Məhkəmə qərarları › İş №2(102)-1804/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1804/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1804/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, iddiaçı Cavabdeh İddiaçı qarşı ilk və qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6) mənzilin alqı-satqısından əldə edilmiş pulun bir hissəsinin verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələblərinə dair i lk, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-778/2023 nömrəli iş üzrə 17 yanvar 2023-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. 2. 2015-2016-cı illərdə, yəni birgə nikah dövründə İddiaçı əri Cavabdehla alqı-satqı yolu ilə tikinti şirkətindən yeni inşa edilmiş ünvan 1 ünvanda yerləşən 170 nömrəli mənzili (yeni qaydada: ünvan) əldə etmişlər.

3. Həmçinin, tərəflət birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə İddiaçı adına “XXX” marka lı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomobil almışlar. 4. 19 oktyabr 2021-ci il tarixdə tərəflər arasındakı nikah pozulmuşdur. 5. ünvan 1 ünvanda yerləşən 170 nömrəli mənzili (yeni qaydada: ünvan) xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

6. Cavabdeh ilə alıcı X6 arasında bağlanmış AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, satıcı Cavabdeh XXX ünvanda yerləşən ümumi sahəsi 50,2 kv.m. olan mənzili alıcı X2 mükiyyətinə verilir. Əmlakın alqısatqı qiyməti 50.000 manat müəyyən edilmişdir. 7. xx.xx.2018-ci il tarixdə verilmiş AD XXX nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2013-cü il olan “XXX” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 170 nömrəli mənzili (yeni qaydada: ünvan) alğı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 33.333 manat məbləğdə pulun, həmin mənzildə qalmış cehiz əşyalarının - dəyəri 2.100 manat olan yataq dəstinin, dəyəri 1.100 manat olan mətbəx mebelinin, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stulun, dəyəri 9 manat olan uşaq mebelinin, dəyəri 350 manat olan elektrik peçinin (duxovkanın), dəyəri 450 manat olan 3 ədəd pərdənin, dəyəri 900 manat olan soyuducunun, dəyəri 600 manat olan paltaryuyanın, dəyəri 600 manat olan paltar şkafının Cava bdeh alınaraq ona verilməsi, olmayan əşyaların dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh da İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, birgə nikah dövründə əldə etdikləri, İddiaçı adına alınmış “XXX” markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində 1/2 hissədə onun payının, 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 nömrəli iş üzrə 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 170 nömrəli mənzilin (yeni qaydada ünvan) alqı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilm iş, həmin məbləğin 25.000 manatının Cavabdeh alınaraq İddiaçı verilməsi, ünvan 1 ünvanda yerləşən 170 nömrəli mənzilində (yeni qaydada: ünvan) qalmış cehiz əşyaları - dəyəri 2100 manat olan yataq dəsti, dəyəri, 1100 manat olan mətbəx mebeli, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stul, dəyəri 9 manat olan uşaq mebeli, dəyəri 350 manat olan elektrik peçi (duxovka), dəyəri 450 manat olan 3 ədəd pərdə, dəyəri 900 manat olan soyuducu, dəyəri 600 manat olan paltaryuyan, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq İddiaçı verilməsi, olmadığı təqdirdə onların pul dəyərinin İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi, “XXX” markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı pa yının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın rədd olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı notarial razılığı ilə X1. İddiaçı onunla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, iddiaçının hər hansı bir cehiz əşyası olmamaş, İddiaçı ona qoşulub qaçaraq ailə həyatı qurmuşdur. Evdə olan əşyaları özü “Embavud” mağazasından kredit götürərək almışdır. İddiaçı onun evinə gəlin gələndə hər hansı bir cehiz əşyası olmamış, bütün əş yalar ünvan2-da yerləşən mənzil alındıqdan sonra kreditə alınmışdır. İddiaçı həmin əşyaların nə vaxt alınmasını, nə vaxt mənizlə yerləşdirilməsini sübüta yetirə bilməsə də, məhkəmə əsassız qətnamə qəbul etmişdir. Mübahisəli ev birgə nikah dövründə alınmasına baxmayaraq birgə nikah dövründə əldə olunmuş pul vasitəsi ilə deyil, anası X5 məxsus mənzil xx.xx.2013-cü il tarixdə 80.000 manata satılaraq alınmışdır. Birgə nikah dövründə əldə olunsa da, birgə nikah dövründə əldə olunmuş pulla əldə edilməmiş əmlak birgə nigah dövründə də iddiçının yazılı razılığı ilə satılmış və ailənin xərclərinə sərf edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-778/23 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov, F.Tal ışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin mübahisəli mənzilin birgə nikah dövründə alınmasına baxmayaraq birgə nikah dövründə əldə olunmuş pul vasitəsi ilə deyil, anası X5 məxsus mənzilin satılaraq həmin vəsait hesabina alınması və İddiaçı onun evinə gəlin gələndə hər hansı bir cehiz əşyasının olmaması, bütün əşyaları sonradah özü “Embavud” mağazasından kredit götürərək alması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməm işdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri ilk iddia ərizəsinin əsaslarına uyğun olmuş, etirazda kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzi fələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin et mək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyy əti müəyyənləşdirilə bilər; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Maddə 32.2. Ər-arv adın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Ni kah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir; Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir; Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvad dan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qayda da verilməsi tələb oluna bilməz; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəm ələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlar ı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlillərinin əsası kimi istinad olunan hallara dair sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlan ması yekunlaşana qədər təqdim edilmədiyi, ilk dəfə apellyasiya şikayətində qeyd edildiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmədiyi və onlara baxılmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-778/2023 nömrəli i ş üzrə 17 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar