Məhkəmə qərarları › İş №2(102)-1838/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1838/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1838/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin düşdüyü zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-270/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 097378 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən ev 2, 10 saylı mənzil xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ev 2, 14 saylı mən zil xx.xx.2006-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş maddi ziyanı qiymətləndirmək və cavabdehlərin ona ödəməli olduğu pul təzminatı təyin etmək üçün məhkəmə ekspertizasının təşkil edilməsini, yararsız vəziyyətə düşmüş əmlakın dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması, cavabdehlərin mütləq şəkildə öz mənzillərində şaxtaya keçid açmaları və "xxxx" işçiləri tərəfindən kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsa slandırmışdır ki, bir il ərzində mənzili suyun axması nəticəsində yararsız hala gəlmişdir, mətbəxtdə yerləşən mebel tamamilə xarab olmuş, elektrik naqilləri nasaz vəziyyətə gəlmişdir. 1 və 2 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin qaynar xəttinə etdiyi zənglərdən sonra mənzillərə 3 briqada göndərilmişdir. Nəticədə məlum olmuşdur ki, 3-cü mərtəbənin şaxtasında yerləşən kanalizasiya dirəyində sızma mövcuddur. Binanın 3-cü mərtəbəsində 2 mənzil yerləşir, onlardan 13 nömrəli mənzildə Cavabdeh1 və 14 nömrəli mənzildə Cavabdeh2 oğlu Nümayəndə2 yaşayırlar. "xxxx" ASCnin Yasamal rayon Sukanal idarəsi qeyd olunan mənzillərin sakinləri ilə dəfələrlə görüşməyə cəhd etsə də cavabdehlər onlarla ünsiyyətdən qaçır, qapılarını açmır və zənglərə cavab vermirdilər. Böyük çətinlikdən sonra Cavabdeh2 oğlu N ümayəndə2 ilə "xxxx" əməkdaşları arasında görüş təşkil etmək mümkün olmuş və "Azərsu” əməkdaşları cavabdehə şaxtada sızmanın aradan qaldırılması üçün onun və qonşusu Cavabdeh1 mənzillərində şaxtaya keçid açılmasının lazım olduğunu izah etmişlər. "xxxx" əməkdaşları, yenidən mənzilə gələrək kanalizasiya borusunu dəyişə bilmələri üçün Nümayəndə2 keçid hazır olduqda onlara məlumat verilməsini xahiş etmişlər. Nümayəndə2 hər kəsin qarşısında problemin həllinə köməklik edəcəyinə söz vermişdir. O, 5 oktyabr 2020-ci il tarixdə işlərin necə irəlilədiyini aydınlaşdırmaq üçün Nümayəndə2 mənzilinə yaxınlaşmış, lakin o, bu məsələnin onun problemi olmadığını və evinin divarlarını qırıb keçid açmayacağını deyərək onunla dava etməyə başlamışdır. Eyni zamanda digər mənzilin sahibi Cavabdeh1 də problemin həl linə maneə oluraraq, "xxxx" ASC-nin işçiləri ilə görüşdən yayınır və öz mənzilində şaxtaya keçid açmayacağını bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hazırkı iddia qərəzlidir. Belə ki, onlar 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayırlar. Nümayəndə2 da həmin mərtəbədə yaşayır. 1-ci və 3-cü mərtəbə arasında əlaqə yoxdur. 1-ci və 3-cü mərtəbə arasında necə əlaqə var ki, 2-ci mərtəbə quru olduğu halda 1-ci mərtəbə suyun axması nəticəsində yarasız vəziyyətə düşmüşdür. İddiaçı sızmanın aradan qaldırılması üçün "xxxx" ASC-nin əməkdaşlarına maneə yaradıldığını qeyd etsə də, əksinə o, mənzildə olmadığı müddətdə də evin açarlarını təqdim edərək təmir üçün lazım olan tədbirlərin görülməsi üçün şərait yaratmışdır. O, mənzildə uzun müddətdir ki, yaşamır. "xxxx" ASC tərəfindən təsdiq oluna bilər ki, su-kanalizasiya sistemindən istifadə etməmişdir. İddiaçının mənzili birinci mərtəbədə yerləşdiyindən zirzəmisi tamamilə su içindədir. Şaxtada yerləşən boruların təmir olunmasına isə heç bir etirazı yoxdur və maneə törətmir.

6. Birinci instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 2 saylı evin 10 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Faktiki olaraq üst mərtəbədə yerləşən mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı su sızması müəyyən edilməmişdir. Aparılmış hesablamalar nəticəsində, tədqiq olunan ünvan 3 ünvanında yerləşən 2 saylı evin 10 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1272 manat məbləğində müəyyən olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, ekspert rəyindən göründüyü kimi məsələyə tam aydınlıq gətirilməmişdir. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, qüsurların mövcud olduğu və həmin qüsurların sızmaya aid olduğu müəyyən edilsə də, faktiki olaraq üst mərtəbədə yerlə şən mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı su sızması müəyyən edilməmişdir. 4 ay mənzildə yaşamamışdır, lakin mənzildə yaşamadığı və su qovşağından istifadə etmədiyi halda su sızması davam etmişdir. Konkret demək olmaz ki, su sızması faktı 3-cü mərtəbənin şaxtasında yerləşən kanalizasiya dirəyində yaranan sızma nəticəsində baş vermişdir. Bu məsələ ilə birbaşa "xxxx" ASC maraqlanmalı, su sızmasının səbəbini araşdırmalıdır. Ekspertiza aparılarkən ekspert onların evində olan sanitariya qovşağından su axıdaraq suyun iddiaçının evinə axıb axmamasını yoxlamış və bu zaman iddiaçının mənzilinə su axmamışdır. Problem nə onlarda, nə də ki, qonşulardadır. Problem şaxtadadır. Onlar "xxxx" ASC-nin əməkdaşlarının şaxtada yerləşən boruları təmir etməsinə heç b ir maneə törətməz, tam əksinə boruların təmir olunmasına razıdırlar.

8. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, hər iki ünvana briqada göndərilmişdir, lakin tərəflər şərait yaratmamışdır. Əgər şərait yaradarlarsa gəlib baxa bilərlər.

9. Məhkəmə iclasında iştirak edən ekspert X3 ifadəsində bildirmişdir ki, o, həmin blokda bütün mənzillərdə olmuşdur. İddiaçının evində olan əlamətlər su sızma əlamətləridir və iddiaçıya ziyan dəymişdir. Sonra cavabdehin də evində olmuşdur. Su sızma barədə rəy vermək üçün ya həmin anda orada olmalı, ya da müvafiq təşkilatın aktı olmalıdır. Hazırda isə akt yoxdur. Bu səbəbə suyun axmasını müəyyən etmək olmur. O, 2ci və 3-cü mərtəbəyə də baxmışdır. Suyun haradan gəlməsi bilinmir. Suyun hansı mənzildən sızmasını müəyyən etmək üçün MKTB-nin aktı olmalıdır. Bu akt hal-hazırda olmadığı üçün əlavə ekspertizanın keçirilməsi zəruridir. Çünki yanlız əlavə ekspertiza zamanı xüsusi cihazlar vasitəsilə bu faktı müəyyən etmək mümkündür.

10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7002 saylı əlavə ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat obyektlərinin yerləşmə planını, yəni iddiaçıya məxsus 10 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 10 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qü surların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmişdir. 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər. Qeyd olunur ki, binanın ümumi kanalizasiya borularının yerləşdiyi şaxtada olan pəncərə boşluğu binanın sakinləri tərəfindən hörülərək bağlandığına görə, həmin kanalizasiya borularına dəqiqliklə ətraflı baxış keçirilmədiyindən 10 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Binanın şaxtasında müvafiq təmir işləri (şaxtada quraşdırılmış ümumi borunun dəyişdirilməsi, binanın kanalizasiya şaxta hissəsində mərtəbələrarası örtük qatı açılması və s.) aparılmaqla su sızması aradan qaldırıla bilər. Sözügedən mənzillərin yerləşdiyi binanın şaxta hissəsinə baxış keçi rilməsi mümkün olmadığından su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçıya məxsus mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərində yaranmış qüsurların 13 və 14 saylı mənzillərdən axıdılan su nəticəsində yaranıb yaranmamasını müəyyən etmək mümkün olmamışdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 may 2022-ci il tarixli 2(004)-77/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 14 saylı mənzil və Cavabdeh1 üzərinə Hərbi şəhərcik, Qızıl Şərq küçəsi, ev 2, 13 saylı mənzil üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən şaxtada quraşdırılmış ümumi boru və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərclərinin əvəzi olan 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin halları odur ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən ev 2, 10 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin binanın 13 və 14-cü məzillərinin sakinləri, yəni iddiaçının qonşularıdır. İddiaçının mənzilində olan bəzi konstruktiv elementlər (divar, tavan, döşəmə və s.) və əşyalarda su sızmaya aid olduğu müəyyən edilmiş qüsurlar yaranmışdır. Hazırda iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onun mənzilinin konstruktiv e lementləri və orada yerləşən əşyalara dəymiş zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasını və cavabdehlərin üzərinə ümumi və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdehlər isə iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş edir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın cavabdehlərdən tutulması hissəsində əsassızdır. Belə ki, iş materiallarında olan ekspert rəylərindən müəyyən olunur ki, iddiaçıya məxsus olan 10 saylı mənzilə su sızması nəticəsində bəzi konstruktiv elementlər və əşyalara ziyan dəymişdir və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 1272 manat təşkil edir. Lakin 10 saylı mənzilə məhz həmin binanın 13 və 14-cü mənzillərindən su sızmas ı müəyyən edilməmişdir. Bu halda iddiaçının əmlakına ziyan dəyməsi müəyyən edilsə də, ziyanın məhz cavabdehlərə məxsus mənzillərdən su sızması və ya onların təqsirli hərəkətləri nəticəsində dəyməsi iş materialları ilə sübut olunmadığından iddia maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyinə əsasən binanın şaxtasında müvafi q şaxtada quraşdırılmış ümumi borunun dəyişdirilməsi, binanın kanalizasiya şaxta hissəsində mərtəbələrarası örtük qatı açılması və s. kimi təmir işləri aparılmaqla su sızmasının aradan qaldırılması mümkündür. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi ifadəsində bildirmişdir ki, həmin binada müvafiq işlərin aparılması üçün briqada göndərilmiş, lakin tərəflər əməkdaşlara şərait yaratmadığından işlərin aparılması mümkün olmamışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi cavabdehlərin üzərinə ümumi və kanalizasiya borusunun dəyişdirilməsi üçün şərait yaratmaq öhdəliyinin qoyulması hissəsində əsaslı olduğundan təmin edilməli, ünvan 4 ünvanında yerləşən 13 və 14 saylı mənzillər üzrə ümumi və kanalizasiya borusunun dəyi şdirilməsi üçün şərait yaratmaq öhdəliyi müvafiq olaraq cavabdehlərin üzərinə qoyulmalıdır.

17. İş üzrə ekspertiza iddiaçının vəsatətinə əsasən keçirilmişdir. Ekspertiza nəticəsində məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilinə ziyan vurulması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 1096.1, 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını, "xxxx"nun mütəxəssisləri ilə birlikdə yeni məhkəmə ekspertizasının keçirilməsi, mənzilinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi, keçirilmiş eksp ertiza xərclərinin əvəzi olan 100 (yüz) manat məbləğində pulun cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert ekspertizanı heç bir avadanlıq olmadan aparıb. T.Məmmədov rəyində hakimin verdiyi suallara cavab verə bilməyib və su sızmasının səbəbini tapa bilməyib. Amma qeyd edib ki, mənzilinə 1270 manat ziyan dəyib. Sızıntının mənbəyini tapa bilməməsinə səbəbini T.Məmmədov yuxarı mərtəbələrdəki mənzillərdə boruların bağlı olduğunu qeyd edib. Mənzillərdə boruların üstləri bağlıdır və xüsusi avadanlıq olmadan suyun sızmasının dəqiq yerini müəyyən etmək mümkün deyildir. Məhkəmə cavabdehləri kanalizasiya borularının dəyişdirilməsi üçün şərait yaratmağa məcbur edirsə, bu o deməkdir ki, hakim 13 və 14 saylı mənzillər arasındakı şaxtadan sızmanı təsdiq edir. Cavabdehlər 2 il ərzində borunun dəyişdirilməsinə şərait yaratmırlar, nəticədə mənzilinə ziyan dəyib. Əgər problemin başlanğıcında cavabdehlər "xxxx"nun işçilərinə boruların dəyişdirilməsinə icazə versəydilər, o zaman onun və qonşularının mənzilinə ziyan dəyməzdi. Bundan əlavə məhkəmənin ekspertiza xidmətlərinin haqqını ödəməyi ilə razılaşmır. Cavabdehlər ona problem və ziyan (maddi, psixoloji, fiziki, vaxt itkisi və s.) vurmuşlar və hesab edir ki, bütün xərcləri də onlar ödəməlidirlər.

21. Apellyasiya məhkəməsində icraat zamanı keçirilmiş kompleks təkrar məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 10/124-9/203 nömrəli, 22 may 2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal ra yonu, Hərbi şəhərcik, “Qızıl Şərq" küçəsində yerləşən, 2 nömrəli evin, 10, 11, 12 saylı mənzillərinin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində mövcud olan su sızıma əlamətlərini, eləcə də, 11 və 12 saylı mənzillərin divar və tavanında su damcılarının, nəmlənmə izlərinin olduğunu nəzərə alaraq, 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi su və ya kanalizasiya xəttinin 3-cü mərtəbədəki 13 və 14 saylı mənzillərdən keçən hissəsində qəza yaranması səbəbindən baş verdiyi müəyyən olunur. Tədqiq olunan 10 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 5697,5 manat məbləğində müəyyən olunmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-270/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma razılaşmış və qeyd etmişdir ki, işin faktiki hallarına əsasən mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən ev 2, 10 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə həmin binanın 13 və 14-cü məzillərinin sakinləri, yəni iddiaçının qonşularıdır. İddiaçının mənzilində olan bəzi konstruktiv elementlər (divar, tavan, döşəmə v ə s.) və əşyalarda su sızmaya aid olduğu müəyyən edilmiş qüsurlar yaranmışdır.

24. Birinci instansiya zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli, 10/1996 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı evin 10 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Faktiki olaraq üst mərtəbədə yerləşən mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı susızması müəyyən edilməmişdir.

25. Bundan əlavə işdə olan xx.xx.2022-ci il tarixli, 10/7002 saylı əlavə ekspert rəyinə əsasən də rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat obyektlərinin yerləşmə planını, yəni iddi açıya məxsus 10 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 10 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmişdir. 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər. Qeyd olunur ki, binanın ümumi kanalizasiya borularının yerləşdiyi şaxtada olan pəncərə boşluğu binanın sakinləri tərəfindən hörülərək bağlandığına görə, həmin kanalizasiya borularına dəqiqliklə ətraflı baxış keçirilmədiyindən 10 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Binanın şaxtasında müvafiq təmir işləri (şaxtada quraşdırılmış ümumi borunun dəyişdirilməsi, binanın kanalizasiya şaxta hissəsində mərtəbələrarası örtük qatı açılması və s.) aparılmaqla su sızması aradan qaldırıla bilər. Sözügedən mənzillərin yerləşdiyi binanın şaxta hissəsinə baxış keçirilməsi mümkün olmadığından su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçıya məxsus mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərində yaranmış qüsurların 13 və 14 saylı mənzillərdən axıdılan su nəticəsində yaranıb yaranmamasını müəyyən etmək mümkün olmamışdır.

26. Apellyasiya icraatı zamanı da keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/124-9/203 nömrəli, 22 may 2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhə rcik, “Qızıl Şərq" küçəsində yerləşən, 2 nömrəli evin, 10, 11, 12 saylı mənzillərinin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində mövcud olan su sızıma əlamətlərini, eləcə də, 11 və 12 saylı mənzillərin divar və tavanında su damcılarının, nəmlənmə izlərinin olduğunu nəzərə alaraq, 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi su və ya kanalizasiya xəttinin 3-cü mərtəbədəki 13 və 14 saylı mənzillərdən keçən hissəsində qəza yaranması səbəbindən baş verdiyi müəyyən olunur. Tədqiq olunan 10 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 5697,5 manat məbləğində müəyyən olunur.

27. Göründüyü kimi ekspert rəylərindən müəyyən olunur ki, iddiaçıya məxsus olan 10 saylı mənzilə su sızması nəticəsində bəzi konstruktiv elementlər və əşyalara ziyan dəymişdir və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri də qiymətləndirilmişdir. Lakin 10 saylı mənzilə məhz həmin binanın 13 və 14-cü mənzillərindən su sızması müəyyən edilməmişdir. 10 saylı mənzilə su sızması məhz şaxtada yerləşən ümumi su və ya kanalizasiya xəttinin 3-cü mərtəbədəki 13 və 14 saylı mənzillərdən keçən hissəsində qəza yaranması səbəbindən baş verdiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmlakına ziyan dəyməsi müəyyən edilsə də, ziyanın məhz cavabdehlərə məxsus mənzillərdən su sızması və ya onların təqsirli hərəkətləri nəticəsində dəyməsi iş materialları ilə sübut olunmadığından i ddianın maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

28. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən, o cümlədən iş üzrə tərəflərin izahatlarından müəyyən edildiyi kimi, şaxtada quraşdırılmış ümumi boru və kanalizasiya borusunun dəyişdirilməsi də "xxxx" ASC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş və bundan sonra susızma baş verməmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələbləri baxımından da, ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi, su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, məhz bina sakinləri olan cavabdehlərin deyil, kanalizasiya müəssisələrinin ("xxxx" ASC) əsas vəzifələrindəndir. Bu baxımdan da dəymiş zərərin cavabdehlərdən tutulmasını kollegiya qanuni və əsaslı hesab etmir.

29. İş üzrə ekspertiza xərcinin iddiaçıdan tutulmasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza nəticəsində məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilinə ziyan vurulması öz təsdiqini tapmadığından məhkəmə xərclərinin iddiaçıya aid edilməsi düzgündür və buna dair iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlili də əsassızdır.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, be lə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün müəyyən edilmiş xərc kimi 100 manat pul İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 10 96.1, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin “b” yarımbəndinə, 26-cı maddənin 1 və 2-ci bəndlərinə, 34-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Nümayəndə3) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya insyansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasi 71 -ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Konstitusiyası 68-ci maddəsi 1-ci bəndinin tələblərinə riayət etməmiş, bu normalara ancaq cavabdehlərin mövqelərinə uyğun qiymət vermişdirlər.

34. İş üzrə İddiaçı məxsus 10 saylı mənzilə cavabdehlərə məxsus, Cavabdeh1 məxsus 13 nömrəli mənzildən və Cavabdeh2 məxsus 14 saylı mənzildən su sızıntısı olmuş və onun mənzilinə 5 697,5 manat məbləğində ziyan dəymişdir. Cavabdehlər öz üzərilərinə düşən vəzifələrini yerinə yetirməmiş və qonşularının mənzilinə ziyan vurmuşdurlar. Hər iki instansiya məhkəməsi isə cavabdehlərin mülki hüquq münasibətlərinin subyektləri kimi öz vəzifələrini vicdanla yerinə yetirməmələrinə nəzər yetirməyərək, ona hüquqi qiymət verməmişdirlər.

35. Cavabdehlərin hüquqa zidd və təqsirli əməlləri nəticəsində iddiaçıya 5 697,5 manat məbləğində ziyan vurulmuş lakin məhkəmə bunu qərar qəbul edən zaman nəzərə almamış, cavabdehlərdən iddiaçının xeyrinə həmin pulun tutulması nəticəsinə gəlməmişdir.

36. Apellyasiya instansiya məhkəməsində işə baxılan zaman Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 6, 8.1, 8.2, 9.1, 13.1, 14.1, 14.2, 47.1, 76.1, 77.1, 88-ci maddələrin tələbləri pozulmuşdur. İddiaçı özünü kifayət qədər müdafiə etmək üçün şərait yaradılmamış, onu məhkəmədə səsləndirdiyi fikirlər, təqdim etdiyi sübutlara əhəmiyyət verilməmişdir.

37. Birinci instansiya məhkəməsində ekspertiza aparılan zaman cavabdehlərə məxsus mənzillərdə şaxta hissəsində əlavə tikintinin aparıldığı və belə olan halda su sızıntısının həmin mənzillərdən yaranıb-yaranmamasının müəyyən etməyin mümkün olmadığı barədə rəy verilmişdir. Daha son ra isə iş apellyasiya instansiya məhkəməsində olduğu zaman məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində cavabdehlərə məxsus mənzillərdən su sızmanın olmadığı barədə rəy verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bu məsələyə daha obyektiv yanaşıb espertiza orqanından daha dəqiq ekspertizanın keçirilməsini, suallara konkret olaraq cavabların verilməsini tələb etməli idi. Çünkü əgər şaxtaların olduğu yer evin mülkiyyətçiləri tərəfindən hörülmüşdürsə və ora ekspert daxil ola bilmirsə o zaman necə ola bilər ki, ekspert su sızmanın onlardan qaynaqlanmadığı barədə rəy verə bilir? Həmçinin onu da bildirmək istəyir ki, qanunvericiliyin tələblərinə görə məhkəmə mütləq olaraq ekspertizanın gəldiyi nəticə ilə bağlı olaraq qərar qəbul etmək məcburiyyətində deyil. Məhkəmə fərqli q ərar da qəbul edə bilərdi.

38. Məlum olduğu kimi iş üzrə məhkəmə baxışları zamanı təyin edilmiş ekspertizaların hər birində fərqli bir nəticəyə gəlinmişdir. Belə olduğu halda məhkəmə öz hüququndan istifadə edərək həmin sözügedən mənzillərdə müayinə apara bilər və daha dolğun, ədalətli nəticəyə gələ bilərdi.

39. Məhkəmə qeyd etdiyim maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsaslı olmayan bir qətnamə qəbul etmişdir. Bununlada İddiaçı hüquqları pozulmuşdur.

40. Eyni zamanda onuda qeyd etmək istəyir ki, iddiaçı 10 saylı mənzilin sahibi İddiaçı qonşusu eyni hadisə nəticəsində zərərçəkmiş şəxs 9 saylı mənzilin sahibi X1 cavabdehlər 13 saylı mənzilin sahibi Cavabdeh1 və 14 saylı mənzilin sahibi Cavabdeh2 eynilə bu iddia ilə paralel qaldırmış olduğu iddia məhkəmədə təmin olunmuşdu r. Ekspert həmin iddia üzrə fərqli rəy verərək su sızıntısının 13 və 14 saylı mənzillərdən qaynaqlandığını bildrimişdir. O zaman sual yaranır. Nə üçün eyni hadisə üzrə iddiaçı və onun qonşusunun mənzillərinə eyni zamanda ziyan dəydiyi halda, ekspert bir rəyində 13 və 14 saylı mənzillərdən su sızıntısının əmələ gəldiyini bidirir ancaq bu iş üzrə su sızıntısının oradan olamdığını bidirir? Deyə bilərlər ki, burada məhkəmə təcrübəsinin vahidliyi pozulmuş, eyni iddia və eyni hadisə üzrə fərqli məhkəmə qərarları qəbul edilmiş və həmçinin məhkəmə ekspertizası fərqli nəticələrə gəlmişdir.

41. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 99.1, 99.2, 99.3, 101.6, 202.1, 217.1-ci maddələrinə də istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununu:

44. Maddə 12 Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir:... b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını;...

45. Maddə 26

1. Su təchizatı müəssisəsi aş ağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda; su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddəti ndə tam məbləğdə ödənilmədikdə; su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

46. Maddə 34

1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”.

47. Bənd 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kompleks təkrar məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. 10/124-9/203 nömrəli, 22 may 2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq" küçəsində yerləşən, 2 nömrəli evin, 10, 11, 12 saylı mənzillərinin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinin konstruktiv elementləri üzərində mövcud olan su sızıma əlamətlərini, eləcə də, 11 və 12 saylı mənzillərin divar və tavanında su damcıların ın, nəmlənmə izlərinin olduğunu nəzərə alaraq, 10 saylı mənzilə su sızması şaxtada yerləşən ümumi su və ya kanalizasiya xəttinin 3-cü mərtəbədəki 13 və 14 saylı mənzillərdən keçən hissəsində qəza yaranması səbəbindən baş verdiyi müəyyən olunur. Tədqiq olunan 10 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 5697,5 manat məbləğində müəyyən olunmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəylərindən müəyyən olunur ki, iddiaçıya məxsus olan 10 saylı mənzilə su sızması nəticəsində bəzi konstruktiv elementlər və əşyalara ziyan dəymişdir və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri də qiymətləndirilmişdir. Lakin 10 saylı mənzilə məhz həmin binanın 13 və 14-cü mənzillərindən su sızması müəyyən edilməmişdir. 10 saylı mənzilə su sızması məhz şaxtada yerləşən ümumi su və ya kanalizasiya xəttinin 3-cü mərtəbədəki 13 və 14 saylı mənzillərdən keçən hissəsində qəza yaranması səbəbindən baş verdiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmlakına ziyan dəyməsi müəyyən edilsə də, ziyanın məhz cavabdehlərə məxsus mənzillərdən su sızması və ya onların təqsirli hərəkətləri nəticəsində dəyməsi iş materialları ilə sübut olunmadığından iddianın maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

60. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən, o cümlədən iş üzrə tərəflərin iz ahatlarından müəyyən edildiyi kimi, şaxtada quraşdırılmış ümumi boru və kanalizasiya borusunun dəyişdirilməsi də "xxxx" ASC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş və bundan sonra susızma baş verməmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələbləri baxımından da, ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi, su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, məhz bina sakinləri olan cavabdehlərin deyil, kanalizasiya müəssisələrinin ("xxxx" ASC) əsas vəzifələrindəndir. Bu baxımdan da dəymiş zə rərin cavabdehlərdən tutulmasını kollegiya qanuni və əsaslı hesab etmir.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçü n əsas təşkil etmir.

63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(103)-270/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar