Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1809/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkil tərəfindən kassasiya şikayətinin elektron qaydada imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddiası ilə bağlı mülki i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, 17 mart 2023-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayr am və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrin cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; qeyd edilən hallar ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4448/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd edilmişdir.
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10943/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov və Fuad Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)4448/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən iddiaçı (vəkil Nümay əndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1706/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi) Mehparə Əhmədova və İsmayıl Xəlilov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10943/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsinin əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)4448/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə - əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 487 gün ərzində həftədə 36 saat əvəzinə 40 iş saat iş lədiyi üçün ümumilikdə 396 saata görə 15.964,84 (on beş min doqquz yüz altmış dörd manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması, qətnamənin yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Maddə 407.3. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu
14. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses i ştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
15. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnam ənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən elektron qayda da imzalansa da, Vəkil tərəfindən adi qaydada imzalanmış, lakin elektron qaydada imzalanmamışdır.
19. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
20. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
21. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cüm lədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Beləliklə, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məh kəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
24. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-255/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsindən cavab deh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.