Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-664/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (X25, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, miras əmlakda payların müəyyən olunması, kassasiya instansiyası məhkəməsinin gö stərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (X25, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsi və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamə, bağışlama, alqı-satqı müqavilələrinin etibarsız h esab edilməsi və miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 noyabr 2024-cü il tarixli 2(103)-4810/2024 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X26 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçilmiş və bu barədə reyestr kitabında 30/114435 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır.
2. X26 əri Həsənov Şəmistan Mədət oğlu 21 aprel 2000-ci ildə, özü 20 iyul 2001-ci ildə vəfat etmişdir.
3. X9 ünvan ünvanladığı xx.xx.2001-ci il tarixli ərizəyə əsasən, xx. xx.2001-ci il tarixdə vəfat etmiş anasından miras qalmış Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzildən ona düşən vərəsəlik payından X2 xeyrinə imtina etmiş, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X26 vərəsəsi X12 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 43,60 kv.m, ümumi sahəsi 69,5 kv.m olan 18 saylı mənzil miras qalmışdır.
4. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzil X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/26054 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır.
5. X20 ilə X2 5 arasında xx.xx.2002-ci il tarixdə notarial qaydada bağlanmış 143132 saylı alqı-satqı müqaviləsinə əsasən, X20 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili X1;
6. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V2-760 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X26 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızı X13r. Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabındakı məbləğdən ibarətdir.
7. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V2-761 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2000-ci il tarixdə vəfat etmiş Həsənov Şəmistan Mədət oğlunun vərəsələri Bakı şəhəri, Lökbatan qəsəbəsi, İddiaçı küçəsi, ev 14, 2 saylı mənzildə yaşayan qızları X20 (1/2 hissə) və X14r (1/2 hissə). Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı məbləğdən ibarətdir.
8. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə küçəsi, 14 saylı evin 28,45 kv.m yaşayış sahəsində ibarət 2 (iki) otaqlı 2 saylı mənzili X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/4903 nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır; 9. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X20 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, 14 saylı evin 2 sa ylı mənzilini bacısı qızı Cavabdeh4 bağışlamışdır. Həmin müqavilə Cavabdeh2 (X10 əvəzinə) tərəfindən imzalanmışdır.
10. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X25 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 1A, 18 saylı mənzili X6; 11. “MERCEDES BENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə X10 mülkiyyətində olmuş, xx.xx.2021-ci ildə özgəninkiləşdirilmişdir.
12. X20 14 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı X22 cavabdehlər Bakı şəhərı 8 saylı Notarıat Ofisinə, Cavabdeh2, X17 və Cavabdeh4 Eldənız qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 8 saylı No tariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli, 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V2760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, habelə bacısı X20 ruhi xəstəlikdən əziyyət çəkdiyindən onun adından Cavabdeh2 verilmiş ƏN-İ № 854590 seriya nömrəli, xx.xx.2020-ci il tarixli (qeyri-iş günü tarixli) etibarnamənin, həmin etibarnamə əsasında X10 adından (Cavabdeh2 tərəfindən) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, habelə X2 adında olmuş "Mercedes Benz C180" minik markalı, **-BK-*** qeydiyyat nişanlı nəqli yyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamənin, bağışlama, alqı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlakların hüquqi vəziyyətinin əvvəlki vəziyyətinə qaytarılması, həmin miras qalmış daşınar və daşınmaz əmlaklar, pul vəsaitlərinin mülki qanunvericiliyə müvafiq olaraq vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. X19 vəfat etdikdən sonra onun Rusiya Federasiyasında daimi yaşamağın dan sui-istifadə olunaraq ondan xəbərsiz cavabdeh 8 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X19nın mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X2 mülkiyyətinə keçmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X2 xəstəliyindən sui-istifadə edərək həmin mənzili cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış 4-Ə1/12 reyestr nömrəli 19.1.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. Həmçinin cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 v ə 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X19nın adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı pul vəsaiti və mərhum atası Həsənov Şəmistan Mədət oğlunun adına olan Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablardakı pul vəsaiti bacıları X20 və X23 tərəfindən miras olaraq qəbul edilmişdir. Hazırkı iddia ərizəsinə qoşma edilmiş notariat işlərindən görünür ki, cavabdeh 8 saylı Notariat Ofisi vərəsəlik işinin açılması barədə onu qəsdən xəbərdar etməmiş və nəticə etibarı ilə o, mərhum X19ndan və atası Həsənov Şəmistan Mədət oğlundan miras qalmış daşınmaz əmlakdakı və pul vəsaitlərindəki miras payından məhrum olmuşdur. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh 8 sa ylı Notariat Ofisi ilə qeyriprosessual münasibətlər quraraq notariusu ələ almış, həmin Notariat Ofisində ruhi xəstəlikdən əziyyət çəkən mərhum X2 adından Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli (qeyri iş günü) ümumi etibarnamənin alınmasına nail olmuşlar və həmin etibarnamə əsasında Cavabdeh2 mərhum X2 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilini həmin Notariat Ofisində bağlanmış 7.1.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında qardaşı qızı olan, digər Cavabdeh3 qızı Cavabdeh4 bağışlamışdır. Bununla yanaşı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ruhi xəstəlikdən əziyyət çəkən X2 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə, yəni bacısının ölümündən iki gün əvvəl alqı-satqı müqaviləsi əsasında digər şəxsin xeyrinə özgəninkiləşdirmişlər. X2 adından Cavabdeh2 xx.xx.2020-ci il tarixli (qeyri-iş günü) etibarnamənin onun ölümündən 14 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində verildiyi, mərhum X2 adında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzilinin onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində 7.1.2021ci il tarixdə Cavabdeh3 qızı Cavabdeh4 bağışlandığı, habelə X2 adında olmuş "Mercedes Benz C180" minik markalı **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun ölümündən 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə X7 xeyrinə özgəninkiləşdirildiyi görünür. Həmçinin, mərhum X2 adında olmuş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 14 saylı evin 2 saylı mənzili onun ölümündən 7 gün əvvəl cavabdeh 8 saylı Notariat Ofisində 7.1.2021-ci il tarixində Cavabdeh3 qızı Cavabdeh4 bağışlanıldığı dövrdə Azərbaycan Respublikasında "Covid-19" pandemiyası ilə əlaqədar qapanmalara görə hər bir dövlət orqanının, xüsusilə də notariusların fəaliyyəti dayandırılmışdır. Məhz cavabdehlərin qabaqcadan düşünülmüş planı üzrə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, 1A saylı evin 18 saylı mənzili təkcə X2 mülkiyyətinə keçmiş, sonuncunun ruhi xəstə olmasından istifadə olunaraq həmin mənzil cavabdehlərin düşünülmüş planları üzrə cavabdeh 8 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına ö zgəninkiləşdirilmiş, habelə cavabdeh 8 saylı Notariat Ofisində açılmış 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-760 və 2V-2-761 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X19nın adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabdakı və mərhum atası Həsənov Şəmistan Mədət oğlunun adında olmuş Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı pul vəsaitləri bacıları X20 və X23 tərəfindən miras olaraq qəbul edilməklə o, mərhum X19ndan, atası Həsənov Şəmistan Mədət oğlundan və ruhi xətəlikdən əziyyət çəkən mərhum bacısı X8 qanun üzrə vərəsəlik qaydasında 1-ci və 2-ci növbə üzrə miras payından məhrum olmuşdur.
15. Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmişdir, Rusiya vətəndaşıdır, atası, anası və bacıları ilə heç vaxt maraqlanmamış, qayğılarına qalmamışdır. İddiaçı dəfələrlə Bakıya gəlibgetmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur, valideynlərinin mirasının bacısı Sevincə qaldığından da xəbəri olmuşdur. Belə ki, 2004-cü ildə hətta bacıları iddiaçıya toy etmişlər. Birinci mənzillə bağlı qeyd edir ki, həmin mənzil 2002-ci ildə satılmışdır, həmin vaxt onun bu ailə ilə heç bir əlaqəsi olmamış, mərhum Samirə ilə 2004cü ildə ailə qurmuşdur. 2012-ci ildə əmanət kitabçaları ilə bağlı vərəsəlik işində də iştirak etməmiş, həmin vərəsəlik işi barədə məlumatı olmamışdır. İddiaçı isə bütün bunları bilmiş, lakin nə mirasın qəbulu, nə də qəbul mü ddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Sevincin isə heç bir ruhi xəstəliyi olmamışdır, savadlı və təhsilli insan olmaqla vəfatına qədər DSMF-nin Qaradağ rayon şöbəsində işləmişdir, sadəcə son dövrdə qan azlığı xəstəliyindən əziyyət çəkmişdir. Sevinc öz sağlığında əmlaklarına dair notarial qaydada sərəncam vermişdir. Belə ki, Sevinc öz mənzilini öz arzusu ilə bacısı qızı Nigara bağışlamışdır, onlar birlikdə yaşamışlar. Sevinc bütün hərəkətləri notarial qaydada etmişdir. Onun şüurlu olduğunu notarius da yoxlamışdır. 31 dekabr 2020-ci il həftənin dördüncü günü olmuş, həmin vaxt notariat kontoru işləmiş və Sevinc notariusun iştirakı ilə etibarnamə vermişdir. Bundan əlavə, sözügedən avtomobili 2014-cü ildə öz gəliri ilə əldə etmiş, lakin Bakı qeydiyyatı olmadığına görə həmin vaxt dostunun adına almış, 2015-ci ildə isə Bakı qeydiyyatına görə Sevincin adına keçirmiş, etibarnamə ilə özü idarə etmiş və həmin etibarnamə əsasında 12.1.2021-ci il tarixdə digər şəxsin adına özgəninkiləşdirmişdir.
16. Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. O, digər cavabdeh Eldənizin bacısıdır. X20 ilə birlikdə yaşamış, Sevincin bacısı qızı Nigara və Nigarın lal-kar olan kiçik qardaşına baxmışdır. Sevinc ruhi xəstə olmamış, savadlı insan olmuş, vəfat edənə kimi pensiya fondunda işləmişdir. Sevincin öz ailəsi olmamış, daim özü də birgə yaşadıqları mənzili bacısı uşaqlarına bağışlamaq istədiyini bildirmişdir. 2020-ci ilin sonlarına yaxın Sevincdə qan azlığı xəstəliyi olmuş, səhhəti ilə bağlı ona etibarnamə vermiş və mənzili Nigara bağışlamağı tapşı rmışdır. Sevinc özü notariat kontoruna getmiş və ona notarial qaydada etibarnamə vermiş, o da Sevincin sağlığında bağışlamanı həyata keçirmişdir. Heç bir qanunsuz hərəkət etməmişdir, vərəsəlik işləri ilə bağlı isə onun məlumatı olmamışdır. İddiaçı isə bütün bunları bilmiş, nə mirasın qəbulu, nə də qəbul müddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Bir daha qeyd edir ki, mənzili Sevincin öz arzusu ilə verdiyi etibarnaməyə əsasən Sevincin bacısı qızı Nigara bağışlamışdır.
17. Cavabdeh4 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, anası Samirə və xalası Sevinc iddiaçının onlarla, habelə valideynləri ilə heç vaxt maraqlanmadığını, valideynləri vəfat edəndə də hər hansı köməklik göstərmədiyini demişlər. O, iddiaçını bir dayı kimi heç vaxt görməmişdi r. Anası, xalası vəfat edəndə də iddiaçı onlara heç bir köməklik etməmişdir. Vərəsəlik işləri ilə bağlı onun məlumatı olmamışdır, iddiaçı isə bütün bunları bilmiş, nə mirasın qəbulu, nə də qəbul müddətinin bərpası barədə müraciət etməmiş, müddətləri ötürmüşdür. Anası Samirə 2015-ci ildə vəfat edəndən sonra onlar xalası Sevinclə birlikdə yaşamışlar. Xalası Sevinc özü birgə yaşadıqları mənzili ona və ağır xəstə olan kiçik qardaşına verəcəyini daimi olaraq sağlığında demişdir. Xalası Sevinc anası ilə birlikdə pensiya fondunda işləmiş, onun hər hansı əqli və ruhi xəstəliyi olmamışdır. X3 digər Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnaməyə münasibətdə bildirmək istəyir ki, həmin tarixdə Notariat Ofisi işləyirdi və notariusun özü şəxsən xalasının əqli cəhətdən sağlam olub-olmadığını yo xlamışdır. Bundan əlavə, xalası Sevinc qan azlığı xəstəliyindən əziyyət çəkdiyindən və tez-tez ayaqları tutulduğundan sənəd işlərinin davam etdirilməsi üçün Cavabdeh2 etibarnamə vermiş, mənzili öz istəyi ilə ona bağışlamışdır.
18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 15.9.2023-cü il tarixli məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 1A, 18 saylı mənzili 2002-ci ildə təqribən 6500 ABŞ dolları verərək X8 almışdır. Həmin ailəni tanımır, mənzili ev alqısatqısı ilə məşğul olan şəxsin vasitəsilə tapmışdır. 2006-cı ildə isə mənzili başqa bir şəxsə satmışdır. Tərəflər arasında hər hansı mübahisədən və vərəsəlik işlərindən xəbəri olmamışdır.
19. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bund an sonra - birinci instansiya məhkəməsi) 18 sentyabr 2023-cü il tarixli 2(002)- 1795/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim F.Ə.Hüseynov)
20. Birinci instansiya məhkəməsi 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların hüquqi nəticələrinin etibarsızlığı tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmi şdir. Halbuki, Dövlət Sərhəd Xidmətinin arayışından iddiaçının həmin illərdən sonra dəfələrlə ölkəyə gəlib getdiyi aydın olur. Ona görə də iddiaçı tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, göstərilən hissədə iddia tələbi əsassız hesab olunmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, həmin əqdlər Sevinc Həsənovanın sağlığında onun tərəfindən notarial qaydada verilmiş etibarnamələr əsasında həyata keçirilmiş, bu zaman onun fəaliyyət q abiliyyətinin mövcudluğu notarius tərəfindən yoxlanılmışdır. Digər tərəfdən, Sevinc Həsənovanın ruhi xəstəliyi ilə bağlı iddiaçı tərəfin dəlili barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə həmin dəlil 19 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən verilmiş 165 saylı xx.xx.2020-ci il tarixli çıxarış və şahidlər A.Babayev, M.Musayeva, S.Teymurovanın ifadələri ilə təkzib edilmişdir. Eyni zamanda, qanunvericilikdə notariat ofisinin qeyri-iş günləri işləməsini və müvafiq xidməti göstərməsini qadağanedici hüquq norması mövcud deyildir. Ona görə də qeyd olunan əqdlərin etibarsızlığı üçün hər hansı hüquqi əsasın mövcudluğu müəyyən edimədiyindən, iddia tələbi bu hissədə də əsassız hesab olunaraq təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 5.3, 324.1, 325.3, 334.2, 337.1, 390.1, 407.2, 1133., 1133.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1273.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 35-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə məhkəmədən iş üçün mühüm əhəmiyyətli kəsb edən və vəkil sorğusu əsasında əldə edə bilmədiyi X10 psixi xəstəlikdən əziyyət çəkməsinə dair müvafiq tibbi sənədlərin sonuncunun müalicə aldığı 19 saylı Birləşmiş Şəhər Xəstəxanas ının Poliklinika şöbəsindən və 3 saylı şəhər Klinik Xəstəxanasından götürülməsi haqqında vəsatət qaldırsa da məhkəmə hər dəfə müəyyən bəhanələr gətirərək həmin vəsatətlərinə münasibət bildirməmiş, bununla bağlı qətnamədə də heç bir qeyd aparılmamışdır. Buna səbəb hər dəfə həmin vəsatət ilə məhkəməyə müraciət edəndə məhkəmə iclasına sədrlik edənin müəyyən jestlərlə məhkəmə iclas katibinə işarə edib məhkəmə iclasının audio və video yazısını dayandırıb vəsatətinə münasibət bildirirdi. Buna görə də, həmin vəsatətləri və onlar məhkəmənin münasibət bildirilməsi dəfələrlə tələb etməsinə baxmayaraq məhkəmə iclas protokolundan kənarda qalırdı. Həmçinin, məhkəmə iclasında dəfələrlə cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə mülki işə baxılmasını tələb etsə də, məhkəmə həmişəki qa ydada həmin vəsatətlərini heç bir əsas gətirmədən yalnız, cavabdehin onun iştirakı olmadan mülki işə baxılması haqqında məktubuna istinad edərək vəsatətlərini təmin etməmişdir. Baxmayaraq ki, bütün saxtakarlıqlar, yəni iddia tələbinin əsas özəyini təşkil edən bütün qanunsuzluqlar cavabdeh 8 saylı notariat ofisində baş tutmuş, lakin həmin yol verilmiş qanunsuzluqlarla bağlı cavabdeh 8 saylı notariat ofisinin nümayəndəsi məhkəmədə qəsdən dindirilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan və etibarsız hesab edilməsi tələb olunan vərəsəlik şəhadətnamələri və etibarnamənin verilməsi ilə bağlı yol verilən bütün qanunsuz notariat hərəkətləri adı çəkilən cavabdeh 8 saylı notariat ofisində rəsmiləşdirilmiş, məhkəmə isə heç bir əsas gətirmədən həmin qanunsuz hərəkətlərin guya notariat ofisi tərəf indən yoxlanıldığına istinad etmişdir. Hazırkı mülki iş üzrə iddiaçı tərəf olaraq ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququ birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozularaq iddiaçı tərəf olaraq tələb etdiyi Sevinc Həsənovanın qeyd olunan notariat hərəkətlərinin aparıldığı dövrdə həqiqətən də heç bir xəstəlikdən əziyyət çəkmədiyi, psixi pozuntusunun olmadığı sübuta yetirilməmişdir. Baxmayaraq ki, həmin faktın yəni Sevinc Həsənovanın göstərilən notariat hərəkətlərinin aparıldığı vaxtda psixi xəstəlikdən əziyyət çəkdiyini, yəni anlaqsız vəziyyətdə olması faktını təsdiq edəcək tibbi sənədlərin 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsindən və 3 saylı şəhər Klinik Xəstəxanasından götürülməsi haqqında dəfələrlə məhkəmə qarşısında vəsatət verilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-570/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, etibarnamə, bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi” barədə iddia tələbi qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslara görə təmin edilməmiş, qətnamə qalan, yəni avtomaşına dair hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid ed ilməsi qət edilmişdir. (hakimlər X.A.Məmmədova - sədrlik edən və məruzəçi, E.İddiaçı və S.X.Bəhrəmzadə)
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, qətnamə düzgün əsaslandırılmamışdır.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edən apelyasiya məhkəməsi hər bir vərəsənin mirasın açılması ilə mülkiyyət hüququna malik olduğunu və qanunla müəyyən edilən müddət ərzində mirasdan imtina etmədikdə mirası qəbul etmiş hesab o lunduğunu qeyd etmiş və müəyyən etmişdir ki, hazırkı iş üzrə iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası, yəni, ev və əmanət kitabçalarında olan vəsaiti qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirasları nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək hazırda mirasın qəbul etmək üçün müddət müəyyən edilmədiyindən, iddiaçının bu miras əmlakları qəbul etməsi faktı tanınmalıdır.
27. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, həmin halın mövcudluğu iddia tələbinin qeyd edilən miras əmlaklar, yəni ev və əmanət kitabçasında olan vəsaitlər hissəsində əsaslı olması və təmin edilməsi anlamına gəlmir. Çünki iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirmək üçün 2 aylıq müddəti ötürülmüşdür.
28. Belə ki, işin faktiki hallarından isə göründüyü kimi iddiaçı uzun müddət əvvəl daimi olaraq Rusiyaya köçüb getmiş, Rusiya vətəndaşıdır, bununla belə, iddiaçı dəfələrlə 2004-cü ildən etibarən Bakı şəhərinə gəlib-getmişdir, atası, anası və bacılarının ölümündən xəbəri olmuşdur. Evin satılmasından və hazırda miras əmlak olması iddia olunan 2 otaqlı evin alınmasından xəbərdar olmuşdur.
29. Belə olan halda iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, başqa sözlə, iddiaçının tələbi haqlı olsa da, hazırkı iddianı qaldırmaq üçün qanunvericilikdə yəni, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddəti, yəni iki aylıq müddəti ötürmüşdür.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və y a qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
31. Göründüyü kimi, tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2001 və 2012-ci illərdə verilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Mülki Məcəllənin 1272ci maddəsində göstərilən müddət kəsici müddət olmaqla həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət olmamışdır.
33. Məhkəmə kollegiyası qeyd olunan əsaslara istinad edərək hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassızdır və təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, miras əmlaklarda qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi, 2020-ci ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, bu tələblər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbindən törəmə tələblərdir. Məhkəmə bu qənaətini prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
35. Məhkəmə kollegiyası həmçinin, hesab etmişdir ki, iddiaçının iddia etdiyi maşın valideynlərindən qalmış miras kütləsinə daxil olmamışdır. İş materiallarından görünür ki, avtomaşın iddiaçının bacısının mülkiyyətində olmuş və sonuncunun sağlığında ikən özgəninkiləşdirilmişdir. İddiaçının qeyd edilən avtomaşının özgəninkiləşdirilməsinin qanunsuzluğuna dair irəli sürdüyü dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hissə üzrə birinci instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslı olmuşdur. Buna görə qeyd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
36. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini düzgün əsaslandırmamış, qanunvericiliyi düzgün təfsir etməyərək, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, habelə qanunvericiliyin tətbiqində yaranmış kolliziyanın aradan qaldırılması və həlli üzrə zəruri tədbir görməmişdir. Belə ki, məhkəmə kollegiyası qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsaslanaraq onu şərh etməyə çalışsa da, bu, baş tutmamış, habelə belə bir qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən yanaşıldıqda iddiaçının miras əmlakı qəbul etməsi faktı tanınmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından 2001-ci ildə və 2012-ci ildə notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirm ək üçün 2 aylıq müddəti ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən belə bəlli olur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 dekabr 2023-cü il tarixli Plenum Qərarını qəbul edərkən Mülki Məcəllənin 1272-ci maddəsinin də hüquqi qüvvədən düşməsi barədə qərar qəbul etməsini unutmuşdur. Belə ki, qeyd olunan normalar arasında olan kolliziya həll edilməli və bundan sonra hazırkı mülki işə baxıla bilərdi. Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın t əsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunan qətnamədən belə bir nəticəyə gəlmək olur ki məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Qərarının Mülki Məcəllənin 1272ci maddəsi ilə ziddiyyət təşkil etdiyinə əsas gətirərək vərəsəlik hüququnun olmadığı düşüncəsində israrlı olmuşdur. Məhkəmə kollegiyası bu baxımdan da iddia tələbinin digər hissəsinin də təmin edilməsindən imtina etmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1792/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-570/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndə rilməsini qərara alınmışdır. (hakimlər X44 (məruzəçi), X41 və X15 ibarət tərkibdə)
39. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamışdır.
40. İddiaçının vərəsəlik hüququnu həyata keçirmək istədiyi əmlakın bir hissəsi 21 aprel 2000-ci ildə vəfat etmiş atası Həsənov Şəmistan Mədət oğlunun mirası ilə bağlı olduğu üçün həmin hüquq münasibətlərinə Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq etməliydi.
41. Belə ki, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uy ğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeləri tətbiq edən apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin qərarda xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin deyil, qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin sözügedən qərarındakı mövqelərinin xx.xx.2000-ci ilədək yaranan mübahisəli hüquq münasibətlərinə tətbiqi doğru olmamışdır.
42. Bundan əlavə, məhkəmə tərkibi işə Mülki Məcəllənin 1272-ci maddəsinin tətbiq edilməklə iddianın yuxarıda göstərilən qaydada həll edilməsini qanuni və əsaslı yanaşma hesab etməmişdir.
43. Həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan i mtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
44. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Ha zırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.
45. Bu baxımdan iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə rədd edilməsi barədə mövqe özüözlüyündə ziddiyyətli olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır.
46. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını iti rməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.
47. Kollegiya vurğulamışdır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir.
48. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.
49. Qeyd olunanlara əsasən kassasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, baxılan işdə mirası qəbul etməsi tanınan iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə vərəsəlik hüququndan məhrum olması barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və hüquqi mövqelərə uyğun olmamışdır.
50. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
51. Həmçinin qeyd edilmişdir ki, təkrar apelyasiya baxışında hər bir iddia tələbi üzrə tərəflərin izahatları və dəli lləri dinlənilməli, onlara tətbiq edilən hüquq tapılmalı, aidiyyəti maddi hüquq normaları ilə tərəflərin bildirdikləri hallar arasında uyğunluğa və ya uyğunsuzluğa dair hüquqi dəyərləndirmə aparılmalı, mübahisəli hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə təqdim olunan sübutlar araşdırılmalı və qiymətləndirilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
52. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin, İ və Vİİ hissəsinə, 60-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsi nin 527, 528, 530, 532, 552-ci maddəsinə, Mülki Məcəllənin 337.1, 1133.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-4810/2024 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(002)1795/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X42 (sədrlik edən və məruzəçi), X16 və X18)
54. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2000-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək ü çün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir.
55. Halbuki, Dövlət Sərhəd Xidmətinin arayışından iddiaçının həmin illərdən sonra dəfələrlə ölkəyə gəlib-getdiyi aydın olur. Ona görə də iddiaçı tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, göstərilən hissədə iddia tələbi əsassız hesab olunmalıdır
56. Bundan başqa apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, 2020-c i ildə notarial qaydada verilmiş etibarnamənin, 2021-ci ildə notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin, onların hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, həmin əqdlər Sevinc Həsənovanın sağlığında onun tərəfindən notarial qaydada verilmiş etibarnamələr əsasında həyata keçirilmiş, bu zaman onun fəaliyyət qabiliyyətinin mövcudluğu notarius tərəfindən yoxlanılmışdır. Digər tərəfdən, Sevinc Həsənovanın ruhi xəstəliyi ilə bağlı iddiaçı tərəfin dəlili barədə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə həmin dəlil 19 saylı BŞXnın poliklinika şöbəsi tərəfindən verilmiş 165 saylı 12 oktyabr 2020-ci il tarixli çıxarış və şahidlər A.Babayev, M.Musayeva, S.Teymurovanın ifadələri ilə təkzib edilmişdir.
57. Eyni zamanda, qanunvericilikdə notariat ofisinin qeyri-iş günləri işləməsini və müvafiq xidməti göstərməsini qadağanedici hüquq norması mövcud deyildir. Ona görə də qeyd olunan əqdlərin etibarsızlığı üçün hər hansı hüquqi əsasın mövcudluğu müəyyən edimədiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassız hesab olunaraq təmin edilməməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
59. Məhkəmə öz mövqeyini Azərbayc an Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin, İ və Vİİ hissəsinə, 60-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552-ci maddəsinə, Mülki Məcəllənin 337.1, 1133.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə, yeni qərar qəbul olunmasını xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələri n iddiaçının valideyinlərinin 2000-2001-ci illərdə vəfat etdikdən sonra dəfələrlə Azərbaycan Respublikasına gəlməsini və nəticə etibarı ilə miras əmlakın qəbulundan yararlanmaması kimi mövqeyi ilə qətiən razı deyil. Belə ki, iddiaçı dəfələrlə Azərbaycana gəlsə də, onun gəlişi qısa müddətli olmuş və həmin dövrlərdə nə 8 saylı notariat ofisi, nə də digər vərəsələr tərəfindən miras işinin açılması və miras əmlakalar haqqında ona məlumat verilməmiş, özünü də bu barədə məlumatı olmamışdır. Buna sübut iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş müvafiq sorğular və həmin sorğulara cavab olaraq alınmış məktubları və notariat işləridir. Həmin sənədlərdən görünür ki, iddiaçının miras əmlaklar və miras işinin açılması ilə bağlı heç vaxt məlumatı olmamış, habelə cavabdeh 8 saylı notariat ofis i və digər vərəsələr tərəfindən mirası işinin açılması haqqında heç vaxt məlumat verilməmişdir. Bununla da, birincinci insatansiya məhkəməsi kimi Bakı Apellyasiya məhkəməsi də, mülki qanunvericiliyin tələblərinin cavabdeh 8 saylı notariat ofisi tərəfindən pozulmasına və mülki qanunvericiliyin tələbləri pozulmaqla vərəsəlik işinin açılması nəticəsində iddiaçının miras əmlaklardakı pay hüququndan məhrum olmasına göz yummuşdur.
62. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının bacısı mərhum Sevinc Həsənova adından verilmiş etibarnamələr, bağlanmış bağışlama və alqısatqı müqavilərinin sonuncunun fəaliyyət qabiliyyəti olmadığı dövrdə aparıldığını sübuta yetirmək üçün Sevinc Həsənvanın qeydiyyatda olduğu və stasionar müalicə aldığı tibb müəssisələrinə edilmiş vəkil sorğularıma cavab ala bilmədiyi üçün birinci instansiya məhkəməsi qarşısında sübutların təmin edilməsi haqqında qaldırdığı vəsatətlərinə baxılmamasına və nəticə etibarı ilə ədalətli məhkəmə araşdırlmasını tələb etmək hüququ pozulmasına göz yumularaq qətnamədə buna münasibət bildirilmədiyini qeyd etmişdir.
63. Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarında müəyyən edilmiş pozuntular və göstərişlərə uyğun heç bir ədalətli məhkəmə araşdırılması aparmamış, cavabdeh tərəfin nümayəndəsinin şifahi və əsassız mülahizələri ilə kifayətlənərək apellyasiya şikayətini təmin edilməməsi haqqında qətnamə qəbul etmişdir.
64. Kassator öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndi, 60, 71, 127-ci, Mülki Məcəllənin 152, 337, 377, 666.1, 668, 1133, 1134, 1151, 1157, 1159, 1246, 1273-1 və Mülki Prosessual Məcəlləsinin 9, 13, 14, 47, 76, 77, 78, 79, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Cavabdeh4 Eldaniz (nümayandasi va vəkili X35) kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-4810/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsi:
66. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
67. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
68. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
69. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
70. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etm iş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
71. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
72. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakını n qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
73. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
74. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
75. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
76. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
77. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
78. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
85. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
88. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına yol verilmiş, iş üzrə maddi hüquq normalarının pozulmasına dair əvvəlki kassasiya icraatında verilmiş göstərişləri nəzərə alınmadan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Bu isə qətnamənin ləğvinə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.
90. Belə ki, iddiaçının vərəsəlik hüququnu həyata keçirmək istədiyi əmlakın bir hissəsi (bankda olan əmanət) 21 aprel 2000-ci ildə vəfat etmiş atası Həsənov Şəmistan Mədət oğlunun mirası ilə bağlı olduğu üçün həmin hüquq münasibətlərinə Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
91. Həmin Məcəlləyə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
92. Apellyasiya instansiyası məhkəməsi qətnamənin “tətbiq edilən hüquq” hissəsində Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin normalarına istinad etsə də, həmin norma ları mübahisəyə tətbiq etməklə müvafiq hüquqi qiymətləndirmə aparmamışdır.
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən 21 aprel 2000-ci ildə vəfat etmiş Həsənov Şəmistan Mədət oğlundan miras qalmış və Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-2-761 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, qızları X20 (1/2 hissə) və X23 (1/2 hissə) tərəfindən qəbul edilən Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 057353 və 20532 nömrəli hesablarındakı məbləğdə miras əmlaka münasibətdə iddiaçı atasının vəfatından və mirasın açılmasından məlumatlı olduğu halda həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş 6 aylıq müddət ərzində mirasın qəbulu ilə əlaqədar hər hansı hərəkət etmədiyindən və mirasın qəbulu müddətini ötürdüyündən iddiaçının atasından qalmış mirasa dair Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-2761 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddiası əsassızdır və iddia xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən təmin edilməməlidir.
94. Əvvəlki kassasiya instansiyası məhkəməsi qərarında da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında xx.xx.2000-c i ilədək qüvvədə olan Mülki Məcəlləsinin deyil, qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin sözügedən qərarındakı mövqeləri xx.xx.2000-ci ilədək yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmir.
95. İddiaçının anasından qalan miras əmlaka münasibətdə məhkəmələr müəyyən etmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş iddiaçının X19ndan Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzil və Əmanət Bankının 3548 nömrəli əmanət kassasının 25816 nömrəli hesabındakı məbləğ miras qalmış, hər iki miras əmlaka dair qızı X12 vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
96. Hazırkı iş məhkəmənin icraatında olan dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə uyğun olmayan hesab edilməli, bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
97. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək müəyyən edir ki, iddiaçı mirasın qəbulundan imtina etmədiyindən onun anasından miras qalmış əmlakda miras payı mövcud olmuşdur. Lakin işin digər faktiki halları iddiaçının iddiasının təmin edilməsi imkanını aradan qaldırır.
98. Belə ki, mirası qəbul edən X20 qəbul etdiyi miras əmlak olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1a, 18 saylı mənzili xx.xx.2002-ci il tarixdə notarial qaydada bağlanmış 143132 saylı müqaviləyə əsasən X21, sonuncu tərəfindən isə sonradan X4. Belə olan halda, iddiaçının anadan qalan miras əmlakda payının müəyyən edilməsi, həmin əmlakın vərəsələr arşında bölünməsi mümkün deyildir.
99. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, X20 özü də xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun bir inci növbə vərəsəsi yoxdur, ikinci növbə vərəsəsi isə yalnız iddiaçı özüdür. X5 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, 14 saylı evin 2 saylı mənzili hələ onun sağlığında xx.xx.2021-ci il tarixdə bacısı qızı Cavabdeh4 bağışlamış, “MERCEDES BENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə xx.xx.2021-ci ildə 3-cü şəxs X7 adına özgəninkiləşdirmişdir.
100. İddiaçı bacısının 2-ci növbə vərəsəsi kimi bacısı X20 tərəfindən xx.xx.2020-ci ildə Cavabdeh2 notarial qaydada verilmiş etibarnamənin, həmin etibarnamə əsasında bacısına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, 14 saylı evin 2 saylı mənzilin bacısı qızı Cavabdeh4 bağışlanması barədə xx.xx.2021-ci bağışlama müqaviləsinin, həmçinin “MERCEDES B ENZ C180” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi, həmin əmlaklara miras payının bölünməsi tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin əqdlərin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir.
101. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən faktiki hallara əsasən həmin əqdlər Sevinc Həsənovanın sağlığında onun tərəfindən notarial qaydada verilmiş etibarnamələr əsasında həyata keçirilmiş, bu zaman onun fəaliyyət qabiliyyətinin mövcudluğu notarius tərəfindən yoxlanılmışdır. Digər tərəfdən, Sevinc Həsənovanın ruhi xəstəliyi ilə bağlı iddiaçı tərəfin dəlili barədə hər hansı mötəbər sübut məhkəmələrə təqdim edilməmiş, əksinə həmin dəlil 19 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən verilmiş 165 saylı xx.xx.2020-ci il tarixli çıxarış və şahidlər A.Babayev, M.Musayeva, S.Teymurovanın ifadələri ilə təkzib edilmişdir. Həmçinin qanunvericilikdə notariat ofisinin qeyri-iş günləri işləməsini və müvafiq xidməti göstərməsini qadağanedici hüquq norması mövcud deyildir. Əksinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli 3-N nömrəli qərarı ilə “Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması qaydası” təsdiq edilmişdir. Ona görə də, qeyd olunan etibarnamənin, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi təmin e dilə bilməz.
102. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Sevinc Həsənova özünə məxsus olan əmlaklara dair sərəncam verdiyindən və vəfat edərkən hər hansı əmlakı mövcud olmadığından iddiaçının bacısının 2-ci növbə vərəsəsi kimi də ona məxsus əmlaklara vərəsəlik payı tanınması mümkün deyildir. Həmçinin iddiaçı mərhum bacısının məcburi pay tələb etmək hüququ olan vərəsəsi olmadığından Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən bağışlanmış əmlak hesabına məcburi payının tamamlanmasını da tələb etmək hüququna malik deyildir.
103. Göstərilənlərə əsasən, iddiaçının anasından qalan mirasa vərəsəlik hüquqlarının pozulması və miras əmlakın ona çatası hissəsindən məhrum olması nəticəsində dəymiş ziyanla bağlı gələcəkdə iddia qaldıra biləcəyi şəxs, mirası tam qəbul edən vərəsə sağ olmadığından və on dan hər hansı miras qalan əmlak mövcud olmadığından iddianın 8 saylı Notariat Ofisində açılmış 2V-1-48 reyestr nömrəli, xx.xx.2001-ci il tarixli, 40/2001 nömrəli və 512/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2012-ci il tarixli 2V2-760 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması heç bir hüquqi nəticə yaratmayacağından iddia bu hissədə də təmin edilməməlidir.
104. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
105. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(103)-4810/2024 saylı qətnaməsi ləğv edilərək, yeni qərar qəbul edilsin, iddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.