Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx xxx saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Pirallahı rayon məhkəməsinin xxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.R.Mustafayev) İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərin ödənilməsinə cəlb edi lməsi” barədə iddiası qismən təmin edilərək, 07 avqust 2007-ci il tarixdə doğulmuş xxx müalicəsi ilə əlaqədar olaraq yetkinlik yaşına çatanadək cavabdehdən hər ay əlavə xərclərin ödənilməsinə görə 200 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx xxx saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Pirallahı rayon məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin 07 avqust 2007-ci il tarixdə doğulmuş x müalicəsi ilə əlaqədar olaraq əlavə xərclərə cəlb edilməsi və cavabdehdən əlavə xərclərə görə onun xeyrinə hər ay 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyi, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ə rizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Cavabdeh və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ailə qanunverciliyinə görə qanuni əsaslar olduğu təqdirdə valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb edilə bilməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüququ mövqeyini Ali Məcəlləsinin 81.1, 81.2-ci maddələrinin və digər maddi, prosessual hüquq norm alarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xxx-ci il tarixdə xx və xxx-cu il tarixdə xx adlı iki uşaqları doğulub. Tərəflərin nika hı 07 may 2014-cü il tarixdə pozulub. Eləcə də Pirallahı rayon məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş uşaqları x və x yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. İşdən görünür ki, tərəflərin birgə nikahından doğlumuş x aşağıdakı xəstəliklərdən əziyyət çəkir- sinir sisteminin inkişaf qüsurları: intellektin mülayim ifadəli geriliyi, anadangəlmə niztaqmoid, ambliopiya, xarici çəpgözlük, qıcolma tutmaları, kəkələmə, özgüvənsizlik, ünsiyyətdə çətinlik və ososallıq dioqnozu, görmə vəziyyətinin, lüğət ehtiyatının zəifliyi, nitqin tempi, səlisliyi, rəvanlığı taxilaliyası, fonematik qavrama, norma, mür aciətin anlama bacarığının, habelə yaddaşın zəifliyi, kəkələmə və sair. Qeyd edilən hallar iddia ərizəsi, doğum və nikahın pozulması haqqında şəhadətnamələrlə, Pirallahı rayon məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi, Bakı şəhər Baş Səhiyyə İdarəsi X2 30 oktyabr 2013-cü il tarixli Epikrizi, X4 Mərkəzinin diaqnostika məlumatı, çoxsaylı reseptlər və işdə olan digər sənədlərlə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə əsasən, cavabdehdən əlavə xərc kimi x ın müalicə pulunun tutu lmasını tələb etməkdə haqlı olmuşdur. Çünki, həmin maddənin tələblərinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, bu norma uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması barədə konstitusion müddəadan irəli gəlir. Normanın məzmunundan aydın olur ki, qanunverici valideynlərin uşağına münasibətdə əlavə xərclərdə iştirakını ağır xəstəlik, şikəstl ik kimi müstəsna hallarla əlaqələndirmiş və məhz göstərilən hallardan biri mövcud olduğu təqdirdə valideynlərdən birinin uşağa münasibətdə əlavə xərclərdə iştirakını mümkün hesab etmişdir. Hazırki işdən də göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş x yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkməsi, onun davamlı tibbi müayinə və müalicə almasının zəruriliyi, bunun üçün əlavə və mütəmadi xərclərin tələb olunması mülki iş materialları ilə istisna olunmur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən xərclərin qarşılanmasının cavabdehin də borcu olduğunu nəzərə alıb onu da uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərin ö dənilməsinə cəlb etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb, yetkinlik yaşına çatmamış x sağlamlıq vəziyyətini, onun çoxsaylı xəstəliklərdən müalicəsi üçün əlavə vəsaitin tələb olunduğunu, tərəflərin maddi və ai lə vəziyyətini, uşaqların saxlanılması üçün müəyyən olunmuş vəsaitin cavabdeh tərəfindən ödənilmədiyini və işin digər diqqətəlayiq hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tələb olunmuş vəsaitin yarısı olan 200 manat əlavə xərcin cavabdehdən tutulması ədalətli olmaqla məqsədə müvafiqdir. Cavabdeh kassasiya şikayətində oğlu x ın adına verilmiş xəstəlik epikrizinin saxta olmasını, əlavə xərclərə görə ondan hər ay tutulacaq 200 manat vəsaiti ödəməyə maddi imkanının olmamasını, oğlu x hər hansı xəstəliyin aşkar edilməməsini, ona tibbi xidmətin dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını və sair göstərsə də, etirazının əs sı kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad dəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məz munu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəli lləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx xxx saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1853/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1853/2020
13.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver