Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1792/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (X21, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X39 İdarəsi və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-570/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X22 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/114435 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır;
3. X22 əri X23 21 aprel 2000-ci ildə, özü 20 iyul 2001-ci ildə vəfat etmişdir;
4. X7 ünvan ünvanladığı xx.xx.2001-ci il tarixli ərizəyə əsasən, xx.xx.2001-ci il tarixdə vəfat etmiş anasından miras qalmış Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzildən ona düşən vərəsəlik payından X2 xeyrinə imtina etmiş, gələcəkdə bu barədə iddia qaldırmayacaqdır;
5. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X22 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzildə yaşayan qızı X10r. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 43,60 kv.m, ümumi sahəsi 69,5 kv.m olan 18 saylı mənzildir;
6. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünya tzadə küçəsi, ev 1a, 18 saylı mənzil X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/26054 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır;
7. X16 ilə X21 arasında xx.xx.2002-ci il tarixdə notarial qaydada bağlanmış 143132 saylı müqaviləyə əsasən, X16 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X1;
8. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X22 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızı X10r. Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabındakı məbləğdən ibarətdir;
9. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 21.4.2000-ci il tarixdə vəfat etmiş X13 vərəsələri Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızları X16 (1/2 hissə) və X11r (1/2 hissə). Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı məbləğdən ibarətdir;
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cə məhəllə küçəsi, 14 saylı evin 28,45 kv.m yaşayış sahəsində ibarət 2 (iki) otaqlı 2 saylı mənzili X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/4903 nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır; 11. xx.xx.2021-ci il tar ixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X16 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, 14 saylı evin 2 saylı mənzilini bacısı qızı Cavabdeh4 bağışlamışdır. Həmin müqavilə Cavabdeh2 (X8 əvəzinə) tərəfindən imzalanmışdır;
12. X16 14 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir;
13. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X21 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 1A, 18 saylı mənzili X4; 14. “MERCEDES BENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 117.2015-ci il tarixdə X8 mülkiyyətində olmuş, xx.xx.2021-ci ildə özgəninkiləşdirilmişdir;
15. Etibar edən X26 4.8.2014-cü il tarixdə “MERCEDES BENZ C180” minik markalı, **BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat v asitəsi ilə bağlı xx.xx.2015-ci il tarixədək Cavabdeh3 etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı X18 cavabdehlər Bakı şəhərı 8 saylı Notarıat Ofisinə, Cavabdeh2, X14 və Cavabdeh4 Eldənız qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli, 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, habelə bacısı X16 ruhi xəstəlikdən əziyyət çəkdiyindən onun adından Cavabdeh2 verilmiş ƏN-İ № 854590 seriya nömrəli, xx.xx.2020-ci il tarixli (qeyri-iş günü tarixli) etibarnamənin, həmin etibarnamə əsasında X8 ad ından (Cavabdeh2 tərəfindən) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, habelə X2 adında olmuş "Mercedes Benz C180" minik markalı, **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamənin, bağışlama, alqı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlakların hüquqi vəziyyətinin əvvəlki vəziyyətinə qaytarılması, həmin miras qalmış daşınar və daşınmaz əmlaklar, pul vəsaitlərinin mülki qanunvericiliyə müvafiq olaraq vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. X15 vəfat etdikdən sonra onun Rusiya Federasiyasında daimi yaşamağından sui-istifadə olunaraq ondan xəbərsiz cavabdeh 8 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X15nın mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X2 mülkiyyətinə keçmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X2 xəstəliyindən sui-istifadə edərək həmin mənzili cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə1/12 reyestr nömrəli 19.1.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. Həmçinin cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X15nın adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı pul vəsaiti və mərhum atası X13 adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablardakı pul vəsaiti bacıları X16 və X19 tərəfindən miras olaraq qəbul edilmişdir. Hazırkı iddia ərizəsinə qoşma edilmiş notariat işlərindən görünür ki, cavabdeh 8 sa ylı Notariat Ofisi vərəsəlik işinin açılması barədə onu qəsdən xəbərdar etməmiş və nəticə etibarı ilə o, mərhum X15ndan və atası X12 miras qalmış daşınmaz əmlakdakı və pul vəsaitlərindəki miras payından məhrum olmuşdur. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh 8 saylı Notariat Ofisi ilə qeyri prosessual münasibətlər quraraq notariusu ələ almış, həmin Notariat Ofisində ruhi xəstəlikdən əziyyət çəkən mərhum X2 adından Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli (qeyri iş günü) ümumi etibarnamənin alınmasına nail olmuşlar və həmin etibarnamə əsasında Cavabdeh2 mərhum X2 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilini həmin Notariat Ofisində bağlanmış 7.1.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında qardaşı qızı olan, digər Cavabdeh3 qızı Cavabdeh4 bağışlamışdır. Bununla yanaşı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X2 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12.1.2021-ci il tarixdə, yəni bacısının ölümündən iki gün əvvəl alqı-satqı müqaviləsi əsasında digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. X2 adından Cavabdeh2 xx.xx.2020-ci il tarixli (qeyri-iş günü) etibarnamənin onun ölümündən 14 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində verildiyi, mərhum X2 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində 7.1.2021-ci il tarixdə Cavabdeh3 qızı Cavabdeh4 bağışlandığı, habelə X2 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun ölümündən 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə X5 xeyrinə özgəninkiləşdirildiyi görünür. Həmçinin, mərhum X2 adında olmuş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzili onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində 7.1.2021-ci il tarixində Cavabdeh3 qızı Cavabdeh4 bağışlanıldığı dövrdə Azərbaycan Respublikasında "Covid-19" pandemiyası ilə əlaqədar qapanmalara görə hər bir dövlət orqanının, xüsusilə də notariusların fəaliyyəti dayandırılmışdır. Məhz cavabdehlərin qabaqcadan düşünülmüş planı üzrə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X2 mülkiyyətinə keçmiş, sonuncunun ruhi xəstə olmasından istifadə olunaraq həmin mənzil cavabdehlərin düşünülmüş planları üzrə cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş, habelə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X15nın adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı və mərhum atası X13 adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı pul vəsaitləri bacıları X16 və X19 tərəfindən m iras olaraq qəbul edilməklə o, mərhum X15ndan, atası X12 və ruhi xətəlikdən əziyyət çəkən mərhum bacısı X6 qanun üzrə vərəsəlik qaydasında 1-ci və 2-ci növbə üzrə miras payından məhrum olmuşdur.
18. Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmişdir, Rusiya vətəndaşıdır, atası, anası və bacıları ilə heç vaxt maraqlanmamış, qayğılarına qalmamışdır. İddiaçı dəfələrlə Bakıya gəlibgetmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur, valideynlərinin mirasının bacısı Sevincə qaldığından da xəbəri olmuşdur. Belə ki, 2004-cü ildə hətta bacıları iddiaçıya toy etmişlər. Birinci mənzillə bağlı qeyd edir ki, həmin mənzil 2002-ci ildə satılmışdır, həmin vaxt onun bu ailə ilə heç bir əlaqəsi olmamış, mərhum Samirə ilə 2004 cü ildə ailə qurmuşdur. 2012-ci ildə əmanət kitabçaları ilə bağlı vərəsəlik işində də iştirak etməmiş, həmin vərəsəlik işi barədə məlumatı olmamışdır. İddiaçı isə bütün bunları bilmiş, lakin nə mirasın qəbulu, nə də qəbul müddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Sevincin isə heç bir ruhi xəstəliyi olmamışdır, savadlı və təhsilli insan olmaqla vəfatına qədər DSMF-nin Qaradağ rayon şöbəsində işləmişdir, sadəcə son dövrdə qan azlığı xəstəliyindən əziyyət çəkmişdir. Sevinc öz sağlığında əmlaklarına dair notarial qaydada sərəncam vermişdir. Belə ki, Sevinc öz mənzilini öz arzusu ilə bacısı qızı Nigara bağışlamışdır, onlar birlikdə yaşamışlar. Sevinc bütün hərəkətləri notarial qaydada etmişdir. Onun şüurlu olduğunu notarius da yoxlamışdır. 31 dekabr 2020-ci il həftənin dördüncü günü olmuş, həmin vaxt notariat kontoru işləmiş və Sevinc notariusun iştirakı ilə etibarnamə vermişdir. Bundan əlavə, sözügedən avtomobili 2014-cü ildə öz gəliri ilə əldə etmiş, lakin Bakı qeydiyyatı olmadığına görə həmin vaxt dostunun adına almış, 2015-ci ildə isə Bakı qeydiyyatına görə Sevincin adına keçirmiş, etibarnamə ilə özü idarə etmiş və həmin etibarnamə əsasında 12.1.2021-ci il tarixdə digər şəxsin adına özgəninkiləşdirmişdir.
19. Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. O, digər cavabdeh Eldənizin bacısıdır. X16 ilə birlikdə yaşamış, Sevincin bacısı qızı Nigara və Nigarın lal-kar olan kiçik qardaşına baxmışdır. Sevinc ruhi xəstə olmamış, savadlı insan olmuş, vəfat edənə kimi pensiya fondunda işləmişdir. Sevincin öz ailəsi olmamış, daim özü də birgə yaşadıqları mənzili bacısı uşaqlarına bağışlamaq istədiyini bildirmişdir. 2020-ci ilin sonlarına yaxın Sevincdə qan azlığı xəstəliyi olmuş, səhhəti ilə bağlı ona etibarnamə vermiş və mənzili Nigara bağışlamağı tapşırmışdır. Sevinc özü notariat kontoruna getmiş və ona notarial qaydada etibarnamə vermiş, o da Sevincin sağlığında bağışlamanı həyata keçirmişdir. Heç bir qanunsuz hərəkət etməmişdir, vərəsəlik işləri ilə bağlı isə onun məlumatı olmamışdır. İddiaçı isə bütün bunları bilmiş, nə mirasın qəbulu, nə də qəbul müddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Bir daha qeyd edir ki, mənzili Sevincin öz arzusu ilə verdiyi etibarnaməyə əsasən Sevincin bacısı qızı Nigara bağışlamışdır.
20. Cavabdeh4 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, anası Samirə və xalası Sevinc iddiaçının onlarla, habelə valideynləri ilə heç vaxt maraqlanmadığını, valideynləri vəfat edəndə də hər hansı köməklik göstərmədiyini demişlər. O, iddiaçını bir dayı kimi heç vaxt görməmişdir. Anası, xalası vəfat edəndə də iddiaçı onlara heç bir köməklik etməmişdir. Vərəsəlik işləri ilə bağlı onun məlumatı olmamışdır, iddiaçı isə bütün bunları bilmiş, nə mirasın qəbulu, nə də qəbul müddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Anası Samirə 2015-ci ildə vəfat edəndən sonra onlar xalası Sevinclə birlikdə yaşamışlar. Xalası Sevinc özü birgə yaşadıqları mənzili ona və ağır xəstə olan kiçik qardaşına verəcəyini daimi olaraq sağlığında demişdir. Xalası Sevinc anası ilə birlikdə pensiya fondunda işləmiş, onun hər hansı əqli və ruhi xəstəliyi olmamışdır. X3 digər Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnaməyə münasibətdə bildirmək istəyir ki, həmin tarixdə Notariat Ofisi işləyirdi və notariusun özü şəxsən xalasının əqli cəhətdən sağlam olub-olmadığını yoxlamışdır. Bundan əlavə, xalası Sevinc qan azlığı xəstəliyindən əziyyət çəkdiyindən və tez-tez ayaqları tutulduğundan sənəd işlərinin davam etdirilməsi üçün Cavabdeh2 etibarnamə vermiş, mənzili öz istəyi ilə ona bağışlamışdır.
21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 15.9.2023-cü il tarixli məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 1A, 18 saylı mənzili 2002-ci ildə təqribən 6500 ABŞ dolları verərək X6 almışdır. Həmin ailəni tanımır, mənzili ev alqısatqısı ilə məşğul olan şəxsin vasitəsilə tapmışdır. 2006-cı ildə isə mənzili başqa bir şəxsə satmışdır. Tərəflər arasında hər hansı mübahisədən və vərəsəlik işlərindən xəbəri olmamışdır.
22. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 sentyabr 2023-cü il tarixli 2(002)- 1795/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) iddia təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların hüquqi nəticələrinin etibarsızlığı tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbu l etməmişdir. Həmçinin iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Halbuki, Dövlət Sərhəd Xidmətinin arayışından iddiaçının həmin illərdən sonra dəfələrlə ölkəyə gəlib getdiyi aydın olur. Ona görə də iddiaçı tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, göstərilən hissədə iddia tələbi əsassız hesab olunmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, həmin əqdlər Sevinc Həsənovanın sağlığında onun tərəfindən notarial qaydada verilmiş etibarnamələr əsasında həyata keçirilmiş, bu zaman onun fəaliyyət qabiliyyətinin mövcudluğu notarius tərəfindən yoxlanılmışdır. Digər tərəfdən, Sevinc Həsənovanın ruhi xəstəliyi ilə bağlı iddiaçı tərəfin dəlili barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə həmin dəlil 19 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən verilmiş 165 saylı xx.xx.2020-ci il tarixli çıxarış və şahidlər A.Babayev, M.Musayeva, S.Teymurovanın ifadələri ilə təkzib edilmişdir. Eyni zamanda, qanunvericilikdə notariat ofisinin qeyri-iş günləri işləməsini və müvafiq xidməti göstərməsini qadağanedici hüquq norması mövcud deyildir. Ona görə də qeyd olunan əqdlə rin etibarsızlığı üçün hər hansı hüquqi əsasın mövcudluğu müəyyən edimədiyindən, iddia tələbi bu hissədə də əsassız hesab olunaraq təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.1, 325.3, 334.2, 337.1, 390.1, 407.2, 1133., 1133.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1273.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 35-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə məhkəmə dən iş üçün mühüm əhəmiyyətli kəsb edən və vəkil sorğusu əsasında əldə edə bilmədiyi X8 psixi xəstəlikdən əziyyət çəkməsinə dair müvafiq tibbi sənədlərin sonuncunun müalicə aldığı 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsindən və 3 saylı şəhər Klinik Xəstəxanasından götürülməsi haqqında vəsatət qaldırsa da məhkəmə hər dəfə müəyyən bəhanələr gətirərək həmin vəsatətlərinə münasibət bildirməmiş, bununla bağlı qətnamədə də heç bir qeyd aparılmamışdır. Buna səbəb hər dəfə həmin vəsatət ilə məhkəməyə müraciət edəndə məhkəmə iclasına sədrlik edənin müəyyən jestlərlə məhkəmə iclas katibinə işarə edib məhkəmə iclasının audio və video yazısını dayandırıb vəsatətinə münasibət bildirirdi. Buna görə də, həmin vəsatətləri və onlar məhkəmənin münasibət bildirilməsi dəfələrlə tələb etməsin ə baxmayaraq məhkəmə iclas protokolundan kənarda qalırdı. Həmçinin, məhkəmə iclasında dəfələrlə cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə mülki işə baxılmasını tələb etsə də, məhkəmə həmişəki qaydada həmin vəsatətlərini heç bir əsas gətirmədən yalnız, cavabdehin onun iştirakı olmadan mülki işə baxılması haqqında məktubuna istinad edərək vəsatətlərini təmin etməmişdir. Baxmayaraq ki, bütün saxtakarlıqlar, yəni iddia tələbinin əsas özəyini təşkil edən bütün qanunsuzluqlar cavabdeh 8 saylı notariat ofisində baş tutmuş, lakin həmin yol verilmiş qanunsuzluqlarla bağlı cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsi məhkəmədə qəsdən dindirilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan və etibarsız hesab edilməsi tələb olunan vərəsəlik şəhadətnamələri və etibarnamənin verilmə si ilə bağlı yol verilən bütün qanunsuz notariat hərəkətləri adı çəkilən cavabdeh 8 saylı notariat ofisində rəsmiləşdirilmiş, məhkəmə isə heç bir əsas gətirmədən həmin qanunsuz hərəkətlərin guya notariat ofisi tərəfindən yoxlanıldığına istinad etmişdir. Hazırkı mülki iş üzrə iddiaçı tərəf olaraq ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququ birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozularaq iddiaçı tərəf olaraq tələb etdiyi Sevinc Həsənovanın qeyd olunan notariat hərəkətlərinin aparıldığı dövrdə həqiqətən də heç bir xəstəlikdən əziyyət çəkmədiyi, psixi pozuntusunun olmadığı sübuta yetirilməmişdir. Baxmayaraq ki, həmin faktın yəni Sevinc Həsənovanın göstərilən notariat hərəkətlərinin aparıldığı vaxtda psixi xəstəlikdən əziyyət çəkdiyini, yəni anlaqsız vəziyyətdə olması fakt ını təsdiq edəcək tibbi sənədlərin 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsindən və 3 saylı şəhər Klinik Xəstəxanasından götürülməsi haqqında dəfələrlə məhkəmə qarşısında vəsatət verilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-570/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Məmmədova - sədrlik edən və məruzəçi, E.İddiaçı və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamə, bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi” barədə iddia tələbi qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslara görə təmin edilməmiş, qətnamə qalan, yəni avtomaşına dair hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, qətnamə düzgün əsaslandırmamışdır.
29. Məhkəmə kollegiyası belə olan halda hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən bu hissədə ləğv edilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublika sı Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin 70-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə uyğun hesab edilə bilməz.
31. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin, qeyd etmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrində n kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.
32. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
33. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
34. Vurğulanmışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
35. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.
36. Halbuki Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
37. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
38. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
39. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
40. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
41. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir.
42. Gös tərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir.
43. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
44. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin ic raatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
45. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə yanaşı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulamışdır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
46. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mü tənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə uyğun hesab edilə bilməz.
47. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası, yəni, ev və əmanət kitabçalarında olan vəsaiti qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirasları nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir.
48. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək qeyd etmişdir ki, hazırda mirasın qəbul etmək üçün müddət müəyyən edilmədiyindən, iddiaçının bu miras əmlakları qəbul etməsi faktı tanınmalıdır.
49. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, həmin halın mövcudluğu iddia tələbinin qeyd edilən miras əmlaklar, yəni ev və əmanət kitabçasında olan vəsaitlər hissəsində əsaslı olması və təmin edilməsi anlamına gəlmir.
50. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən yanaşıldıqda iddiaçının miras əmlakı qəbul etməsi faktı tanınmalı olmasına baxmayaraq iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirmək üçün 2 aylıq müddəti ötürmüşdür.
51. Belə ki, iş in faktiki hallarından isə göründüyü kimi iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmiş, Rusiya vətəndaşıdır, bununla belə, iddiaçı dəfələrlə 2004cü ildən etibarən Bakı şəhərinə gəlib-getmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur. Evin satılmasından və hazırda miras əmlak olması iddia olunan 2 otaqlı evin alınmasından xəbərdar olmuşdur.
52. Belə olan halda iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, başqa sözlə, iddiaçının tələbi haqlı olsa da, hazırkı iddianı qaldırmaq üçün qanunvericilikdə yəni, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddəti, yəni iki ay müddəti ötürmüşdür.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
54. Göründüyü kimi, tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2001 və 2012-ci illərdə verilmiş, iddiaçı isə hazırkı iddia təl əbi ilə 19.5.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
55. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddət olmaqla həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət olmamışdır.
56. Məhkəmə kollegiyası qeyd olunan əsaslara istinad edərək hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassızdır və təmin edilə bilməz.
57. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə id dia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, bu tələblər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbindən törəmə tələblərdir. Məhkəmə bu qənaətini prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
58. Məhkəmə kollegiyası həmçinin, hesab etmişdir ki, iddiaçının iddia etdiyi maşın valideynlərindən qalmış miras kütləsinə daxil olmamışdır. İş materiallarından görünür ki, avtomaşın iddiaçının bacısının mülkiyyətində olmuş və sonuncunun sağlığında ikən özgəninkiləşdirilmişdir. İddiaçının qeyd edilən avtomaşının özgəninkiləşdirilməsinin qanunsuzluğuna dair irəli sürdüyü dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hissə üzrə birinci instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslı olmuşdur. Buna görə qeyd edilən hissəd ə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
59. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini düzgün əsaslandırmamış, qanunvericiliyi düzgün təfsir etməyərək, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, habelə qanunvericiliyin tətbiqində yaranmış kolliziyanın aradan qaldırılması və həlli üzrə zəruri tədbir görməmişdir. Belə ki, məhkəmə kollegiyası qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsaslanaraq onu şərh etməyə çalışsa da, bu, baş tutmamış, habelə belə bir qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən yanaşıldıqda iddiaçının miras əmlakı qəbul etməsi faktı tanınmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirmək üçün 2 aylıq müddəti ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən belə bəlli olur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 dekabr 2023-cü il tarixli Plenum Qərarını qəbul e dərkən Mülki Məcəllənin 1272-ci maddəsinin də hüquqi qüvvədən düşməsi barədə qərar qəbul etməsini unutmuşdur. Belə ki, qeyd olunan normalar arasında olan kolliziya həll edilməli və bundan sonra hazırkı mülki işə baxıla bilərdi. Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunan qətnamədən belə bir nəticəyə gəlmək olur ki məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Qərarının Mülki Məcəllənin 1272-ci maddəsi ilə ziddiyyət təşkil etdiyinə əsas gətirərək vərəsəlik hüququnun olmadığı düşüncəsində israrlı olmuşdur. Məhkəmə kollegiyası bu baxımdan da iddia tələbinin digər hissəsinin də təmin edilməsindən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
62. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
63. Maddə 29, İ və Vİİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Dövlət vərəsəlik hüququna təminat verir.
64. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüv vədə olan Mülki Məcəlləsi:
65. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
66. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
67. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
68. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
69. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Miras ın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
70. Maddə 3 37.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
71. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
72. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
73. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
74. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mir ası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
75. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
76. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Ma ddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi:
86. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
87. Baxılan işdə iddiaçı 21 aprel 2000-ci ildə vəfat etmiş atası X12, 20 iyul 2001-ci ildə vəfat etmiş X15ndan miras qalmış əmlak barəsində tərtib edilmiş vərəsəlik şəhadətnamələrinin, habelə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 avtomobilinə dair bağlanmış müqavilənin və onlar əsasında aparılmış digər hüquqi əməliyyatların etibarsız hesab edilməklə, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması, miras əmlakın və pul vəsaitlərinin vərəsələr arasında bölünməsini tələb etmişdir (§ 16).
88. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası, yəni, ev və əmanət kitabçalarında olan vəsaiti qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirasları nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Bununla belə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqedən çıxış etdiyini bildirərək qeyd etmişdir ki, hazırda mirasın qəbul etmək üçün müddət müəyyən edilmədiyindən, iddiaçının bu miras əmlakları qəbul etməsi faktı tanınmalıdır (§ 47-48).
89. Bununla yanaşı, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahi sələndirmək üçün 2 aylıq müddəti ötürmüşdür. Belə ki, iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmiş, Rusiya vətəndaşıdır, bununla belə, iddiaçı dəfələrlə 2004-cü ildən etibarən Bakı şəhərinə gəlib-getmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamışdır. Başqa sözlə, iddiaçının tələbi haqlı olsa da, hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə yəni, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddəti, yəni iki ay müddəti ötürmüşdür (§ 50-52).
90. Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmır, ona görə ki, əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 81).
91. İddiaçının vərəsəlik hüququnu həyata keçirmək istədiyi əmlakın bir hissəsi 21 aprel 2000-ci ildə vəfat etmiş atası X13 mirası ilə bağlı olduğu üçün həmin hüquq münasibətlərinə Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
92. Həmin Məcəlləyə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etm əyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (§ 65-69).
93. Mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeləri tətbiq edən apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin qərarda xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin deyil, qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətin i müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin sözügedən qərarındakı mövqelərinin xx.xx.2000-ci ilədək yaranan mübahisəli hüquq münasibətlərinə tətbiqi doğru olmamışdır.
94. Bundan əlavə, məhkəmə tərkibi işə Mülki Məcəllənin 1272-ci maddəsinin tətbiq edilməklə iddianın yuxarıda göstərilən qaydada həll edilməsini qanuni və əsaslı yanaşma hesab etmir.
95. Həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
96. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırma masına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.
97. Bu baxımdan iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə rədd edi lməsi barədə mövqe özü-özlüyündə ziddiyyətli olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır.
98. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.
99. Kollegiya vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsi ndəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir.
100. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.
101. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”.
102. Qeyd olunanlara əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, baxılan işdə mirası qəbul etməsi tanınan iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə vərəsəlik hüququndan məhrum olması barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və hüquqi mövqelərə uyğun olmamışdır.
103. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
104. Təkrar apelyasiya baxışında hər bir iddia tələbi üzrə tərəflərin izahatları və dəlilləri dinlənilməli, onlara tətbiq edilən hüquq tapılmalı, aidiyyəti maddi hüquq normaları ilə tərəflərin bildirdikləri hallar arasında uyğunluğa və ya uyğunsuzluğa dair hüquqi dəyərləndirmə aparılmalı, mübahisəli hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə təqdim olunan sübutlar araşdırılmalı və qiymətləndirilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunveric iliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
105. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-570/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.