Məhkəmə qərarları › İş №2(102)-1829/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1829/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1829/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsinin 1.8870 ha hissədə etibarsız hesab edilməsi, Cavabdeh3 adına 31.97 ha torpaq sahəsinə verilmiş xx xxx 2008-ci il tarixli 30802659 qeydiyyat nömrəli çı xarışın və xx xxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışının 1.8870 ha hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC məhkəməyə vəsatət (ərizə) göndərərək mülki işin aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2075/2019 nömrəli qərardadı ilə (sədrlik edən hakim C.İmanov) cavabdeh “xxxx” ASC-nin qeyd edilən mülki işin Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə cavabdeh “xxxx” ASC hesab edir ki, həmin işə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır k i, iddia tələbinin yönəldiyi cavabdehlərin biri hüquqi şəxs, digəri isə dövlət orqanıdır, iddianın predmetini isə inzibati orqanın üzərinə inzibati aktın ləğv edilməsi (mübahisələndirmə haqqında iddia) təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.1, Mülki-Prosessual Məcəllənin 31.1-31.2, 44.2.2-ci maddələrinə əsasən cavabdeh vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil ol an hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Cavabdeh “xxxx” ASC hüquqi şəxs olsa da, digər Cavabdeh3 fərdi sahibkar statusu olmayan fiziki şəxsdir. Birinci instansiyası məhkəməsi həmin işi icraata qəbul edərkən MPM-nin 35.1. maddəsinin tələblərinə riayət olunmuşdur. Həmin normaya görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa, iddia tələbindən görünür ki, tələb xx xxxx 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsinin 1.8870 ha hissədə etibarsız hesab edilməsi, Cavabdeh3 adına 31.97 ha torpaq sahəsinə verilmiş xx xxx 2008-ci il tarixli xxxx2659 qeydiyya t nömrəli çıxarışın 1.8870 ha hissədə ləğv edilməsindən ibarətdir. Hazırkı tələb inzibati orqanın üzərinə hər-hansı inzibati aktın qəbul edilməsi ilə bağlı deyil. İddiaçı qanuni qüvvəsini almış başqa bir məhkəmənin qətnaməsinə əsaslanaraq ipotekanın qismən etibarsızlığını (qətnamə ilə etibarsız hesab olunan hissədə) və həmin hissədə yüklülüyün götürülməsini tələb edir. Tələb mülki-hüquqi əqdin etibarsız hesab olunmasının nəticəsi olaraq irəli sürülmüşdür. Həmin işdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.1 maddələrində nəzərdə tutulan tələblərin dispozisiya şərtləri mövcud deyil. Ona görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki şikayətin dəlillərini qəbul etm ir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar