Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1831/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə Nemət qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)2817/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alçaltdığı ləyaqətini, şərəfini bərpa etmək məqsədi ilə bu məlumatları yaydığı Elsevər Baloğlanov və Şahbaz Baloğlanova və atası Əfqan Baloğlanovun yanında ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Rayon Məhkəməsinin 2(051)-1177/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ələkbər Hüseynov) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2817/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Rayon Məhkəməsinin 2(051)-1177/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov, Vəzirxan Məlikov) İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Cavabdeh məlumatların doğru olub-olmaması ilə bağlı sübut təqdim etmədiyindən məhkəməyə linqivistik ekspertizanın keçrilməsi barədə vəsatət verilsə də ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə Nemət qızı kassasiya şikayətinin dəlillərini müdafi ə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada İşdə iştirak edən digər şəxslər xəbərdar edilsələr də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hes ab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı cavabdehin ondan üzr istəməsi barədə tələbinin əsası kimi cavabdehin onun barəsində həqiqətə uyğun olmayan məlumat yaymasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin sübuta yetirilməməsi, səxsin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulmasının Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş ifadə azadlığına zidd olması, İnsan Haqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə üzrxahlıq etmək öhdəliyinin təklif edilməsinin şəxsin öz fikrindən dönməyə məcbur edilməsi kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni d üzgün sayaraq apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini tam araşdırmış, işdə olan sübutlarla cаvаbdehin iddiаçının şərəf və ləyаqətini ləkələyən məlumаtlаr yаymаsının təsdiqini tapmamasını, cavabdehin hər hansı bir ifadəsinin iddiaçının şüurunda mənfi reaksiyaya səbəb olmamasını, iddiaçının şəxsi və ailə sirlərinin açıqlanmamasını, iddiaçının hər hansı başqa hüquqlarının məhdudlaşdırılmamasını müəyyən edərək, sonda Mülki Məcəllənin 23.1-ci maddəsinə, Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» 31 mаy 2002-ci il tаrixli qərаrında Konstitusiyа Məhkəməsinin əks olunan hüquqi mövqeyinə istinad etm əklə apelyasiya şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işlətdiyi ifadəyə görə hər hansı şəxsin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması, ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi prinsiplərə ziddir. Hər hansı məlumatın yayılması ilə ləkələnən şərəf və ləyaqət həmin məlumatın yalan olması barədə təkzib verilməsi, məlumat nəticəsində dəymiş zərərin pulla əvəzləşdirilməsi, hətta inzibati və cinayət xarakterli cəzalarla aradan qaldırıla bilər. Lakin belə məlumatların yayılmasına görə şəxsin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması həmin şəxsin özünün ləyaqətinin alçalmasına gətirib çıxarar. Hazırki iddia tələbi isə məhz cavabdehin üzərinə üzr istəməsi vəzifəsinin qoyulması barədə olmuşdur. İş üzrə linqvistik ekspertizanın keçirilməməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası ekspert tədqiqatına təqdim edilməli olan hər hansı mətnin olmaması, həmçinin cavabdehin şifahi formada deməsi iddia edilən sözlərin sübuta yetirilməməsi səbəbindən bu dəlili əsassız sayır. Kassasiya və apellyasiya şikayətlərində istinad edilən digər dəlillər eyni olduğu və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2817/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1831/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1831/2020
02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver