Məhkəmə qərarları › İş №2(102)-1840/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1840/2022

05.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1840/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1840/2022 (Açar sözlər: lizinq obyektinin geri qaytarılması tələbi) Bakı şəhəri, 5 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1716/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 may 2022-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AC N 254699 nömrəli, 22.08.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, 99AD595 qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, 2014-cü il buraxışlı, 0471 mühərrik nömrəli, XWB5V319VEA565962 ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur.

2. İddiaçı ASC ilə Cavabdeh XXX arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL1481 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul et məyi, müqavilənin ayrılmaz hissəsi olan 3 saylı Əlavə ilə müəyyən edilmiş lizinq ödənişlərini (ödənişlərin məbləği, qaydası və müddəti) ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 15800 manat təşkil edir və 48 ay müddətinə bağlanılır. Aylıq ödəniş 455,85 manat təşkil edir.

3. İddiaçı ASC ilə Cavabdeh XXX arasında bağlanılmış 25 oktyabr 2016-cı il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh XXX tərəfindən təhvil alınmışdır.

4. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh XXX tərəfindən 20.07.2017-ci il tarixdə 500 manat, 29.03.2017-ci il tarixdə 455 manat, 06.03.2017-ci il tarixdə 1050 manat, 17.01.2017-ci il tarixdə 474 manat və 05.12.2016 -cı il tarixdə 463 manat ödəniş edilmişdir. 5. 07 iyun 2019-cu il tarixli, 1049 saylı arayışdan görünür ki, Cavabdeh XXXnun 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı «Daxili lizinq müqaviləsi» üzrə 04 aprel 2019-cu il tarixə əsas borcu 7107,24 manat, mükafat borcu 3529,01 manat, cərimə borcu 7132,32 manat, cəmi borcu 17768,57 manat təşkil edir.

6. İddiaçı tərəfindən təqdim edilmiş etibarnamələrdən görünür ki, İddiaçı ASC tərəfindən lizinq obyektinin istifadəsi ilə bağlı Cavabdeh XXXna etibarlılıq müddəti 25 aprel 2017-ci il müəyyən edilməklə etibarnamə verilmişdir.

7. DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən məhkəmə sorğusuna verilmiş 25 iyul 2019-cu il tarixli cavabından görünür ki, “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli avtomaşın 25.07.2017-ci il tarixdə müv afiq aktla DİN BDYPİ-nin «Siqnal İLİ» idarəsinin 12 saylı cərimə meydançasına yerləşdirilmiş, 26.07.2017-ci il tarixdə isə həmin dayancaqdan çıxarılmışdır. X2 Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.7-ci maddələrinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

8. DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC tərəfindən 26 iyul 2017-ci il tarixdə Xəzər rayonu DYP-nə məkub ünvanlanaraq göstərilmişdir ki, Cavabdeh XXX götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı ASC-yə borcu yaranmışdır və heç bir hüququ əsası olmadan İddiaçı ASC-yə məxsus “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobili idarə etməkdə davam edir. Qeyri rəsmi məlumata görə “Daewoo Gentra” m arkalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobil DYP-nin müvəqqəti dayanacağındadır. Mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan həmin nəqliyyat vasitəsini X4 vasitəsi ilə İddiaçı ASC-nin müvəqqəti duracağına gətirilməsi üçün göstəriş verəsiniz. 9. 26 iyul 2017-ci il tarixli aktdan görünür ki, Xəzər DYPİ tərəfindən “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmişdir.

10. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü X7 Pərviz XXXna ünvanlanmış 08.08.2017-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh qeyd olunan nəqliyyat vasitəsinin ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmiş, ona mübahisənin mülki qaydada həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

11. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 07.07.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh istifadəsində olan “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin “Unibank”ın əməkdaşları olan Vüqar və Nicat adlı şəxslər tərəfindən ondan alındığını bildirərək tədbir görülməsini xahiş etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbilə cinayət işinin başlanılması rədd edilmişdir.

12. Məhkəmənin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı sorğuya əsasən əldə edilmiş və iş materiallarına əlavə edilmiş cavab məktublarından məlum olur ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Bakı şəhəri üzrə polis orqanlarına müraci ət olunmamışdır. Həmin maşının saxlanılması üçün şəxsi heyət təlimatlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı ASC Cavabdeh XXXna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh XXXndan 25 oktyabr 2016-cı il tarixli AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəq qəti sahiblik və istifadə edilməsinə görə 04 aprel 2019-cu il tarixə 7107,24 manat əsas, 3529,01 manat mükafat və həmin günə hesablanmış 7132,32 manat dəbbə pulu, cəmi 17.768,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh XXX ilə 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və lizinq alan Cavabdeh XXXnun müvəqqəti istifadəsinə vermişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən Cavabdeh XXX illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.85 manat, ümumilikdə isə 21880.34 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödən ilməli olan ümümilikdə 21880.34 manatın 15800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh XXX tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 20 iyul 2017-cil tarixdə 500 manat məbləğində olmuşdur. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh XXXna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh XXXndan 748,95 manat lizinq ödənişi üzrə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,20 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranıb. İddiaçı həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, yəni lizinq obyektini cavabdehin istifadəsinə versə də, sonuncu lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazimi qaydada və vaxtında tam icra etməyib. Cavabdeh lizinq obyektini 31 may 2017-ci il tarixdə geri qaytarıb və lizinq obyekti 7 ay müddətində cavabdehin istifadəsində olub. Cavabdeh həmin müddət üçün hər ay 455,85 manat olmaqla, cəmi 3.190,95 manat ödəməli idi, lakin o, cəmi 2.442 manat ödəyib. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 748,95 manat borcu qalıb. Bu səbəbdən də iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, lizinq obyekti 2017-ci ilin 31 may tarixində cavabd eh tərəfindən iddiaçı təşkilata geri qaytarılmışdır. Bu barədə tərəflər arasında təhvil-təslim aktı olmasa da, həmin halın doğruluğu 26 iyul 2017-ci il tarixli aktla (Xəzər DYPİ tərəfindən “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmişdir) təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi həmin aktın doğruluğunu təsdiq etmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi lizinq obyektinin iddiaçıda olmadığını, nə də Cavabdeh XXXndan sonra lizinq obyektinin digər şəxsə verilməsi barədə ASC-də məlumat olmadığını, eləcə də həmin avtomaşının "xxxx" MMC-yə məxsus olduğunu və həmin MMC-yə təhvil verildiyini göstərsə də, bu göstərilənləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim ed ə bilməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhə r Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 nömrəli qətnaməsinin borcun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişdirilməsi, qətnamə ilə Cavabdeh XXXndan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən 748,95 manat lizinq ödənişi üzrə borc məbləği dəyişdirilərək gecikdirilmiş əsas borc üzrə 900,81 manat, mükafat borcunun (faiz) üzrə 300,30 manat həddində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin Cavabdeh XXXndan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 6 avqust 2020-ci il tarixli xüsusi qərardadı ilə İddiaçı ASC ilə Cavab deh XXX arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nin obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rəngli avtomobilin qanunsuz ələ keçirilməsində və istismar olunmasında iştirak edən şəxslərin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin əməllərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasına dair xüsusatlatın araşdırılması zəruri hesab edilməsi, xüsusi qərardadın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə müvafiq olaraq baxılması üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmək lə maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etsə də, cavabdehdən iddiaçının xeyrinə tutulacaq əsas borcun və mükafatın məbləğini düzgün müəyyən etməyib. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən Cavabdeh XXXnun 26 iyun 2017-ci il tarixədək (lizinq obyektinin cavabdehdə olduğu tarix) İddiaçı ASC-yə olan gecikdirilmiş əsas borc üzrə 900.81 manat, mükafat borcu (faiz) üzrə 300.30 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-10.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. İddia çı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(105)-388/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dəmirov) 9 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2020-ci il tarixli, 2(105)-388/2020 saylı qətnaməsinin qismən - iddianın 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-yə geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilm əsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə lizinq obyektinin 26 iyul 2017-ci il tarixli akta əsasən iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyini və məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin həmin aktın doğruluğunu təsdiq etdiyini göstərsə də işdə, bu halı təsdiq edən heç bir yazılı sübut yoxdur. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərindən görünür ki, iddiaçı lizinq obyektini məhz cavabdehdən geri tələb edir. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, lizinq obyektinin iddiaçıya təhvil verilməsini sübutetmə yükünün bilavasitə cavabdehin üzərinə düşməsini nəzərə almamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxladığı halda, qətnamənin nəticə hissəsində lizinq obyektinin geri qaytarılmasına dair iddiaya ümumiyyətlə münasibət bildirmədən, bir tərəfdən bu hissədə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə faktiki razılaşmaqla, digər tərəfdən lizinq obyektini qanunsuz ələ keçirmiş və onun istismarında iştirak etmiş şəxslərin dairəsinin müəyyən edilib, onların hərəkətlərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması barədə prokurora məlumat verməklə ziddiyyətli nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin lizinq obyektini 31 may 2017-ci il tarixdə iddiaçıya hansı qaydada təhvil verdiyini, onlar arasında nəyə görə hər hansı səndləşmənin aparılmadığını, 20 iyul 2017-ci il tarixdə cavabdehin adından 500 manat ödənişin kimin tərəfindən edildiyini, cavabdehə lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Abas Şahmuradova lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni avtomobillər olub-olmadığını, sonuncunun idarə etdiyi avtomobilin üzərinə nəyə görə cavabdehə lizinqə verilmiş avtomobilin dövlət qeydiyyat nişanlarının vurulduğunu, İddiaçı ASC ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılığın olub-olmadığını, mübahisəli lizinq obyektinə dair həmin təşkilatlar arasında hər hansı müqavilənin bağlanıb-bağlanma dığını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəy almadan, lizinq obyektinin 25 iyul 2017-ci il tarixli aktla Bakı şəhər DYP İdarəsinin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacağına yerləşdirilməsi və 26 iyul 2017-ci il tarixdə oradan çıxarılmasına dair müvafiq toplanmış sənədləri, o cümlədən sözügedən aktı, habelə Abas Şahmuradovun inzibati qaydada cərimə edilməsinə dair işi tələb edib onlara baxış keçirmədən, bir sözlə lizinq obyektinin yerini müəyyən etmədən, lizinq obyektinin cavabdehdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh XXXndan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsinin araşdırması zamanı da müəyyən edilmişdir ki, lizinq obyekti 2017-ci ilin 31 may tarixində cavabdeh tərəfindən iddaçı təşkilata geri qayta rılmışdır. Bu barədə tərəflər arasında təhvil təslim aktı olmasa da, həmin halın doğruluğu iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu - yəni Xəzər rayon Pİ tərəfindən lizinq obyekti olan avtomaşının 25 iyul 2017-ci il tarixdə saxlanılması, həmin vaxt avtomaşının Abas Şahmuradov adlı şəxsin istifadəsində olması və 26 iyul 2017-ci il tarixdə avtomaşının iddiaçı təşkilatın həvalə etdiyi şəxs tərəfindən duracaqdan qəbul edilməsi təsdiq edilir.

31. İşin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehdən lizinq verənin işçiləri tərəfindən geri alınmışdır. Məhkəmə kolegiyası bu qənaətə gələrkən o faktı əsas götürür ki, artıq iddia edildiyi kimi müqavilə şərtlərini pozub lizinq ödənişlərini iki ay həyata keçirmədiyi üç ün lizinq alana - cavabdehə aprel 2017-ci ildən sonra nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilməmişdir. Başqa sözlə, o, həmin vaxtdan həmin nəqliyyat vasitəsinin qanunsuz istifadəçisi sayılır. Lakin mülkiyyətçi öz əmlakının geri qaytarılması üçün tədbir görmür. Yuxarıda qeyd edildiyi kimi onlar tərəfindən bu barədə polis orqanlarına müraciət olunmayıb. Yalnız, təxminən iki il keçdikdən sonra, yəni 29.04.2019-cu ildə hazırki iddia ilə məhkəməyə müraciət edilir. Lakin işdən göründüyü kimi cavabdeh lizinq obyektinin lizinq verənin əməkdaşları tərəfindən ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh tərəfin dəlillərini daha ağlabatan və inandırıcı hesab edir.

32. Əvvəlki apellyasiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, lizinq obyekti 31.05.2017-ci ildə geri qaytarılmış, yəni həmin vaxtdan sonra cavabdehdə olmamışdır. Ona görə də lizinq məbləği hesablanarkən bu fakt əsas götürülmüşdür. Apellyasiya məhkəməsinin həmin qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılarkən də Ali Məhkəmənin Mülki kollegiyası o hissədə qətnamə ilə razılaşmış və həmin hissədə qətnaməni qüvvədə saxlamışdır.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, lizinq obyektinin qaytarılması tələbini rədd edərkən işə baxan məhkəmə əsaslı qətnamə qəbul etmişdir. Bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə məhkəmə kollegiyası heç bir əsas tapmır. Apelyasiya şikayətinin bununla bağlı dəlilləri isə məhkəmə kollegiyasının qənaətinə görə tamamilə əsassızdır. İddiaçı ASC sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq lizinq obyektinin cavabdehdə olması və geri qaytarılmalı olmasına dair həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(105)-1716/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri üzr ə qanun pozuntularına yol vermişdir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası 09 mart 2021-ci il tarixli 2(102)-1060/2021 tarixli qərar qəbul edərkən apellyasiya instansiya məhkəməsinin bəzi halların araşdırmadan qətnamə qəbul etdiyini qeyd edərək işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Araşdırılması zəruri hesab edilən hallar qərarda qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası işi dəfələrlə təxirə salmış, lakin işi hərtərəfli araşdırmadan sonunçu baxışdan əvvəl müxtəlif Polis İdarələrinə və X10 məktublar ünvanlayaraq avtomobilin axtarışda olub-olmaması barədə sorğular göndərməklə kifayətlənmişdir. Həmçinin məhkəmə Vergilər Nazirliyinə sorğu göndərmiş və Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qe ydiyyat İdarəsindən gələn məktubadan bəlli olmuşdur k İddiaçı ASC ilə "xxxx" MMC-nin təsisçiləri fərqlidir. Ancaq hüququ ünvan hər iki şirkətdə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol 4-dür. Əlavə olaraq qeyd etmək istəyirik ki, proses zamanı iddiaçının nümayəndəsi "xxxx" MMC ilə İddiaçı ASC-nin eyni inzibati binada yerləşdiyini bildirmişdir. Qeyd olunanlardan başqa apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan, Abaş Şahmuradova verilmiş avtomobil ilə mübahisə predmeti olan lizinq obyekti olan avtomobillərin eyni olub-olmamasını araşdırmadan, “Siqnal İLİ” İdarəsinin 12 saylı cərimə meydançasında toplanmış sənədləri, Abas Şahmuradovun barəsində tərtib olunmuş protokolu tələb etmədən işə baxış keçirmədən qətnamə qəbul etməklə sonda yenə də yanlış nəticəyə gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası cavabdeh tərəfindən təqdim olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı” qərara əsaslanaraq lizinq obyekti olan avtomobilin lizinq verənin işçiləri tərəfindən götürüldüyünü qeyd etmişdir. Həmin hissəyə münasibətdə qeyd edilmişdir ki, həmin qərarda adı qeyd olunan şəxslərin İddiaçı ASC ilə heç bir əlaqəsinin olmadığı məhkəmə iclasında bildirlməsinə baxmayaraq məhkəmə yenədə sonda şirkətin əməkdaşları tərəfindən götürüldüyünü qeyd etmişdir. Bununla yanaşı mülki kollegiya mülkiyyətçinin avtomobilin axtarışı barədə heç bir tədbir görmədiyini qeyd etmişdir. Kollegiyanın nəzərinə çatdırmaq istəyirik ki, 15 dekabr 2017-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilərək, avtomobilin saxlanılaraq cərimə meydançasına ye rləşdirilməsi xahiş olunmuş və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. (Həmin müraciət kassasiya şikayətinə də əlavə olunur). İşə apellyasiya instansiyasında yenidən baxılarkən "xxxx" MMC-nin, Abas Şahmuradovun, Siqnal İdarəsinin əməkdaşının və Abas Şahmuradov barəsində protokol tərtib etmiş əməkdaşın işə cəlb olunması ilə bağlı şifahi vəsatət verilməsinə baxmayaraq məhkəmə həmin vəsatətləri də təmin etməyərək işi obyektiv araşdırılmasını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

37. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əml akı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

38. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

39. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

40. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadə yə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ə dalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. İkinci apellyasiya baxışında sübutetmənin predmeti olan mübahisəli hal “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya geri qaytarılması ilə bağlıdır.

52. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansıs a halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 41-42).

53. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir (§ 44).

54. Kollegiya bildirir ki, iddianın düzgün həlli üçün tərəflər arasında mübahisəli olan hal(lar) üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir.

55. Baxılan işdə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 oktyabr 2016-cı il tarixli akta əsasən cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır.

56. Lizinq müqaviləsi ləğv edildiyinə görə lizinq obyektini geri tələb edən lizin q şirkətinə avtomobili təhvil verdiyini iddia edən cavabdeh öz iddiasını sübuta yetirməlidir. Çünki, təhvil aldığı avtomobili iddiaçıya qaytardığını sübut etməklə cavabdeh öhdəlikdən azad ola bilər. Ona görə də cavabdeh öz etirazının əsasında duran halları sübut etmək yükünü daşıyır (§ 44).

57. Apellyasiya məhkəməsi baxılan hissədə iddianı rədd edərkən əvvəlcə ona əsaslanmışdır ki, lizinq obyekti olan avtomaşının iddiaçı təşkilatın həvalə etdiyi (Beydullayev soyadlı) şəxs tərəfindən duracaqdan qəbul edilməsi 26 iyul 2017-ci il tarixli aktla təsdiq edilir.

58. Kollegiya bu mövqeyi kifayət qədər əsaslandırılmış hesab etmir, ona görə ki, iddiaçı, aktda qeyd olunan “Daewoo Gentra” markalı maşını duracaqdan özünün nümayəndəsinin qəbul etdiyini təsdiqləsə də, həmin nəqliyyat vasitəsinin məhz **- AD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmadığını bildirir. İddiaçının deməsinə görə, "xxxx" MMC, 04.04.2017-ci il tarixli daxili lizinq müqaviləsi ilə “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 lizinqə verilmişdir. Müqavilə öhdəliyini pozan A.Şahmuradov həmin avtomobilə cavabdehə lizinqə verilmiş **-AD-*** dövlət qeydiyyat nişanını taxmaqla idarə etdiyi üçün nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılmış və duracağa yerləşdirilmişdir. İddiaçının nümayəndəsi Beydullayev soyadlı şəxs tərəfindən 26 iyul 2017-ci il tarixli aktla məhz həmin avtomobil alınaraq adı çəkilən MMC-yə təhvil verilmişdir.

59. X5 haqqında tərtib olunan KYP 667625 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 25.07.2017-ci ildə avtomaşın dövlət qeydiyyat nişanı oxunmadığ ı üçün saxlanılmış, yoxlama zamanı dövlət qeydiyyat nişanının başqa avtomaşına aid olması və maşını idarə etməsi üçün etibarnaməsinin olmadığı aşkar olunmuşdur.

60. Göründüyü ki, iddiaçı, nümayəndəsinin 26 iyul 2017-ci il tarixli aktla dayanacaqdan qəbul etdiyi avtomobilin əslində cavabdehə verilən lizinq obyekti olmayıb, üzərinə **-AD- *** dövlət qeydiyyat nişanı vurulmuş və "xxxx" MMC tərəfindən Abas Şahmuradova verilmiş başqa avtomobil olduğuna istinad etməklə bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.

61. Qeyd edilənləri nəzərə alan əvvəlki kassasiya kollegiyası qərarında vurğulamışdır ki, “cavabdehə lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Abas Şahmuradova lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyya t nişanlı avtomobilin eyni avtomobillər olub-olmadığını, sonuncunun idarə etdiyi avtomobilin üzərinə nəyə görə cavabdehə lizinqə verilmiş avtomobilin dövlət qeydiyyat nişanlarının vurulduğunu, İddiaçı ASC ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılığın olub-olmadığını, mübahisəli lizinq obyektinə dair həmin təşkilatlar arasında hər hansı müqavilənin bağlanıb-bağlanmadığını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəy almadan, lizinq obyektinin 25 iyul 2017-ci il tarixli aktla Bakı şəhər DYP İdarəsinin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacığına yerləşdirilməsi və 26 iyul 2017-ci il tarixdə oradan çıxarılmasına dair müvafiq toplanmış sənədləri, o cümlədən sözügedən aktı, h abelə Abas Şahmuradovun inzibati qaydada cərimə edilməsinə dair işi tələb edib onlara baxış keçirmədən, bir sözlə lizinq obyektinin yerini müəyyən etmədən, lizinq obyektinin cavabdehdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlib”.

62. Buna baxmayaraq ikinci apellyasiya baxışında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu halların tam və hərtərəfli araşdırılmasına dair kassaisya məhkəməsinin göstərişləri lazımi şəkildə yerinə yetirilməmişdir. Bu hal isə MPM-nin 420-ci maddəsinin pozulmasına dəlalət edir (§ 47).

63. Mövcud vəziyyətdə cavabdehin lizinq obyekti olan avtomobili iddiaçıya qaytardığına dair sübutetmə yükünü yerinə yetirməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

64. Məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi digər halla r - iddiaçı tərəfindən 2017-ci ildən sonra maşına dair cavabdehə etibarnamə verilməməsi, lizinq obyektinin geri qaytarılması üçün təsirli tədbirlər gösrməməsi, habelə cavabdehdən tutulan lizinq məbləğinin 31.05.2017-ci ilədək hesablanması və s. özüözlüyündə lizinq obyektini iddiaçıya qaytarmaqla bağlı sübutetmə yükünü cavabdehdən iddiaçıya keçirmir.

65. Ona görə ki, yazılı aktla təhvil aldığı lizinq obyektini iddiaçıya qaytardığını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirmək vəzifəsini lizinq müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş cavabdeh daşıyır. Çünki, lzinq obyektinin qaytarılması ilə bağlı lazımi sənədləşmə işlərinin aparılmaması və ya bu barədə sübutların məhkəməyə təqdim olunmamasının riski cavabdehə aiddir.

66. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi i sə bu xüsusat üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdəki sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən sübutetmə yükü və onun yerinə yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 44-46).

67. Ona görə də, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(105)-1716/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar