DƏDRX-nin əməkdaşlarına müraciət etmişlər. Həmin idarədən əməkdaşlar gəlib 0,08 ha torpaq sahəsini ölçəndən və “plan və ölçüsü” barədə verilmiş sənədlə tutuşdurandan sonra bu işdə də Cavabdeh onları aldatdığı və sərhədlərinin naturada düzgün müəyyən edilmədiyi müəyyən olunmuşdur. O, vəziyyəti belə görəndə 2018-ci ilin mart ayının əvvəllərində cavabdehə müraciət edib vəziyyəti ona demiş və aldadıldığını gördüyünə görə verdiyi pulu ondan tələb etməyə başlamış, cavabdeh tezliklə pulunu və ya başqa yerdən torpaq sahəsi verəcəyini desə də, bu ancaq söz olaraq qalmış və indiyə kimi bunun heç bir müsbət nəticəsi olmamışdır .Cavabdeh 2018-ci ilin mart ayından indiyə kimi cürbəcür bəhanələrlə onu və həyat yoldaşını aldadır. Nə pulu qaytarır, nə Cavidanla aralarında yaratdığı problemi həll edir, nə də başqa yerdən torpaq sahəsi verir. 2018-ci ilin mart ayından indiyə kimi ailəsində Cavabdeh onları aldadıb pullarını ələ keçirməsi, mənimsəməsi və etdiyi dələduzluq hərəkətləri ilə bağlı böyük münaqişə yaranmış, bu münaqişə günü-gündən artmış, kəskinləşmiş və özünün pik həddinə gəlib çatmışdır. Həyat yoldaşı Elxan Əbdülkərimov da onu bu işdə günahkar bilir. Onunla bərabər bütün ailə üzvləri psixoz vəziyyətinə düşmüşdür. Əsəbləşməkdən əsəbləri tamam pozulmuşdur. Həyat yoldaşı Elxan Əbdülkərimov birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü qrup əlildir. Müharibə vaxtı digər xəsarətlərlə bərabər ciddi kontuziya alıb. Oğlu Elman sol gözünə görə 3-cü qrup əlildir. Cavabdehin onların etibarından sui-istifadə edərək onları aldatması həyat yoldaşının səhhətində ciddi problemlər yaratmışdır. Onunla bərabər bütün ailə üzvləri cavabdehin etdiyi bu qanunsuz hərəkətlərindən dərin və ölçüyəgəlməz dərəcədə mənəvi sarsıntılara, əzab- əziyyətlərə, iztirablara məruz qalmış və qalmaqda davam edir. Cavabdeh bu qanunsuz hərəkətlərini görəndən sonra ondan aldığı 0,08 ha torpaq sahəsinə görə verdiyi 20.000 manat pulu və əlavə olaraq sənədləşməyə və hasarı hördürməyə görə çəkdiyi 4000 manat pulu, cəmi 24.000 manat məbləğində pulu geri almaq üçün 2019-cu ilin mart ayında Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müraciətdən sonra Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Tural Şəkərov şikayəti üzrə araşdırma aparmış, araşdırma zamanı hazırda iddia ərizəsində qeyd etdiyi bütün faktlar öz təsdiqini tapmışdır. Cavabdeh özü də ona 2014-cü ildə Məmmədli kəndi ərazisində sotu 2500 (iki min beş yüz) manat olmaqla 0,08 ha torpaq sahəsi satdığını və buna görə ondan 20.000 (iyirmi min) manat məbləğində, torpağın sərhədlərini naturada müəyyən etmək üçün əlavə 200 (iki yüz) manat pul aldığını, torpaq sahəsini daş hasara aldıqlarını, Cavidan adlı şəxsi 2018-ci ildə gətirib onların torpağına salmasını və Cavidanın onların torpaq sahəsindən çıxmadığını tam etiraf etmişdir. Abşeron rayon polis idarəsində araşdırma aparılan zaman cavabdeh 10 gün vaxt istəmiş və 10 gün müddətində borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Ancaq cavabdeh verdiyi sözə əməl etməmiş və indiyə kimi də əməl etmir. X8 araşdırma aparandan sonra xx.xx.2019-cu ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş və bu məsələ mülki xarakterli məsələ olduğuna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı qərarın surətini xx.xx.2019-cu il tarixli məktubla ona göndərmişdir. X5 həmin bu qərarı Abşeron rayon prokurorunun müavini Nail Əliyev tərəfindən xx.xx.2019-cu ildə ləğv edilmişdir. Lakin ondan sonra da bu günə kimi Cavabdeh nə ondan aldığı pulları geri qaytarmış, nə Cavidan adlı şəxsi ona məxsus 0,08 ha torpaq sahəsindən çıxarmış, nə də ona başqa yerdən torpaq sahəsi vermişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2021-ci ildə də o, cavabdehdən pullarını və ya əvəzində başqa torpaq sahəsi verilməsini tələb edəndə 2021-ci ilin mart-aprel aylarında cavabdeh bir neçə dəfə onu və həyat yoldaşı X4 kəndinə aparmış və müxtəlif yerlərdə yerləşən 10-12 sotdan ibarət torpaq sahələrini göstərərk bu torpaq sahələrinin də ona məxsus olduğunu, əgər istəsələr, 2014-cü ildə satdığı 0,08 ha torpağın əvəzinə verdiyini bildirmişdir. Onlar onun dediklərinə inanıb onunla razılaşandan sonra rəsmiləşdirmə işləri aparmamışdan əvvəl növbəti dəfə aldanmamaq üçün DƏDRX-nə müraciət edərək öz şəxsi vəsaitləri hesabına həmin idarədən əməkdaşlar gətirib cavabdehin göstərdiyi və ondan 2014-cü ildə aldıqları torpaq sahəsi əvəzinə vermək istədiyi torpaq sahələrinin kimə və ya kimlərə məxsus olmasını müəyyən edərkən məlum olmuşdur ki,Cavabdeh yenə onları aldatmış, onlar vermək istədiyi torpaq sahəsi tamam başqa-başqa şəxslərə məxsusdur. Bu barədə cavabdehə deyəndə isə o, hər dəfə vəziyyətdən çıxmaq üçün bildirir ki, bu ola bilməz. Son üç ildə məlum olmuşdur ki,cavabdeh tək onu yox, bir çox saf və təmiz insanları aldadıb tora salmış və başlarına eyni oyunları açmışdır. Cavabdeh indiyə kimi ona yalnız 2021-ci ilin iyun ayında 4000 (dörd min) manat pul qaytarmışdır. Həmin pulu verən zaman da demişdir ki, qalan 20.000 (iyirmi min) manatı da səhəri gün gətirib verəcək. Ancaq aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq dediyinə əməl etməmişdir. O, cavabdehdən 2014-cü ildə Məmmədli kəndində 0,08 ha torpaq sahəsi alan zaman həmin kənddə torpağın bir sotu 2500 manat idi. Hazırda isə Məmmədli kəndində 1 sot torpağın qiyməti 4500 manatdır. Digər tərəfdən 2015-ci ildə iki dəfə devalvasiya olmuş və nəticədə Azərbaycan manatı ABŞ dolları qarşısında dəyərini iki dəfədən çox itirmişdir. Cavabdeh həmin pulu qaytarmamaqla ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh onu aldadıb 20.000 manat pulunu ələ keçirməylə bağlı etdiyi qanunsuz və cinayətkar hərəkətləri ilə eyni zamanda ən azından ona 25.000(iyirmi beş min) manat məbləğində mənəvi zərər də vurmuşdur. Cavabdeh xx.xx.2014-cü ildə ona ödədiyi 20.000 manat məbləğində pulu xx.xx.2018-ci ildən başlayaraq dəfələrlə tələb etməsinə baxmayaraq indiyə kimi qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Ona görə də cavabdehdən ona torpaq sahəsini almağa görə ödədiyi 20.000 manat məbləğindəki puldan əlavə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulub ödənilməli olan 20.000 manat pulun illik məbləğinin 5%-i xx.xx.2018-ci ildən bu günə kimi, yəni xx.xx.2021-ci ilə kimi olan dövr üçün tutulub ona ödənilməlidir. Cavabdeh onun hesabına ödədiyi həmin pulu qaytarmağı xx.xx.2018-ci ildən bu günə kimi, yəni 3 il 5 ay, başqa sözlə 41 ay gecikdirmişdir. xx.xx.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozub 41 ay müddətində dəfələrlə tələb etməsinə baxmayaraq borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamışdır. 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə əlavə olaraq həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat pul 20.000 manat x 5% = 100.000 manat :12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat) tutulub ona ödənilməlidir.
3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Tapdiq oğlundan İddiaçı xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar xx.xx.2014-cü il tarixli AN-1-0456571 saylı "Daşınmaz əmlakın alqısatqı" müqaviləsi üzrə ödənilmiş 20000 manat, həmin vəsaitə görə hesablanmış 11860 manat stehlak qiymətləri indeksi faizi olmaqla ümumilikdə 31860 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin tutulçası, İddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pulun Cavabdeh Tapdiq oğlundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Əhmədova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan torpağı 13 nəfərə satmışdır. Həmin 13 nəfərin içində 2 nəfərə 8 sot torpaq satmış, onlardan biri də Gültəkin xanım olmuşdur. O, alqı-satqını tam qanuni həyata keçirmiş, hər şeyi qanunla etmiş, reyester xidmətindən mütəxəsis çağırmış, hər kəsə öz koordinatları vurularaq torpaq sahələri verilmişdir. Bir müddət o, burada olmamış, qayıtdıqdan sonra belə bir mübahisənin olduğundan xəbər tutmuş və orada koordinat dəyişməsi olmasını öyrənmişdir. Reyestr xidmətinin məsuliyyətsiz bir əməkdaşı çertyoju tərsinə çevirən zaman koordinatlar yerini dəyişmişdir. O, Gültəkin xanımın torpağını satmamışdır. Bu problemi onlara törədən kadastr şöbəsindəki əməkdaşdır. O, sonradan araşdırmışdır ki, hamıya eyni sahə verilmədiyinə görə onun sahəsi başqasının sahəsinə, başqasının sahəsi da onun sahəsinə düşmüşdür. O, mütəxəssis çağıraraq orada iddiaçı tərəfin də öz koordinatlarını yerində düzgün vurulmasını xahiş etmiş, amma həmin vaxt Gültəkin xanım mütəxəsisin şəkillərini telefonla çəkməyə başladığından mütəxəsis çıxıb getmişdir. Cavabdehin Gültəkin xanıma 20.000 manat borcu qalıb. Polisdə araşdırma aparılarkən cavabdehin dediyi təsdiqini tapmış və cinayət işi rədd edilmiş, bacısı oğlunun adına torpağı onlara vermək istəmiş, çıxarış olmadığı üçun vaxt lazım olmuşdur. Sonradan Gültəkin xanım torpağı istəməmiş, pulu geri verməsini demişdir. Sonra ondan çıxarışlı torpaq istəmiş və dostu oğlunun adına rəsmiləşdirdiyi torpağı ona vermək istəmiş, ancaq razılaşmamışlar. Eyni zamanda öz torpağını satıb vermək istəsə də torpağı satılmamışdır. Cavabdeh 20000 manatı ödəməkdən imtina etmir və ya pulu, ya da torpağı verməyə razıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, xx.xx.2014cü il tarixdən (alqı-satqı tarixi)xx.xx.2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) İddiaçı ödənilməli 20.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) məbləğində müəyyən olunmuşdur. Qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istehlak qiymətləri indeksi faizi 11.860 manat məbləğində müəyyən olunsa da, bu mübahisəli məqam cavabdehin təqsiri və ya səhvi nəticəsində yaranmamışdır. Bu bilavasitə DƏDRX-nin sözügedən torpaq sahəsinə torpaqların koordinatlarının dəqiqləşdirməsindən ötrü dəvət olunmuş mütəxəssisin səhlənkarlığı və səhvi nəticəsində baş vermiş və nəticə etibarı ilə torpaq sahələrinin yerləri qarışmış, anlaşılmazlıq yaranmışdır. Bu anlaşılmazlığı aradan qaldırmaqdan ötrü cavabdehin cəhd göstərməyinə, Gültəkin xanıma ağlabatan və onun mənafeyinə uyğun təkliflər etməyinə baxmayaraq, o cavabdehlə razılaşmamış və bəzən də razılaşaraq müəyyən müddətdən sonra isə öz fikrindən daşınaraq torpaq sahəsi deyil, məhz 20 min manat pulunu geriyə istəməyə başlamışdır. Gültəkin xanımın mövqeyindəki belə qeyrimüəyyənlik hamını çaşdırmış və nəticə etibarı ilə belə anlaşılmazlıq yaranmışdır. Məhz istehlak qiymətləri indeksi faizi olan 11.860 manat cavabdehin səhvi nəticəsində deyil, mütəxəssisin səhvi və səhlənkarlığı və iddiaçı Gültəkin xanımın mövqesizliyi, vahid pul və ya torpaq sahəsi istəməməsi, fikirlərində dəqiq olmaması ilə əlaqədar zaman vahidinin uzanması nəticəsində əmələ gəlmişdir. Məsələnin belə olduğu təqdirdə həmin məbləğin cavabdeh tərəfdən iddiaçıya ödənilməli olmasının qeyd olunması ədalətsizlik, məntiqsizlikdir. Ona görə də sözügedən qətnaməni qanuni, ədalətli və əsaslı hesab etmək olmaz, çünki işin İ instansiya məhkəməsində baxışı zamanı mənim gətirdiyim dəlillərinin heç biri nəzərə alınmamış və mənim heç bir kəsi qətiyyən aldatmaq, kiminsə hansı məbləğdə pulunu mənimsəmək, ona torpaq sahəsi verməmək niyyət və məqsədi olmamışdır. Lakin işə baxıb xx.xx.2022-ci il tarixli qətnaməni çıxarmış Nizami rayon məhkəməsi bu məsələlərin heç birini araşdırmamış və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə cavabdehin hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hüquqi dəyərləndirmə:
10. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini qeyd etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmiş, mənəvi zərərlə bağlı hissədə mübahisələndirməmişdir. Bu səbəbdən də, hazırki apellyasiya baxışının predmetini yalnız qətnamənin iddianın təmin edilmiş hissəsi təşkil edir.
15. Belə ki, iş materiallarından görünür ki, ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı satılmış və torpağın alınması üçün 20.000 manat Cavabdeh verilmiş, torpaq İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriya ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, iddiaçı torpağın ölçüsünü müyyən etmək üçün cavabdehə əlavə 200 manat vermişdir. Daha sonra koordinatlar yerini dəyişdiyindən İddiaçı aldığı torpaq sahəsi başqası tərəfindən də alınmışdır. Cavabdeh əvvəlki torpaq sahəsinin yerinə başqa torpaq satmağı bildirmiş, lakin həmin torpaq sahəsi cavabdehə aid olmamışdır. İddiaçı Cavabdeh tərəfindən dələduzluq yolu ilə 24.000 manat vəsaitin ələ keçirilməsinə dair cinayət əməli ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərar ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması müəyyən edilmişdir. Qərardan görünür ki, Cavabdeh izahatında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən İddiaçı satdığını, 6 ay ərzində Gültəkinin ona ümumilikdə 20.000 manat verdiyini, torpağın ölçüsünü vermək üçün əlavə 200 manat aldığını, torpağın sənədlərində qarışıqlıq olduğunu, torpaq sahələrinin yerinin səhv düşməsinin ondan aslı olmadığını, problemi həll edəcəyini Gültəkinə desə də Gültəkinin torpaq sahəsini istəməyərək pulunu istədiyini bildirmişdir. İddiaçı cavabdeh tərəfindən verdiyi pul qaytarılmadığı üçün məhkəməyə müraciət etmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
21. Kollegiya qeyd edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi ilə öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı satsa da, faktiki razılaşdırılmış torpaq sahəsini ona verməmiş, həmin torpaq sahəsinin yerinə verəcəyi torpaq sahəsi onun adına olmamış, daha sonra Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi üçün ödənilmiş 20.000 manat vəsaiti İddiaçı Cavabdeh tələb etsə də həmin məbləği qaytarmamışdır.
22. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi ilə iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir.
23. Bununla yanaşı, kollegiya vurğulayır ki, Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsində verdiyi izahatında və xx.xx.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərarda İddiaçı ona Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsinin alınması üçün 20.000 manat pul verdiyini və onu qaytarmadığını etiraf etmiş, həmin məbləği iddiaçıya ödəməkdən imtina etməmişdir.
24. Kollegiya İddiaçı iddia tələbinin “2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 AZN bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat məbləğində (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 AZN= 43.589,7 manat) pulun cavabdehdən tutulub ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı iddia tələbində 2015-ci ildə baş verən devalvasiyanı nəzərə alsa da Cavabdeh vəsait manatla verildiyindən, devalvasiya 20.000 manat vəsaitə aid edilmədiyindən devalvasiya hissəsinin təmin edilməməsi, lakin hazırda Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin sotu 4500 manat olduğundan, inflyasiya prosesləri baş verdiyindən, manatın dəyəri 2015-ci ilə münasibətdə dəyişdiyindən iddianın bu hissədə qismən təmin olunmasına dair gəldiyi qənaət əsaslı olmuşdur.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
26. Qeyd olunan maddənin təfsirinə görə həmin maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir.
27. Ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ hüquqi akt qəbul olunmadığına görə kollegiya hesab edir ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 17 iyun 1992-ci il tarixli 174 saylı Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşməsi qaydası haqqında metodik təlimat» Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq şərh olunan maddədə nəzərdə tutulmuş məsələnin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir.
28. Belə ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda tənzimlənən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsində ödənilməli olan pul məbləğlərinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir.
29. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş Məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən də görünür ki, 21,09.2014-cü il tarixdən (alqı-satqı tarixi) xx.xx.2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) İddiaçı ödənilməli 20.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) məbləğində müəyyən olunmuşdur.
30. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin rəy digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməklə mübahisənin həllində istinad edilməlidir.
31. Belə olan halda kollegiya alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 20.000 manat pul vəsaiti indeksləşdirilərək, müəyyən olunmuş ideksasiya məbləğinin İddiaçı ödənilməsinə dair məhkəmənin gəldiyi nəticə ilə razılaşır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;
33. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
34. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, cavabdeh iddiaçı qarşısında pulun qaytarılması öhdəliyi götürməsinə baxmayaraq məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı fayda əldə edəcəyinə dair dəlillər gətirilməmişdir.
35. Cavabdeh apellyasiya şikayətində ekspert rəyində istehlak qiymətləri indeksi faizinin 11.860 manat məbləğində müəyyən olunmasına baxmayaraq, bu mübahisəli məqamın cavabdehin təqsiri və ya səhvi nəticəsində yaranmaması, bilavasitə DƏDRX-nin sözügedən torpaq sahəsinə torpaqların koordinatlarının dəqiqləşdirməsindən ötrü dəvət olunmuş mütəxəssisin səhlənkarlığı və səhvi nəticəsində baş verməsini bildirmişdir.
36. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, istehlak qiymətləri indeksi faizinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səhvi nəticəsində yaranması cavabdeh tərəfindən hər hansı sübutla öz təsdiqini tapmadığından apellyasiya şikayətinin bu dəlili mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
41. Beləliklə, Kollegiya iş materiallarına, ekspert rəyinə, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Cavabdeh Tapdiq oğlundan İddiaçı xeyrinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar xx.xx.2014-cü il tarixli, AN-1-0456571 saylı "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsi üzrə ödənilmiş 20000 manatın, həmin vəsaitə görə hesablanmış 11860 manat istehlak qiymətləri indeksi faizi olmaqla ümumilikdə 31860 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin tutulması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev