Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X2 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1853/21 (Açar sözlər: əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: X1 və vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli, 2(105)2289/2020 saylı qətnaməsindən cavabdeh X1nun kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, birgə nikah dövründə Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə tikdikləri 184 saylı evin tikintisinə sərf edilmiş pulun məbləğinin müəyyən edilməsi, həmin məbləğdən payının ayrılması və həmin pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Behbudova) iddia təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərin in 20.752 manat məbləğində müəyyən edilməsi, həmin pulun 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi, həmin pulun ½ hissəsinin, yəni 10.376 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli ev özbaşına tikinti olsa da, həmin evdə yerinə yetirilmiş təmir-tikinti işləri tərəflərin birgə nikahı dövründə əldə etdikləri vəsait hesabına aparılıb. Buna görə də həmin vəsait tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Bu hal iddiaçının mübahisəli evə köçürülməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də istisna olunmur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 36.3, 36.4, 37.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının təl əbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyəşdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelya siya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 36.3, 36.4, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayı b. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Elçin Zülfüqarlı və vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəa liyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğ undan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-cü maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 88, 217.1 və 217.3-cü maddələri). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mü lki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin etməklə səhv nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 08 noyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında Elçin Zülfüqarlı ilə ailə qurub və onların birgə nikahından 25 avqust 2011-ci ildə Məryəm, 03 fevral 2013-cü ildə Almaz adlı iki uşaqları doğulub. Su mqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub. Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evi özbaşına tikinti olmaqla, tərəflərin birgə nikahı dövründə tikilib. Bu faktlar işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, 11 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən, həmin evdə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 20.752 manat müəyyən edilib. Hazırda iddiaçı, mübahisəli evdə yerinə yetirilmiş tikinti-təmir işlərinə sərf edilmiş vəsaitin cavabdehlə ümumi birgə mülkiyyətində olduğunu göstərib, evin tikintisinə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi, həmin məbləğdən payının ayrılması və həmin məbləğin cavabdehdən alınıb ona verilməsini iddia edir. Cavabdeh isə mü bahisəli evin özbaşına tikili olmasını, həmin evin iddiaçı ilə birgə qazancı hesabına tikilməməsini göstərib iddiaya etiraz edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev hüquqi vəziyyətinə görə özbaşına tikinti olsa da, həmin evin təmir-tikintisinə sərf edilmiş vəsait nikah müddətində tərəflərin əldə etdikləri əmlak sayılmaqla, onların ümumi birgə mülkiyyəti sayılır. Ona görə də sözügedən evin təmir-tikintisinə sərf edilmiş vəsaitin bölünməsi zamanı tərəflərin bu vəsaitdəki payları bərabər hesab edilməlidir. Cavabdeh kasasiya şikayətində mübahi səli evin özbaşına tikili olmaqla, həmin evin iddiaçı ilə birgə qazancı hesabına tikilməməsini, ev işləri və uşaqlara qulluq etməklə məşğul olduğuna görə iddiaçının evin tikintisinə hər hansı vəsait xərcləmədiyini, evin inşaasında iştirak etmədiyini və sair göstərsə də kasasiya instansiyası məhkəməsi onun bu dəlillərini əsassız hesab edir. Belə ki, əvvəla, Ailə Məcəlləsinin 32.3-cü maddəsinin mənasına görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunub ki, Şahnaz Zülfüqarovnanın və digərlərinin Elçin Zülfüqarlıya və digərlərinə qar şı “evə köçürülmə” və “evdən çıxarılma” barədə iddiası qismən təmin edilərək, Vaqif Əbdülrəhmanov və Şahnaz Zülfüqarovanın Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinə köçürülmələri və qalan hissədə iddianın rədd olunması qət edilib. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfin dən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi digər dəlillər də əsassızdır. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X1nun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli, 2(105)-2289/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1853/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1853/2021
20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver