Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1836/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10737/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar C əmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X28 10.05.2011-ci il tarixdə X29 ilə rəsmi nikaha daxil olmuşlar. 31.08.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X29 ölmüşdür. Həmin hadisə ilə əlaqədar cinayəti işi başlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, 11 dekabr 2013-cü il tarixli hökmü ilə X62 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X38 ibti dai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X3 ibtidai həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, onun cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 31 avqust 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi subut kimi Bakı şəhər prokurorluğunda saxlanılan, “DAEWOO' mark alı **-TF-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı avtobuslardan götürülümüş boya nümunələrinin, üzərində qırmızı boya ləkələri olan şlaqbaum hissəsinin, X20 məxsus 01 ədəd qadın əl çantasının, hadisə yerindən götürülmüş istintaqa təqdim edilmiş xeyli sayda əzilmiş-kəsilmiş, əksəriyyəti istifadəyə yarasız, tək, cüt kişi və qadın yay ayaqqabılarının, şəpiklərinin məhv edilməsi, iş üzrə 200 (iki yüz) manat təşkil edən ekspertiza xərclərinin 100 (yüz) manatının X30 və 100 (yüz) manatının X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-297/2014 saylı, 27.02.2014-cü il tarixli qərarı ilə məhkum X3 ona bəraət verilməsi barədə apellyasiya şikayətinin və məhkum X38 müdafiəçisi X21 müdafiəsini həyata keçirdiyi şəx sə bəraət verilməsi barədə apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X3 və X38 barəsində olan 11 dekabr 2013-cü il tarixli hökmünün dəyişdirilməsi, məhkum X47 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, onun üzərində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il artırılaraq, üzərində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəz asının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-1686/15 saylı, 28.10.2015-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, X5 və X62 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işin də olan məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2012-ci il tarixli, 118 saylı rəyinə əsasən N.M.Şahbazovun meyitinin məhkəmə-tibbi ekspertizasında aşağıdakı xəsarətlər aşkar edilmişdir: kəllənin sol yarısında beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, sol alın-təpə sümüklərinin sınığı, sol qaşüstü nahiyənin əzilmiş yarası, sol təpə-gicgah nahiyəsinin hematoması, alını n sol yarısının, sol yanağının sıyrıqları. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31.08.2012-ci il tarixdə baş vermiş nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və N.M.Şahbazovun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. N.M.Şahbazovun ölümünə səbəb sol alın-təpə sümüklərinin sınığı, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayət olunan başın küt travması olmuşdur, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, N.M.Şahbazovun ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. N.M.Şahbazovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmşinin tiryək qrupu), fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx"xxxx"xxxx" MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, iddiaçının əri Nizami “Şəhidlər xiyabanı”nın yaxınlığında tikilən “Üç alov kompleksi” binalarında işləyirdi. 31 avqust 2012-ci il tarixdə günortadan sonra qayınatasıgildə olarkən yaxın qohumları ağlaşaraq Nizaminin 124 saylı marşrut avtobusu ilə işə gedərkən, avtobusun qatarla toqquşduğunu və hadisə nətic əsində ərinin öldüyünü bildirmişlər. Həmin gün axşamüstü ərinin meyiti kənd qəbiristanlığında dəfn edilmişdir. Nizaminin başı elə əzilmişdi ki, meyitinə baxmaq mümkün deyildi və başından aldığı ağır xəsarətə görə də ölmüşdü. Həmin hadisə ilə əlaqədar cinayət işi başlanmış, X5 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi işində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşıs ını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi - 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X62 idarə etdiyi «Daewoo» markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qat arın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X19, X6, X39, X22, X12, X54, X8, X13, X40, X23, X41, X9, X31, X48, X42, X74, X7, X55, X14, X56, X2, X15, X63, X10, X49, X57 az ağır, X58, X32, X24, X11, X87 ağır xəsarətlər almış, X16, X43, X29, X17, X18, X64 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1 (101)-248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehlərin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehlərin işçilərinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən hər birindən ayrı-ayrılıqda 500000 min manat olmaqla, ümumilikdə ******* manat məbləğində pulun mənəvi zərərə görə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənə vi zərərin əvəzi olaraq cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ərinin "xxxx" QSCnin əməkdaşı X3 və "xxxx" MMC-nin sürücüsü X38 təqsiri nəticəsində ölməsi iddiaçıda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və həyat yoldaşının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər. İddiaçının mənəvi sarsıntı keçirməsi birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda sə bəb olduğu mənfi psixi reaksiyada ifadə olunur. Məhkəmə sonda hesab edir ki, məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan təmin edilməməlidir. Cavabdeh "xxxx" QSC qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının ərinin vəfat etməsi nəticəsində onun mənəvi sarsıntı ke çirməsi konkret sübutlarla təsdiq olunmalıdır. İş materillarında belə bir sənəd mövcüd deyildir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məh kəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cavabdeh "xxxx" QSC (vəkil X33) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Çünki Konstitusiya Məhkəməsi şəxsin mənəvi iztirab keçirtməsini müəyyən etmək üçün mənəvi sarsıntı keçirən qohumun hadisənin şahidi olub-olmaması amilini vacib şərt kimi qoymuşdur. Hazırki mübahisədə iddiaçı baş vermiş hadisənin şa hidi olmamışdır və bu hal işin mübahisəsiz halıdır. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi məhkəməsi qeyd edilən xüsusata heç bir qiymət verməmiş, Konstitusiya Məhkəməsinin bu mövqeyinə zidd olaraq iddiaçının mənəvi iztirab keçirməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən hər hansı bir maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəl ləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 21.1. Zər ərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “...mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulm ası nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı: “...şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cə hətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, ər (arvad) insanın yaxın qohumu olmaqla onun cinayət hadisəsi nəticəsində ölümününü insanın əazb və iztirab verməsi, onun psixikasına təsir etməsi və şüurundan mənfi reaksiyaya səbəb olması, bir sözlə insanın mənəvi zərər çəkməsi mübahisəsizdir. Bunun üçün iddiaçınn baş vermiş hadisənin birbaşa şahidi olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Ona görə də, kassasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10737/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1836/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1836/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver