Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1845/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1845/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı xxx və onun vəkili Vəkil, üçüncü şəxs X1 və onun vəkili X5 oğlunun İştirakı ilə, İddiaçı xxx cavabdeh xxx qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə d air mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2262/2020 nömrəli 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla Sumqayıt şəhər Corat Bələdiyyəsi arasında xxx ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya torpaq sahəsi lazım olduğu üçün Sumqayıt şəhər Corat Bələdiyyəsinə müraciət etmiş, bundan sonra, Sumqayıt şəhəri, xxx ərazisində 100 kv.metr torpaq sahəsi ayrılaraq iddiaçıya təhvil verilmişdir. Təsdiq edilən qeydiyyat vəsiqəsinə uyğun olaraq ayrılmış torpaq sahəsini hasara almışdır. 2005-ci ildən həmin torpaq sahəsini əkib becərməyə və istifadə etməyə başlamışdır. Lakin səhlənkarlıq səbəbindən torpaq sahəsinə dair sənədləşmə ilə bağlı müvafiq orqanlara müraciət edilməmişdir.
3. Bu səbəbdən torpaq sahəsi barədə akt verilməmiş və müvafiq olaraq həmin sənəd olmadan torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra əmlakın strukturunda bəzi dəyişikliklər etmişdir.
4. Bunun nəticəsində binanın ümumi sahəsi bir qədər artmışdır. Həmin dəyişikliklər nəzərə alınmaqla iddiaçı əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyata alınması üçün müraciət edib də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi hüquqların qeydiyyatını həyata keçirməmişdir.
5. İddia tələbinin əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 157.4-cü maddələrinə istinad etmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi iddia ərizəsi üzrə üçüncü şəxsdir.
7. Sumqayıt şəhər Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(060)-3211688/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Sumqayıt şəhər Corat Bələdiyyəsi arasında xxx ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab edilməsi qət edilmişdir. (hakim İlyas Mahmudov)
8. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin İdd iaçı faktiki istifadəsində olduğuna əsaslanmış və qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, xxx ərazisində 100 kv.metr torpaq sahəsini əldə etmək üçün 2005-ci ildə Sumqayıt şəhər Corat Bələdiyyəsinə müraciət etmiş, bununla bağlı bələdiyyə xəzinəsinə pul ödəmiş, bələdiyyə isə həmin pulu qəbul etmişdir. Həmin dövrdə bələdiyyə torpaqlarının torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə olunması nəzərdə tutulmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, bələdiyyə torpaqlarının hərrac və yaxud müsabiqə yolu ilə satılmalı olması 2005-ci ildə bələdiyyə qərarı ilə torpaq sahəsini əldə etmiş İddiaçı münasibətdə şamil edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 149, Mülki Məcəllənin 7.1, 389.1, 405.1, 407.1, 408.1, 409-cu, “Bələdiyyə torpaqlarının idarə edilm əsi haqqında” Qanunun 5.1, 6.2, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X2 apellyasiya şikayəti verib, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Corat qəsəbəsi, xxx ərazisində yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi ilə birlikdə AR ƏMDK yanında DƏDRX-nin 08.10.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestr çıxarışına əsasən xxx mülkiyyətindədir.
13. C.Abdullayev həmin evi, evin keçmiş mülkiyyətçisi X3 dəyərini tam ödəməklə almışdır. Evi aldıqdan təqribən 1 il sonra 1 nəfər şəxs ona yaxınlaşaraq, İddiaçı olduğunu bildirib və evin vaxtı ilə on a məxsus olduğunu, xxx bu evi ələ keçirməsini demişdir. Həmin şəxs bu həyət 0.02 ha deyil, 60 kvadrat metr artıq olmasını, zəbt olunmuş ərazinin ona məxsus olmasını bildirmişdir. 14. 2020-ci ilin əvvələrində isə həmin şəxs yenidən yaxınlaşıb bildirmişdir ki, bu torpağa çıxarış almışdır və 60 kvadrat metr sahədə ev inşa etdirəcəkdir.
15. C.Abdullayev mübahisəli toprağı öz adına rəsmiləşdirmək üçün müvafiq qurumlara, o cümlədən AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin qurumdan 19.05.2020-ci il tarixli cavab məktubu verilmişdir. Bu məktubdan aydın olmuşdur ki, mübahisəli əraziyə dair qiyabi qətnamə mövcuddur. Halbuki qiyabi qətnamənin çıxarılması üçün nə prosessual, nə də maddi norma mövcud deyildir.
16. İddiaçı iddiası heç nə ilə sübuta yetmir. Əgər nə vaxtsa C orat Bələdiyyəsi ilə İddiaçı arasında alqı-satqı müqaviləsi olmuşdursa, bununla bağlı məhkəməyə müraciət etməyə ehtiyac var yox idi. Həmin müqavilənin bir surəti Corat Bələdiyyəsində saxlanmalıdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2262/2020 nömrəli 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Sumqayıt şəhər Corat Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi) Fuad Məmmədov, Telman Məmmədov)
18. Apellyasiya məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, işə qiyabi icraat qaydasında baxılması üçün əsas olmayıb. Çünki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə, habelə üçüncü şəxsə heç bir məlumat verilməyib.
19. Həmçinin apelyasiya məhkəməsi müəyyən edib ki, iş materiallarında mübahisəli torpaq sahəsilə bağlı pul vəsaitinin İddiaçı tərəfindən Corat Bələdiyyəsinə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. İddiaçı bu barədə nə iddia ərizəsində, nə də məhkəmə iclasındakı izahatında hər hansı fikir bildirməsə də, birinci instansiya məhkəməsi qiyabi qətnamədə bu barədə əsassız müddəa qeyd etmişdir.
20. Apellyasiya məhkəməsi hesab edib ki, iddia tələbinin əsasını iddiaçı ilə bələdiyyə arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması təşkil etdiyi üçün qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Apellyasiya məhkəməsi “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına istinad edərək qeyd edib ki, Mülki Məcəllənin 335-ci maddəsinin tətbqiqi əqd üzrə tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması ilə şərtlənir.
22. Apellyasiya məhkəməsi iddiaçının əsas sübut kimi istinad etdiyi Bələdiyyə tərəfindən 25 iyul 2005-ci il tarixdə təsdiq edilməsi ehtimal edilən mövqe-planı mötəbər və legitim sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüququ yoxdur.
23. Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ Corat Bələdiyyəsi tərəfindən pozulmadığından o, hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdı r. Başqa sözlə, iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 342.4, 324.5, 335-ci, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 6.8, Mülki Prosessual Məcəllənin 4.1-ci maddələri, Konstitusiya Məhkəməsinin 12.04.2004-cü il və 30 iyul 2008-ci il tarixli Qərarları ilə əsaslnadırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri: - C.Abdul layevin qətnamə ilə maraqlarına toxunlan şəxs kimi qəbul edilməsi düz olmayıb; - qətnamə işin halları araşdırılmadan, Corat bələdiyyəsindən lazımı sənədlər tələb edilmədən çıxarılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunan şəxs X2 və onun vəkili X5 oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etdilər.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh Corat Bələdiyyəsinin və üçüncü şəxs DƏDRX-in Sumqayıt şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (24 iyun 2005-ci ilədək olan redaksiyada ) 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ix tiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.8. Torpaq sahələrinin mülkiyyətə, is tifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə koll egiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
35. İddia tələbi iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədədir.
36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da odur ki, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Corat bələdiyyəsinin büdcəsinə heç bir vəsait ödəməmiş, bələdiyyə tərəfindən ona torpaq sahəsinin sat ılması barədə qərar qəbul edilməmişdir.
37. Göründüyü kimi, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılması barədə qərar qəbul edilməmiş, iddiaçı bələdiyyənin hesabına torpaq sahəsi ilə bağlı heç bir vəsait ödməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2 və 6.8-ci maddələrinə görə isə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və torpaq almaq istəyən şəxs torpağın dəyərini ödəyir. Bu iki şərtin hər hansı biri hazırki işdə müəyyən edilməyib.
38. Bu baxımdan, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edilən normaları mübahisəyə tətbiq edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddian ı rədd etməklə düzgün nəticəyə gəlib.
39. Məhkəmə kollegiyası xxx qətnamə ilə maraqlarına toxunlan şəxs kimi qəbul edilməsinin düz olmaması barədə kassasiya şikayətini dəlili ilə bağlı qeyd edir ki, C.Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunlan şəxs kimi tanınıb, həmin qərardadı iddiaçı mübhahisələndirməyib, qərardad qüvvədədir. Buna görə də bu dəlil əsaslı deyil.
40. Corat bələdiyyəsindən lazımı sənədlərin tələb edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bununla bağlı apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh bələdiyyənin nümayəndəsi bələdiyyə tərəfindən İddiaçı mübahisəli torpaq sahəsinin satılmadığını bildirib. Bundan əlavə, iddia tələbini sübut etmək vəzifəsi iddiaçının üzərinə düş ür. Məhkəmənin sübut toplaması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2262/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə