Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş vaxtından artıq işə görə əmək haqqı tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 noyabr 2*22-ci il tarixli, 2(1*4)2467/2*22 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki i şə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı *1 may 1979-cu il tarixdən *1 iyun 2*16-cı il tarixədək, sonradan isə 13 oktyabr 2*16-cı il tarixdən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, 22 oktyabr 2*21-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəf lər arasında bağlanmış əmək müqaviləsində göstərilən iş vaxtından artıq vaxtda görülən işə görə, yəni 1* fevral 2*15-ci ildən sonuncu iş günü olan 21 oktyabr 2*21-ci ilə qədər hər ay normal olaraq 192 saat işləməli olduğu halda, faktiki olaraq işlədiyi 24* iş saatları müqabilində ona artıq işlədiyi hər ay 48 saat hesabı ilə və hər saatın qiyməti 4 manatdan hesablanmaqla 384* iş saatları üçün hesablanmış olan 1536* manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin yarandığı 1* fevral 2*15-ci ildən işdən çıxdığı vaxta qədər hər ay 192 saat işləməli olduğu halda, cavabdeh təşkilat onu hər ay 24*-36* saat işlətmiş, lakin həmin iş saatlarının müqabilində ona əmək haqqı verilməmişdir.
4. Tərtər Rayon Məhkəməsi nin *5 iyul 2*22-ci il tarixli, 2(*61)-627/2*22 nömrəli qətnaməsi ilə (hakim K.A.Rzayev) iddia rədd olunmuşdur.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş əmrlərlə və digər sənədlərlə sübut olunur ki, iddiaçı "xxxx" ASC-nin təsis etdiyi “MərkəziAran” RETSİ-nin X2 struktur tərkibində fəaliyyət göstərən Tərtər EŞ-nin 11*/35/6 kV.-lıq “Tərtər” yarımstansiyasında İİ şəxs operativ personal vəzifəsində işləmişdir. Yarımstansiyanın operativ işçi personalına iş vaxtından əlavə iş saatlarına görə aylıq növbətçilik qrafikinə uyğun olaraq əmək haqqı hesablanır. İşçi ilə bağlanmış əmək müqaviləsinin 4.21-ci bəndində işin 2 növbəli olması, 1-ci növbənin saat *8.**-dən 2*.**dək, 2-ci növbənin 2*.**-dən *8.**-dək və istirahət günlərinin hər həftəsinin “Növbətçilik cədvəli”nə uyğun müəyyən edildiyi barədə müvafiq qeydiyyat aparılmışdır. İddiaçıya həmin yarımstansiyada işləyən digər işçilər kimi yarımstansiyada növbətçi olması barədə tabel və qrafik tərtib olunmuş, həmin qrafik üzrə hesablanmış əlavə iş saatlarına, axşam və gecə saatlarına uyğun olaraq cavabdeh tərəfindən əmək haqqı hesablanaraq verilmişdir. 2*152*2*-ci illər üzrə 11*/35/6 kv-lıq Tərtər yarımstansiyasında aparılmış “Əməliyyat jurnal”ları saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbini təsdiq etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 1*6.1, 217.1-217.3, 218.1-ci maddələri ilə əsaslandırmışdı r. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin *5 iyul 2*22-ci il tarixli, 2(*61)-627/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *1 noyabr 2*22-ci il tarixli, 2(1*4)-2467/2*22 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovun və A.H.Hüseynzadənin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin *5 iyul 2*22-ci il tarixli, 2(*61)-627/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillər i üzrə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə 2*2*-2*21 illəri əhatə edən əməliyyat jurnalına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı 2*2*-ci ilin iyul ayında 48 saat, 2*2*-ci ilin avqust ayında 12* saat, 2*2*-ci ilin sentyabr ayında 18* saat, 2*2*-ci ilin oktyabr ayında 169 saat, 2*2*-ci ilin noyabr ayında 195,5 saat, 2*2*-ci ilin dekabr ayında 186 saat, 2*21-ci ilin yanvar ayında 18* saat, 2*21-ci ilin fevral ayında 144 saat, 2*21-ci ilin mart ayında 192 saat, 2*21-ci ilin aprel ayında 18* saat, 2*21-ci ilin may ayında 18* saat, 2*21-ci ilin iyun ayında 192 saat, 24 avqust 2*21-ci il tarixdən 31 avqust 2*21-ci il tarixə kimi avqust ayında 53 saat, 2*21-ci ilin sentyabr ayında 18* saat, 2*21-ci ilin oktyabr ayında isə 132 saat işləmişdir. O, *1 iyul 2*21-ci il tarixdən 24 avqust 2*21-ci il tarixə kimi xəstə və məzuniyyətdə olmuşdur. 2*15-ci il tarixdən 2*2*-ci ilin iyul ayına kimi növbətçilik kitabları saxlama müddəti keçdiyindən məhv olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur.
11. Beləliklə, 2*2*-2*21-ci illəri əhatə edən apellyatorun qeyd etdiyi əməliyyat jurnalı cavabdehin nümayəndəsi tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş və tərəflərin iştirakı ilə jurnala baxış keçirilərək müəyyən olmuşdur ki, həmin tarixlərdə iddiaçı əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddətdə işləməmişdir.
12. Göstərilənləri ümumiləşdirən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr olmaqla iş materiallarında olan sənədlərlə təkzib edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 noyabr 2*22-ci il tarixli, 2(1*4)-2467/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 99, 165-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı 1* fevral 2*15-ci il tarixdən 22 oktyabr 2*21-ci il tarixədək ayda 192 saat işləməli olduğu halda, hər ay 24*36* saat işləmiş, həmin iş saatlarına aid əmək haqqı ona ödənilməmişdir. Məhkəmə sübutetmə vəzifəsini düzgün bölüşdürməmişdir. Belə ki, iddiaçının vəsatəti təmin edilərək işçilərin növbəni təhvil verib-alması ilə əlaqədar tərtib edilən Əməliyyat jurnalı cavabdehdən tələb olunsa da, sonuncu saxta arayış təqdim edərək həmin jurnalın məhv edildiyini göstərmişdir. Lakin cavabdeh təşkilat müvafiq aktı təqdim etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, 3 illik müddət tələb olunan dövrün əvvəlinə düşsə də, 2*18-2*19, 2*2*, 2*21-ci illər üçün jurnal mövcuddur və məhv edilməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, ha zırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, k ollektiv müqavilə ilə müəyyən edilir. 95-ci maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 99-cu maddəsinin 2-ci hissəsinə əsasən təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısı nın alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumat lar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yekun nəticəyə gəlinmişdir.
24. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş vaxtından artıq işləməsini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Halbuk i, qanunvericiliyin tələbinə əsasən iş vaxtında artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasında yerinə yetirilir. Belə qərarın verilməsi və iddiaçının iş vaxtından artıq işləməsinə razılığın bildirməsi iddiada ümumiyyətlə əsaslandırılmamışdır.
25. Əksinə, apellyasiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə 2*2*-ci ilin iyul ayından 2*21-ci ilin oktyabr ayına kimi dövrü əhatə edən əməliyyat kitablarına baxış keçirilmiş və həmin dövrdə iddiaçının əmək müqaviləsi üzrə nəzərdə tutulmuş iş vaxtından artıq olan və ödənilməyən işlərin görülməsi müəyyən olunmamışdır.
26. Həmçinin “Mərkəzi-Aran” RETSİ-nin X2 11*/35/6 kV-lıq Tərtər yarımstansiyasına aid *1 yanvar 2*15-ci il tarixdən *7 iyul 2*2*-ci il tarixədək olan kitabların (növbətçilik k itablarının) saxlama müddəti bitdiyi üçün yandırılaraq məhv edilməsinə dair Tərtər EŞ-nin vəzifəli şəxslərinin tərtib etdikləri *1 sentyabr 2*21-ci il tarixli Akt iş materiallarına əlavə edilmişdir (i.v. 142).
27. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
28. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
29. İşin həqiqi hallarının araşdırılma ması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 noyabr 2*22-ci il tarixli, 2(1*4)-2467/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.