Məhkəmə qərarları › İş №2(102)-1805/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1805/2020

12.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1805/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3664/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(067)-1406/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Sadıqov) İddi açı Cavabdeh qarşı “cehiz əmlaklarının, qızıl-zinət əşyalarının geri qaytarılması və vurulmuş zərərin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, pərdələr, prostin dəsti, 2 ədəd qaz tükündən yastıq, döşək üzü-yastıq üzüyorğan üzü, 2 ədəd yorğan üzü, 3 dəst yorğan, 1 ədəd taxt döşəyi, 2 dəst qazan, 50 ədəd boşqab+50 ədəd boşqab, 6 ədəd kasa, 6 ədəd dərin kasa, 6 ədəd aş buludu, 7 ədəd külqabı, 13 ədəd salat qabı, 2 ədəd sok qabı, 3 ədəd meyvə qabı və ya onların dəyərinin, həmçinin göstərilmiş hüquqi yardıma görə 200 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3664/2019 saylı qətnaməsi ilə (hak imlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, L.M.Məmmədova və S.A.Qafari) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən qızıl-zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, cavabdehdən 4.000 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı dəstin (sırğa, sep, qolbaq, üzük), 500 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı üzüyün və 500 manat dəyərində qızıl üzüyün alınıb iddiaçıya verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər ayrıayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı i ddia qaldıraraq, ailə qurduğu zaman cavabdehin evinə apardığı siyahıda göstərilən cəmi dəyiri 17.005 manat olan cehiz əmlakının, cəmi dəyəri 6.048 manat olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi və cavabdeh tərəfindən aldadılması nəticəsində ona vurulmuş maddi zərərə görə 8.500 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsini iddia edir və sonradan iddiaçı, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin evinə apardığı cəmi dəyəri 951 manat olan cehiz əşyalarını da tələb edir və həmin əşyalar bunlardır: bıçaq 5 ədəd 27 manat, böyük qaşıq 4 ədəd 16 manat, taxta qaşıq 2 ədəd 4 manat, şüşə güllü çaynik 1 ədəd 15 manat, çərəz qabı (yarpaq) 1 ədəd 15 manat, şamdan 1 ədəd 26 manat, mikser 1 ədəd 26 manat, dəst tort qa bı 1 ədəd 7 manat, setka yumurta çalan 1 ədəd 1 manat, tək qazan 1 ədəd 50 manat, padnos nikel 1 ədəd-plasmas 3 ədəd 28 manat, plasmas qab 2 ədəd 5 manat, xrustal stəkan, nəlbəki 6 ədəd 50 manat, şüşə külqabı 12 ədəd 36 manat, sok stəkanları+rumkalar 9 ədəd+9 ədəd 20 manat, çömçə 2 ədəd 17 manat, mürəbbə qabı 8 ədəd 32 manat, qənd qabı 2 ədəd 6 manat, elektrik çaynik-çaydan 1 ədəd 21 manat, kartof əzən 1 ədəd 5 manat, paltar ütüsü 1 ədəd 34 manat, saç buran ütü 1 ədəd 25 manat, salfetka qabı 2 ədəd 10 manat, tyorka 2 ədəd 10 manat, xəkəndaz 2 ədəd 2 manat, süzək nikel 2 ədəd 24 manat, sousnisa 4 ədəd 15 manat, prostin komplekt 3 ədəd 50 manat+22 manat+40 manat, prostin tək (iki nəfərlik) 1 ədəd 40 manat, nalça 6 ədəd 120 manat, baş yaylığı 6 ədəd 44 manat, pijama 3 ədəd 110 manat. Cehiz əm lakını, qızıl-zinət əşyalarını yuxarıda qeyd olunan cəmi dəyəri 951 manat olan cehiz əmlakı ilə birlikdə, həmçinin vəkilə görə ödədiyi 200 manat pulu da tələb edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxar kən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Avçixan Avçixanov öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili Hafiz Ələsgərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən qızıl-zinət əşyaları tələbinin rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə iddianı təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, mübahisəli qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə şəklində verilməsinə, iddianı digər əşyalara aid hissədə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə dü zgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 2018-ci il tarixdə faktiki nikah münasibətinə girmişlər və onların ar-arvad münasibətlərindən uşaqları olmayıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx, xxx, xxx və xxx ifadələrini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb müəyyən edib ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyaları ona cavabdeh tərəfindən hədiyyə şəklində verilib. Apelyasiya instansiyası mə hkəməsi mübahisəli qızıl-zinət əşyalarına aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, məhkəmə iclasında şahid qismində dindirilmiş xxx nın ifadəsini işə əlvə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib qeyd etmişdir ki, xxx iddiaçının xalasıdır və iddiaçının cehiz əşyalarının daşınmasında iştirak edib. Cehiz əşyalarını “Qazel” markalı avtomobillə aparmışlar. Avtomobil tam dolu vəziyyətdə olub. Əşyaların çoxunu mətbəxə yığmışlar. İddiaçı ailə münaqişəsi nəticəsində evdən gedərkən özü ilə heç bir əşya aparmayıb və bütün əşyalar cavabdehin evində qalıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam v ermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisəli qızıl-zinət əşyalarına aid hissədə rədd edərkən işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlib. Belə ki, mübahisələndirilən qızıl-ziynət əşyalarının mövcudluğu, onların iddiaçıya həqiqətən hədiyyə şəklində verilməsi və həmin qızıl-zinət əşyalarının əvvəllər iddiaçının istifadəsində olması işin mübahisə olunmayan hallarıdır. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilm iş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı evdən gedərkən həmin qızıl-zinət əşyalarından qolbaq və üzük onun üzərində olub. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini arışdırıb, cavabdehin etirazı ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddia tələbinə qarşı öz etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, iddia olunan qızıl-ziynət əşyaları ndan cavabdehin özünün qeyd etdiyi dəyərdə olan, yəni 4.000 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı dəst (sırğa, sep, qolbağ, üzük), 500 manat dəyərində 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı üzük və 500 manat dəyərində qızıl üzük cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən alınaraq iddiaçıya verilməmiş digər əşyaların mövcudluğu, onların iddiaçıya məxsus olması, həmin əşyaların iddiaçı tərəfindən aparılmaması, cavabdehdə qalması, iddiaçının aldadılması və bunun nəticəsində toy və nişan mərasimləri xərclərinə görə 8.500 manat maddi zərərə məruz qalması halları məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilməyib və iddiaçı bu barədə sübut etmə öhdəliyi daşısa da, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddələrin mənasına görə, yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin M əcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyy ən olunmalıdır. Mənəvi zərər-şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-h üquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları ta m, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3664/2019 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar