Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3056/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh ünvan 1i ünvanında yerləşən ona məxsus 1,0163 ha torpaq sahəsinin 0,08 ha hissəsini alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 5.200 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə bağladığı AN-1- ******* saylı “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən cavabdehin hesabına ödədiyi 20.000 (iyirmi min) manat məbləğində pulun əvəzi olaraq 2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1,70 AZN bərabər olmasını nəzərə alıb cavabdehdən 43.589,7 manat məbləğində (20.000:0,78 ABŞ dolları= 25.641 ABŞ dolları x 1,70 AZN= 43.589,7 manat) pulun, xx.xx.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozduğuna və xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə kimi, yəni 41 ay müddətində dəfələrlə tələb etməyinə baxmayaraq ona borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamış 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat məbləğində pulun (20.000 manat x 5% = 100.000 manat: 12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat), habelə onun 20.000 manat məbləğində pulunu ələ keçirməklə ona vurduğu mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh bacısı Məhbubə Hüseynova ilə 20 ildən çoxdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki çay fabrikində bir yerdə işləyir. 2014-cü ildə o, ailəsilə məsləhətləşəndən sonra gələcəkdə oğlanlarına ev tikmək üçün Bakı şəhərində münasib yerdən torpaq sahəsi almağı qərara gəlmişdir. Bu fikrini o, iş yoldaşı Məhbubə Hüseynovaya bildirən zaman iş yoldaşı ona qardaşı Cavabdeh maklerlik etdiyini, torpaq, ev, mənzil alqı-satqısı işləri ilə məşğul olduğunu bildirdi və onu ona yönləndirdi. Ona görə də o, torpaq sahəsi almaq üçün Cavabdeh müraciət etmiş və Cavabdeh ona ünvan 1i ərazisində ona məxsus torpaq sahəsi olduğunu, nə qədər istəsə həmin torpaq sahəsindən 1 (bir) sotu 2500 (iki min beş yüz) manat olmaqla sata biləcəyini bildirmişdir. Ondan sonra o, həyat yoldaşı X1 və Cavabdehla birgə sonuncunun ünvan 1ində yerləşən, ona məxsus olduğunu dediyi torpaq sahəsinə gedib baxmış, torpaq sahəsinin yerləşdiyi yer xoşlarına gəldiyinə görə həmin ərazidən 0,08 ha ölçüdə torpaq sahəsi almaq qərarına gəlmişlər. Alqı-satqı müqaviləsi bağlamaq məqsədilə o, həyat yoldaşı Elxan Əbdülkərimov və qaynı X2 Cavabdehla bərabər xx.xx.2014-ci ildə Abşeron rayonununda yerləşən 1 saylı notariat kontoruna getmişlər. Həmin gün Cavabdeh 0,08 ha torpaq sahəsi almaları ilə əlaqədar Cavabdehla arasında xx.xx.2014-cü il tarixli, AN-1-0456571 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və sotu 2500 (iki min beş yüz) manatdan olmaqla cəmi Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulu həyat yoldaşı onun və qaynı Rahim Əbdülkərimovun yanında cavabdehə vermişdir. Alqı-satqı müqaviləsindən sonra öz adına həmin 0,08 ha torpaq sahəsinə xx.xx.2014-cü ildə AR ƏMDKY DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən reyestr nömrəsi **********08, seriya nömrəsi AA-030214 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədini, xx.xx.2014-cü ildə isə 4 saylı Ərazi İdarəsindən Seriya RX olan, ******* nömrəli Çıxarış almışdır. 0,08 ha torpaq sahəsini cavabdehdən alandan sonra belə oranı hasara almağa qərara gəlmişlər. Bu məqsədlə Cavabdeh müraciət edib gələcəkdə hər hansı problemlə üzləşməmək üçün ona satdığı torpaq sahəsinin sərhədlərini naturada, yerində dəqiq göstərməsini xahiş etmiş, Cavabdeh isə bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlməli, satdığı 0,08 ha torpağın sərhədlərini müəyyən etməli olduğunu bildirmişdir. Bunun üçün o, əlavə olaraq 200 (iki yüz) manat pul istəmiş, o da razılaşaraq ona istədiyi 200 manat pulu vermişdir. Aradan bir az keçəndən sonra Cavabdeh bu məsələni həll edib-etməməsini soruşan zaman satdığı 0,08 ha torpağın sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlib yerində ölçdüyünü və sərhədlərini dəqiq müəyyənləşdirdiklərini bildirmiş, onlar da cavabdehin dediklərinə inanmışlar. Daha sonra Cavabdeh ona satdığı torpaq sahəsinin sərhədlərini naturada göstərmiş, torpaq sahəsinin sərhədlərini naturada göstəriləndən sonra elə 2014-cü ildə onlar cavabdehin onlara göstərdiyi sərhədlərə uyğun olaraq aldıqları torpaq sahəsini hasara almaq üçün lazım olan tikinti materiallarını (mişar daşı, qum və semet və s.) alıb usta çağırıb torpaq sahəsini daş hasara aldırmış və iki yerdən torpaq sahəsinə giriş üçün qapı yeri qoydurmuşlar. Onlar gələcəkdə həmin torpaq sahəsini bərabər şəkildə iki yerə bölməklə hər iki oğullarına həmin torpaq sahəsində evlər tikdirmək fikrində olmuşlar. Tikinti materialları alıb hasarı hörməyə və usta puluna görə onların cəmi 3000 (üç min) manat və torpaq sahəsinin sənədləşməsinə görə isə onun 1000 (min) manat əlavə xərci çıxmışdır. O və ailə üzvləri cavabdehdən aldıqları torpaq sahəsini teztez baş çəkir və ona baxırdılar. 2018-ci ilin mart ayının 5-də növbəti dəfə torpaq sahələrinə baxmağa gedən zaman aldıqları torpaq sahəsinə kiminsə daş tökdürdüyünü və həmin torpaq sahəsinin satılması barədə elan və elanda özünün telefon nömrəsini yazıb hasara vurduğunu görmüş, həmin telefon nömrəsi ilə əlaqə saxlayan zaman torpaqlarına gəlib girən və oraya daş tökdürən və torpağın satılması barədə elan yazan adamın Cavidan adında bir nəfər olduğu müəyyən olunmuşdur. Daha sonra Cavidanla etdikləri söhbətlər zamanı o, cavabdehin 2016-cı ildə Məmmədli kəndində ona da başqa yerdə torpaq sahəsi satdığını, cavabdehdən aldığı torpaq sahəsində iş görmək istəyəndə Cavabdeh onu aldatdığını, həmin torpaq sahəsinin Cavabdeh deyil, tamam başqa adama məxsus olduğunu bildirmişdir. Buna görə də torpağın sahibi onu həmin torpaq sahəsindən çıxarmışdır. Ondan sonra Cavidan Cavabdeh müraciət edib vəziyyəti sonuncuya deyib pulunu və torpağını tələb etməyə başlayanda Cavabdeh vəziyyətdən çıxmaq üçün onu gətirib hasara aldıqları 0,08 ha torpaq sahəsinə salmışdır. O, Cavabdeh göstərişi ilə gəlib onların torpaq sahəsinə girmiş və daş alıb həmin bu torpaq sahəsinə tökmüşdür. Cavabdeh hasara aldıqları 0,08 ha torpaq sahəsi barədə soruşanda cavabdeh ona bildirmişdir ki, bu torpağın sahibi, yəni onlar Rusiyada yaşayırlar. Hətta daha sonra Cavidanı inandırmaq üçün cavabdeh ona məxsus torpaq sahəsinin xeyir-duasını Cavidana vermək üçün cavan bir oğlanı onun oğlu olması adı ilə həmin torpaq sahəsinə gətirmiş və həmin oğlan cavabdehlə bir yerdə ona məxsus 0,08 ha torpaq sahəsinin xeyirduasını Cavidana vermişdir. Cavidan da cavabdehə torpaq sahəsi almaq üçün xeyli pul vermiş və cavabdeh onlara satdığı torpaq sahəsini ona vermişdir. Cavabdeh ona başqa yerdən torpaq sahəsi verməyincə və ya pulunu qaytarmayınca onların hasara aldıqları 0,08 ha torpaq sahəsindən çıxmayacaq və bu torpaq sahəsində hər hansı iş görməyə imkan verməyəcək. Cavabdeh öz qanunsuz və dələduz hərəkətləri ilə onu 3 (üç) ildən çoxdur ki, Cavidan adlı şəxslə üz-üzə qoymuş və onlara ciddi problemlər yaratmışdır. Bu problemlər bu gün də davam edir. O və həyat yoldaşı Elxan Əbdülkərimov vəziyyəti belə görəndə cavabdehdən aldıqları 0,08 ha torpaq sahəsinin koordinatlarının həqiqətən naturada düzgün müəyyən olunub-olunmaması məsələsini aydınlaşdırmaq üçün DƏDRXnin əməkdaşlarına müraciət etmişlər. Həmin idarədən əməkdaşlar gəlib 0,08 ha torpaq sahəsini ölçəndən və “plan və ölçüsü” barədə verilmiş sənədlə tutuşdurandan sonra bu işdə də Cavabdeh onları aldatdığı və sərhədlərinin naturada düzgün müəyyən edilmədiyi müəyyən olunmuşdur. O, vəziyyəti belə görəndə 2018-ci ilin mart ayının əvvəllərində cavabdehə müraciət edib vəziyyəti ona demiş və aldadıldığını gördüyünə görə verdiyi pulu ondan tələb etməyə başlamış, cavabdeh tezliklə pulunu və ya başqa yerdən torpaq sahəsi verəcəyini desə də, bu ancaq söz olaraq qalmış və indiyə kimi bunun heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh 2018-ci ilin mart ayından indiyə kimi cürbəcür bəhanələrlə onu və həyat yoldaşını aldadır. Nə pulu qaytarır, nə Cavidanla aralarında yaratdığı problemi həll edir, nə də başqa yerdən torpaq sahəsi verir. 2018-ci ilin mart ayından indiyə kimi ailəsində Cavabdeh onları aldadıb pullarını ələ keçirməsi, mənimsəməsi və etdiyi dələduzluq hərəkətləri ilə bağlı böyük münaqişə yaranmış, bu münaqişə günü-gündən artmış, kəskinləşmiş və özünün pik həddinə gəlib çatmışdır. Həyat yoldaşı Elxan Əbdülkərimov da onu bu işdə günahkar bilir. Onunla bərabər bütün ailə üzvləri psixoz vəziyyətinə düşmüşdür. Əsəbləşməkdən əsəbləri tamam pozulmuşdur. Həyat yoldaşı Elxan Əbdülkərimov birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü qrup əlildir. Müharibə vaxtı digər xəsarətlərlə bərabər ciddi kontuziya alıb. Oğlu Elman sol gözünə görə 3-cü qrup əlildir. Cavabdehin onların etibarından sui-istifadə edərək onları aldatması həyat yoldaşının səhhətində ciddi problemlər yaratmışdır. Onunla bərabər bütün ailə üzvləri cavabdehin etdiyi bu qanunsuz hərəkətlərindən dərin və ölçüyəgəlməz dərəcədə mənəvi sarsıntılara, əzab- əziyyətlərə, iztirablara məruz qalmış və qalmaqda davam edir. Cavabdeh bu qanunsuz hərəkətlərini görəndən sonra ondan aldığı 0,08 ha torpaq sahəsinə görə verdiyi 20.000 manat pulu və əlavə olaraq sənədləşməyə və hasarı hördürməyə görə çəkdiyi 4000 manat pulu, cəmi 24.000 manat məbləğində pulu geri almaq üçün 2019-cu ilin mart ayında Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müraciətdən sonra Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Tural Şəkərov şikayəti üzrə araşdırma aparmış, araşdırma zamanı hazırda iddia ərizəsində qeyd etdiyi bütün faktlar öz təsdiqini tapmışdır. Cavabdeh özü də ona 2014-cü ildə Məmmədli kəndi ərazisində sotu 2500 (iki min beş yüz) manat olmaqla 0,08 ha torpaq sahəsi satdığını və buna görə ondan 20.000 (iyirmi min) manat məbləğində, torpağın sərhədlərini naturada müəyyən etmək üçün əlavə 200 (iki yüz) manat pul aldığını, torpaq sahəsini daş hasara aldıqlarını, Cavidan adlı şəxsi 2018-ci ildə gətirib onların torpağına salmasını və Cavidanın onların torpaq sahəsindən çıxmadığını tam etiraf etmişdir. Abşeron rayon polis idarəsində araşdırma aparılan zaman cavabdeh 10 gün vaxt istəmiş və 10 gün müddətində borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Ancaq cavabdeh verdiyi sözə əməl etməmiş və indiyə kimi də əməl etmir. X9 araşdırma aparandan sonra xx.xx.2019-cu ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş və bu məsələ mülki xarakterli məsələ olduğuna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı qərarın surətini xx.xx.2019-cu il tarixli məktubla ona göndərmişdir. X6 həmin bu qərarı Abşeron rayon prokurorunun müavini Nail Əliyev tərəfindən xx.xx.2019-cu ildə ləğv edilmişdir. Lakin ondan sonra da bu günə kimi Cavabdeh nə ondan aldığı pulları geri qaytarmış, nə Cavidan adlı şəxsi ona məxsus 0,08 ha torpaq sahəsindən çıxarmış, nə də ona başqa yerdən torpaq sahəsi vermişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2021-ci ildə də o, cavabdehdən pullarını və ya əvəzində başqa torpaq sahəsi verilməsini tələb edəndə 2021-ci ilin mart-aprel aylarında cavabdeh bir neçə dəfə onu və həyat yoldaşı X4 kəndinə aparmış və müxtəlif yerlərdə yerləşən 10-12 sotdan ibarət torpaq sahələrini göstərərək bu torpaq sahələrinin də ona məxsus olduğunu, əgər istəsələr, 2014-cü ildə satdığı 0,08 ha torpağın əvəzinə verdiyini bildirmişdir. Onlar onun dediklərinə inanıb onunla razılaşandan sonra rəsmiləşdirmə işləri aparmamışdan əvvəl növbəti dəfə aldanmamaq üçün DƏDRX-nə müraciət edərək öz şəxsi vəsaitləri hesabına həmin idarədən əməkdaşlar gətirib cavabdehin göstərdiyi və ondan 2014-cü ildə aldıqları torpaq sahəsi əvəzinə vermək istədiyi torpaq sahələrinin kimə və ya kimlərə məxsus olmasını müəyyən edərkən məlum olmuşdur ki,Cavabdeh yenə onları aldatmış, onlar vermək istədiyi torpaq sahəsi tamam başqa-başqa şəxslərə məxsusdur. Bu barədə cavabdehə deyəndə isə o, hər dəfə vəziyyətdən çıxmaq üçün bildirir ki, bu ola bilməz. Son üç ildə məlum olmuşdur ki,cavabdeh tək onu yox, bir çox saf və təmiz insanları aldadıb tora salmış və başlarına eyni oyunları açmışdır. Cavabdeh indiyə kimi ona yalnız 2021-ci ilin iyun ayında 4000 (dörd min) manat pul qaytarmışdır. Həmin pulu verən zaman da demişdir ki, qalan 20.000 (iyirmi min) manatı da səhəri gün gətirib verəcək. Ancaq aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq dediyinə əməl etməmişdir. O, cavabdehdən 2014-cü ildə Məmmədli kəndində 0,08 ha torpaq sahəsi alan zaman həmin kənddə torpağın bir sotu 2500 manat idi. Hazırda isə Məmmədli kəndində 1 sot torpağın qiyməti 4500 manatdır. Digər tərəfdən 2015-ci ildə iki dəfə devalvasiya olmuş və nəticədə Azərbaycan manatı ABŞ dolları qarşısında dəyərini iki dəfədən çox itirmişdir. Cavabdeh həmin pulu qaytarmamaqla ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh onu aldadıb 20.000 manat pulunu ələ keçirməylə bağlı etdiyi qanunsuz və cinayətkar hərəkətləri ilə eyni zamanda ən azından ona 25.000(iyirmi beş min) manat məbləğində mənəvi zərər də vurmuşdur. Cavabdeh xx.xx.2014-cü ildə ona ödədiyi 20.000 manat məbləğində pulu xx.xx.2018-ci ildən başlayaraq dəfələrlə tələb etməsinə baxmayaraq indiyə kimi qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Ona görə də cavabdehdən ona torpaq sahəsini almağa görə ödədiyi 20.000 manat məbləğindəki puldan əlavə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulub ödənilməli olan 20.000 manat pulun illik məbləğinin 5%-i xx.xx.2018-ci ildən bu günə kimi, yəni xx.xx.2021-ci ilə kimi olan dövr üçün tutulub ona ödənilməlidir. Cavabdeh onun hesabına ödədiyi həmin pulu qaytarmağı xx.xx.2018-ci ildən bu günə kimi, yəni 3 il 5 ay, başqa sözlə 41 ay gecikdirmişdir. xx.xx.2014-cü il tarixli müqavilə şərtlərini kobud şəkildə pozub 41 ay müddətində dəfələrlə tələb etməsinə baxmayaraq borclu olduğu 20.000 manat məbləğində pulu indiyə kimi qaytarmamışdır. 3 il 5 ay, cəmi 41 ay gecikdirdiyinə görə əlavə olaraq həmin məbləğin illik 5% miqdarını təşkil edən 6833,88 (altı min səkkiz yüz otuz üç manat,səksən səkkiz qəpik) manat pul 20.000 manat x 5% = 100.000 manat :12 ay =83,34 manat (aylıq faiz) x 41 ay (öhdəliyin icra olunmadığı müddət) =6833,88 manat) tutulub ona ödənilməlidir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 20.000 manatla razı olduğunu, ancaq ekspert rəyi ilə və iddia tələbinin qalan hissəsi ilə razı olmadığını bildirdi. O, əlavə olaraq qeyd etdi ki, onun mülkiyyətində olan torpağı 13 nəfərə satmış, həmin 13 nəfərin içində 2 nəfərə 8 sot torpaq satmış, onlardan biri də Gültəkin xanım olmuşdur. O, alqı-satqını tam qanuni həyata keçirmiş, hər şeyi qanunla etmiş, reystr xidmətindən mütəxəsis çağırmış, hər kəsə öz koordinatları vurularaq torpaq sahələri verilmişdir. Bir müddət o, burada olmamış, qayıtdıqdan sonra belə bir mübahisənin olduğundan xəbər tutmuş və orada koordinat dəyişməsi olmasını öyrənmişdir. Reyestr xidmətinin məsuliyyətsiz bir əməkdaşı çertyoju tərsinə çevirən zaman koordinatlar yerini dəyişmişdir. O, Gültəkin xanımın torpağını satmamışdır. Bu problemi onlara törədən kadastr şöbəsindəki əməkdaşdır. O, sonradan araşdırmışdır ki, hamıya eyni sahə verilmədiyinə görə onun sahəsi başqasının sahəsinə, başqasının sahəsi da onun sahəsinə düşmüşdür. O, mütəxəssis çağıraraq orada iddiaçı tərəfin də öz koordinatlarını yerində düzgün vurulmasını xahiş etmiş, amma həmin vaxt Gültəkin xanım mütəxəsisin şəkillərini telefonla çəkməyə başladığından mütəxəsis çıxıb getmişdir. O, həmçinin müqavilədən kənar razılaşmadan 4000 manat pul verdiyini, 20.000 manat qaldığını, polisdə araşdırma aparılarkən onun dediyinin təsdiq tapdığını və cinayət işinin rədd edildiyini, bacısı oğlunun adına torpağı onlara vermək istədiyini, çıxarış olmadığı üçün vaxt lazım olduğunu, sonradan Gültəkin xanımın torpağı istəmədiyini, pulu geri verməsini dediyini, sonra ondan çıxarışlı torpaq istədiklərini dostunun oğlunun adına rəsmiləşdirdiyi torpağı vermək istədiyini, ancaq razılaşmadıqlarını, eyni zamanda öz torpağını satıb vermək istəsə də torpağın satılmadığını, 20000 manatı ödəməyə imtina etmədiyini, ya pulu, ya da torpağı verməyə razı olduğunu bildirdi.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Tapdiq oğlundan İddiaçı xeyrinə ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alınması ilə əlaqədar xx.xx.2014-cü il tarixli AN-1-0456571 saylı "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsi üzrə ödənilmiş 20000 manat, həmin vəsaitə görə hesablanmış 11860 manat istehlak qiymətləri indeksi faizi olmaqla ümumilikdə 31860 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı satsa da, faktiki razılaşdırılmış torpaq sahəsini ona verməmiş, həmin torpaq sahəsinin yerinə verəcəyi torpaq sahəsi onun adına olmamış, daha sonra ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üçün ödənilmiş 20.000 manat vəsaiti İddiaçı Cavabdeh tələb etsə də həmin məbləği qaytarmamışdır.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh alqı-satqı müqaviləsi ilə iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bununla yanaşı, Cavabdeh məhkəmə iclasında və xx.xx.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərarda İddiaçı ona ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin alınması üçün 20.000 manat pul verdiyini və onu qaytarmadığını etiraf etmiş, həmin məbləği iddiaçıya ödəməkdən imtina etməmişdir. Məhkəmə həmçinin inflasiya proseslərini nəzərə almışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 567, 646.1, 442, 445.7 və 449.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 191.3 və 232.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan torpağı 13 nəfərə satmışdır. Həmin 13 nəfərin içində 2 nəfərə 8 sot torpaq satmış, onlardan biri də Gültəkin xanım olmuşdur. O, alqı-satqını tam qanuni həyata keçirmiş, hər şeyi qanunla etmiş, reyestr xidmətindən mütəxəsis çağırmış, hər kəsə öz koordinatları vurularaq torpaq sahələri verilmişdir. Bir müddət o, burada olmamış, qayıtdıqdan sonra belə bir mübahisənin olduğundan xəbər tutmuş və orada koordinat dəyişməsi olmasını öyrənmişdir. Reyestr xidmətinin məsuliyyətsiz bir əməkdaşı çertyoju tərsinə çevirən zaman koordinatlar yerini dəyişmişdir. O, Gültəkin xanımın torpağını satmamışdır. Bu problemi onlara törədən kadastr şöbəsindəki əməkdaşdır. O, sonradan araşdırmışdır ki, hamıya eyni sahə verilmədiyinə görə onun sahəsi başqasının sahəsinə, başqasının sahəsi da onun sahəsinə düşmüşdür. O, mütəxəssis çağıraraq orada iddiaçı tərəfin də öz koordinatlarını yerində düzgün vurulmasını xahiş etmiş, amma həmin vaxt Gültəkin xanım mütəxəssisin şəkillərini telefonla çəkməyə başladığından mütəxəsis çıxıb getmişdir. Cavabdehin Gültəkin xanıma 20.000 manat borcu qalıb. Polisdə araşdırma aparılarkən cavabdehin dediyi təsdiqini tapmış və cinayət işi rədd edilmiş, bacısı oğlunun adına torpağı onlara vermək istəmiş, çıxarış olmadığı üçun vaxt lazım olmuşdur. Sonradan Gültəkin xanım torpağı istəməmiş, pulu geri verməsini demişdir. Sonra ondan çıxarışlı torpaq istəmiş və dostu oğlunun adına rəsmiləşdirdiyi torpağı ona vermək istəmiş, ancaq razılaşmamışlar. Eyni zamanda öz torpağını satıb vermək istəsə də torpağı satılmamışdır. O, 20000 manatı ödəməkdən imtina etmir və ya pulu, ya da torpağı verməyə razıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli rəyinə əsasən, xx.xx.2014-cü il tarixdən (alqı-satqı tarixi)xx.xx.2021-ci il tarixədək (ekspertiza təyini haqqında qərardadın tarixi) İddiaçı ödənilməli 20.000,00 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi 59.3 faizi ilə hesablanmaqla xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyəri 31.860,00 manat (ödənilməli əsas məbləğ 20.000 manat, istehlak qiymətləri indeksi faizi 11.860,00 manat olmaqla) məbləğində müəyyən olunmuşdur. Qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istehlak qiymətləri indeksi faizi 11.860 manat məbləğində müəyyən olunsa da, bu mübahisəli məqam cavabdehin təqsiri və ya səhvi nəticəsində yaranmamışdır. Bu bilavasitə DƏDRX-nin sözügedən torpaq sahəsinə torpaqların koordinatlarının dəqiqləşdirməsindən ötrü dəvət olunmuş mütəxəssisin səhlənkarlığı və səhvi nəticəsində baş vermiş və nəticə etibarı ilə torpaq sahələrinin yerləri qarışmış, anlaşılmazlıq yaranmışdır. Bu anlaşılmazlığı aradan qaldırmaqdan ötrü cavabdehin cəhd göstərməyinə, iddiaçıya ağlabatan və onun mənafeyinə uyğun təkliflər etməyinə baxmayaraq, o cavabdehlə razılaşmamış və bəzən də razılaşaraq müəyyən müddətdən sonra isə öz fikrindən daşınaraq torpaq sahəsi deyil, məhz 20 min manat pulunu geriyə istəməyə başlamışdır. İddiaçının mövqeyindəki belə qeyri-müəyyənlik hamını çaşdırmış və nəticə etibarı ilə belə anlaşılmazlıq yaranmışdır. Məhz istehlak qiymətləri indeksi faizi olan 11.860 manat cavabdehin səhvi nəticəsində deyil, mütəxəssisin səhvi və səhlənkarlığı və iddiaçının mövqesizliyi, vahid pul və ya torpaq sahəsi istəməməsi, fikirlərində dəqiq olmaması ilə əlaqədar zaman vahidinin uzanması nəticəsində əmələ gəlmişdir. Məsələnin belə olduğu təqdirdə həmin məbləğin cavabdeh tərəfdən iddiaçıya ödənilməli olmasının qeyd olunması ədalətsizlik, məntiqsizlikdir. Ona görə də sözügedən qətnaməni qanuni, ədalətli və əsaslı hesab etmək olmaz, çünki işin birinci instansiya məhkəməsində baxışı zamanı onun gətirdiyi dəlillərinin heç biri nəzərə alınmamış və onun heç bir kəsi qətiyyən aldatmaq, kiminsə hansı məbləğdə pulunu mənimsəmək, ona torpaq sahəsi verməmək niyyət və məqsədi olmamışdır. Lakin işə baxıb xx.xx.2022-ci il tarixli qətnaməni çıxarmış Nizami rayon məhkəməsi bu məsələlərin heç birini araşdırmamış və çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsi ilə cavabdehin hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozmuşdur
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, İ.Şirinov və H.Həmidov) 2(103)-5417/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Kollegiya qeyd etmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı satsa da, faktiki razılaşdırılmış torpaq sahəsini ona verməmiş, həmin torpaq sahəsinin yerinə verəcəyi torpaq sahəsi onun adına olmamış, daha sonra ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üçün ödənilmiş 20.000 manat vəsaiti İddiaçı Cavabdeh tələb etsə də həmin məbləği qaytarmamışdır.
15. Kollegiya həmçinin qeyd etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi ilə iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bununla yanaşı, kollegiya vurğulayır ki, Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsində verdiyi izahatında və xx.xx.2019-cu il tarixli “cinayət işi başlamasının rədd edilməsi” haqqında Qərarda İddiaçı ona ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin alınması üçün 20.000 manat pul verdiyini və onu qaytarmadığını etiraf etmiş, həmin məbləği iddiaçıya ödəməkdən imtina etməmişdir.
16. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermşdir. Kassasiya instasiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov sədrlik edən və məruzəçi, İ.Şəfiyev və V.Həsənov) 2(102)-179/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5417/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 421, 424.4, 424.5-ci maddələrinin tələblərini pozaraq, iddiaçının 0,08 ha torpaq sahəsinə dair cavabdehlə aralarında notarial qaydada bağlanmış 21 sentyabr 2014-cü il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsini tələb etmədən, həmin müqavilənin bağlanmasından 7 il sonra ləğv edilməmiş müqavilənin nəticəsində ona zərərin dəydiyini iddia etməsinə və həmin zərərin əvəzinin ödənilməsini cavabdehdən geri tələb etməsinə, halbuki, tərəflərdən birinin tələbi ilə müqavilənin yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilməsinə əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmışdır.
19. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçının iddianı qismən qəbul edərək mübahisəli torpaq sahəsinə görə cavabdehdən aldığı 24.000 manat pulu ona könüllü qaytarmağa razı olması, sözügedən alqı-satqı müqaviləsinin müvafiq surətdə ləğv edilmiş sayılması üçün əsas ola bilməz.
20. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi, habelə mübahisəli 0,08 ha torpaq sahəsində dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyat qüvvədə olduğu halda, ləğv edilməmiş həmin müqavilənin nəticələrinə istinad etməklə iddiaçının cavabdehdən hər hansı zərərin əvəzinin ödənilməsini tələb etməsi qanuni sayıla bilməz. Belə olan halda sözügedən müqavilə tərəflərin qarşılıqlı razılaşması ilə eyni formadan müqavilə bağlanmaqla ləğv edilməli idi və yalnız bundan sonra həmin müqavilənin ləğvinə onu tərəflərdən birinin, yəni cavabdehin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf kimi iddiaçı müqavilənin ləğv edilməsi nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsini cavabdehdən geri tələb edə bilərdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 18 aprel 2022-ci il tarixində çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməlidir. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh mülkiyyətində 1 ha –dan torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini Cavabdeh 7-8 nəfər adamla müvafiq qiymətlərlə razılaşdıraraq satmışdır. Həmin adamlardan biri də İddiaçıdır. İddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsi hazırda ləğv edilməyib, qüvvədədir. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra dövlət reyestri xidmətindən qeydiyyatdan keçməklə vətəndaşın adına çıxarış alınmışdır. Həmin çıxarışın reyestr qeydiyyatı ləğv olunmamışdır. İddiaçı ilə bağlanmış müqavilədə hüquqlarını müdafiə etdiyi şəxs öz üzərinə düşən öhdəlikləri icra etmişdir. İddiaçı isə ondan həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi əsası ilə tələbdə göstərilmiş məbləği tələb edir. Bu absurd bir məsələdir. Belə olan halda müqavilə ləğv olunmalı, torpaq sahəsini qaytarılmalı, daha sonra həmin məsələ qaldırılmalı idi. İddiaçı torpaq sahəsi qaytarmaq deyil yalnız pulunu geri istəyir. İş üzrə 21 sentyabr 2014-cü il tarixli torpağın alğı-satqısına dair müqavilə qüvvədə olduğu halda, eləcə də 2014-cü il tarixli çıxarış qüvvədə olduğu halda müəyyən pul məbləğinin tələb olunması əsassızdır. Alğı-satqı müqaviləsində göstərilən ölçülərdə torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi daş divarla hasara alınmışdır 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini və iddia tələbini müdafiə etdyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasnı xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdeh 2018-ci ildə torpaq sahəsini üçüncü bir şəxsə satmışdır. Polisə müraciət edib. Cavabdeh polis idarəsində bildirib ki, ya onu razı salacaq, ya da pulu geri qaytaracaqdır. Cavabdeh torpaq sahəsini başqa şəxsə satanda onun torpaq sahəsini almamış, sadəcə onu həmin torpaq sahəsindən çıxaran zaman kadastra gedərək ölçdürəndə onun sahəsinə daxil olmuşdur. O, öz pulunu geri istəyir. Torpaq sahəsinin çıxarışı hal-hazırda qüvvədədir. Pul verildiyi halda torpaq sahəsini qaytarmağa razıdır.Torpaq sahəsinə daxil olan həmin o üçüncü şəxs torpaq sahəsindən çıxmır, bildirir ki, torpaq sahəsi kadastrda onun adına qeydiyyatdadır. O, cavabdehlə heç bir barışığa gəlmək istəmir, cavabdeh pulunu geri qaytardığı halda o, notariat kontoruna gedərək torpaq sahəsini geri qaytarar. Pul geri qaytarılmadığı halda torpaq sahəsini cavabdehə qaytarmaz çünki ona inanmır.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. 139-1.1 və 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqedilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 24.140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 27.148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 28.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
31. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 38.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 39.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 41.Belə ki, işin mübahisələndirilməyən hallarına görə, 15 may 2014-cü il tarixli Çıxarışa əsasən ünvan 1ində yerləşən, ümumi sahəsi 1.0163 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 21 sentyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh həmin torpaq sahəsinin 0.08 ha hissəsini 5.200 manata iddiaçıya satıb. 22 noyabr 2014-cü il tarixli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və bu gün də həmin qeydiyyat qüvvədədir. 42.Göründüyü kimi mübahisəli torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alındığı və həmin müqavilə, habelə torpaq sahəsinə dair onun adına aparılmış reyestrdəki qeyd ləğv edilmədiyi halda, iddiaçı həmin müqavilə üzrə cavabdehə ödədiyi 20.000 manat pulu və bununla əlaqədar ona dəymiş zərəri tələb edir. 43.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 44.Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. 45.Mülki Məcəllənin 421.3-cü maddəsinin mənasına görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 46.Nəzərə alınmalıdır ki, “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin düzgün icra edilməməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Belə ki, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkündür. 47.İş materiallarından göründüyü kimi, iddiaçı 0,08 ha torpaq sahəsinə dair cavabdehlə aralarında notarial qaydada bağlanmış 21 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmədən, həmin müqavilənin nəticəsində ona zərər dəydiyini iddia edərək bu zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Halbuki, tərəflərdən birinin tələbi ilə müqavilədən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda imtina edilə bilər və bu müqaviləyə xitam verilməsi tələb edilə bilər. Mülki Məcəllədə və ya tərəflərin qarşılıqlı razılaşmasında başqa qayda nəzərdə tutulmadığı halda tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 48.O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllədə və ya müqavilədə başqa qayda nəzərdə tutulmadıqda tərəflərin razılaşması ilə həyata keçirilir. Yuxarıda göstərilən maddələrdə nəzərdə tutulduğu kimi müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma Mülki Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən başqa qayda irəli gəlmirsə dəyişdirilməli və ya ləğv edilməli müqavilə ilə eyni formada bağlanır. 49.Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının, sözügedən alqı-satqı müqaviləsi, habelə mübahisəli 0,08 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydiyyat qüvvədə olduğu halda, ləğv edilməmiş həmin müqavilənin nəticələrinə istinad etməklə cavabdehdən hər hansı zərərin əvəzinin ödənilməsini tələb etməsi qanuni sayıla bilməz. Belə olan halda sözügedən müqavilə tərəflərin qarşılıqlı razılaşması ilə eyni formada müqavilə bağlanmaqla ləğv edilməli idi və yalnız bundan sonra tərəflərdən birinin, hazırki halda cavabdehin müqavilənin əhəmiyyətli dərəcədə pozulmasında və müqavilənin xitam verilməsində təqsiri müəyyən edildiyi təqdirdə, iddiaçının ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməsinə dair hüququnun yaranması mümkündür ki, bu hüquq müqaviləyə xitam verildiyi halda da aradan qalxmır. 50.Belə ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. 51.Hazırki işdən qeyd olunan halların baş verməsini müəyyən etmək mümkün deyil və iddianın cavabdeh tərəfindən qismən etiraf edilməsi də qanuna zidd olub. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirmədən, həm mübahisəli 0,08 ha torpaq sahəsini iddiaçının mülkiyyətində saxlamaqla, həm də ləğv edilməmiş müqavilənin nəticəsi olaraq cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzinə görə 31.860 manat pul tutmaqla ziddiyyətli nəticəyə gəlib. Beləliklə də işin yuxarıda göstərilən hallara görə birinci instansiya məhkəməsinin mübahisənin həlli ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmaq olmaz.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Raqib Qurbanov Elşən Kazımov