Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1834/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (X.Mərdanova - sədrlik edən və məruzəçi, hakimlər İ.Şirinov, F.Babayev) 15.10.2019-ci il tarixli X5 nömrəli qətnaməsi ilə birinci iddia üzrə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X5 saylı 24 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı cərimə borcunun məbləği 10.000 ABŞ dolları həddində müəyyən edilmiş, Cavabdeh3 münasibətdə qətnamə qismən ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli X5 saylı qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə təmin edilmiş, iddiaçı Cavabdeh3 ilə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanan 03.07.2013-cü il tarixli № 08S000014132 nömrəli zaminlik müqaviləsinə xitam verilmişdır. Həmin qətnamədən Cavabdeh1 və vəkili X1 21.05.2020-ci il ta rixdə bilavasitə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 406.1-ci maddəsinə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-i n 406-cı maddəsini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2019-ci il tarixli X5 nömrəli qətnaməsindən verdiyi kassasiya Azərbaycan Respublikası MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1834/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-1834/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver