Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1825/2022 24.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 06 may 2021-ci il tarixli, 2(105)-1265/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən 07.06.2021-ci il tarixdə rəsmi qaydada alınsa da, həmin qətnamədən kassasiya şikayəti, şik ayətin verilməsi üçün qanunla nəzərə tutulmuş müddətin bitməsindən 1 ay 7 gün keçdikdən sonra, 14.09.2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin poçt xidmətinə daha əvvəl – 23.07.2021-ci il tarixdə təhvil verildiyi barədə şikayətə əlavə edilmiş xüsusi rabitə xidmətləri göstərən "xxxx" MMC-nin qaiməsi həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həqiqətən də iddiaçının kassasiya şikayətini rabitə xidməti göstərən orqana 23.07.2021-ci il tarixdə təhvil verməsi, lakin məktubun iki aya yaxın müddət keçdikdən sonra – 14.09.2021-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə daxil olması ağlabatan və inandırıcı deyil. Digər tərəfdən qaimənin üzərində həm təhvil, həm də qəbul tarixləri üzərində sonradan düzəlişlər edild iyi aşkar görünür. Həmçinin işdən görünür ki, kassasiya şikayətinin xüsusi rabitə xidmətinə təxminən 2 ay əvvəl verildiyini təsdiq edən sənəd qismində şikayətə əlavə olunmuş poçt sənədinin surətinin mötəbərliyi şübhə doğurduğu üçün apellyasiya instansiyası məhkəməsi bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə bir neçə dəfə məhkəmə iclasları təyin etmiş, bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişləri, habelə poçt xidmətini həyata keçirən "xxxx" MMC-yə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə çatdırılması ilə bağlı qəbzin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərmişdir. Təyin olunmuş məhkəmə iclaslarına iddiaçı və ya onun nümayəndəsi (vəkili) gəlməmiş, rabitə orqanı tərəfindən sorğuya cavab verilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğun hesab etməklə 01 dekabr 2021-ci il tarixli qərardadla baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Halbuki MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti həmin akt işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. MPM-in 406-cı maddəsinə əsasən, kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq a pellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətdə kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı qərardadla kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildiyi təqdirdə yuxarıda qeyd olunan mübahisəli məsələnin tərəflərin iştirakı ilə müzakirə olunmasını istisna e tmir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1265/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1825/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1825/2022
24.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver