Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1840/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşağın müalicə xərclərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı uşağın çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2308/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh 2014-cü ildə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2015-ci il tarixdə XXX adlı uşaqları doğulmuşdur. 2. 05.12.2020-ci il tarixdə nikah pozulmuş, XXX anasının himayəsinə verilmiş, uşağın saxlanması üçün 120 manat aliment tutulması barədə qətnamə qəbul edilmişdir.
3. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və 2022-ci ildə Qazax Rayon Məhkəməsi tərəfindən alimentin miqdarı artırılaraq 140 manata qaldırılmışdır.
4. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları XXX a “İnsulindən asılı şəkərli diabet. Ağırlaşmalarsız, Şəkərli diabet tip
1. Diabetik Lipodistrofiya. Ümumi qida zəifliyi. Enurez Astenonevrotik vəziyyət” diaqnozu qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən XXXin müalicəsi üçün xərclədiyi 4.000 manatın yarısı olan 2.000 manat pulun və aylıq faktiki çəkilən 600 manat xərclərin yarısı olan 300 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddianın əsaslarına görə, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə birgə nikahdan doğulmuş uşaqları XXX xx.xx.2033-cü il tarixə kimi sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Oğlunun vəziyyəti olduqca ağır olmaqla, hər an diqqət və nəzarət tələb edir. Həmçinin, XXXin qidalanması, dərmanları gündəlik minimum 20 manat xərc tələb edir. Lakin cavabdeh hazırkı vaxtadək XXXin müalicəsi üçün heç bir yardım göstərməmişdir. XXXin gündəlik zəruri qidaları kəsmik, peçenye, kolbasa, sosiska, yoqu rt, meyvələr, yağ, şokolad və digərləridir. Gündəlik dərmanları isə şəkər ölçmək üçün çöplər, iynə ucluğu, insulin iynə və digər dərmanlardır. Özü XXXə görə heç yerdə işləyə bilmir. Valideynləri də artıq bununla bağlı çətinlik çəkir. Cavabdeh bir valideyn olaraq uşağın əlavə xərclərində iştirak etməli və indiyə kimi çəkilmiş xərclərin, həmçinin aylıq çəkilən xərclərin yarısını ona ödəməlidir.
7. Qazax Rayon Məhkəməsinin 2(023)-815/2022 nömrəli iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia qismən təmin edilmiş, XXX un xəstəlikləri ilə bağlı əlavə xərclərə görə birdəfəlik xərc qismində 284,32 manat pulun, xəstəliklərinə görə müalicə və qidalanması ilə bağlı gələcəkdə çəkilməsi zəruri olan xərclərə görə xx.xx.2022-ci il tarixdən başlayaraq ayda 110 manat əlavə xərc in, həmçinin 33,2 manat məbləğdə dövlət rüsumunun və 25 manatın (mediasiya xidməti üzrə ödənilmiş 50 (əlli) manat pulun yarısı) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın gələcəkdə çəkilməsi zəruri olan əlavə xərcin tutulması hissəsi dərhal icra edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayəti verərək, iddiaçı qətnamənin ləğv edilib, iddianın tam həcmdə təmin edilməsi, cavabdeh qətnamənin iddia qismən təmin edilən hissədə ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2308/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarix li qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia qismən təmin edilən “24 fevral 2015-ci il təvəllüdlü X1 xəstəliklərinə görə müalicə və qidalanması ilə bağlı gələcəkdə çəkilməli olan zəruri xərclərə görə cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq ayda 110 (yüz on) manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin həmin hissəsinin dərhal icra edilməsi” hissələrdə ləğv edilmiş, iddianın aylıq faktiki çəkilən 600 manat xərclərin yarısı olan 300 manatın cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi tələbi hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qala n hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, məhkəmə çəkilmiş xərclərin yarısının cavabdehdən tutulmalı olmasında düzgün nəticəyə gəlsə də, 24 fevral 2015-ci il təvəllüdlü X1 xəstəliklərinə görə müalicə və qidalanması ilə bağlı gələcəkdə çəkilməli olan zəruri xərclərə görə cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq ayda 110 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh uşağın saxlanması üçün iddiaçıya hər ay 140 manat aliment ödəyir. Bundan əlavə, iddiaçıya xx.xx.2033-cü il tarixədək hər ay sağlamlıq imkanları məhdud uşağa (X3) görə 200 manat müavinət, həmçinin 80 manat Prezident təqaüdü verilir. Beləliklə, iddiaç ı uşağın saxlanması üçün ümumilikdə hər ay 420 manat məbləğdə maddi təminat alır. Hazırki işdə cavabdehin iş yerinin olması barədə heç bir sübut yoxdur. Cavabdeh isə heç bir yerdə işləmədiyini bildirir. Gələcəkdə çəkilməsi ehtimal olan zəruri xərclərin nədən ibarət olması barədə iş materiallarında hər hansı bir sübutun olmadığını, uşağın tibbi təminatının dövlət tərəfindən pulsuz həyata keçirildiyini və cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alan kollegiya hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal xarakterli olduğundan təmin edilməməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin lə ğv edilib, iddia rədd edilən hissədə yeni baxışa göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Uşağın əlavə xərcləri ilə bağlı sübutları məhkəmə iclasında təqdim etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsi ilə əsaslandırmağa çalışsa da, bu normanı işin hallarına münasibətdə düzgün şərh etməmişdir. Belə ki, təqdim etdiyi xərclərlə bağlı çeklər özlüyündə bu xərclərin hər aylar üzrə davam etdiyini sübut etdiyi halda məhkəmə bu çeklər üzrə yaranmış borcun yarısını müəyyən etməklə kifayətlənmiş və hətta Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində əlavə xərcə dair iddianı rədd etmişdir. Hansı ki, iş materialları na əlavə edilmiş sənədlər özlüyündə əlavə xərcin aylar üzrə sabit pul məbləğində tutulması üçün əsasdır. Məhkəmə isə təqdim edilən çeklər üzrə müəyyən edilən xərcləri bölməklə kifayətlənmişdir. Xəstəliyi ilə əlaqədar olaraq uşağı xüsusi olaraq qidalanmalı və eləcə də mütəmadi olaraq dərman qəbul etməlidir. Bunu cavabdeh də bilir. Bu gün də hər ay uşağın əlavə xərclərini çəkməkdə davam edir. Məhkəmənin uşağın sağlamlıq imkanlarının məhdud şəxs kimi aldığı müavinətə istinad edərək və eləcə də alimenti əsas götürməklə iddianı rədd etməsi uşağın üstün mənafeyini pozmaqla, onun davamlı olaraq müalicə, müayinə və xüsusi qidalanmasında cavabdehi bir valideyn kimi iştirakdan kənarlaşdırması maddi hüquq normalarının kobud şəkildə pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir; Maddə
34. Nikah hüququ İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir; İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqla rının məhkəmədə müdafiəsinə təminat verilir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu: Maddə
5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. 17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 18, 1-ci bənd. İştirakçı dövlət lər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (o mbudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; Maddə
5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; Maddə
13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə
19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsas ında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziy yəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı: “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur.... Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlə rin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqə li olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiya sının yekun məhkəmə aktı yalnız həmin hssədə və kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
26. İlk olaraq, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərar).
27. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
28. Tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaş aması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
29. Ailə vəziyyəti araşdırılarkən tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirilməlidir.
30. Diqqətəlayiq digər hallar araşdırıldıqda tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə alınmalıdır.
31. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı nəzərə alınma lıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə uşağın hansı təhsil müəssisəsində təhsil alması (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsi, asudə vaxtını hansı qaydada keçirməsi, idmanla, müsiqi ilə məşqul olubolmaması, sağlamlığı və s. məsələlər nəzərə alınmalıdır.
32. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclə rin ödənilməsinə cəlb edə bilər.
33. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
34. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü mad dəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
35. Kassasiya şikayətinə gəldikdə, şikayətin məhkəmənin Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələriinin tələblərini pozması barədə dəlili əsaslı deyil. Belə ki, birincisi, həmin normalardan göründüyü kimi, qanunverici valideynlərin övladlarına görə əlavə xərclərin çəkilməsində iştirakını könüllü əsaslara həvalə etmiş, bu məqsədlə valideynlər arasında saziş bağlanmasını tövsiyə etmiş, saziş olmadıqda isə məhkəm ənin valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə biləcəyini tənzimləmişdir. Başqa sözlə, qanunverici valideynlərin övladlarına görə əlavə xərclərin çəkilməsində iştirakı məsələsini imperativ üsulla həll etməməyə çalışmışdır. İkincisi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən normaların mübahisənin faktiki hallarına tətbiqində hər hansı pozuntuya yol verildiyi müəyyən edilmir.
36. Şikayətin məhkəmənin uşağın üstün mənafeyini pozmaqla, onun davamlı olaraq müalicə, müayinə və xüsusi qidalanmasında cavabdehi bir valideyn kimi iştirakdan kənarlaşdırması na dair dəlilinə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
37. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2308/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar q