Məhkəmə qərarları › İş №2(102)-1808/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1808/2021

22.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1808/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2, üçüncü şəxslər Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdeh X5 və onların vəkili Vəkil, Cavabdeh X4 və onun vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2095/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzili (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709, M3, m 1) X1nın adına 07.05.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. 12.01.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzili ni Cavabdeh bağışlamışdır. X1 30.07.2019-cu il tarixdə vəfat etmişdir. 25.05.2016-cı il tarixli razılıq ərizəsindən müəyyən edilir ki, İddiaçı2 və Kərimov İddiaçı3 Nurcahan nın Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzilini Cavabdeh bağışlamasına etiraz etməmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 15.07.2016-cı il tarixli məktubuna görə, Komissiya ünvan 1 ünvanında yerləşən, anası X1na məxsus mənzilin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 15.04.2016-cı il tarixli, 94 nömrəli sərəncamı ilə 20.12.1974-cü il təvəllüdlü qardaşı X15 üzərində təyin olunmuş qəyyumu olan Cavabdeh bağışlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri X idmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 17.02.2020-ci il tarixli, **********37 nömrəli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 34 ünvanda yerləşən 23 saylı mənzil sahəsi (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709, M3, m 1) Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12.01.2017-ci il tarixli, 4Ə-66 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 19.01.2017-ci il tarixli dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X2, üçüncü şəxslər Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Nota riat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsindən imtina və ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.01.2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsindən imtina edərək və həmin müqavilənin ləğv olunaraq mərhum anaları X1na məxsus Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23, yeni qaydalarla AZ 5007, ünvan 3 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüquqlarının (vərəsəlik hüquqlarının) bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 12 yanvar 2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 19.01.2017-ci il tarixli dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilərək mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X1 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı, 07.05.2016-cı il tarixdə qeydə alınmış, Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23, yeni qaydalarla: AZ 5007, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 61,7 kv metrlik xüsusi mülkiyyətdə olan mənzili 10 yanvar 2017-ci il tarixli etibarnamə əsasında cavabdeh, doğma bacısı X2 bağışlamışdır. Bu bağışlama müqaviləsi Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində notariat kontorunun xüsusi notarius u tərəfindən 12 yanvar 2017-ci il tarixdə təsdiq edilmişdir. Həmin mübahisəli mənzildə onlar, yəni X2, qardaşı X3 və bacısı X4 birlikdə yaşayırlar. Cavabdeh olan digər bacısı isə ümumiyyətlə mübahisəli mənzildə deyil, özünə məxsus başqa mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli mənzilin mülkiyyətçisi olmuş anaları məhrum X1 30 iyul 2019-cu il tarixdə vəfat etdikdən sonra cavabdeh X4 onları hədələyərək bağışlama müqaviləsi əsasında ona verilmiş mənzildən çıxmalarını tələb etmişdir. Onlar anlamışlar ki, bacılarının niyyəti mübahisəli mənzili ələ keçirərək vəziyyətlərini ağırlaşdırmaq olmuşdur. Bundan sonra Cavabdeh mübahisəli mənzildən çıxarılmaları məhkəmədə onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7640 saylı, 25.10.2019-cu il tarixli qətnam əsinə əsasən, iddia təmin edilərək qardaşı İddiaçı3 və onun Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23 saylı mənzilinə (yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi,

709. M3, m 1) olan istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları İddiaçı1 isə 8000 (səkkiz min) manat kompensasiya verilməklə mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində işin bütün halları tam öz əksini tapmamışdır. Göründüyü kimi, cavabdeh bağışlama müqaviləsi əsasında hədiyyə olunmuş mənzildən onları məhkəmə qaydasında yaşamaqdan məhrum etməsi bir daha da onların vəziyyətinin ağırlaşdırılmasını təsdiq edir. Həmçinin cavabdehin əvvəlcədən niyyəti bağışlama müqaviləsi əsasında analarının adına olan mənzili ələ keçirərək mülkiyyət hüquqlarını məhdudlaşdırmaq olmuşdur. Xüs usilə məhkəmənin nəzərinə çatdırılmışdır ki, cavabdeh hazırda da mübahisəli mənzildə yaşamır. Eyni zamanda mübahisəli mənzilə dair onlara qarşı iddia qaldırdıqdan sonra onlar bağışlama müqaviləsini əldə edərək, cavabdehin niyyətini həmin vaxt anlamışlar. Yəni əlverişsiz vəziyyətə düşdüklərini və bağışlama müqaviləsinin mövcudluğunu cavabdeh onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra bilmişlər. Mübahisəli mənzildən çıxarılmaları barədə məhkəmə qətnaməsinin mövcud olması kifayət qədər əsas verir ki, 12.01.2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə, Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 19.01.2017-ci il tarixli dövlət reyestrindən verilmiş çıxarış ləğv edilərək mülkiyyət hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında şa hid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, tərəflərin bibisidir. Tərəflərin münasibətləri analarına kimin baxması ilə əlaqədar olaraq pozulmuşdur. X14 na ölən günə kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 baxmışlar. Cavabdeh X4 iddiaçıları aldadaraq mübahisəli evi öz adına keçirmişdir. Onlar məsələ ilə bağlı cavabdeh X2 irad bildirəndə X4 onlara bildirmişdir ki, anası ona cehiz vermədiyinə görə həmin ev onundur. X14 nın 2017-2018-ci illərdə huşu və ağlı üstündə olsa da, həmin vaxt gözləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, tərəflərin bibisidir. X14na ölən günə kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 baxmışlar. Hətta İddiaçı1 ailəsi anasına baxmaq üstündə dağılmışdır. Cavabdeh X4 iddiaçıları aldadaraq müb ahisəli evi öz adına keçirmişdir. Cavabdeh X4 anasının üçü çıxan kimi iddiaçıları məhkəməyə vermiş və iddiaçıların mənzildən istifadə hüquqularını itirmişdir. X14 2017-2018-ci illərdə elə də ağır xəstə olmamış, lakin həmin vaxt şəkər xəstəliyindən gözləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Belə ki, o, iddiaçılarla qonşu olmuşdur. X14 na 12 il İddiaçı1 baxmışdır. Əvvəllər mərhum baxımsız olsa da, X3 qayıtdıqdan sonra anasına və xəstə qardaşına çox yaxşı baxmışdır. Cavabdeh X4 İddiaçı1 aldatmışdır ki, anasına və xəstə qardaşına o, baxacaqdır. Cavabdeh X4 anasının üçü çıxan kimi iddiaçıları məhkəməyə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rə dd edilmişdir (hakim Azər İsmayılov). Birinci instansiya məhkəməsi X14 nın hələ öz sağlığında İddiaçı1 iştirakı ilə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzilini 12.01.2017-ci il tarixdə Cavabdeh bağışlamasını, X14 nın mənzili bağışladıqdan 2 il 6 ay sonra, 30.07.2019-cu il tarixdə vəfat etməsini, bu müddət ərzində qeyd olunan bağışlama müqaviləsini sağlığında mübahisələndirməməsini, qeyd olunan bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmasını müəyyən edərək iddianı təmin etməmişdir. İddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (h akimlər – Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, X2 Quliyev, Gülnarə Tağızadə) 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edirək qeyd etmişdir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmış, iddiaçıların anası, X14 hələ sağlığında öz mülkiyyətində olan əmlak üzərində sərəncam verərək cavabdehə bağışlaması, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi üçün heç bir əsasın olmaması barədə qənaətinə gəlməkdə haqlı olmuşdur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cav ab xidməti ilə şərtləndirilmir. Hazırki müqavilədə də qeyd edilən əmlak bağışlanan zaman hədiyyə alan – Cavabdeh bağışlanan əmlak müqabilində üzərinə hər hansı öhdəlik götürməmişdir. Həmçinin Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanarkən hazırki iş üzrə İddiaçı1 anasının əvəzindən etibarnamə ilə iştirak etmiş, bağışlama müqaviləsini imzalamışdır. Mənzilin bağışlama müqaviləsi 12.01.2017-ci iltarixdə bağlanmış, mənzilin sahibi X1 isə 30.07.2019-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi, mənzilin m ülkiyyətçisi Nurcahan Kərimova mənzili bağışladıqdan sonra təxminən 2 il 6 aydan çox müddət keçdikdən sonra vəfat etsə də, həmin müddət ərzində bağışlama müqaviləsini mübahisələndirməmişdir. Bu səbəbdən də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud olmadığı üçün birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar və Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh X4 və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə al anın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası m əhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh X4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2 095/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar