Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1856/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1856/2019 Bakı şəhəri 07 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli q ətnaməsi ilə (iş № 2(009)-2270/2018, hakim N.A.Bağırov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iş vaxtından əlavə görülən iş üçün əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi” tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11878/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya ş ikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Müdafiə Nazirliyinin Mərkəzi X4 bölməsinin avtomobil sürücüsü, ekspeditoru işləmiş İddiaçı müxtəlif tarixlərdə işə çıxmaması əsası ilə 02 aprel 2018-ci il tarixdə xəbərdarlıq, 19 aprel 2018-ci il tarixdə töhmət, 24 may 2018-ci il tarixdə şiddətli töhmət verilmişdir. Bundan sonra da İddiaçı üzrsüz səbəbdən işə çıxmamaqla əmək və icra intizamını pozduğuna görə 29 iyun 2018-ci il tarixli Əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 04.06.2018-ci il tarixdə hazırki iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məh kəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarının rəisi M.Nəcəfovun 02 aprel 2018-ci il tarixli 59 saylı, 19 aprel 2018-ci il tarixli 63 saylı, 24 may 2018-ci il tarixli 72 saylı, 29 iyun 2018-ci il tarixli 88 saylı əmrlərinin ləğv edilməsi, öz əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, tamamilə əsassız təqib edilməyimə son qoyulması, mart ayının əmək haqqından tutulmuş 39,45 manat, eləcə də aprel ayının əmək haqqından tutulmuş 25,20 manat, digər sürücülərlə müqayisədə ezamiyyətə göndərilmədiyi hər bir reys üçün 70 manat pulun, iş vaxtından əlavə görülən iş üçün əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozulmuş, əmək kitabçası və son haqqhesab ona verilməmişdir. Lakin qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi və iş materialları ilə mübahisəsiz şəkildə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud qanun pozuntularını konkret faktlarla şərh edilsə də, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər yoxlanılmamışdır. Məhkəmə kollegiyasının iclasında kas sator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını əmrlərin ləğv edilməklə işə bərpa edilməsi və pul tələbləri təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin ç bəndinə əsasən işçi özününü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin tələblərinə görə işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və ya əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funks iyasını pozması əmək vəzifələrinin kobud pozulması hesab edilir. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı heç bir üzrlü səbəb olmadan bir neçə gün bütün iş günü işə gəlmədiyinə görə ona xəbərdarlıq elan edilmiş, sonra töhmət və şiddətli töhmət verilmiş, bundan nəticə çıxarmamaqla əmək vəzifələrini kobud şəkildə təkrar pozduğuna onunla əmək müqaviləsinə xitam verilmişdir. Deməli iddiaçı ilə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar müəyyən edən 80-cı maddəsinin tələblərinə görə yuxarıda göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar itt ifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Müdafiə Nazirliyinin Mərkəzi X2 İttifaqı Təşkilatının 11 iyun 2018-ci il tarixli 10 saylı iclas protokolundan görünür ki, iddiaçının əmək intizamını pozması haqqında təqdimat müzakirə olunaraq barəsində müvafiq tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 21.0 8.2017-ci il tarixədək əmək məzuniyyətindən istifadə edilmiş, 2017, 2018-ci il üçün 19 gün əmək məzuniyyəti hesablanmaqla müvafiq kompensasiya məbləği 03.08.2018-ci il tarixdə onun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddianın rədd edilməsi barədə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğundur. Kassatorun o nunla əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasının və son haqq-hesabın verilməməsi barədə dəlillərinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1856/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1856/2019
07.03.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver