Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1841/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil, Cavabdeh Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi İddiaçı və “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12689/2019 nömrəli iş üzrə xx xxxxxxx 2 019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fuad Abdıyev) 2(001)-600/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi qismən təmin edilərək xx.xx.2013-cü il tarixli, 01270 saylı kredit müqaviləsi üzrə 24708,82 ABŞ dolları məbləğində əsas, 6629,46 ABŞ dolları məbləğində faiz, cəmi 31338,28 ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh “xxxx” QSC-nin xeyrinə tutulması, tutmanın kredit müq aviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan “Dodge Durango” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün “xxxx” QSC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh “xxxx” QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adının İddiaçıxxxx“xxxx QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC kimi göstərilməsi (məhkəmə bu məsələni iddiaçının razılığı ilə ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə vəsatət kimi qiymətləndirmiş və ilk idd iaçını “xxxx” QSC-nin törəmə müəssisəsi olan İddiaçı” MMC ilə əvəz etmişdir), habelə borcun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, borcun ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi İddiaçı kassasiya ş ikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının “xxxx” QSC-nin adından iddia qaldırmaqla bağlı subyektiv hüquqa malik olub-olmaması məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı MMC “xxxx” QSC-nin törəmə müəssisəsidir və özünün Nizamnaməsinə və “xxxx” QSC ilə bağlanmış müqaviləyə uyğun olaraq Kredit Təşkilatından onun idarəetməsinə verilmiş borcları idarə edir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında ” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarxli müqaviləyə əsasən sonuncuya güzəşt edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaəqədar “xxxx” QSC tərəfindən xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair Sxx.xx.2017-ci il tarixli akta əsasən Cavabdeh ilə xxxx” ASC xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi və bu müqavilədən irəli gələn bütün sənədlər tələb hüququnun güzəşti qaydasında “xxxx” QSC-yə ötürülmüş və borclu Cavabdeh banka olan 25703,17ABŞ dolları əsas, 6292,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31995,85 ABŞ dolları kredt borcu “xxxx”QSC-yə ötürülmüşdür. “xxxx” QSC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqaviləyə əsasən İddiaçı MMC “xxxx” QSC-nin xxxx” ASC-dən təhvil aldığı problemli aktivləri idarə etməyi, həmin borcların idarə edilməsi ilə bağlı hüquqi xidmətlər göstərməyi, xidmət nəticəsində yığılan vəsatin tam və razılaşdırılmış hissəsini “xxxx” QSC-yə ödəməyi, “xxxx” QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar “İddiaçı» MMC-yə yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi olan şərait yaratmağı öhdəsinə götürmüşdür. Sözügedən xidməti müqaviləyə uyğun olaraq “xxxx” QSC onun balansına verilmiş problemli aktivlərin bir hissəsini, o cümlədən də Cavabdeh cəmi 31995,85 ABŞ dolları borcunu da təhvil -təslim aktı əsasında “İddiaçı» MMC-yə təhvil vermişdir. Məhkəməyə verlmiş iddia ərizəsi də “xxxx” QSC-nin törəmə müəssisəsi qismində verilmiş və cavabdehdən tələb olunan borcun da onun hesabına deyil, “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.Ona görə də “xxxx” QSC-nin törəmə müəssisəsi olan İddiaçı MMC tərəfindən göstərilən borcla bağlı verilmiş mülki iddia qanunvericiliyin tələblərinə zidd deyildir və “xxxx” QSC-nin hüquq və mənafeyinə uyğundur. Apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyəti də kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini x ahiş etmişdir. Kasasiya şikayətinin məzmunu İddiaçı kasasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı və “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkilməhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01270 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh nəqliyyat vasitəsinin alınması üçün kredit verilmiş, Cavabdeh “xxxx” ASC-dən pulu almış və həmin müqavilə üzrə müəyyən edilmiş şərtlərlə və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə banka borcu yaranmışdır. Hazırki iddia tələ binin hüquqi əsasını xx.xx.2013-cü il tarixli, 01270 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası təşkil edir. İddiaçı müqavilə üzrə cavabdehə kreditin verilməsindən ibarət öhdəliyin icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit məbləğinin, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsindən ibarət öhdəliyin icra edilməməsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət vermək üçün ilk növbədə iddiaçının hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verilməlidir. Çünki hər hansı iddia tələbləri məhz hüququn sahibi tərəfindən irəli sürüldüyü və bu hüququn cavabdeh tərəfindən pozulduğu halda təmin edilə bilər. “xxxx” ASC ilə “xxxx” QSC arasın da bağlanmış “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “xxxx” QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilənin surətinə əsasən “xxxx ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikasın Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, “xxxx” QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da “xxxx” QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xxxx ASC təhvil-təslim aktları əsasında özün ün blansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən “xxxx” QSC-yə güzəşt edir. “xxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqavilənin surətinə əsasən İddiaçı MMC “xxxx” QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini “xxxx” QSC-yə ödəməyi, “xxxx” QSC isə həmin xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar İddiaçı MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyət üçün lazımı şərait yaratmağı öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, “xxxx” ASC tərəfindən ona məxsus problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı tələb hüququ “xxxx” QSC-yə güzəşt edilmiş, İddiaçı MMC isə “xxxx” QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı yalnız idarəetmə və hüquq xidmətlərini göstərməyi və xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini “xxxx” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının bu iddianı irəli sürmək üçün tələb olunan subyektiv hüququnun olub-olmamasına qiymət vermək üçün, ilk növbədə iddianın hüquqi əsasını təşkil edən müqavilənin tərəflərinin subyekt tərkibinə diqqət yetirilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş yuxarıda istinad edilən sənədlərdən göründüyü kimi, kredit müqaviləsi ilə bağlı münasibətlər hazırkı iş üzrə Cavabdeh və İddiaçı MMC arasında deyil, məhz “xxxx” ASC arasında mövcud olmuş, kredit müqaviləsi və bu müqavilədən irəli gələn bütün sənədlər tələb hüququnun güzəşti qaydasında “xxxx” QSC-yə ötürülmüşdür. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının tələb edilməsi hüququ da İddiaçı MMC-yə deyil, S-AVK-1463 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi və bu müqavilədən irəli gələn bütün sənədlər üzrə tələb hüququnun güzəşti qaydasında ötürüldüyü “xxxx” QSC-yə məxsus olmuşdur. Bu isə iddiaçının hazırkı tələblərlə çıxış etmək üçün zəruri olan subyektiv hüquqa malik olmaması anlamına gəlir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbləri ilə çıxış etmək üçün subyektiv hüququnun olması öz təsdiqini tapmadığından, onun iddiası üzrə tələb olunan borcun mövcud olub-olmamasına qiymətin verilməsi əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan, iş materiallarında olan sübutlarla iddiaçının subyektiv hüququnun olması ilə bağlı səhvə yol verərək, yekunda iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göstərilənənlərə əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış ol araq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, hazırki iş üzrə kredit müqaviləsi ilə bağlı münasibətlər Cavabdeh ilə İddiaçı MMC arasında deyil, məhz “xxxx” ASC arasında mövcud olmuş, kredit müqaviləsi və bu müqavilədən irəli gələn bütün sənədlər tələb hüququnun güzəşti qaydasında “xxxx” QSC-yə ötürülmüşdür. Kasasiya şikayətlərində qeyd edilən hal, yəni “xxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqavilənin bağlanması və MMC-nin Nizamnaməsində göstərilənlər İddiaçı MMC-yə “xxxx” QSC-nin əvəzinə İddiaçı MMC-yə onun əvəzindən hazırki tələblə bağlı iddia qaldırmaq hüququ vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi İddiaçı və “xxxx” bank olmayan kredit təşkilatı Qapalı S əhmdar Cəmiyyətinin ayrıayrı verikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12689/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1841/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1841/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver