Məhkəmə qərarları › İş №2(102)-1807/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1807/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1807/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1807/2021 (Açar sözlər: alimentin ləğv edilməsi tələbi) 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1549/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X6 münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdi ki, o, Cavabdeh qız ilə Şəki Rayon Qeydiyyat Şöbəsində xx xxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahda yaşadıqları dövrdə, yəni xx xxxxx 2015-ci il tarixdə İsmayıl adlı uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamala rına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxt, yəni 2017-ci ilin fevral ayının 04-dən İsmayıl onun yanında qalmışdır. Lakin, faktiki ayrıldıqdan sonra onların birgə nikahdan ikinci uşaqları xx xxxxxx 2017-ci il tarixdə Cahandar adlı uşaqları da olmuşdur. Göstərmişdir ki, İsmayılın onun yanında qalması xx xxxxxx 2017-ci il tarixdə Cahangirin doğumu ilə əlaqədar olmuşdur. Əsaslı səbəblərdən o, Cavabdeh qarşı məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmış və Şəki Rayon Məhkəməsində iddiaya baxılmışdır. Onun iddiası üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (075)-100/2018 saylı qətnaməsi qəbul edilmiş, həmin qətnaməyə əsasən onunla Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixdə Şəki ray on Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlarından - xx xxxxx 2015ci il təvəllüdlü X10 onun, xx xxxxxx 2017-ci il təvəllüdlü X7 isə anası Cavabdeh yanında saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsində cavabdehin şikayətinə baxılmışdır. Sözügedən apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)1166/2018 saylı qətnaməsi qəbul edilmiş və həmin məhkəmə aktı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-100/2018 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tərəflərinin birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsinə verilməsi və xx xxxxx 2015-ci il təvəllüdlü İ.İddiaçı və xx xxxxxx 2017-ci il tarixli doğumlu C.İddiaçı yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)6968/2018 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)1166/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin qeyd olunan qətnamələrə baxmayaraq birgə nikahdan doğulmuş xx xxxxx 2015-ci il təvəllüdlü X10 hal-hazıradək onun himayəsində olmaqla qalmaqdadır. X14 Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsi ilə hər iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün ondan 100 (bir yüz) manat sabit pul məbləğində tutulması qət edilmişdir. Bundan sonra Şəki rayon məhkəməsində q arşılıqlı olaraq ayrı bir məhkəmə mübahisələri olmuş və məhkəmə xx xxxxx 2019-cu il tarixdə iddia tələblərinə baxaraq ilk iddianı təmin edilmiş, Cavabdeh ilə onun birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X5 ondan məcburi qaydada alınaraq Cavabdeh verilməsi, onun Cavabdeh qarşı xx xxxxxx 2017-ci il təvəllüdlü X4 Cavabdeh alınıb onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Şəki rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 nömrəli qətnaməsindən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxaraq xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli məhkəmə aktı qəbul etmişdir. Şəki Apellyasiya M əhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli qətnaməsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən məhkəmə aktlarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş övladı İsmayıl Süleymanov atası, yəni onun yanında qalmaqla yaşayır. İsmayıl onun himayəsindədir və onun saxlanma xərclərində anası, Cavabdeh iştirak etmir. Lakin buna baxmayaraq o, İsmayılın saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)1166/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 (bir yüz) manat sabit pul məbləğin alimentin cavabdehin xeyrinə tutulması davam etdirilir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli qətnaməsi üzrə icra hərəkətləri edilmiş, lakin azyaşlı İsmayıl anasına getməkdən imtina etmiş və icra məmurları tərəfindən bu barədə akt da tərtib edilmişdir. Hesab edir ki, qanunvericilik uşağın öz atasından (anasından) alınması ilə bağlı norma müəyyən etməmişdir. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 nömrəli qətnaməsi İsmayıl Süleymanovun anası Cavabdeh verilməsi hissəsində icra edilə bilməmiş, sözügedən qətnamənin həmin hissəsinin icra edilmədiyi halda isə qanunsuz olaraq həmin qətnamənin aliment hissəsində, yəni uşağın saxlanması üçün təyin edilmiş vəsaitin borc olaraq müəyyən edilib saxlanılması ədalətsizlikdir. Hesab edir ki, iddiası əsaslıdır. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166 /2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X6 münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)531/2020) iddia təmin edilməmiş, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X6 münasibətdə ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)627/2019 saylı qətnaməsinə əsasən, xx xxxxx 2015- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə Cavabdeh verilməsi üçün İddiaçı tutulmalı olan 2200 manat aliment borcunun ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasıya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X5 atası İddiaçı yanında qalması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın tərəflərin birgə nikahından xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X5 Cavabdeh verilməsi hissəsində təmin edilməsi, tərəflərin birgə nikahından xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X5 Cavabdeh yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X10 və xx xxxxxx 2017-ci ıl təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 (bır yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəli xx xxxx 2017-cı il tarixdən hesablanması, alimentın tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)6968/2018 saylı qərarına əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 saylı qətna məsinə əsasən, Ramilə Nəcəf qızı ilə İddiaçı birgə nikahlarından olan xx xxxxx 2015ci il təvəllüdlü X2 Famil Siyəhbər oğlundan məcburi qaydada alınaraq Ramilə Nəcəf qızına verilməsi, İddiaçı Ramilə Nəcəf qızına qarşı xx xxxxxx 2017ci il təvəllüdlü X4 Ramilə Nəcəf qızından alınıb onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 saylı qətnaməsinə əsasən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1969/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsin in xx xxxx 2019-cu il tarixli, 2(075)-627/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə, 3-cü şəxs Cavabdeh qarşı “ xx xxxxx 2015-ci il təvəllüdlü X10 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün ondan tutulması üçün hesablanmış 4400 manat aliment borcunun ləğv edilməsinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışına görə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixindən hesablanmaqla 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tələbkar Süleymanova (Cəfərov a) Ramilə Nəcəf qızına bu günədək 5000 manat məbləğində aliment pulu ödəmiş, 2200 manat aliment borcu qalmaqdadır. Ədürrəhman Abdullayev adına şəhər 21 saylı tam orta məktəb tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışa görə, X3 Abdullayev adına 21 saylı tam orta məktəbin hazırlıq sinifində təhsilini davam etdirəcəkdir. “Olimpiya” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışa görə, X10 2017-ci ilin fevral ayından atası İddiaçı ilə birgə yaşayır. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna xx xxxxx 2020-ci il tarixdə verilmiş cavab məktubuna görə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cəfərova (əvvəlki soyadı Süleyma nova) Ramilə Nəcəf qızı ilə İddiaçı Siyahbər oğlunun birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X2 Famil Siyahbər oğlundan məcburi qaydada alınaraq tələbkar X11 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Göstərilmişdir ki, borclu tərəfindən əvvəlcə apellyasiya, daha sonra isə kassasiya şikayətləri verilmiş, qanunamüvafiq olaraq icraat xx.xx.2019-ci il tarixli qərarla dayandırılaraq xx.xx.2020-ci il tarixli qərarla təzələnmişdir. İcraat təzələndikdən sonra icra sənədinin məcburi icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmış, xx.xx.2020-ci il tarixə məcburi icra prosesi təyin edilmiş sonra isə müəyyən səbəblərdən xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il ta rixdə təyin edilmiş icra prosesində X12 ilə övladı X5 təklikdə görüşmələri təmin edilsə də onun Ramilə Cəfərova məcburi verilməsi mümkün olmamışdır. Daha sonra yenidən xx.xx.2020-ci il tarixə icra prosesi təyin edilsə də, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının müvafiq qərarlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin müvafiq göstərişlərinə əsasən icra prosesinin həyata keçirilməsi mümkün olmamış, buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etm işdir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1. maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını n əzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Q anunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin üçüncü hissəsinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İcra hərəkətlərinin aparıldığı müddətdə xx xxxxx 2015-ci il təvəllüdlü X5 İddiaçı Siyahbər oğlundan məcburi qaydada alınaraq Cavabdeh vermək mümkün olmamışdır. Lakin proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu isə o, deməkdir ki, icra sənədi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Qeyd olunan icra sənədinin icra edilməməsinin mümkün olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ya həmin icra sənədi mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmamışdır. Belə olduğu halda məhkəmə iddianı əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı bundan əvvəl də cavabdehə qarşı eyni tələb üzrə iddia qaldırmış və onun tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin hüquqi əsasını azyaşlı İsmayılın icra məmurları tərəfindən anasına verilməsinin mümkün olmamasını göstərməsi təşkil etmişdir. Yəni iddiaçı hesab etmişdir ki, artıq azyaşlı İsmayılın anasına verilməsi mümkün olmamış, buna görə də ona münasibətdə ondan tu tulmalı olan aliment məbləği silinməlidir. Lakin iddiaçı unutmuşdur ki, uşağın ondan məcburi qaydada alınaraq anasına verilməsi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Buna görə də məhkəmə Ali Məhkəmənin məlum Plenum qərarının məzmunundan çıxış edərək iddiaya xitam deyil, onun rədd edilməsi qərarına gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), İ.Şükürov və V.Məlikov, iş № 2(107)-1549/2020) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-531/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İcra hərəkətlərinin aparıldığı müddətdə xx xxxxx 2015-ci il təvəllüdlü X5 İddiaçı Siyahbə r oğlundan məcburi qaydada alınaraq Cavabdeh vermək mümkün olmamışdır. Lakin proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu isə o, deməkdir ki, icra sənədi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Qeyd olunan icra sənədinin icra edilməməsinin mümkün olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ya həmin icra sənədi mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Nemət qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1549/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə ba xılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1549/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar