Məhkəmə qərarları › İş №2(102)-1791/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1791/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1791/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli, 2(103)-7223/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi X3 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(006)-5476/2017 s aylı qətnaməsi ilə (sədrlik edən, hakim A.İ.Paşayev) İddiaçı cavabdehlər “xxxx”xxxx“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli, 2(103)-11270/2017 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və V.T.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, 17 dekabr 2012-ci il ta rixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin 34-cü mənzili üzərindəki ipotekaya xitam verilmiş və qətnamə ipotekaya dair qeydin ləğv edilməsi üçün əsas hesab edilmişdir. Cavabdeh təşkilat və vəkili Elyar Həsənov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2018-ci il tarixli, 2(102)-2365/2018 saylı qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2017-ci id tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli, 2(103)-7223/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, S.F.Hacıyev və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 avqust 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, tərəflər arasında bağlanmış 24 iyun 2011-ci il tarixli ipoteka müqaviləsinə, 17 dekabr 2012-ci il tarixli əlavə üzrə ipotekaya (ipoteka predmeti- Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 34) xitam verilmiş, ipoteka ilə yüklülüyə dair daşınmaz əmlakın dövlət reyestrdən çıxarış ləğv edilməklə, həmin daşınmaz əmlak yüklülükdən azad edilmişdir. Cavabdeh təşkilat və vəkili Elyar Həsənov qətnamədən kassasiya şikayəti ve rmişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxbank” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən kredit almış və kreditin təminatı kimi mənzilini ipoteka qoymuşdur. Kredit borcu ödənilmədiyinə görə bank məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli qətnaməsi ilə 13.606,97 manat pulun tutulması və tutmanın ipoteka qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin, 34-cü mənzilinə yönəldilməsi qət edilmişdir. Bundan sonra məhkəmə qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmiş və mənzil 45.000 manat qiymətləndirilməklə satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin 30 oktyabr 2014-cü il tarixli məktubuna əsasən hərraca çıxarılmışdır. Hərracın kecirilməsinə dair 11 noyabr 2014-cü il tarixli bildirişdən görünür ki, ilkin satış qiyməti 45.000 manat olmaqla mənzilin açıq hərracdan satılması qeyd olunmuş və hərracın keçirilməsinə dair qəzetdə elan verilmiş və poçt vasitəsilə bildirişlər göndərilmişdir. Birinci hərrac baş tutmadığından Hərrac Mərkəzi 26 yanvar 2015-ci il tarixində təkrar hərracın keçirilməsinə dair 23 dekabr 2014-cü il tarixli bildiriş göndərmişdir. 26 yanvar 2015-ci il tarixində keçiriləcək hərrac barədə Hərrac Mərkəzi tərəflərə poçt vasitəsilə rəsmi məlumat vermişdir. Lakin bank həmin mənzili 26 fevral 2015-ci il tarixəd ək almadığından icra sənədi geri qaytarılmışdır. Belə olan halda sonuncu hərracın keçirilməsindən 30 gün müddətində bank həmin mənzili öz mülkiyyətinə keçirməli idi. Lakin, bank indiyə qədər hərracın yekunları haqqında protokolu imzalamamış, mənzili almamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı nümayəndəsi Faiq Babayev məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı, cavabdehlər “xxxx”xxxx“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, idd ia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxararkən, ipoteka saxlayan “xxxx” BOKT ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmeti olan mənzili əldə etməməsinə və ipotekaya xitam verilməsi üçün faktiki və hüquqi əsasların olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 43.1, 43.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tə tbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı “xxxxbank” ASC-nin xeyrinə 17 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 12.910,33 manat əsas, 696,64 manat faiz, cəmi 13.606,97 manat kredit borcunun tutulması, eləcə də tutmanın İddiaçı məxsus olan və ipoteka qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin 34-cü mənzilinə yönəldilməsi, həmin mənzilin ekspert rəyinə əsasən 45.000 ma nat qiymətləndirilməsi və açıq hərracdan satılaraq tələb olunan borcun ödənilməsi və ipoteka predmeti olan həmin mənzildən İddiaçı çıxarılaraq mənzilin boşaldılmasının qət edilməsi, ipoteka predmetinin iki dəfə hərraca (ilkin hərrac- 15 dekabr 2014-cü il, təkrar hərrac 26 yanvar 2015-ci il tarixdə keçirilmiş) çıxarılması, lakin alıcı olmadağından hərracın baş tutmaması, sonradan həmin ipoteka qoyulmuş mənzilə dair yenidən hərracın təşkil edilməsi, lakin alıcı olmadağından hər iki hərracın baş tutmaması işin mübahisəsiz hallarıdır. İddiaçının tələbinə görə, ipoteka predmeti olan mənzil məhkəmə qərarının icrası ilə bağlı açıq hərraca çıxarılsa da, alıcı olmadağından hərracın baş tutmamış, bundan sonra isə tələbkar “xxxxbank” ASC qanunla müəyyən olunmuş müddət ərzində əmlakı əldə etməmişdir. Belə olan halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə görə ipotekaya xitam verilmiş sayılır. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən, iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsini, yəni iddiaçı tərəfindən 26 yanvar 2015-ci il tarixindən sonra ipoteka saxlayan bank tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 30 gün müddətində, yəni 26 fevral 2015-ci il tarixinədək ipoteka predmetinin alınmamasını, 2017-ci ildə yenidən hərracların keçirilməsini təsdiq edən hər hansı sübutu təqdim etməməsini göstərmişdir. Halbuki, ipoteka predimetinin bank (tələbkar) tərəfindən əldə olunmaması, eyni zamanda 2017-ci ildə yeni hərracın keçirilməsi işin mübahisəsiz hallarıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hər racın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42 və 43-cü maddələri ilə tənzimlən ir. Həmin Qanunun 43.1-ci maddəsinə görə, hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətlə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tər əfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmam ış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə birinci instansiya məhkəməsi ipotekaya xitam verməməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, ipoteka saxlayan “xxxx” BOKT ASC təkrar hərrac baş tutmamış el an edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş və nəticə də icra sənədləri hərrac təşkilatçısı tərəfindən sifarişçi icra şöbəsinə geri qaytarılmışdır. Lakin buna baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmadığı halda, yenidən 2017-ci ildə ipoteka predmeti olan mənzil hərraca çıxarılmış və bu dəfə də satılmamış və icra sənədləri hərrac təşkilatçısı tərəfindən təkrar sifarişçi icra şöbəsinə geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ötən müddəti nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, işə əlavə edilmiş sənədlərdən tələbkar “xxxx” BOKT ASC-nin keçirilən ilkin və təkrar hərraclardan məlumatlı olması açıq-aşkar görünür. Belə ki, işə əlavə edilmiş bildirişlərdən, məktublardan və s. sənədlərdən gör ünür ki, hərrac təşkilatçısı hərraclarla bağlı maraqlı tərəflərə, eləcə də tələbkar “xxxx” BOKT ASC müvafiq məlumatlar vermişdir. Bundan başqa işdə olan çoxsaylı “kuryer xidmətləri üçün mədaxil qəbzinin talon”larının surətlərindən də görünür ki, hərraclarla bağlı tələbkar ona göndərilmiş müvafiq sənədləri rəsmi qaydada almışdır. Eyni zamanda, işdə olan Mərkəzi Bankın iddiaçıya göndərdiyi 12 mart 2015-ci il tarixli məktubdan görünür ki, tələkar “xxxx” BOKT ASC-nin ipoteka predmetinə görə hərracın keçirilməsindən məlumatlı olmuşdur və sonuncu bununəksinitəsdiqedənhərhansısübutları məhkəməyətəqdimedəbilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməs i 2014-cü ildən keçən uzun müddət ərzində keçirilmiş ilkin və təkrar hərraclardan (hətta, 2017-ci ildə qanunsuz olaraq keçirilmiş hərracı da nəzərə alsaq), eləcə də təkrar hərracın baş tutmamış elan edilməsindən məlumatsız olması anlaşılan və ağlabatan deyil və tələbkar “xxxx” BOKT ASC-nin nümayəndəsinin bu müddət ərzində ipoteka predmeti olan mənzili nəyə görə tələbkar “xxxx” BOKT ASC-nin əldə etməməsini izah edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7 və 43.8-ci maddələrinin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, ipoteka saxlayan “xxxx” BOKT ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmeti olan mənzili əldə etmədiyindən, həmin mənzilin yüklülüyünə dair ipotekaya xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayana ipoteka predmetini əldə etmək üçün hər hansı xüsusi təklifin verilməsini nəzərdə tutmamışdır. Təkrar hərrac baş tutmamış elan edilməsi ilə ipoteka saxlayan hər hansı təklif və ya məlumat gözləmədən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməlidir. Əks halda, ipotekaya xitam verilir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. “İpoteka haqqında” Azərbayca n Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli qərarında da qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qanunvericiliyin tələbinə əsasən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Çünki, bu hal məhz ipotekaya xitam verilməsi üçün qanuni əsas hesab edilir. İddia ərizəsinin mahiyyətindən və iddiaçı tərəfin izahatından aydın olur ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini tələb etmiş, lakin yanlışlıqla ipoteka müqaviləsinə xitam verilməsini qeyd etmişdir. Halbuki, ipoteka müqaviləsinə xitam verilməsi ilə ipotekaya xitam verilməsi hüquqi baxımdan fərqli anlayışlar olmaqla, müxtəlif tənzimetmə qaydasına malikdirlər. Hazırki mübahisənin mahiyyətindən ta m aydındır ki, məsələ ipotekaya xitam verilməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi X3 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli, 2(103)-7223/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar