Məhkəmə qərarları › İş №2(102)-1799/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1799/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1799/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2023cü il tarixli, 2(103)-1851/2023 saylı qərardadında n İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivində iddiaçıların ayrı-ayrılıqda mülkiyyətində olan torpaq sahələri olmuşdur. İddiaçılar onlara aid torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia edirlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-46/2018 saylı qərardadı ilə İddiaçı3 Cavabdeh ASC-yə qarşı “dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının xx.xx.2018-ci il tarixli, 2(103)-730/2018 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 Cavabdeh ASC-yə qarşı “kompensasiyanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 222000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 44400 manat, cəmi 284400 manat pulun cavabdehdən tutularaq İddiaçı3 ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 219000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43800 manat, cəmi 280800 manat pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 218777 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43755,4 manat, cəmi 280532,4 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi və 1236 manat dövlət rüsumunun cavabdehdən tu tularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 dekabr 2022-ci il tarixli, 2(004)-5569/2022 saylı qərardadı ilə (hakim Təhminə Xəlilova) Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin iddiaçıların cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddialarından imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərardadları vardır. Ona görə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş iddiaçıların iddiada n imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmə qərardadları olduğundan mülki iş üzrə icraata xitam verilməlidir.

7. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2 və 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Qərardaddan iddiaçıların vəkili-nümayəndəsi şikayət vermişdir.

9. Məhkəmənin 30 dekabr 2022-ci il tarixli, 2(004)-5569/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı3 şikayətləri geri qaytarılmış (dövlət rüsumunun ödənilməməsi səbəbindən), İddiaçı2 şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 2(004)-5569/2022 saylı qərardadı İddiaçı2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraat təzələnmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məh kəməsinin arxivində saxlanılan mülki işlərə baxış keçirilmiş, digər iddiaçılara münasibətdə iddiadan imtina ilə bağlı olan icraata xitam verilmə barədə qərardadların mövcudluğu müəyyən edilmişdir. Məhkəmənin 2(004)-5454/2015 saylı iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qərardadı ilə İddiaçı2 Cavabdeh ASC-yə qarşı eyni əsaslarla və eyni tələb barədə iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır.

11. Məhkəmənin 21 dekabr 2022-ci il tarixli qərardadından iddiaçıların vəkilinümayəndəsi yenidən şikayət vermiş, lakin məhkəmənin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəmə sinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1851/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi Akif İsgəndərov, Vahid Sadıqov və Məhəmməd Rüstəmli) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-730/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 eyni iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddia tələblərində n imtina etmiş, iş üzrə icraata xitam verilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-46/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə isə İddiaçı3 eyni iddiasına dair iş üzrə icraata xitam verilmişdir.

15. Göründüyü kimi, iddiaçılar İddiaçı3 və İddiaçı1 əvvəllər eyni əsaslarla, eyni predmet barəsində, eyni cavabdehə qarşı qaldırmış olduqları iddialarından imtina etmiş və artıq qüvvəyə minmiş məhkəmə aktları ilə həmin işlərin icraatına xitam verilmişdir.

16. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı ol arsa, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.2-ci maddəsi).

17. İddiaçıların nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə göndərdiyi vəsatətdə göstərir ki, onlar hazırda hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas olmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından şikayət vermişlər və həmin şikayət təmin olunacağı təqdirdə İddiaçı3 eyni tələblə məhkəməyə müraciət etmək hüququ məhdudlaşacaqdır.

18. Apellyasiya instansiyası məhkəməsi vəsatəti əsassız saymış və qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin olunacağı və həmin iş üzrə məhkəmə baxışının davam edəcəyi təqdirdə hazırkı iş ona hər hansı maneə yaratmayacaqdır.

19. Məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkə məsinin 30 oktyabr 2018-ci il tarixli qərardadlarının hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin şəxslərə münasibətdə iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsassızdır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, həmin Məhkəmənin bir sıra qərarlarında təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə də uyğun saymışdır.

22. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2 və 398.0.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməs inin “X1 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarına, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarına və «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Qərardaddan İddiaçı3 (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadından verilən şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçılardan yalnız İddiaçı1 aid olan Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-730/2018 saylı 30 oktyabr 2018-ci il tarixli iş üzrə icraata xitam verilməsinə dair qərardadı təqdim edilsə də, məhkəmə həmin qərardadın saxta olub-olmaması, həmçinin qərardadın qanuni qüvvəyə minib-minməməsi ilə bağlı heç bir araşdırma aparmadan qeyd etmişdir ki, həmin qərardad qüvvəyə minib. Hesab edirlər ki, məhkəmənin heç bir araşdırma aparmadan bu cür mövqe bildirməsi qanunsuz və əsassızdır. Həmçinin, 2(004)46/2018 saylı xx.xx.2018-ci il tarixli qərardaddan da məlumatları olmamışdır. Ümumiyyətlə İddiaçı3 qeyd olunan mülki iş barədə heç bir məlumatı olmamışdır. Həmin mülki iş üzrə saxtakarlığa yol verilib. Hal-hazırda xx.xx.2018-ci il tarixli qərardadından şikayət vermişlər. Həmin şikayət üzrə məhkəmə iclası 16 mart 2023-cü il tarixə saat 12:00-a təyin edilmişdir. xx.xx.2018-ci il tarixli qərardadının iddiaçının şəxsən özünə göndərilməsi, onun həmin qərardadı qəbul etməsinə dair heç bir rəsmi sənəd mövcud deyildir. Amma həmin qərardad guya iddiaçının nümayəndəsi olmuş Elmar adlı şəxs tərəfindən alınmışdır. Elmar Musayev adlı şəxs 03 senyabr 2018-ci il tarixda baş tutmuş məhkəmə iclasında iştirak etməmiş, lakin 07 sentyabr 2018-ci il tarixdə mübahisəli məhkəmə qərardadını qəbzə imza etməklə rəsmi qaydad qəbul etmişdir. Amma qərardad haqqında iddiaçıya heç bir məlumat verməmişdir. Nə də, məhkəmə tərəfindən 03 sentyabr 2018-ci il tarixli 2(004)-46/2018 saylı qərardad iddiaçıya göndərilməmişdir. Bütün bu hallar bizə onu deməyə əsas verir ki, 03 sentyabr 2018-ci il tarixli qərardad iddiaçıya məqsədli şəkildə verilməmişdir. Əgər Ba kı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5569/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməsə İddiaçı3 məhkəməyə müraciət etmək hüququ məhdudlaşacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

26. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

27. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də, mübahisələndirilən hissə yalnız kassatora aid olduğu üçün həmin mə hkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi işə aid hallara mülki prosessual normalara əsasən hüquqi qiymət ver ilməklə iş üzrə İddiaçı3 aid hissədə iş üzrə icraata xitam verilməsinin əsaslılığı yoxlanılaraq, yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün İddiaçı3 lazımi şərait yaradıldığından və onun dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmal ıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-ci il tarixli 2(103)1851/2023 nömrəli qərardadı İddiaçı3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar