Məhkəmə qərarları › İş №2(102)-184/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-184/2022

07.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-184/22 (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipotekasaxlayana təklif edilməsi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh ləğv prosesində ola n "xxxx" Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, ASC-nin ləğvedicisi Əmanətlərin İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)6847/2021 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 02 fevral 2015-ci il tarixl i 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqavilələrinə əsasən sonuncuya, həmin kredit müqavilələrində qeyd olunan müddətdə və faiz dərəcəsi ilə müəyyən məbləğdə kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)5058/2018 nömrəli qətnaməsi ilə X2 02.02.2015-ci il tarixli kredit müqaviləsinə cəmi 31.158 ABŞ dolları, X3 və İddiaçı müştərək qaydada 10.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 46.014 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh1 ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. Tutma borclu İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalıdır, kredit borcu olan 46.014 ABŞ dolları pul vəsaiti ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamə üzrə verilmiş icra vərəqi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir.

4. İpoteka predmeti ola İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi 75.000 manat qiymətləndirilmişdir.

5. İlkin hərrac baş tutmadığından fərdi yaşayış evi 63.750 manatla təkrar hərraca çıxarılmışdır.

6. Təkrar hərracda da mənzili alan olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə Nəsimin Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) üzrə ipotekaya xitam verilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilinin cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3nə və "xxxx" MMC-yə qadağan edilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin girovdan azad olunması vəzifəsinin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Res publikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması; iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

9. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqavilələrinə əsasən sonuncuya, həmin kredit müqavilələrində qeyd olunan müddətdə və faiz dərəcəsi ilə müəyyən məbləğdə kredit verilmiş və kr edit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə 10 fevral 2015ci il tarixli ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)5058/2018 saylı qətnaməsi ilə Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı kredit müqaviləsi üzrə cəmi 31.158 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 ASC-nin xeyrinə tutulmuşdur. 10 fevral 2015-ci il tarixli 10022015 /2017617 saylı kredit müqaviləsi üzrə X2 və İddiaçı müştərək qaydada cəmi 46.014 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin 46.014 ABŞ dolları kredit borcunun ödənilməsinə yönəldilməsi, evin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi və satıldıqdan sonra ən geci bir ay ərzində evin boşaldılması qət edilmişdir.

11. Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı hərracın keçirilməsi məqsədi ilə zə ruri sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan evin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda qeyd olunan fərdi yaşayış evi satılmadığından (alıcı olmadığından) ipoteka saxlayan Cavabdeh1 ASC-yə qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetinin əldə edilməsi barədə təklif göndərilmişdir.

12. Lakin qeyd olunan son müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 ASC ipoteka predmetini əldə etmədiyindən 31 yanvar 2020-ci il tarixli 117 nömrəli məktubla qanunvericiliyə uyğun qərar qəbul etmək üçün aidiyyəti sənədlər Cavabdeh3nə geri qaytarılmışdır. "xxxx" MMC-yə edilmiş 21.07.2020-ci il tarixli sorğuya 10.08.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı açıq hərracın keçirilməsi, müvafiq elan və tərəflərə məlumat verilməklə (əmlakın ilkin satış qiyməti 75.000 manat) 19 dekabr 2018-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Həmin tarixdə keçirilən hərracda alıcı olmadığından təkrar hərrac (əmlakın təkrar hərracdakı qiyməti 63.750 manat) 23 yanvar 2019-cu il tarixə saat 11.00-a təyin edilmişdir. Təkrar hərracda da, alıcı olmadığından hərrac baş tutmamış və qanunla müəyyən olunmuş qaydada (30 gün müddətində) ipoteka saxlayan Cavabdeh1 ASC qeyd olunan əmlaka sahib çıxmadığından (həmin əmlakı almadığından) qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır.

13. Yuxarıda qeyd olunan faktlar 10.08.2020-ci il tarixli məktuba əlavə edilmiş ilkin hərracın keçirilməsi barədə 16 və 30 noyabr 2018-ci il tarixli bildirişlərlə, təkrar hərracın keçirilməsi barədə 21 dekabr 2018-ci il tarixli və 04 yanvar 2019-cu il tarixli bildirişlərlə, eyni zamanda 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla bir daha təsdiq olunur.

14. Bundan sonra, Bakı şəhəri Cavabdeh3nə edilmiş 21.07.2020-ci il tarixli sorğuya cavab olaraq həmin şöbədən 26.08.2020-ci il tarixli 9802 saylı məktubla bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış ev inin satışının təşkili ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər 31.10.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir.

15. Qeyd olunan hərrac təşkilatı vasitəsi ilə hərrac keçirilmiş, lakin hərracda alıcı olmadığından hərrac baş tutmamış, bundan sonra müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. 26.08.2020-ci il tarixli 9802 saylı məktubda o da bildirilmişdir ki, İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılması üçün 25.02.2020-ci il tarixdə yenidən "xxxx" MMC-yə göndərilmiş və həmin hərrac təşkilatının 25.06.2020-ci il tarixli bildirişinə əsasən qeyd olunan əmlakla bağlı hərrac 06.07.2020-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin hərracda satılması bar ədə protokol şöbəyə daxil olmamışdır.

16. Daha sonra 27.07.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi üzrə ipotekaya xitam verildiyindən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması barədə müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.

17. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu müraciətə hazırkı vaxtadək cavab verməmiş, o cümlədən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması ilə bağlı müvafiq tədbirlər görülməsindən yayımışdır. Bununla da hərrac təşkilatı tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan fərdi yaş ayış evinin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda göstərilən fərdi yaşayış evi alıcı olmadığından satılmamış, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin əldə edilməsi barədə Cavabdeh1 ASC-yə rəsmi məlumat verilmiş, ipoteka saxlayan tərəfindən isə qanunla müəyyən edilmiş müddətdə ipoteka predmeti əldə edilməmişdir.

18. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına zidd olaraq, cavabdehlər İddiaçı məxsus, birinci dəfə keçirilən hərracda satılmamış fərdi yaşayış evinin yenidən ikinci dəfə hərrac vasitəsi ilə satışını təşkil etmək istəyirlər.

19. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpotek a haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir.

20. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi birinci instansiya məhkəməsində iddiya etiraz etmişdir. etirazın dəlilləri: - qoşma olunan sənədlər arasında bildirişlərin, təklifin ipoteka saxlayan Cavabdeh1 ASC-yə çatmasına dair mötəbər sübut aşkar edilməyib; - qoşma olunan sənədlər sorğu verilərək "xxxx" MMC-dən əldə olunan sənədlərdir. Bu da o deməkdir ki, heç ipoteka qoyanın da hərracın keçirilməsindən xəbəri olmamışdır. Xəbəri olsaydı rəsmi poçtla göndərilmiş sənədləri qoşma edərdi, sorğu ünvanlayıb almazdı. Bu fakt bir daha onu deməyə əsas verir ki, hərracın keçirilməsindən ipoteka saxlayanın, ipote ka qoyanın xəbəri olmamışdır; - Cavabdeh3nə iddiaçı tərəfindən ünvanlanmış 21.07.2020-ci il tarixli sorğuya cavab məktubun məzmunundan və qoşma edilən sənədlərdən bu hal aşkar olunur ki, icra şöbəsinin də hərracın keçirilməsindən xəbəri olmamış, olsaydı hərracın keçirilməsinə dair bildirişlərin surətlərini qoşma edərdi; - göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mötəbər sayılmayan sənədləri qoşma edərək hərracın keçirilməsini, hərracda alıcı olmadığından əmlakın satılmamasını, ipoteka saxlayan banka təklif edilməsini və Cavabdeh1 ASC-nin evi əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansı mötəbər sübuta əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Cavabdeh1 ASC-yə çatmasına, onun tərəfindən alınması na dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 09 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddia çı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)

22. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Cavabdeh3nə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildir ilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmuşdur. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Cavabdeh3nə geri qaytarılmışdır.

23. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehin özünün iddia tələblərinə əsasən başlanılmış məhkəmə icraatı, yəni iş üzrə sonuncu instansiya kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı qətnaməsinə əsasən X2 və İddiaçı müştərək qaydada tutulmalı olan pul məblə ği ilə bağlı tutmanın sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin kredit borcu olan 46.014 ABŞ dollarının ödənilməsinə yönəldilməsi ilə bağlı icra icraatına başlanması barədə tam məlumatlı olduğu halda, 19 dekabr 2018-ci il, 23 yanvar 2019-cu il, 30.03.2020-ci il, 19.06.2020-ci il,06.07.2020-ci il,18.09.2020-ci il, 05.10.2020-ci il tarixlərdə keçirilən hərraclardan heç bir formada məlumatı olmaması inandırıcı deyil.

24. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, cavabdeh iddiaya olan etirazının dəlillərinin əsası kimi istinad etdiyi halların həqiqət olması ilə bağlı ən azından hazırki icraat dövrundə "xxxx" MMC-nin və Bakı şəhəri Cavabdeh3 sözügedən mübahi səli fərdi yaşayış evinin satılması ilə bağlı hərəkətlərini mübahisələndirmək hüququndan belə istifadə etməmişdir.

25. Birinci instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 28 oktyabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

27. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, hərracın keçirilməsindən bankın xəbəri olmayıb, nə Hərrac Mərkəzi, nə də Cavabd eh3 tərəfindən ipoteka predmeti ilə bağlı banka təklif gəlməyib.

28. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)6847/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Anat Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İkram Şirinov, Tofiq Səmədov)

29. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “İpoteka haqqında” Qanunun 15, 43, 48-ci maddələrini tətbiq edib, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, hərracın keçirilməsi barədə bank məlumatlı olmayıb, ipoteka predmetinin alınması ilə bağlı nə Hərrac Mərkəzi, nə də Cavabdeh3 tərəfindən banka təklif gəlməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunma sını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. [72] Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 28 oktyabr 2014-cü il tarixli Qərarı Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 21 8.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

38. Belə ki, cavabdeh bankın ləğvedicisi iddiaya etiraz olaraq birinci instansiya məhkəməsində və apellyasiya şikayətində hərrac barədə banka məlumat verilməməsini dəlil kimi irəli sürsə də, onun bu dəlilləri üzrə hər hansı araşdırma aparılmayıb.

39. Qeyd edilməlidir ki, İddiaçı "xxxx" MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracın nəticələri ilə bağlı ipotekaya xitam verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi id dianı "xxxx" MMC tərəfindən keçirilən hərraclar (30.03.2020-ci il, 19.06.2020-ci il,06.07.2020-ci il,18.09.2020-ci il, 05.10.2020-ci il) baxımından qiymətləndirmiş və Külək” MMC-nin hərraclarla bağlı bildiriş və elanlarına istinad etmişdir. 40. "xxxx" MMC-nin 19 dekabr 2018-ci ildə keçirdiyi hərrac vaxtı qüvvədə olan “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 41. "xxxx" MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracla b ağlı cavabdeh banka bildiriş göndərilməsi, müvafiq elanların verilməsi isə, ümumiyyətlə, araşdırılmayıb, birinci instansiya məhkəməsi bununla bağlı cavabdehin irəli sürdüyü dəlilləri yoxlamaq üçün "xxxx" MMC-dən hərracla bağlı sənədləri tələb etməyib. Buna görə də "xxxx"nin keçirdiyi hərraclardan cavabdeh bankın məlumatlı olub-olmaması işdən görünmür.

42. İddianı təmin edən birinci instansiya məhkəməsi cavabdeh bankın hərracın baş tutmamasından xəbərdar olmasının əsası kimi hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmasına istinad etsə də, həmin qəzetin hansı tarixli nömrəsinə istinad etdiyini öz qətnaməsində göstərməmişdir. İstinad edilən həmin qəzetlər işdə olan (i.v.174-176, 229-233) “Birja Yenilikləri” qəzetinin nömr ələdirsə, həmin nömrələrdə Külək” MMC tərəfindən keçirləcək hərracların elanı verilib, hərracın baş tutmaması barədə isə hər hansı məlumat verilməyib. Üstəlik, bu elanlar "xxxx" MMC-nin təşkil etdiyi hərraclar barədə deyil, Külək” MMC tərəfindən təşkil olunan hərraclar barədədir ki, iddianın əsasını da yuxarıda qeyd edildiyi kimi "xxxx" MMCnin təşkil etdiyi hərracların nəticələri təşkil edir.

43. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdeh bankın "xxxx"nin keçirdiyi hərraclardan xəbərdar olması halını hansı sübutlara qiymət verilməklə müəyyən etməsi qətnamədən görünmür. Prosessual qanunvericilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin han sı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Mülki Prosessual Məcəllə, maddə 218.1)

44. Apellyasiya məhkəməsi isə cavabdeh bankın dəlillərinə qiymət verməmiş, "xxxx" MMC-nin təşkil etdiyi hərraclar barədə bankın məlumatlı olub-olmaması halını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

45. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikay ətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

46. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

47. Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini hazırki qərarın 39-43-cü bəndində göstərilən xüsusatlar üzrə yoxlamadığı üçün məhkəmə kollegiya sı gəlinən nəticənin əsaslılığına qiymət verə bilmir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 i yul 2021-ci il tarixli 2(103)6847/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar