Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1804/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli qərarı ilə rayonun Bolludərə qəsəbəsinin sakinləri İddiaçı2 və onun ailə üzvlərinə (cəm i 5 nəfər) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 hektar ölçüdə torpaq sahəsi verilmiş və onlara xx xxx 1999-cu il tarixdə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. xx xxxxxx 2005-ci il tarixdə həmin torpaq sahəsinin alqı-satqısına dair Süleymanovlarla cavabdeh X4 arasında müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat 2016-cı ilin mart ayında Süleymanovlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi imkanlarının aşağı olması səbəbindən özlərinə məxsus torpaq sahəsinin xx xxxxxx 2005-ci il tarixdə 10 il müddətinə icarəyə vermələrini, 2015-ci ildə həmin torpaq sahəsinə getdikdə orada Cavabdeh2 istifadə etməsinin şahidi olmasını, bunun səbəbi ilə maraqlandıqda torpaq sahəsinin alqı-satqısı müqaviləsindən xə bər tutmalarını, əslində isə onların torpaq sahəsini heç kimə satmamalarını əsas göstərməklə xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 2(075)-2301/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim: C.F.İmanov) iddia təmin edilərək Süleymanovlarla Dəmirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış mübahisəli torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxx 2005-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək mübahisəli torpaq sahəsini iddiaçılardan notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almaqla onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydi yyatına alınmasını, müqavilənin etibarsız sayılması barədə tələbin iddia müddətinin ötürülməklə verilməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və Süleymanovların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. 2019-cu ilin sentyabr ayında X1 Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə qətnamədən şikayət vermə müddətinin ötürülməsi səbəbindən kassasiya şikayəti geri qaytarılmışdır. 2020-ci ilin aprel ayında İddiaçı1 məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi əsas göstərilməklə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Süleymanov X2 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020ci il tarixli qərardadından kassasiya şikay əti vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayətin vəkil tərəfindən imzalanmaması və dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsi səbəbindən kassasiya şikayəti geri qaytarılmışdır. 2020-ci ilin dekabr ayında İddiaçı5 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək kassasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmiş və iş baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, aşağıdakı s əbəblərdən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-40/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə bütün iddiaçılar, o cümlədən İddiaçı5 kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması və işin Ali Məhkəməyə göndərilməsi barədə vəsatət vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır. Lakin buna baxmayaraq İddiaçı5 2020-ci ilin dekabr ayında yenidən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)40/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı5 tərəfindən verilmiş vəsatət təmin edilərək prosessual müddət buraxılmamış hesab edilmiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(107)-40/2018 nömrəli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti İddiaçı5 münasibətdə baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Prosessual müddətin bərpası barədə İddiaçı5 ərizəsinə bir dəfə baxılmaqla kassasiya şikayəti geri qaytarıldığından, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı5 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-40/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci i l tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin, İddiaçı5 torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)40/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1804/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1804/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver